Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
104 
Nə başı eşqli cahıl da yoxdur (50, 571). 
  
Bu  qoşma  təkcə  şəkli  xüsusiyyətləri,  qafiyə  və 
rədifi  ilə  deyil,  öz  məzmunu  etibarı  ilə  də  Vaqifin 
“Bayram  oldu”  qoşmasının  təsiri  altında  yazılmışdır. 
Vaqif  yaradıcılığının  təsiri  Aşıq  Məhəmməd,  Molla 
Cuma, Xəyyat Mirzə, şair Vəli və məşhur ustad aşıqların 
əsərlərində də nəzərə çarpır (50, 571-572). 
Alim  şairin  əsərlərinin  1968-ci  il  nəşrinə  yazdığı 

qəddimədə onun əsərlərində Azərbaycan xalqının adət 
və  ənənələrinin,  yerli  və  məhəlli  xüsusiyyətlərinin 
özünün  parlaq  əksini  tapdığını  diqqətə  çatdıraraq,  Va-
qifin yaradıcılığında ruh yüksəkliyini və həyata bağlılığı 
əsas motivlərdən biri kimi xarakterizə edir: “O, xalqdan 
qüvvət  almış,  xalq  ədəbiyyatının  nikbin  əhvali-ruhiyyə-
sindən qidalanmışdır. Şairin həyata nikbin baxışını ifadə 
edən  əsərlər  içərisində  onun  Vidadi  ilə  deyişməsi  daha 
səciyyəvidir.  Həyatının  son  illərində  yazdığı  “Bax” 
rədifli  qəzəli  və  “Görmədim”  müxəmməsində  şair 
həyatın  keşməkeşlərində  müəyyən  acı  təcrübəsi  olan, 
çərxi-dövranın ədalətsiz gərdişindən narazı olan bir insan 
kimi  şikayətlənir.  Şair  Vidadiyə  yazmış  olduğu  “Bax” 
rədifli  qəzəlində  dostuna  müraciətlə  “Gərdişi-dövranın 
gəc  rəftarından”  ibrət  götürməyə,  həyatda  baş  verən  bu 
cür gözlənilməz hadisələrdən dərs almağa çağırır. 
Ey Vidadi, gərdişi-dövrani-gəc rəftarə bax, 
Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax!” (118, 
8; 119, 8). 
Həmid  Araslı  Vaqifin  dostuna  müraciət  edərkən 
həmin şeirdə dediyi aşağıdakı misranı nümunə gətirir: 
Baş götür bu əhli aləmdən ayaq tutduqca qaç
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax! (118, 9) 
Daha sonra Vaqifin Vidadiyə müraciətlə dediyi bu 
sətirlərə keçir:                         
Say qənimət diriliyin dəmini,  


 
105 
Keçən həmdəmlərin çəkmə qəmini, 
Ağlın olsun sil gözünün nəmini, 
Dəxi geri gəlməz onlar, ağlarsan! (118, 9) 
Həmin misraların mənaca nə qədər fərqli olduğuna 
diqqət  çəkən  Həmid  Araslı  eyni  şəxsə  müraciətlə 
söylənilən bu şeirlərin ruhunda aydın görünən ziddiyyəti 
Vaqifin  dünya  görüşü  və  yaradıcılığında  olan  kəskin  
dönüşün  ifadəsi  kimi  səciyyələndirir  və  yazır:  “Vaqif 
yaradıcılığindakı  bu  dönüşü  aydın  ifadə  edən  başqa  bir 
əsər isə onun “Görmədim” müxəmməsidir. Şairin ictimai 
məzmunlu  əsərləri  içərisində  mühüm yer tutan bu 
müxəmməsi  Vaqif  Məhəmməd  bəy  Cavanşirin  haki-
miyyəti  illərində  qələmə  almışdır.  Burada  yaşadığı 
mühitdə  həddindən  artıq  ədalətsizliklərə  məruz  qalan 
şairin  etirazları,  zəmanəsindən  şikayətləri  ifadə  olunur. 
Vaqif    bu  müxəmməsi  yaşadığı  mühitin  və  cəmiyyətin 
başdan  ayağa  qədər  haqsızlıq  üzərində  qurulduğunu 
kəskin ifşa edən aşağıdakı beytlərlə başlayır: 
Mən  cahan  mülkündə  mütləq  doğru  halət 
görmədim, 
Hər  nə  gördüm  əyri  gördüm,  özgə  babət 
görmədim” (118, 9). 
 
Vaqifin 
şeirlərinin 
1945-ci 
il 
nəşrinin 
müqəddiməsində  yazılanlar  isə  Həmid  Araslının  şairin 
şeirlərinin  şəkli  etibarilə  iki  əsas  hissəyə  ayrıldığı 
fikrində  olduğunu  göstərir.  Alim  yazır  ki,  bunlardan 
birisi  aşıq  qoşmaları  əsasında  yazılmış  şeirlərdir:  “Bu 
şeirlər aşıq qoşmalarının şəkil xüsusiyyətlərindən istifadə 
edilərək  yazılmışdır,  lakin  klassik  şeirin  xalq 
ədəbiyyatına  uyğun  cəhətlərindən  qidalanmışdır.  Vaqif 
xalq şeirlərinin ruhunu qədim ədəbiyyatın yaxşı cəhətləri 
ilə  birləşdirən  bir  sənətkardır.  Bunun  üçün  də  bir  ədəbi 
məktəbin  başçısı  hesab  olunur.  Bu  tərzdə  yazılmış 
əsərlərdə  Vaqifin  dili  çox  sadədir,  bədii  ifadə  vasitələri 


 
106 
xalq  danışıq  dilindən  alınmışdır.  Vəzn  –  barmaq  hesabı 
adlanan heca vəznidir. Şəkli isə qoşmadır”. Alimin Vaqi-
fin  ilk  dəfə  nəşr  etdirdiyi  “Gəlin”  rədifli  qoşmasından 
aşağıdakı parçalar bu qəbildəndir: 
 
Siyah zülfün qəddin ilən bərabər
 
Nazik ağ əndamın bəyaz, qar gəlin! 
 
Sallanışın tamam cahana dəyər, 
 
Sənin tək bir gözəl harda var, gəlin?! (118, 9) 
 
 
Məlayikələr gəlir sənə salama, 
 
Qəmzən məni çapdı, gəl bax yarama
 
Şəkər qübbəsidir, yoxsa şamama, 
 
Qoynun içindəki qoşa nar, gəlin? (116, 13). 
  
Bu 
qoşmanı 
aşıq 
gözəlləmələrindən 
fərqləndirməyin  çətin  olduğunu  bildirən  Həmid  Araslı 
yazır ki, şairin işlətdiyi siyah, zülf, qədd, əndam, bəyaz, 
cahan, 
qübbə,  intizar  və  s.  ərəb-fars  sözləri  aşıq 
şeirlərində  vətəndaşlıq  qazanmış,  hətta  danışıq  dilinə 
keçmiş kəlmələrdir. 
Vaqifin qoşmalarının öz daxili qafiyələri ilə də xalq 
ədəbiyyatının qoşayarpaq adlanan növündən istifadə yolu 
ilə  yaradıldığını  qeyd  edən  alim  bu  şəkildə  hər  bənddə 
olan  misraların  daxili  qafiyələrinin  müəyyən  hecada, 
yəni 5-6 hecada yarandığını göstərir: “Adi qoşmada hər 
bənddə  4  misra  olduğundan  və  son  misradakı  qafiyə 
ümumi qoşma ilə həmqafiyə, qalan misralar bir qafiyəli 
olursa, bu qo
şayarpaqda  hər  bənddə  7  qafiyə  bəndə  aid 
olub, 8-
ci qafiyə qoşmanın ümumi qafiyəsilə həmahəng 
olur. 
Məsəla: 
    
Ey şahi xubların şuxi dilbərin,  
    
Səndən sənübərin xəcaləti var (116, 13).  
Bu  misralarla  başlanan  qoşmada  ümumi  qafiyə 
“var” rədifilə davam edən “xəcaləti” kəlməsidir. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə