80
Artıq özündən əvvəlki ədəbiyyatdan fərqli olaraq
Nizaminin xalq ədəbiyyatından şah, vəzir obrazları ilə
yana
şı çoban, əməkçi, daşkəsən, kərpickəsən surətlərinə,
alim surətlərinə müraciətini H. Araslı bir yenilik kimi
qiymətləndirir.
H. Araslı o dövr ədəbiyyatında müstəsna bir yer
tutan müsbət qadın surətləri yaratmasını da şairin xalq
ədəbiyyatı ilə bağlılığında görür. O, göstərir ki, Nizami
bütün Şərq ədəbiyyatında müsbət qadın surətləri yaradan
ilk sənətkardır. Alim Nizaminin “Şəmira, Nüşabə kimi
qüdrətli hökmdar, Şirin kimi qoçaq, Fitnə kimi ağıllı,
Leyli kimi sadiq, Çin kənizi kimi hazırcavab, Mariya
kimi alim qadın surətləri yaratmasında” (26) xalq
ədəbiyyatından gələn motivlərin mühüm rolu olduğunu
qeyd edir. O, Nizaminin qadın obrazlarının, eləcə də
“Dədə Qorqud” dastanlarında, “Şah İsmayıl” dastanında,
“Həzar dastan” nağılında, “Valeh” dastanında rast
gəlinən bir çox motivlərin xalq ədəbiyyatından gəldiyini
şairin folklorla əlaqəsinin yeni bir təzahürü olduğunu
aydınlaşdırır.
H. Araslı Azərbaycan dastanlarında verilmiş qadın
surətlərinin xüsusiyyətlərindən birinin onun evlənəcəyi
oğlanı sınaqdan keçirməsi ilə sıx bağlı olduğuna işarə
edərək bu sınağın fizioloji qüvvət, söz ustalığı və bilik
sahəsində aparıldığını qeyd edir: “İstəyəni çox olan
qızlar özlərini tilsimbənd edir və onları qurtaracaq
qəhrəmanla evlənəcəklərini şərt qoyurlar. Ya da sözdə
onu bağlayacaq aşiqə, haqq aşiqinə gedəcəklərini vəd
edirlər. Bəzi dastanlarda qəhrəman, qızın saxladığı
canavarlar ilə vuruşur, bəzən özü ilə güləşir, bəzən də
onun tapmacalarına cavab tapır, sonra onunla evlənir”
(29, 19). Tədqiqatçı bütün bu məsələlərin Nizami
əsərlərində də mövcud olduğunu konkret faktlarla
müqayisələr əsasında açıb göstərir.
81
H. Araslı Nizami yaradıcılığını şifahi xalq
ədəbiyyatı ilə bağlayan əsas cəhətlərdən birini də onun
atalar sözlərindən və xalq idiomlarından istifadə
etməsində görür. O, göstərir ki, “əsasən atalar sözü kimi
mənalı aforizmlər yaradan dahi sənətkar öz zəngin
yaradıcılığında tez-tez atalar sözlərinə müraciət edib
fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən keçmiş bu
hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır” (29, 23-24).
H. Aras
lı Nizaminin istifadə etdiyi idiomatik
ifadələr, atalar sözləri, zərb-məsəllər haqqında
danışarkən maraqlı bir üsuldan istifadə edir. O, fars
dilindən gətirdiyi bu cür ifadələrin məhz Azərbaycan
təfəkkürünün məhsulu olduğunu, konkret ifadələrin
məhz Azərbaycan dilindən götürülüb tərcümə edildiyini
elmi əsaslarla sübut edir. Ümumiyyətlə, belə bir nəticəyə
gəlir ki: “Nizami “Xəmsə”sinin hər səhifəsində rast
gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların,
obrazların “Dədə Qorqud” dastanları ilə yaxınlığı, onun
dastan və nağıllardan istifadə etməsi əsərlərində əsas
ideyaların xalqdan alınması şairin ana Vətən, böyük
Azərbaycan varlığı ilə bağlılığını aydınlaşdırır” (25, 2).
Nizami və şifahi xalq ədəbiyyatı mövzusunun
mühüm bir tərəfi də şairin yaradıcılığının özündən
sonrakı yazılı ədəbiyyata olduğu kimi, şifahi xalq
ədəbiyyatına da təsir göstərməsidir. Məsələnin bu
tərəfinə diqqəti cəlb edən H.Araslı yazır: “Nizami əsas
mövzularını
şifahi
xalq
ədəbiyyatından
alıb,
yaradıcılığını xalq mənafeyinə uyğun, onun istək və
arzuları ilə bağlı inkişaf etdirən bir sənətkar olduğundan
onun əsərləri sonrakı şifahi xalq ədəbiyyatına dərin bir
təsir göstərmişdir” (29, 27).
H. Araslının fikrincə, “Nizaminin heç elə bir
poeması yoxdur ki, xalq poeziyasında onun süjeti ilə
əlaqədar əsər olmasın. Bunların bir hissəsi Nizaminin
82
xalq ədəbiyyatından istifadə edərək yaratdığı süjetlər
olsa da, mühüm bir hissəsi Nizami yaradıcılığından xalqa
keçmişdir. Bəzən şair böyük bir xalq dastanının süjetini
iki misra ilə ifadə etmiş, bəzən də xalq şairin iki misrası
əsasında böyük bir dastan yaratmışdır” (25, 3).
H. Araslının bu mülahizələri ədəbiyyatşünaslıqda
bəzi mübahisələrə səbəb olmuşdur. Məsələn, Nizami və
folklor mövzusunun görkəmli tədqiqatçılarından Tağı
Xalisbəyli yazır: “Hörmətli alimin bu fikrinin bir hissəsi
ilə qəti şəkildə razılaşa bilmərik. Ona görə ki, əvvəla,
xalq yaradıcılığından Nizami Gəncəvi yaradıcılığına
keçməsi məsələsi aydındır. Lakin Nizaminin xalqa təsiri
və ya keçməsi məsələləri heç kəsə qəti şəkildə məlum
deyil və məlum olacağı da gözlənilmir. İkincisi, elə bir
misra və beytə rast gəlmirik ki, şair hər hansı bir
müəyyən dastanın süjetini vermiş olsun” (95, 39).
Lakin qeyd etmək lazımdır ki, nəinki Nizaminin,
habelə bir çox dünya sənətkarlarının əsərləri əsasında
şifahi xalq ədəbiyyatı nümunələri yarandığı məlumdur.
Bundan başqa, əgər Nizaminin “Xəmsə”si özündən
sonrakı yazılı ədəbiyyata təsir etmişsə, şifahi ədəbiyyata
da təsir edə bilər. Axı, şifahi ədəbiyyat da ilk əvvəl
konkret bir şəxs tərəfindən deyilir və sonra inkişaf edir,
dəyişir, zənginləşir. Buna görə də, məsələn,
“İsgəndərnamə” poeması haqqında ayrıca tədqiqatın
müəllifi Əli Abbasovun “Nizaminin İsgəndər surəti
folklora və yazılı ədəbiyyata güclü təsir etmişdir” (2, 86)
fik
rini həqiqətə uyğun hesab etmək olar. Bu fikir H.
Araslıdan sonra deyilsə də, onun mülahizələrini bir az da
möhkəmləndirir.
H. Araslının tədqiq obyektinin çoxcəhətli və zəngin
olduğunu vurğulayan V. Vəliyev Nizami, Füzuli və
XVII-
XVIII əsrlərin görkəmli söz ustalarının H.
Araslının səmərəli zəhməti nəticəsində geniş təhlil
Dostları ilə paylaş: |