Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə18/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   14   15   16   17   18   19   20   21   ...   412

– Bu saat hazır olacaq, – deyə meyxanaçı cavab verdi. 

Yolçu arxasını meyxanaçıya çevirib isinməkdə ikən, hörmətli meyxanaçı Jaken Labar cibindən 

bir karandaĢ çıxartdı və pəncərənin yanındakı kiçik masanın üstündə qalmıĢ qəzetdən bir parça 

qopartdı, kənarında bir-iki sətir yazdıqdan sonra onu bükdü, yapıĢdırmadan mətbəxdə həm aĢpaz 

Ģagirdi, həm də kuryer vəzifəsində iĢləyən bir uĢağa verdi. Meyxanaçı uĢağın qulağına nə isə 

pıçıldadı, o da dərhal Ģəhər idarəsinə doğru yüyürdü. 

Yolçunun bu hadisədən, əsla, xəbəri olmadı. 

O yenə soruĢdu: 

– Yemək tezmi hazır olacaq? 

– Bu saat hazır olar, – deyə meyxanaçı cavab verdi. 

UĢaq qayıtdı. O apardığı məktubu geri gətirmiĢdi. Meyxanaçı cavab gözləyən adamlar kimi 

tələsik kağızı açdı. Kağızdakını diqqətlə oxuduqdan sonra, baĢını yırğaladı və bir dəqiqə fikrə 

getdi. Nəhayət, kədərli fikirlərə dalmıĢ kimi görünən yolçuya yaxınlaĢaraq: 

– Cənab, – dedi, – mən sizi burada saxlaya bilməyəcəyəm. 

Yolçu oturacaqdan ayağa qalxdı. 

– Nə üçün? Yoxsa qorxursunuz ki, mən sizə pul verməyəm? Ġstəsəniz, pulu qabaqca da verə 

bilərəm. Pulum vardır, deyirəm sizə. 

– Məsələ bunda deyil. 

– Bəs nədədir? 

– Sizin pulunuz var... 

– Bəli, – deyə yolçu bir daha təsdiq etdi. 

– Amma mənim boĢ otağım yoxdur, – deyə meyxanaçı cavab verdi. 

Yolçu sakitcə: 

– Mənə tövlədə yer verin, – dedi. 

– Verə bilmərəm. 

– Nə üçün? 

– Orada yer yoxdur, hər yeri atlar tutmuĢdur. 

Yolçu: 


– Nə olar? – dedi, – elə isə çardağın bir küncündə mənə yer verərsiniz. Bir qucaq da küləĢ verin. 

Lakin bu barədə yeməkdən sonra ətraflı danıĢarıq. 

– Mən sizə yemək verə bilmərəm. 

Sakitcə, lakin qəti bir Ģəkildə verilən bu cavab yolçunun diqqətini cəlb etdi. O ayağa qalxdı. 

– Bəs belə! – deyə o çığırdı. – Amma mən axı acından ölürəm! Mən gün doğandan bəri istirahət 

etmədən yol gəlirəm. On iki lyo yol gəlmiĢəm. Mən pul verirəm. Mən yemək istəyirəm. 

Meyxanaçı dedi: 

– Mənim heç bir Ģeyim yoxdur. 

Yolçu güldü, buxarını və ocaqları göstərdi. 

– Heç bir Ģeyiniz? Bəs bunlar? 

– Bunların hamısını baĢqaları sifariĢ edibdir. 

– Kimlər? 

– Cənab arabaçılar. 

– Onlar neçə nəfərdirlər? 

– On iki. 

– Burada iyirmi adamlıq yemək vardır. 

– Bunların hamısını onlar özləri üçün sifariĢ ediblər, pulunu da qabaqcadan veriblər, 

Yolçu əvvəlki yerində oturdu və yavaĢ bir səslə: 

– Mən meyxanadayam, – dedi, – mən acam və burada qalıram.  

Bu zaman meyxanaçı yolçunun qulağına tərəf əyildi və onun diksinməsinə səbəb olan bir səslə 

dedi: 

– Buradan gedin! 




Bu anda yolçu əyilərək əsasının dəmir ucu ilə kömürləri ocağa tərəf itələyirdi; o, cəld dönüb, 

etiraz etmək üçün ağzını açdısa da, meyxanaçı onun gözlərinə dik baxaraq yenə yavaĢ bir səslə 

əlavə etdi: 

– Artıq söz lazım deyil. Ġstəyirsiniz sizin adınızı deyim? Sizin adınız Jan Valjandır. Ġndi 

istəyirsinizsə, sizin kim olduğunuzu da deyimmi? Siz içəri girdiyiniz zaman mən Ģübhələndim, 

Ģəhər idarəsinə adam göndərdim. Budur, onların verdikləri cavab. Oxumaq bilirsinizmi? 

O, bu sözləri deyib bir az əvvəl meyxanadan Ģəhər idarəsinə və oradan geriyə səyahət edən 

kağızı açıq halda yolçuya uzatdı. Yolçu onu tez nəzərdən keçirtdi. Meyxanaçı bir az sükut 

etdikdən sonra sözünə davam edərək dedi: 

– Mən hamı ilə nəzakətli danıĢmağa adət etmiĢəm. Buradan gedin. 

Yolçu baĢını aĢağı saldı və döĢəmənin üzərindəki çantasını götürüb getdi. 

O, baĢ küçəyə çıxdı. Özünü evlərin yanına qısaraq, təhqir edilmiĢ və qəmgin bir halda hara 

getdiyini özü belə bilmədən, təvəkkülə gedirdi. O, bir dəfə də baĢını geri çevirmədi. ÇevirmiĢ 

olsaydı, ―Kolbas xaçı‖ sahibinin qapının ağzında öz müĢtəriləri və yoldan keçənlər arasında 

durub və barmağı ilə onu göstərərək, hərarətlə nə isə danıĢdığını görər və oradakıların ona 

qorxulu və Ģübhəli nəzərlərlə baxmasından bilərdi ki, onun Ģəhərə gəlməsi Ģəhərə çaxnaĢma 

salacaqdır. 

Lakin o, bunları görmədi. Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca 

gəldiyini çox gözəl bilirlər. 

Beləliklə, o, haraya gedəcəyini bilmədən, tanımadığı küçələrlə bir müddət irəliyə getməkdə 

davam etdi. Ümidsizlik çağlarında olduğu kimi o, yorğunluğu da unutmuĢdu. Birdən o, yenə 

bərk aclıq hiss etdi. Gecə yaxınlaĢırdı. Bir sığınacaq tapmaq ümidi ilə o, ətrafa nəzər saldı. 

Abırlı aĢxananın qapısı onun üzünə bağlanmıĢdı, indi o, adi bir meyxana və ya sadəcə bir daxma 

axtarırdı. 

Birdən küçənin o biri baĢında iĢıq göründü; dəmir tirdən asılmıĢ Ģam budağı toranlı səmanın 

solğun fonunda aydın görünürdü. Yolçu iĢıq gələn tərəfə yollandı. 

Doğrudan da, bu, meyxana idi, – ġafo küçəsindəki meyxana. 

Yolçu bir anlığa dayanıb meyxananın pəncərəsindən içəri baxdı; alçaq tavanlı salon masa 

üzərindəki bir lampa ilə və ocaqda yanan odun parlaq alovu ilə iĢıqlanmıĢdı. Orada bir neçə 

adam oturub içirdi. Meyxanaçı ocağın yanında isinirdi. Ocağın üzərində qarmaqdan asılmıĢ 

dəmir qazanda nə isə qaynayırdı. 

Eyni zamanda bir növ karvansara olan bu meyxananın iki qapısı vardı: biri küçəyə açılırdı, biri 

də peyinlə dolu kiçik həyətə çıxırdı. 

Yolçu küçə qalasından girməyə cürət etmədi. Xəlvətcə həyətə girərək, yenə dayandı, sonra 

qorxa-qorxa rəzəni qaldırdı və qapını itələdi, 

– Kimdir? – deyə meyxanaçı səsləndi. 

– Yemək və yatmaq üçün yer axtaran bir adam. 

– Bəs nə üçün dayandınız? Burada yemək də, yatmaq üçün yer də vardır. 

Yolçu içəriyə girdi. Masanın baĢında oturub içən adamların hamısı dönüb ona baxdı. Bir tərəfdən 

lampanın, o biri tərəfdən də ocağın iĢığı onu iĢıqlandırdı. O, torbasını ciynindən çıxarmaqda ikən 

hamı onu diqqətlə nəzərdən keçirmiĢdi. 

Meyxanaçı dedi: 

– Budur ocaq, yemək də qazançada biĢir. Yaxın gəlin, isinin dost. Yolçu ocağın qabağında 

oturdu. Yorğunluqdan sızıldayan ayaqlarını oda tərəf uzatdı, qazançadan xoĢ iy gəlirdi. 

Yolçunun Ģapkasının günlüyü altından görünən üzündə tutqun məmnuniyyət ifadəsi göründüsə 

də, uzun zamandan bəri adət etdiyi əzabın qəmli kölgəsi yenə də üzündən silinib getmədi. 

Onun mərd, mətanətli və qəmli görkəmi vardı. Bu üz qəribə bir təsir bağıĢlayırdı: ilk baxıĢda o, 

çox itaətkar, axırda isə çox sərt görünürdü. Çırpı arasında alov necə parlayırsa, onun gözləri də 

kirpikləri altında elə parlayırdı. 

Masanın baĢında oturanlardan biri balıq alverçisi, bu meyxanaya girməzdən əvvəl Labar 

meyxanasına gedərək, atını onun tövləsinə bağlamıĢdı. Təsadüfən həmin gün səhər o, bu 

naməlum və Ģübhəli yolçunu Brad Ass ilə... (Adını yadımdan çıxartdım, gərək ki, Eskublon idi) 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə