Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə17/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   13   14   15   16   17   18   19   20   ...   412

çevirmək üçün çırpınmırdı: ona peyğəmbəri, yaxud qeybdən xəbər verən bir adamı xatırladacaq 

heç bir Ģey yox idi, bu müti qəlb yalnız sevirdi. 

Ola bilsin ki, o, duasını fövqəlbəĢər bir yüksəkliyə çatdıra bilirdi, lakin heç bir zaman nə dua, nə 

də sevgi həddindən artıq ola bilməz; əgər müqəddəs kitabların mətnində olmayan dua küfr 

olsaydı, Müqəddəs Tereza və Müqəddəs Ġeronim də kafir olardılar. 

O, dərdlilərə və tövbə edənlərə doğru meyil edirdi. Kainat isə böyük bir mərəz kimi görünürdü; 

o, hər yerdə qızdırmanı hiss edir, hər sinədə əzablar duyur, xəstəliyin səbəbini axtarmadan 

yaraları sağaltmağa çalıĢırdı. YaranmıĢların həyata qayıtmasının qorxunc mənzərəsi onu 

mütəəssir edirdi. O, yalnız bir Ģeyə: rəhm etmək və yardım göstərmək üçün ən yaxĢı üsul axtarıb 

tapmağa və baĢqalarına da bunu öyrətməyə cəhd edirdi. Bütün varlıq bu saf qəlbli və nadir 

dərəcədə mərhəmətli olan keĢiĢ üçün təsəlli həsrətində olan tükənməz ələm mənbəyi idi. 

Adam var ki, zəhmət çəkib yerin altından qızıl çıxardır, o isə qəlblərdən mərhəmət çıxarmaq 

üçün zəhmət çəkirdi. Dünyanın dərdi onun mədəni idi. Hər yerə yayılmıĢ qəm-qüssə onun üçün 

yalnız yaxĢılıq etməkdən ötrü daimi bir bəhanə idi. O, ―bir-birinizi sevin!‖ deyir və belə hesab 

edirdi ki, bununla hər Ģey deyilmiĢdir; o bundan artıq heç bir Ģey istəməzdi, onun bütün 

nəzəriyyəsi də bundan ibarət idi. Bir dəfə, yuxarıda adını çəkdiyimiz və özünü filosof sayan 

senator yepiskopa demiĢdi: ―Bir görün, bu dünyada nələr olur, hamı hər kəsə qarĢı vuruĢur: kim 

güclüdürsə, o ağıllı sayılır. Sizin ―bir-birinizi sevin!‖ Ģüarınız axmaqlıqdır. Yepiskop 

mübahisəyə giriĢmədən: ―Nə olsun, – demiĢdi, – əgər bu axmaqlıqdırsa, inci seyvanda gizləndiyi 

kimi, ruh da bunun içinə qapanmalıdır‖. Yepiskop, doğrudan da, bu ―axmaqlığın‖ içinə 

qapanaraq orada yaĢayırdı və bundan tamamilə razı idi: o, bizi cəlb edən və eyni zamanda 

qorxuya salan böyük məsələləri, mücərrəd elmin ölçüyəgəlməz zirvələrini, metafizika 

uçurumlarını, taleyi, xeyri və Ģəri‖, bütün canlıların bir-birilə mübarizəsini, insan Ģüurunu və 

heyvanların mürgülü seyrini, ölüm vasitəsilə dəyiĢməyi, varlıların məzarda yenidən doğulmasını, 

keçici hisslərin dəyiĢilməz ―mənlik‖ üzərindəki anlaĢılmaz hakimiyyətini, mahiyyəti, materiyanı, 

və Nil və Ens1, ruhu, təbiəti, azadlığı, zərurəti, çox böyük təfəkkürlü insanların düĢündüyü bütün 

o kəskin problemləri, o məĢum qalınlıqları; Lükretsi, Manu, müqəddəs Pavel və Dantenin 

sonsuzluğa dikilərək, orada, sanki, ulduzlar əmələ gətirə biləcək qədər parlaq nəzərlə seyr 

etdikləri böyük uçurumları özündən uzaqlaĢdırırdı. 

Monsenyor Byenvenü sirli hadisələri yalnız kənardan müĢahidə edən, onları tədqiq etmədən və 

onlara yaxınlaĢmadan, öz ağlını bununla yormadan, gözəgörünməzə qəlbən hörmət bəsləyən bir 

adam idi. 

 

 

 



BĠRĠNCĠ FƏSĠL. 

Bütün gün yol gələndən sonra. 

 

1815-ci il oktyabr ayının əvvəllərində, günəĢin batmasına təqribən bir saat qalmıĢ balaca Din 



Ģəhərinə bir yolçu girdi. Bu zaman evlərinin pəncərəsindən baxan və ya qapılarının qabağında 

dayanmıĢ olan tək-tək Ģəhər adamları bu yolçuya bir qədər təĢviĢlə baxırdılar. Ondan daha 

yoxsul görkəmli bir yolçuya rast gəlmək çətin idi. Bu orta boylu, enlikürək, dolu və qüvvətli bir 

adam idi. Ona qırx altı, qırx yeddi yaĢ vermək olardı. BaĢındakı papağının meĢin günlüyü 

günəĢdən yanıb qaralmıĢ və tər basmıĢ üzünün yarısını örtürdü. Boz kətandan tikilmiĢ qaba 

köynəyinin yaxasına gümüĢ lövbər niĢanı sancılmıĢdısa da, köynəyin açıq yerindən tüklü sinəsi 

görünürdü, turna kimi burulmuĢ boyun yaylığı, əynində göy kətandan tikilmiĢ bir dizi ağarmıĢ, o 

biri dizi yırtılmıĢ köhnə Ģalvarı, bir dirsəyinə yaĢıl mahuddan, viclə yamaq salınmıĢ köhnə və 

boz bluz, arxasında ağzına qədər dolu və qayıĢla möhkəm bağlanmıĢ lap təzə bir əsgər çantası, 

əlində də zorba, düyünlü bir ağac var idi; yalın ayaqlarına dəmir mıxlarla nallanmıĢ ayaqqabı 

geymiĢdi. BaĢı qırxılmıĢ, saqqalı isə çox uzanmıĢdı. 

Tər, bürkü, uzun günü piyada yeriməkdən əmələ gəlmiĢ yorğunluq və toz bu cır-cındır adamın 

buraxdığı pis təsiri daha da artırırdı. 



Qısa tükləri biz-biz dayanmıĢdı. Saçlarının lap yaxında qırxıldığı və yenicə çıxmağa baĢladığı 

görünürdü. 

Onu kimsə tanımırdı. Görünür, o, təsadüfi bir yolçu idi. O, haradan gəlirdi? Cənubdan. Bəlkə də, 

dəniz tərəfdən. Çünki o da Din Ģəhərinə yeddi ay bundan əvvəl Napoleon Kanndan Parisə gedən 

zaman keçdiyi həmin yoldan daxil olmuĢdu. Yəqin ki, bu adam bütün günü istirahət etmədən yol 

gəlmiĢdi. O, çox yorğun görünürdü. ġəhərin köhnə hissəsində yaĢayan yerli qadınlar onun 

Qasendi bulvarındakı ağacların altında dayandığını və xiyabanın axırındakı fəvvarədən su 

içdiyini görmüĢdülər. Görünür susuzluq onu çox incidirmiĢ, çünki onun dalınca gələn uĢaqlar iki 

yüz addım getdikdən sonra, onun yenə dayanıb Bazar meydanının ortasındakı fəvvarədən su 

içdiyini görmüĢdülər. 

PuaĢver küçəsinə çatdıqda o, sola dönüb Ģəhər idarəsinə tərəf getdi. Oraya girib, on beĢ dəqiqə 

orada qaldı. Qanının ağzında daĢ oturacaq üzərində bir jandarm oturmuĢdu. Bu, həmin oturacaq 

idi ki, general Druo martın 4-də onun üstünə çıxaraq, Juan limanında yazılmıĢ proklamasiyanı 

Din Ģəhərinin heyrət içərisində olan əhalisi qarĢısında oxumuĢdu. Yolçu Ģapkasını çıxarıb 

jandarmı hörmətlə salamlayaraq girdi. 

Jandarm yolçunun salamına cavab vermədi, diqqətlə ona baxdı, nəzərlərilə onu müĢayiət etdi və 

Ģəhər idarəsinə girdi. 

O zamanlar, Din Ģəhərində ―Kolbas xaçı‖ adlı gözəl bir karvansara vardı. O karvansaranın sahibi 

Jaken Labar, Qrenoblda ―Üç delfin‖ adlı karvansara saxlayan, vaxtilə imperator ordusunda 

xidmət etmiĢ baĢqa bir Labarın qohumu olduğu üçün, Ģəhərdə bütün əhalinin hörmətini 

qazanmıĢdı. Napoleon o tərəflərə gəldiyi zaman ―Üç delfin‖ karvansarası haqqında çoxlu 

Ģayiələr yayılmıĢdı. Deyirdilər ki, general Bertran yanvar ayında arabaçı paltarında bir neçə dəfə 

oraya gəlmiĢ və əsgərlərə xaç niĢanı, Ģəhər əhalisinə isə ovuc-ovuc qızıl paylamıĢdı. Lakin, 

yalnız bir Ģey qəti məlumdur ki, imperator Qrenobla daxil olduğu zaman prefektura binasında 

qalmaqdan imtina etmiĢ və merə təĢəkkür edərək: ―Burada tanıdığım namuslu bir adam var, mən 

onun yanında qalacağam‖- deyib, ―Üç delfin‖ mehmanxanasına getmiĢdi... ―Üç delfin‖ ilə 

―Kolbas xaçı‖ arasında iyirmi beĢ lyo məsafə olmasına baxmayaraq, ―Üç delfin‖ sahibi Labarın 

Ģöhrəti ―Kolbas xaçı‖ sahibi Labara da sirayət etmiĢdi. ġəhərdə onun barəsində deyirdilər: ―Bu, o 

Qrenobldakının əmisi oğludur‖. 

Yolçu Ģəhərdə ən yaxĢı sayılan bu karvansaraya doğru yollandı. O, qapısı birbaĢ küçəyə açılan 

mətbəxə girdi. Bütün mətbəx peçləri qalanmıĢdı, buxarıda Ģən alov yanırdı. Meyxana sahibi eyni 

zamanda baĢ aĢpaz olduğuna görə gah ocağa, gah qazanların yanına gəlib gedir, qonĢu otaqda 

ucadan danıĢıb gülüĢən arabaçılar üçün əla nahar hazırlanmasına nəzarət edirdi. Səyahət edənlər 

yaxĢı bilirlər ki, arabaçılar yaxĢı yeməyi hamıdan çox sevirlər. Odun üstündə ağ kəkliklər və 

qırqovullarla dolu bir ĢiĢ dönür, plitənin üstündə isə Loze gölündən tutulmuĢ iki yağlı sazan 

balığı və Aloz gölündən tutulmuĢ ala balıq biĢirdi. 

Meyxana sahibi qapının açıldığını və təzə bir adamın içəri girdiyini eĢitcək, gözlərini plitədən 

ayırmayaraq: 

– Nə istəyirsiniz, Cənab? – dedi. 

Yolçu: 


– Yemək və yatmaq istəyirəm, – deyə cavab verdi. 

Meyxana sahibi: 

– Olar, – dedi. Sonra dönüb yolçunu nəzərdən keçirərək əlavə etdi. – Əlbəttə, pulla. 

Yolçu köynəyinin cibindən içi dolu dəri pul kisəsini çıxararaq: 

– Pulum var, – dedi. 

Meyxanaçı: 

– Elə isə qulluğunuzda hazıram, – dedi. 

Yolçu kisəsini yenə cibinə soxdu, çantasını çıxarıb qapının yanında döĢəmənin üzərinə qoydu və 

əsasını əlindən buraxmayaraq ocaq qabağındakı alçaq oturacağın üstündə oturdu. Din Ģəhəri dağ 

yerindədir. Oktyabr gecələrində havalar orada çox soyuq olur. 

Meyxana sahibi dala-qabağa gedib gələrkən yolçunu diqqətlə gözdən keçirirdi. 

– Yemək tezmi hazır olar? – deyə yolçu soruĢdu. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə