Vilayət bağçası dördüncü cİld


İslam hakimiyyətinin problemləri52



Yüklə 384,43 Kb.
səhifə18/21
tarix26.09.2018
ölçüsü384,43 Kb.
#70558
1   ...   13   14   15   16   17   18   19   20   21

İslam hakimiyyətinin problemləri52

Bismillahir-Rəhmanir-Rəhim.


Peyğəmbər və gənclər

Mömin, aktiv və ölkənin ümidləri olan gənclərlə görüşə bildiyimə görə çox şadam. Bizim məclisimiz çox şirin və səfalı məclisdir. Siz gənclərin işıqlı ürəkləri Allahın mərhəmət, uğur və lütfkarlığının əks olunduğu mərkəzdir. Həmişə belə olmuşdur. Tarix boyu harada uca haqq bayrağı görürsünüzsə, orada imanlı bir gənc təbəqə görəcəksiniz. Bundan başqa cür ola bilməz. Buyurdu: "Gənclərə əhəmiyyətli yanaşın"53. Əziz Peyğəmbərimizin özü də Mədinədə və peyğəmbərliyinin əvvəllərində Məkkədə bu ağır yükü bəzi gənclərin çiyninə qoydu. Yoxsa bu yük mənzil başına çatmazdı. Peyğəmbər həm gənclərin mənəvi qüvvəsini, məqsədini, həvəsini, haqqı qəbul edən ruhiyyəsini və dünyəvi bağlılıqlarının azlığını, həm də fiziki güc və bacarıqlarını böyük işlərə hazırlayırdı. Peyğəmbərlər tərəfindən aydın, möhkəm və əsaslı iman bilgisi bu işıqlı ürəklərə və bu ruhlara təlqin olunduqda elə bir şey əmələ gəlir ki, ona “zübər əl-hədid”54, yəni polad parçaları deyilir. Bu gün də İslam dünyasının böyük hərəkəti şübhəsiz, İslamın məntiqli və əsaslı təfəkkürü və düzgün dini bilgilərlə yanaşı olan həmin aktiv ruhiyyəyə, həvəskar duyğulara, pak və nurlu qəlblərə ehtiyaclıdır. Bizdə bu var. Siz görürsünüz ki, dünyada milyardlarla dollar pul xərclənir ki, növbənöv siyasi təbliğat və hiylələrlə, təhlükəsizlik və kəşfiyyat üsulları, çirkin mafiya yolları ilə bizim cəmiyyətimizin və həmçinin ayağa qalxmış, oyanmış müsəlman cəmiyyətlərinin gənclərinə təsir göstərsinlər. Bu həmin rola dair ayıq olduqlarına görədir. Bizim inqilabımızı gənclər qalib etdilər. Müharibəni də gənclər idarə etdilər. Ölkəni də gənclər inkişaf etdirməli, bu inqilabı səmərəyə çatdırmalıdırlar.


Dəyərli bir iş

Sizin keçdiyiniz İslam və dini təlim kursu Allahın lütfü ilə ölkəmizdə mövcud olan çox dəyərli işlərdəndir. Sizin hər biriniz ayrı-ayrılıqda bir kapitalsınız. Mənim əzizlərim! Bu kapitalı qoruyun.


İslam hakimiyyətinin problemləri

İslam dövləti qurmaq bir analitikin, nəzəriyyəçinin və ideoloqun gözünə uzaqdan sadə iş kimi görünə bilər. Lakin əməldə və beynəlxalq təsirlərinə görə, çox çətin və böyük işdir. Necə ki, bu, ideal formaya çatdıqda hegemon güclərin bir əsr din və İslam əleyhinə təbliğatından təsirli olur. Maddi və fiziki güc sahiblərinin mürəkkəb tilsimini qırıb dünyada çoxlu insanları nicat sahilinə çıxara bilər. Belə bir dövləti və cəmiyyəti davam etdirmək, düzgün yönəltmək olduqca çətindir. Bu çətinliklərin, problemlərin, düşmənçiliklərin və əngəllərin qarşısında kim dayanıb sinəsini sipər etmək və mübarizə paltarı geyinmək istəyir? Bu, uyğun hərəkətin motoru olaraq, yalnız mömin, gənc və həvəskar bir təbəqənin əlindən gələ bilər.


İslamla düşmənlik

İslam yalnız kitablarda və bir qrup insanın beynində bir nəzəriyyə kimi mövcud olduqca onunla düşmənlik etmək çox ciddi deyil, yalnız kitab və müzakirə həddində olur. Lakin İslam təfəkkürü əməl sahəsinə nə qədər müdaxilə etsə, onunla düşmənliklər də bir o qədər sərtləşir və davam edir. Gərək əməl meydanına girmiş və həyata keçmiş İslam özünü o qədər möhkəm və güclü etsin ki, daha onunla bacara bilmədiklərini görsünlər, reallığı qəbul edib təslim olsunlar. Siz tarix boyu peyğəmbərlərə qarşı düşmənlikləri təsəvvür edin. Əvvəla, bu düşmənliklər hansı amilə qarşı olmuşdur? İkincisi isə bu düşmənlikləri kimlər edirdilər?


Peyğəmbərlərin tağut və mütriflərlə mübarizəsi

Mübarizə aparılan amil tövhid və ədalət nidası və peyğəmbərlərin əlində olan həqiqət bayrağı idi. Peyğəmbərlər dəvətlərinə başlayan gündən insanları, onlara qarşı bütün vücudları ilə mübarizə aparan şəxslərin əlindən xilas etmək istəyirdilər. Quran onları tanıtdırmışdır: tağutlar və mütriflər. Tağutlar hər hansı bir yolla insanların boynuna minməyi bacaran, onlara hökmranlıq edən, öz iradələrini zorla yeridən şəxslərdir. Mütriflər isə zalım, tağut və şeytan hakimiyyəti sayəsində ciblərini doldurub özləri üçün yaxşı yaşayış düzəldən, xalqın mallarını qarət edən zadəganlar və zalım sərvətlilərdir. Peyğəmbər işə tək başladı; yalnız öz dili, məntiqi və iradəsilə. Eyni zamanda bu qədər düşmənlik etdilər. İndi siz təsəvvür edin, peyğəmbər, yaxud onun sözünün təbliğatçıları əməli işə girişib bir dövlət qura və Allaha məxsus olan hakimiyyəti onun iradəsi istiqamətində idarə etsələr, dünyanın hər bir nöqtəsindən düşmənlik və ədavətlər onlara sarı axışar. Bu gün dünyada bu, baş tutur. Peyğəmbərlərə qarşı çıxan bu mütriflər, yəni sərvət toplayanlar, bu gün beynəlxalq soyğunçuluqla məşğul olan böyük ticarət kompaniyaları özlərini İslam Respublikası qarşısında hiss edirlər. Buna haqları var. Onlar hiss edirlər ki, İslam Respublikasının əlində olan peyğəmbərlər bayrağı ilə çıxılmaz bir böhrana düşüblər.


Peyğəmbərlərin yolunun davamı

İslam Respublikası peyğəmbərlərin sözünü deyir, peyğəmbərlərin niyyətindədir. Məhz buna görə bu gün həmin düşmənlər onun qarşısında dayanmışlar. Bu, zəruri və təbii bir şeydir. İslam Respublikasının qüdrətlə bu yolla hərəkət etdiyi qədər o da davam edəcək. Bəli, bu quruluş öz bacarığını göstərməklə və vəd etdiyi amalları həyata keçirməklə bədxahların dilini qısaldana, dünya xalqlarının ictimai rəyini bu həqiqətə razı edənə qədər bu problem bu formada davam edəcək. O zaman isə düşmənlərin təslim olmaqdan başqa çarəsi qalmayacaq. Yəni bir iş görə bilməyəcəklər. Düzdür, öz düşmənliklərini davam etdirəcəklər, lakin haqqın qüdrəti, ilahi quruluşun möhkəmliyi və ilahi dəlilin ictimai rəyə aydınlığı düşmənin imkanlarının kəskin şəkildə azalmasına səbəb olacaq. Biz İslam Respublikasını bu zirvəyə çatdırmalıyıq.


İslam Respublikasının fəaliyyətinin iki cəhəti

Bu gün İslam Respublikasının bir-birinə bağlı olan iki cəhətdə böyük işlərə ehtiyacı var. Biri budur ki, ölkənin idarəsində öz bacarığını göstərsin. Bu bizim həmişə dövlət məmurlarından istədiymizdir; yəni fəsadla mübarizə aparsınlar, Allahın qanunlarını qüvvə və qüdrətlə icra etsinlər, cəmiyyətin İslama uyğun idarəsi üçün düzgün üsullar seçsinlər, qanun pozuntularına göz yummasınlar, günahkarla, təcavüzkarla, qanunu pozanla, şəxsi marağını güdənlə və soyğunçu ilə razılaşmasınlar, öhdələrinə düşən böyük icra məsuliyyətini yerinə yetirməkdə səhlənkarlıq etməsinlər, işlərini yaxşı, möhkəm və ixlasla yerinə yetirsinlər, qanun pozuntularına qarşı tədbir görsünlər. Buna əsasən, birinci problemə qarşı tədbir quruluşun məmurlarının işidir.

İslam Respiblikasının qarşısında duran və birinci problemlə sıx bağlı olan ikinci problem İslam quruluşunun ümumi təfəkkür və istiqaməti barədədir. Bu gün dünya təbliğatının böyük bir hissəsi İslamın hakimiyyət barədə bilgilərini şübhə altına salmağa sərf olunur. Dəfələrlə yetərsizliyi görünmüş və işlək olmadığı göstərilmiş öz zehni nailiyyətlərini müsəlman cəmiyyətlərinin, o cümlədən bizim xalqımızın və məmurlarımızın beyninə yeritmək istəyirlər.
Təsir altına düşməmək

Mən dünən burada olan yüksək rütbəli dövlət məmurlarına dedim ki, dualarda Allahdan istənilən Kərimə dövlətin xüsusiyyətlərindən biri təsir altına düşməməkdir. Təsir altına düşməməyin mənası bu deyil ki, insan bir sözü düşüncə ilə araşdırıb fikirləşməsin. Mənası budur ki, düşmən tərəfindən bir səhvin qəti qəbul olunmasına və uyğun ajiotajına təslim olmasın. Bu gün dünyanın ən inkişaf etmiş elmi sahələrindən biri ictimai əlaqələrdir: təbliğat, səhv bir fikrin düzgün göstərilməsi və yeridilməsi, onu qəbul etməyən hər kəsin təhqir edilməsi. Düşmən bu işdə uğur qazansa, quruluşun ümumi istiqamətini dəyişdirə bilər. Bunun təhlükəsi daha çoxdur. Burada daha xırdalıqlardan söhbət getmir. Bu gün düşmənlər öz təbliğatlarında heç bir məntiq və dəlil olmadan İslamın aydın düşüncə əsasları üzərinə sual işarəsi qoyurlar.


İslam hakimiyyəti haqda tarixi təcrübə

Müsəlmanlar İslamdan xəbəri olmayan siyasi hökumət və rejimlərə şahid olmuşdur. Onlar müsəlman adı ilə yaşayırdılar, amma İslam təkcə ibadət ocaqlarında, ürəklərinin, evlərinin və ibadətgahlarının bir küncündə idi, cəmiyyətdə deyildi. Nə hakim İslam hakimi idi, nə siyasət İslama əsaslanırdı, nə müharibə və sülh İslam qaydasında idi. Hər bir şey cahiliyyət üslubunda idi. Siz Abbasilər, yaxud Mərvanilər dövlətinə baxın, adları müsəlmandır, lakin əməlləri qeyri-İslam dövlətlərinin əməlidir. Digər rejimlərdə mövcud olan hegemonluq, zülm, soyğunçuluq, haramlara, günah və fəsadlara düçar olmaq onlarda da vardı. Bunun harası İslamdır? Müsəlmanlar əsrlər boyu bunu sınaqdan keçirdilər, hətta bizim dövrümüzdə dünyanın bəzi yerlərində İslam adı ilə dövlətlər qurulmuşdur. İndi dünyada İran İslam Respublikasından başqa adlarında rəsmi olaraq “İslam Respublikası” sözü olan iki dövlət mövcuddur. Mən adlarını çəkmək istəmirəm. İnqilabdan qabaq deyirdilər ki, bir Afrika ölkəsi İslam Respublikasıdır. Mənsə deyirdim deyin ki, filan yerin Amerika İslamı Respublikası. Həqiqətən də belə idi. ABŞ-ın oturtduğu bir qrup İslam adından istifadə edirdi. Hal-hazırda ilk dəfə olaraq meyarları İslama əsaslanan bir dövlət qurulmuşdur. Quruluşun yüksək postlarının şərti ədalət, günahdan və dünyagirlikdən uzaq olmaqdır. Bu dövlətdə şəriət qanunları tətbiq olunur. İlk dəfədir ki, bu formada bir İslam dövləti qurulmuşdur. Bəllidir ki, ona qarşı düşmənlik edəcəklər.


Düşmənlərin ilk işi

Düşmənlərin ilk mühüm işi bu təməlləri sarsıtmaqdır. Deyirlər ki, ümumiyyətlə, din cəmiyyəti idarə edə bilər, yoxsa yox? Bu, "ümumiyyətlə, din düzgündür, yoxsa yox?" ifadəsinin başqa bir formasıdır. Gizli və münafiqcəsinə bir ifadədir. Əslində isə belədir: Ümumiyyətlə, dinin missiyası var, yoxsa yox? Dinin özü deyir ki, mən xalqın dünya və axirətini idarə etməyə hazıram. Əgər kimsə dinin cəmiyyətlərin siyasi, ictimai və iqtisadi işlərini idarə edə bilməsində şəkk etsə, dinin həqiqətini inkar etmişdir. Hansı dinin belə bir iddiası yoxdur?: “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik”55. Həmçinin buyurur: “Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik ki, insanlar ədalətlə rəftar etsinlər”56. Din ümumiyyətlə, bunun üçündür ki, cəmiyyəti nizam-intizama salsın, insanları ictimai formada idarə etsin. Bunu inkar edən şəxs əslində, bütün dini inkar etmişdir. Bu ümumi istiqamətin dəyişdirilməsidir. Bu, İslam Respublikasının düşmənlərinin çox planlı və dəqiq proqramlarındandır. Həm bu sahədə işləyirlər, həm praktik sahədə. Bu məsələlər eynilə erkən İslam dövründə də olmuşdur. Siz mübarək Əhzab surəsinə baxın. Allah-Taala bu surənin ilk üç ayəsində Peyğəmbərə müraciətlə belə deyir: "Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə!"57 Ey Peyğəmbər, məbada öhdəndə olan ehtiyatı bir anlıq əldən verəsən, kafir və münafiqlərin gözlədiyi istiqamətə yönələsən. Peyğəmbərin təqvası adi insanların təqvası ilə müqayisəyə gəlməz. Bəşər dünyasının rəhbəri olan Peyğəmbərin təqvası qiyamətə qədər adi insanların təqvası ilə müqayisəediləsi deyil. Lakin Allah-Taala ona bu vəzifəni tapşırır: "Təqvalı ol!" Allah peyğəmbərindən çəkinmir. Ey Peyğəmbər, sənin getməli olduğun xətt və vəzifə budur: "Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!"58 Allahın məktəbini, xəttini və təlimlərini, insanların idarəsi üçün sənin ixtiyarına qoyulanları diqqətlə və ehtiyatla qoru, onlara əməl et. Sonrakı ayədə sözügedən düşmənlikləri proqnoz verərək mənəvi kömək kimi peyğəmbərinə bir iş tapşırır: "Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!"59 Bəllidir ki, bu iş düşmənlikləri təhrik edir, sənin əleyhinə çıxırlar. Buna görə də, Allaha təvəkkül et, Ona arxalan. Bil ki, Allah işin vasitələrini sənin ixtiyarında qoymuşdur.

Təvəkkülün mənası bəllidir. Təvəkkülün düzgün mənası bəzi insanların beynində olanla çox fərqlənir. Təvəkkül bu deyil ki, işi Allaha tapşır və özün get yat. Xeyr, işin vasitələri sənin ixtiyarındadır. Bu yolda qüvvən, fikrin, səyin, ağlın, düşüncən və böyük insani qüvvələrin vardır. Düşmənlə mübarizədə mövcud olan üsulları tap, onlardan istifadə et və bil ki, Allah-Taala sənə kömək edəcək.
Gənclərin sayıqlığı

Bu gün bizim əziz gənclərimiz hər iki sahədə sayıq olmalıdırlar. Allaha şükür olsun ki, siz bu toplantı, sinif və kursları təşkil etməklə bu sahədə addım atmısınız. Mən siz əziz gənclər üçün bu yay proqramlarını təşkil edən bütün şəxslərə, xüsusən, doğrudan da səmərəli bir şəxsiyyət olan cənab Misbaha, eləcə də bu sahədə əməkdaşlıq edən, dərs, təlim və nəsihətlərdə iştirak edən digər qardaşlara səmimi təşəkkürümü bildirirəm.

Mənim əzizlərim! Ruh və düşüncə baxımından özünüzü sonu çox gözəl olan bir hərəkət üçün hazırlayın. Düşüncənizi öyrənməklə, fikirləşməklə, nəzər sahiblərinə müraciət etməklə, təcrübəli və ixtisaslı müəllimlərin fikirlərindən bəhrələnməklə gücləndirin. Öz ruhunuzu və canınızı Allahla əlaqə ilə, zikrlə, Quranda təfəkkürlə və Allahın nəzərinə təvəssüllə paklandırın.

Allaha şükür olsun ki, sizin ürəkləriniz nurlu, pakdır. Bu, Allahın rəhmətini cəlb edən səbəblərdən biridir. Bu gün günorta namazından sonra gözəl səslə oxunan duada belə deyildi: "İlahi, Səndən Sənin rəhmətini cəlb edən amilləri istəyirəm”. Şübhəsiz, Allahın rəhmətini cəlb edən amillərdən biri sizin bu toplantılarınızdır. Ümidvarıq Allah-Taala əməllərinizi ən yaxşı şəkildə qəbul etsin! Sizin hər birinizi parlaq bir ulduz kimi parlayıb dərs, iş və ailə mühitinizə yol göstərən etsin!

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 384,43 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə