123
ayrı misallarla isbat etmişdir. Məsələn, 101-ci səhifə, 31-
ci sətirdə “Dəli Dondar” əvəzinə “Dəli Dundar”, “bədöv,
bədöy” əvəzinə “bidəvi”, “sudan çıxmış ayğır”, 234-cü
səhifədə “qanara” (qoyunu asmaq üçün istifadə olunan
çəngəl) əvəzinə “heyvanların kəsildiyi yer”, “sallaqxana,
çox heyvan kəsilib üzülən yer, dağların ən yüksək və
qayalıq yerləri, böyük daş yığını, dağ kənarlarındakı
qayalıq ərazi” kimi verilir. 198-ci səhifədə “dolaşmaq”
sözü “dövr etmək, cövlan etmək, əngəl olmaq” kimi,
“dili çürümək” ifadəsi “qonuşmamaq, söyləməz hala
gəlmək” kimi, 305-ci səhifədə “yarımaq” sözü
“aydınlamaq, işımaq, işıldamaq, parıldamaq” kimi izah
olunur. Alim eyni zama
nda “şillə” termininin “şapla”
kimi oxunmasına da etiraz edir və Azərbaycan türkcəsin-
də günümüzdə də işlənən həmin terminin izahını verir:
“Siz şillə sözünün də “şapla” olduğunu iddia edirsiniz.
Halbuki əsərin Drezden nüsxəsinin 130-cu səhifəsində
“Mərə noldunuz deyü bir şillə birinə, bir şillə birinə
urdu” –
yazılmışdır. Burada şillə sözü ərəb əlifbası ilə
aydın şəkildə yazılıb. Siz nə üçün bunu “şapla” oxuyur-
su
nuz?.. “Şillə”, “sillə” müasir Azərbaycan dilində
“tokat” mənasında bu gün də işlənməkdədir (31, 192-
195).
Həmid Araslının “bədöy” sözü ilə bağlı verdiyi
şərh sözün tam və hərtərəfli əsaslandırılması baxımından
çox diqqətçəkicidir. Alim bu kəlmənin Azərbaycan xalq
danışıq dilində “bədöy at” söz birləşməsində işləndiyinə,
yəni atçılıqla bağlı bir təyin olduğuna, bəzi hallarda isə
isim kimi çıxış etməsinə diqqət çəkərək onun
dastanlarımızda da işləndiyini bildirir və fikrini sübut
etmək üçün “Koroğlu” dastanından aşağıdakı misraları
nümunə göstərir:
“Qoyun, bədöylər kişnəsin,
Misri qılınclar işləsin” (31, 194).
124
Alim daha sonra “Azərbaycan dilinin izahlı
lüğəti”ndə bədöv // bədöy sözünü “sağlam, qaçağan və
köhlən at” kimi izah edir və Aşıq Alıdan belə bir misal
gətirir:
“Mən Aşıq Alı dayı,
Söz deyər Alı dayı,
Könl
ü bədöv istəyən,
Vaxtında alı dayı” (31, 194).
Həmid Araslı fikrini davam etdirərək 1962-ci ildə
Aşqabadda
nəşr
olunmuş
“Türkmən
dilinin
sözlüyü”ndən, eləcə də 1959-cu və 1965-ci illərdə
Moskvada nəşr olunmuş “Özbək-rus lüğəti” və “Qırğız-
rus
lüğəti”ndən misallar çəkir və haqlı olduğunu ortaya
qoyur (31, 195).
Yuxarıda göstərdiyimiz bu nümunələr alimin təkcə
“Dədə Qorqud” dastanının yox, digər dastanlarımızın, ilk
növbədə “Koroğlu” dastanının, eləcə də ayrı-ayrı
aşıqlarımızın əsərlərinin mətnlərinə, onların leksik
tərkibinə nə qədər kamil şəkildə bələd olduğunu göstərir.
Ana dilimizdə bu gün də işlək olan “səksənmək”
felinə də aydınlıq gətirən Həmid Araslı türkiyəli
həmkarının “günü” sözündən bəhs edərkən, onu
“qısqanclıq” kimi mənalandırmasına qarşı çıxır və yazır
ki, dastanda belə kəlmə yoxdur: “Yəqin ki, “İt kimi gəv-
gəv edən” (yaxud qu-qu edən) ifadəsini “İt kimi günü
edən” oxuyursunuz. Ona görə də əbəs yerə zəhmət çəkib
“günü” sözünün mənasını axtarırsınız” (31, 193).
Həmid Araslının “Açıq məktubda” etirazla
qarşıladığı termin və fikirləri aşağıdakı kimi sıralamaq
olar:
1.“Çaxmaq” (çaxmaq daşı) kəlməsinin “alov”,
“atəş” kimi mənalandırılması (31, 193);
2. “Arğıc” (İtirdiyini axtaran adam – Kaşğarlı
Mahmud) sözünün “karvan” kimi izah edilməsi;
125
3 .“Kür” sözünün “gör” kimi oxunması;
4.
Orxan Şaiq Gökyayın “önmaq”, “durur”,
"kənəz” kimi terminlərlə bağlı ona ünvanlanmış olduğu
bəzi iradlar;
5.
“Gözəlləmək” sözünü “atəşdə bişirmək” kimi
mənalandırılması (31, 194-195);
6. “Din” –
“dinləmək” (Novruz bayramında qulaq
falına çıxmaq) ifadəsinin “Birini kötüləmək (pisləmək)”,
“Kiminsə dalınca danışmaq” (qeybət etmək) anlamında
işləndiyinin iddia edilməsi;
7.
Şərəfini qorumaq, ad-sanını mühafizə etmək
anlamında işlədilən “adını saxlamaq” ifadəsinin “adını
gizlətmək” kimi şərh edilməsi;
8.
“Derim (deyirəm) qanını (intiqamını) alalım”
ifadəsindəki “derim” felinin “dirim” kimi oxunmasına və
bunun məntiqi davamı kimi ifadənin yanlış izah
edilməsi;
9.
Azərbaycan türkcəsində bu gün də məhsuldar
ədat olan “axı” sözünün “əxi” (ərəbcə “qardaş”) kimi
oxunaraq, burada söhbətin əxilik təriqəti ilə bağlı
olduğunun söylənilməsi;
10. “Qoyma göz” (göz qoymaq) frazeoloji söz
birləşməsinin “quyma göz”, “bozlamaq” felinin
“buzlamaq” kimi oxunması;
11.
“Yarımaq” (oğlundan-qızından yarımaq) felinin
“yaruq” (şüa) sözü ilə bağlanaraq onun “aydınlanmaq”,
“işıldamaq”, “parlamaq” kimi anladılması və s. (31,
196).
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu kimi
misalların sayı olduqca çoxdur. Burada yazılanlar
Mustafa Kamal Ata
türkün dil inqilabının Türkiyə
türkcəsinə gətirdiyi fəsadları, eləcə də bu dilin göy Türk
dilindən nə qədər uzaqlaşdığını, bundan fərqli olaraq
Azərbaycan türkçəsinin öz ilkin təravət və saflığını
Dostları ilə paylaş: |