Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
126 
mühafizə  etdiyini    daha  dərindən  anlamamıza  yardımçı 
olur.   
Həmid  Araslının  “Orxan  Şaiq  Gökyaya  Açıq 
məktub”u  onun  mətnşünaslıq  sahəsində,  xüsusən  də 
“Kitabi-
Dədə  Qorqud”un  mətninin  araşdırılması 
sahəsində gördüyü nəhəng işin göstəricisidir. Alim “Açıq 
məktub”da  türkiyəli  mütəxəssislərin  anlamaqda  çətinlik 
çəkdiyi  bəzi  terminlərə  toxunaraq  yazır:  “...Türk  mütə-
xəssislərinin  izah  edə  bilmədiyi  bu  sözlər  bizdə  (yəni 
Azərbaycanda  –  H.  A.)  hamının  gündəlik  danışıqda 
işlətdiyi sözlərdir” (31, 193). 
Həmid  Araslının  “çəkiləri  doğrandı”  ifadəsinə 
verdiyi  şərh  diqqəti  xüsusilə  cəlb  edir.    Orxan  Şaiq 
Gökyayın  bu  ifadəni  “çiyinləri  doğrandı”  kimi 
oxumasının səhv olduğunu söyləyən alim yazır: “Mətndə 
isə  yazılır:  “Gürz  il  döyüşdülər,  qara  polad  öz  qılıncla 
tartışdılar. Sərpə-sərpə meydanda qılınclaşdılar. Çəkiləri 
doğrandı,  qılıncları  ovandı,  bir-birini  alımadılar”.  Çiyni 
doğranan  adam  sonradan  silahları  atıb  güləşə  bilərmi?.. 
“Çəki”  isə  yəhəri  ata  bağlayan  qayışlara  deyilir”  (31, 
193). 
Alimin  ayrı-ayrı  kəlmə  və  ifadələrin  üzərində  bu 
qədər  həssaslıqla  durması  başa  düşüləndir.  Məsələ 
burasındadır  ki,  “ayrı-ayrı  dil  səviyyələrinə  aid 
vahidlərin – fonem, heca, intonasiya, söz, söz birləşməsi, 
cümlənin  elə  keyfiyyətləri  var  ki,  bunlar  ancaq  bədii 
mətn  daxilində  təzahür  edir  və  ayrı-ayrı  hallarda  bədii 
mətn  içərisində  həm  struktur  detal  rolunu  oynayır,  həm 
mikromətn  komponentlərinin  formal  bağlılığını  təmin 
edir, həm də ahəng, ritm yarada bilir. Hər bir bədii mətn 
mükəmməl  bir  təşəkküldür.  Onun  təşkili  üçün  zəruri 
sayılan  bir  çox  detallar,  üsul  və  vasitələr  mövcuddur. 
Onların öyrənilməsi bədii mətnlərin dili üzərində həmin 


 
127 
istiqamətdə  xüsusi  araşdırmalar  aparılmasını  zəruri 
edir...” (190, 4; 89, 3). 
Yuxarıda  bəzi  söz  və  ifadələrdən  danışarkən, 
Həmid  Araslının  atçılıqla  bağlı  “bədöy”  və  “çəki”  kimi 
ifadələrin  üzərində  xüsusi  dayandığını  göstərdik. 
Maraqlıdır ki, dastanda at və at məzmunlu sözlər çoxdur 
və onlar “fonetik tərkibcə belədir: at (Hayqırdı at saldı), 
ayğır (- boz ayğır aldılar), qulun (Yigidin gözi bir dəniz 
qulını  boz  ayğırı  tutdı),  yund  (...yundları  öglərinə 
bıraqdılar),  tay  (Sarı  gönlər  görübən,  taylar  basan).  Bu 
münasibətlə  professor  Ə.Tanrıverdi  yazır:  “Bu  sözlərin 
qədim türk abidələrinin dili ilə müqayisəsi də maraqlıdır. 
Belə  ki,  Orxon-Yenisey  abidələrində  ayğır  sözünə  rast 
gəlinmir,  at  sözü  “Kitab”dakı  kimidir,  qulun  (qulın)  - 
kulun,  yund  isə  -  yond  şəklindədir:  Təglük  kulun  irkək 
yonda  əmig  tiləyür  –  Kor  qulun  erkək  atdan  əmmək 
diləyir. Həmin sözlər M. Kaşğarinin “Divan”ında, demək 
olar ki, “Kitab”dakı kimidir: at, ayğır, kulun, tay, yund. 
“Kitab”ın  dili  üçün  səciyyəvi olan “yund” sözü müasir 
Azərbaycan  dilində  işlənmir,  digər  sözlər  isə  (at,  ayğır, 
qulun)  “Kitab”dakı  fonetik  tərkibini  eynilə  saxlamışdır. 
Yeri  gəlmişkən,  at  sözü  müasir  türk  dillərinin 
əksəriyyətində  ilkin  fonetik  tərkibini  eynilə  mühafizə 
edir.  Xələc  (xalac)  dilində  isə  “hat”  şəklində  işləndiyi 
qeyd  olunur.  Araşdırmalarda  “ayğır”  sözünün  müasir 
türk 
dillərində 
işlənmə 
səviyyəsi 
də 
müəyyənləşdirilmişdir:  “Ayğır”  sözünə  müasir  türk 
dillərində ayğır, azır, xayır, ashır, ayar, atır formalarında 
təsadüf  olunur  və  Azərbaycan  dilindəki  mənada  başa 
düşülür” (95, 213; 153, 19). 
Tanınmış  etnoqraf  alim  Teymur  Bünyadov  yazır: 
“Atın təzə doğulanına dayça, altı aylığına daylaq, üç illik 
erkəyinə  üryə,  dişisinə  qulan,  dördyaşlısına  at,  madyan, 
döllük ata ayğır deyilir. Ayağı ala at alapaça və ya səkil 


 
128 
at, sarıya çalan at kürən, qızılı-boz çalarlı at isə səmənd 
at  adlanır.  Qırmızı  rəngli  at  günəş,  ağ  rəngli  at  uğur 
rəmzi  hesab  edilir”  (63).  Bu  adların  bir  çoxuna  eposda 
rast gəlinir ki, onların düzgün oxunuş və izahı bilavasitə 
Həmid Araslının adı ilə bağlıdır. 
Həmid  Araslının  iradları  içərisində  təkcə  ayrı-ayrı 
kəlmələrin  deyil,  eyni  zamanda  antroponimlərin  də  yer 
aldığını  görürük.  Bu  baxımdan  Dəli  Dondar,  Qarçar, 
Buğac  adları  istisna  deyildir.  Alim  “Dölək  Əvrən” 
a
ntroponiminin  ikinci  hissəsinin,  əslində,  “Uran” kimi 
oxunmalı  olduğunu  qeyd  edir  (31,  193).  Onun 
tədqiqatlarında toponimlərə də geniş yer ayrılıb. Alimin 
bu  sahədə  gördüyü  nəhəng  işi  davam  etdirən  “Ş. 
Cəmşidov  “Dədə  Qorqud”  dastanının  təhlilinə  onlarca 
məqalə və bir neçə monoqrafiya həsr etmiş, 1985-ci ildə 
isə  “Kitabi-Dədə  Qorqud”un  tekstoloji  tədqiqi”  adlı 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  Müəllifin 
1977-
ci  ildə  çap  etdirdiyi  “Kitabi-Dədə  Qorqud” 
monoqrafiyasında  “Kitabi-Dədə  Qorqud”un  bədii 
xüsusiyyətləri,  məzmun  və  ideyası,  boyların  şəkli 
əlamətləri,  bədii  təsvir  və  ifadə  vasitələri,  dastаnın  nəşr 
və tədqiq tarixi kimi məsələlər geniş və sistemli şəkildə 
tədqiq edilmişdir. Ş. Cəmşidov “Kitabi-Dədə Qorqud”da 
işlənmiş Dərbənd, Bərdə, Gəncə, Əlincə kimi toponimik 
vahidlərlə  yanaşı,  dastandakı  antroponimik  vahidlərlə 
səsləşən, konkret desək, onların əsasında yaranan Alpan, 
Qazanlı,  Qıpçaq,  Düyərli,  Dondar,  Əgərik,  Sərək  və  s. 
kimi  toponimlərin  müasir  Azərbaycan  coğrafıyasındakı 
mövqeyindən bəhs etmiş və bu cür onomastik vahidləri 
əhatə  edən  geniş,  həm  də  orijinal  bir  cədvəl  təqdim 
etmişdir” (67, 57-63; 152, 8). 
Bənzər sözləri Ə. Tanrıverdi haqqında da söyləmək 
lazımdır.  Onun  “Kitаbi-Dədə  Qоrqud”un  söz  dünyаsı” 
mоnоqrаfiyаsı  və  “Kitаbi-Dədə  Qоrqud” dilinin 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə