Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə19/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   15   16   17   18   19   20   21   22   ...   412

arasındakı yoldan gedərkən görmüĢdü. Alverçiyə rast gəldiyi zaman olduqca yorğun görünən 

yolçu onu ata mindirməsini xahiĢ etmiĢ, balıq alverçisi isə cavab vermədən atını daha bərk 

sürmüĢdü. Həmin balıq alverçisi yarım saat bundan əvvəl Jaken Labarı əhatə edən adamların 

içərisində idi və ―Kolbas xaçı‖ meyxanasında olanlara özünün bu adama necə rast gəldiyini nağıl 

edirdi. Ġndi o, yerindən durmadan, meyxanaçıya gizlincə iĢarə elədi. Meyxanaçı ona yanaĢdı. 

Onlar bir-birinə bir neçə kəlmə pıçıldadılar. Bu zaman yolçu yenə dərin düĢüncələrə dalmıĢdı. 

Meyxanaçı ocağın yanına gəlib kobud bir hərəkətlə yolçunun çiynindən yapıĢdı və dedi: 

– Tez buradan rədd ol! 

Yolçu ona tərəf döndü və mülayimcəsinə soruĢdu: 

– Ah, demək, siz bilirsiniz?.. 

– Bəli, bilirəm. 

– Məni o biri meyxanadan qovdular. 

– Ġndi isə səni buradan qovurlar. 

– Bəs mən haraya gedim? 

– Haraya istəyirsən get! 

Yolçu çantasını və əsasını götürüb getdi. 

Meyxanadan çıxanda, ―Kolbas xaçı‖ meyxanasından buraya qədər onu təqib etdikdən sonra indi 

burada gizlənməkdə olan bir neçə uĢaq onu daĢa basdı. Yolçu qəzəblə geri döndü və əsası ilə 

onları hədələdi, uĢaqlar bir dəstə quĢ kimi dağılıĢdılar. 

O irəlilədi və həbsxananın qabağına çatdı. Darvazanın yanında iri zəngə bağlanmıĢ dəmir zəncir 

sallanmıĢdı. O, zənciri dartaraq zəngi çaldı. 

Darvazadakı kiçik pəncərə azacıq açıldı. Yolçu hörmətlə Ģapkasını çıxararaq: 

– Cənab qapıçı, – dedi, – rəhm edin, qapını açın, mənə bir gecəlik yer verin. 

Ġçəridən bir səs cavab verdi: 

– Həbsxana karvansara deyil. Qoy səni həbs etsinlər, onda qapını açarlar. 

Kiçik pəncərə yenə qapandı. 

Yolçu, bağlarla əhatə olunmuĢ dar bir küçəyə girdi. Bu bağların bəzisinin ətrafına çəpər əvəzinə 

kollar əkilmiĢdi ki, bu da küçəni Ģən göstərirdi. Bağlar və çəpərlər arasında yolçu birmərtəbəli 

kiçik bir ev gördü; evin pəncərəsindən iĢıq gəlirdi. Yolçu meyxananın pəncərəsindən baxdığı 

kimi, bu evin də pəncərəsindən içəri baxdı və divarları ağardılmıĢ xeyli geniĢ bir otaq gördü. 

Otağın bir tərəfində pərdə altında bir çarpayı, yanında da bir beĢik, bir neçə taxta stul, divardan 

asılmıĢ qoĢalülə bir tüfəng var idi. Otağın ortasında süfrə hazırlanmıĢdı. Mis lampa qaba ağ 

örtüyü, gümüĢ kimi parlayan və Ģərabla dolu olan qalay bir kuzəni və içində Ģorba buğlanan 

saxsı qabı iĢıqlandırırdı. Masanın yanında qırx yaĢlarında, ağbənizli gülərüzlü bir kiĢi oturmuĢdu 

və dizləri üstündə kiçik bir uĢağı atıb-tuturdu. Yanında oturan cavan bir qadın o biri uĢağa süd 

verirdi. Ata gülür, uĢaq gülür, ana gülümsəyirdi. 

Yolçu bu xoĢ və sakit mənzərə qarĢısında bir az dayanaraq fikrə daldı. O nələr düĢünürdü? Bu 

suala yalnız özü cavab verə bilərdi. Yəqin, o fikirləĢirdi ki, bu Ģən ailə ona qonaqpərəstlik 

göstərməkdən boyun qaçırmaz və burada, bu qədər məsud görünən bir evdə, bəlkə, ona da bir 

zərrə mərhəmət tapılar. 

O yavaĢca pəncərəni döydü. 

EĢitmədilər. 

Bir də döydü. 

Bu zaman qadın ərinə müraciətlə: 

– Bura bax, kiĢi, deyəsən, qapını döyürlər, – dediyini eĢitdi. KiĢi: 

– Yox, – deyə cavab verdi. 

Yolçu pəncərəni üçüncü dəfə döydü: 

KiĢi ayağa qalxaraq, lampanı götürdü və qapıya yaxınlaĢıb açdı. Ev sahibi ucaboylu, yarıkəndli, 

yarıpeĢəkar bir adam idi. Ġri dəri önlüyü sol çiyninə qədər çatırdı. Önlüyün döĢ tərəfində qurĢağa 

sancılmıĢ çəkic, qırmızı yaylıq, barıt qabı və müxtəlif Ģeylər görünürdü. Ev sahibi baĢını yuxarı 

qaldıraraq dayanmıĢdı: köynəyinin geniĢ, açıq yaxasından öküz boynuna oxĢayan ağ boynu 

görünürdü. Onun qalın qaĢları, iri qara bakenbardları, bir qədər dəbərmiĢ gözləri vardı, alt çənəsi 




qabağa çıxmıĢdı, üzündə öz evində olduğunu bildirən adama məxsus təsvirəgəlməz bir ifadə 

vardı. 


Yolçu onu görüncə: 

– BağıĢlayın, cənab, – dedi. – Pulla mənə bir boĢqab Ģorba və yatmaq üçün bax, o bucaqdakı 

mərəkdə bir yer verərsinizmi? Pulla, verə bilərsinizmi? 

Ev sahibi soruĢdu: 

– Siz kimsiniz? 

Yolçu cavab verdi: 

– Mən Püi-Muasondan gəlirəm. Bütün günü piyada on iki lyo gəlmiĢəm. Mənə yer verərsinizmi? 

Əlbəttə, pulla. 

Kəndli: 

– YaxĢı adama pulla evimdə yer verməkdən boyun qaçırtmazdım, – dedi. – Ancaq siz nə üçün 

karvansaraya getmirsiz? 

– Orada yer yoxdur. 

– Necə yoxdur? Ola bilməz. Bu gün nə bazar günüdür, nə də yarmarka. Labarın yanına 

getmədinizmi? 

– GetmiĢdim. 

– Bəs nə oldu? 

Yolçu bir az pərt halda. 

– Bilmirəm, o məni oraya buraxmadı. 

– Bəs oraya, nədir o, ġafo küçəsindəkinə, getdinizmi? 

Yolçunun pərtliyi artırdı. 

– O da məni içəri qoymadı, – deyə o mızıldandı. 

Kəndlinin üzündə bir Ģübhə göründü; o, yolçunu baĢdan-ayağa süzərək birdən dəhĢətlə: 

– Yoxsa, siz həmin adamsınız? – dedi. 

Sonra yenə yolçunu gözdən keçirdi. Üç addım geri çəkildi, lampanı masanın üstünə qoydu və 

divardakı tüfəngi əlinə aldı. 

Kəndlinin: ―Yoxsa, siz həmin adamsınız?‖ sözlərini eĢidən qadın yerindən sıçradı və hər iki 

uĢağını qucağına alaraq tələsik, hətta döĢünü belə örtmədən ərinin arxasında gizləndi. O, 

qorxudan bərəlmiĢ gözlərini yolçunun üzünə zilləyərək və öz-özünə ―Oğru, sərsəri‖ – deyə 

pıçıldayırdı. Bütün bu hadisələr təsəvvür edilməyəcək dərəcədə tez baĢ verdi. Ev sahibi bir neçə 

saniyə naməlum adama elə baxdı ki, sanki, qarĢısında duran zəhərli ilan idi, sonra yenə qapıya 

yanaĢaraq: 

– Rədd ol, – dedi. 

Yolçu: 

– Allah xatirinə, heç olmazsa bir stəkan su verin, – deyə xahiĢ etdi: Kəndli: 



– Alnına bir güllə çaxılmasını istəmirsən ki? – deyə cavab verdi. 

Sonra qapını bərk örtdü və yolçu iki ağır dəmir sürmənin bir-bir necə cırıldadığını eĢitdi. Bir 

dəqiqədən sonra pəncərənin taxtaları da örtüldü, dəmir tirin gurultu ilə yerinə qoyulduğu eĢidildi. 

Zülmət getdikcə qatılaĢırdı. Alp dağlarından soyuq külək əsirdi. Yolçu sönən gündüzün zəif 

iĢığında küçəni əhatə edən bağlardan birində, sanki, çimlə örtülmüĢ daxma kimi bir Ģey gördü. 

O, cürətlə Ģəbəkə hasardan sıçrayaraq bağa düĢdü və daxmaya yanaĢdı, qapı əvəzində alçaq bir 

dəlik gördü; daxma Ģose fəhlələrinin yol kənarında tikdikləri komalara bənzəyirdi. Yəqin, yolçu 

bunun, doğrudan da, belə bir koma olduğunu düĢünmüĢdü. O, soyuqdan və acından əziyyət 

çəkirdi: aclığa çarə tapmırdı, lakin burada heç olmazsa soyuqdan qorunmaq üçün bir sığınacaq 

vardı. Bu cür yerlərdə, adətən, gecələr kimsə qalmır. O qarnı üstə uzandı və sürünə-sürünə 

daxmanın dəliyindən keçdi. Ġçəri isti idi. Yerdə hətta küləĢ döĢənək də vardı, O, bir dəqiqə bu 

döĢənəyin üstündə uzandı, o qədər yorulmuĢdu ki, hərəkət etməyə qadir deyildi. Sonra 

arxasındakı çantanın onu narahat etdiyini hiss edərək və bu çantanın bir yastıq ola biləcəyini 

düĢünüb qayıĢlardan birini açmağa baĢladı. Bu anda qorxunc bir mırıltı eĢitdi. O gözlərini 

qaldırdı. Daxmanın qaranlıq deĢiyindən böyük bir köpəyin baĢı göründü. 

Yolçu it damına düĢmüĢdü. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə