Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə20/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   16   17   18   19   20   21   22   23   ...   412

O, özü də çox qüvvətli və dəhĢətli idi; dəyənəyini əlinə alaraq və çantasını qalxan kimi tutaraq 

birtəhər deĢikdən bayıra çıxdı; onun cındır paltarındakı yırtıqlar daha da artmıĢdı. 

O, əlindəki əsanı yellədə-yellədə dal-dalı qapıya tərəf geri çəkilərək birtəhər bağdan çıxdı, iti 

yaxına qoymamaq üçün o, qılınc təlimi ustaları arasında məĢhur olan ―qapalı qızılgül‖ üsuluna əl 

atmağa məcbur oldu. 

Bir qədər əziyyətdən sonra o, hasarı aĢdı. O, küçədə yenə yalqız, yurdsuz, pənahsız idi, hətta o 

miskin it damından da qovulmuĢ, o küləĢ döĢənəkdən də məhrum edilmiĢdi. O, özünü bir daĢın 

üstünə saldı. Deyirlər ki, bu zaman yoldan keçən bir nəfər onun: ―Ah, it də məndən yaxĢı 

yaĢayır!‖ – dediyini eĢitmiĢdi. 

Bir az sonra o, ayağa qalxdı və yenə yoluna davam etdi. O, çöldə bir ağac və ya bir ot tayası 

tapıb altında sığınmaq ümidi ilə Ģəhərdən çıxdı. 

O, baĢını aĢağı sallamıĢ halda xeyli yol getdi. Nəhayət, insan olan yerlərdən uzaqlaĢdığını hiss 

edərək baĢını qaldırdı və ətrafına göz gəzdirdi. O, çöldə idi; qarĢısında dibdən biçilmiĢ kövĢəni 

olan yastı bir təpə görünürdü, – biçindən sonra bu cür təpələr saçı qırxılmıĢ baĢı xatırladır. 

Üfüq tamamilə qaralmıĢdı – bu yalnız gecənin qaranlığı deyildi; qaranlığı qatılaĢdıran alçaq 

buludlar idi; onlar, sanki, lap təpənin üstündə yatır və yuxarı qalxaraq bütün göyü bürüyürdü. 

Lakin tezliklə ay çıxacağından, göyün ortasında isə toran iĢığının parıltıları gəziĢdiyindən 

yüksəklikdə bu buludlar bir növ ağımtıl qübbə əmələ gətirir və bu qübbədən yerə solğun iĢıq 

saçılırdı. 

Buna görə yer göydən daha çox iĢıqlı idi ki, bu da həmiĢə olduqca müdhiĢ bir təsir bağıĢlayır. 

Təpənin yeknəsəq, kədərləndirici cizgiləri qaranlıq üfüqdə tutqun-göyümtül bir ləkə kimi 

görünürdü. Bütün bu mənzərə iyrənc, miskin, kədərləndirici və cansıxıcı bir Ģeyi xatırladırdı. 

Tarlada və təpədə yolçudan bir neçə addım kənarda duraraq küləkdən titrəyən eybəcər bir 

ağacdan baĢqa heç bir Ģey yox idi. 

ġübhəsiz ki, bu adam hadisələrin gizli cəhətini həssaslıqla qavrayan incə mənəvi və zehni 

xüsusiyyətlərə malik adamlardan deyildi, lakin bu göydə, bu təpədə, bu düzənlikdə və bu ağacda 

elə sonsuz bir kədər vardı ki, yolçu bir dəqiqə hərəkətsiz dayanıb, bu mənzərəni seyr etdikdən 

sonra birdən geri döndü. Bəzən təbiətin özü də insana düĢmən kimi görünür. 

Yolçu geri qayıtdı. ġəhər qapıları bağlanmıĢdı. Dini müharibələr dövründə üç mühasirəyə davam 

gətirmiĢ Din Ģəhəri 1815-ci ildə hələ köhnə qala divarları və dördbucaqlı bürclərlə əhatə 

olunmuĢdu. Bu divarlar və bürclər yalnız sonralar uçurulmuĢdu. Yolçu divarda bir uçuq yer tapıb 

yenə Ģəhərə girdi. 

Saat təqribən səkkiz olardı. Yolçu küçələri tanımadığından, yenə qarĢısına çıxan küçələrlə yol 

getməyə baĢladı. 

Beləliklə o, Ģəhər idarəsinin, sonra da seminariyanın yanına çatdı. Kilsə meydanından keçərkən, 

yumruğunu qaldırıb hədələdi. 

Bu meydanın tinində bir mətbəə vardı. Ġmperatorun və imperator qvardiyasının Elba adasından 

gətirilmiĢ bir orduya yazılmıĢ olan bəyannamələri ilk dəfə məhz burada çap edilmiĢdi. Bu 

bəyannamələr Napoleon tərəfindən yazdırılmıĢdı. 

Taqətdən düĢmüĢ və bütün ümidini itirmiĢ yolçu bu mətbəənin qapısı ağzındakı daĢ oturacağın 

üstünə uzandı. 

Bu zaman kilsədən bir qoca qadın çıxdı. Qaranlıqda oturacaqda uzanan adamı görüncə: 

– Burada nə edirsiniz, dostum? – deyə soruĢdu. 

Yolçu kəskin və kinli bir səslə cavab verdi: 

– Özünüz görmürsünüzmü, mərhəmətli qadın? Mən yatmaq istəyirəm. 

Bu ada, həqiqətən, layiq olan mərhəmətli qadın markiza de R. idi. 

– Bu daĢ oturacağın üstündəmi? – deyə o yenə soruĢdu. 

– Mən on doqquz il quru taxtalar üstündə yatmıĢam, bu gün də daĢ üstə yataram. 

– Siz əsgərlikmi edirdiniz? 

– Bəli, mərhəmətli qadın, əsgərlik edirdim. 

– Bəs nə üçün karvansaraya getmirsiniz? 

– Çünki pulum yoxdur. 




Xanım de R: 

– Təəssüf! – dedi, – Mənim cibimdə ancaq dörd su vardır. 

– Fərqi yoxdur, verin. 

Yolçu bu pulu aldı. Xanım de R. sözünə davam etdi: 

– Bu qəpik-quruĢla sizi karvansaraya qəbul etməzlər. Ancaq bir deyin görək, gecələmək üçün bir 

yer axtarıb tapmağa cəhd etdinizmi? Axı bütün gecəni belə keçirə bilməzsiniz. Yəqin, çox 

üĢümüĢsünüz, həm də acsınız. Bəlkə, sizə yazığı gəlib bir sığınacaq verən oldu. 

– Mən bütün qapıları döymüĢəm. 

– Bəs necə oldu? 

– Məni hər yerdən qovdular. 

―Mərhəmətli qadın‖ yolçunun çiyninə toxunaraq, meydançanın o biri tərəfində, yepiskop 

sarayının yanındakı kiçik bir evi göstərərək: 

– Deyirsiniz ki, bütün qapıları döymüĢsünüz? – deyə o bir də soruĢdu. 

– Bəli. 


– Bu qapını da döydünüz? 

– Yox. 


– Elə isə döyün. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

Hikmətə verilən ehtiyat dərsi. 

 

O axĢam Din yepiskopu adəti üzrə Ģəhəri gəzdikdən sonra öz otağına girib, qapısını bağlayaraq 



uzun müddət orada oturmuĢdu. O, ―Ġnsanın vəzifələri‖ mövzusunda böyük bir əsər yazırdı. 

Təəssüf ki, bu əsər tamamlanmamıĢ qaldı. O, bu mühüm məsələ haqqında kilsə rəhbərlərinin və 

alimlərin yazdıqlarını böyük bir səylə toplayırdı. Onun əsəri iki hissədən ibarət idi; birinci 

hissəsində ümumbəĢər vəzifələrindən, ikinci hissədə isə cəmiyyətdə tutduğu mövqeyə görə hər 

adamın ―öhdəsinə düĢən vəzifələrdən bəhs olunurdu. ÜmumbəĢər vəzifələri böyük vəzifələrdir. 

Bunlar dörddür. Müqəddəs apostol Matvey bu vəzifələri bu cür bölüĢdürür: Allaha qarĢı 

vəzifələr (Matf. VI), insanın özünə qarĢı vəzifələr (Matf. V, 29, 30), baĢqa insanlara qarĢı 

vəzifələr (Matf. VII. 12, Tanrının xəlq etdiklərinə qarĢı vəzifələr (Matf. VI. 20, 25). Qalan 

vəzifələrə gəlincə, yepiskop bunların baĢqa yerlərdə qeyd olunduğunu və yazıldığını tapmıĢdı: 

padĢahların və rəiyyətlərin vəzifələrini – romalılara göndərilmiĢ məktubda, hakimlərin, 

arvadların, anaların və gənclərin vəzifələrini – müqəddəs Pyotrun yazılarında, ataların, ərlərin, 

uĢaqların və nökərlərin vəzifələrini efeslilərə göndərilmiĢ məktubda; möminlərin vəzifələrini 

yəhudilərə göndərilmiĢ məktubda, bakirə qızların vəzifələrini – korinflilərə göndərilmiĢ 

məktubda. O, böyük bir səylə bütün bu tapĢırıqları toplayıb mövzunu bir küll Ģəklində 

birləĢdirmiĢdi və onu insanlara təlqin etmək istəyirdi. 

AxĢam saat səkkizdə madam Maqluar adəti üzrə, çarpayının yanında asılmıĢ kiçik Ģkafdan 

gümüĢ qabları götürmək üçün içəri girdiyi zaman yepiskop dizi üstündə açıq iri bir kitab tutaraq, 

kiçik kağız parçaları üzərində qeydlər edirdi. Bir dəqiqə sonra yepiskop süfrənin hazır olduğunu 

və bacısının, yəqin, onu gözlədiyini xatırlayaraq kitabı örtdü və ayağa qalxaraq yemək otağına 

getdi. 


Yemək otağı buxarısı olan uzunsov bir otaq idi. Dediyimiz kimi, bu otağın qapısı küçəyə, 

pəncərəsi isə bağçaya açılırdı. 

Madam Maqluar, doğrudan da, axĢam yeməyi hazırlığını qurtarmaq üzrə idi. 

O, öz iĢini görə-görə madmazel Batistina ilə söhbət edirdi. Masanın üstündə lampa yanırdı, masa 

yaxĢıca qalanmıĢ buxarıya yaxın qoyulmuĢdu. 

Hər birinin altmıĢdan artıq yaĢı olan bu iki qadını təsəvvürə gətirmək çətin deyil; madam 

Maqluar qısaboylu, diribaĢ, kök bir qadın idi, madmazel Batistina isə – mülayim, arıq və zəif, 

qardaĢından bir az uca idi, əynində 1806-cı ildə dəbdə olan qırmızımtıl-qonur rəngdə ipək paltar 

vardı. Bu paltarı madmazel Batistina həmin ildə Parisdə almıĢdı və o zamandan indiyədək 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə