Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
98 
mənada  şifahi  aşıq  poeziyası  ifadəsi  yerinə  düşür  və 
onun  yazılı  poeziya  ilə  qoşa  qanad  olduğu  diqqət 
mərkəzinə çəkilir” (133, 29). 
Həmid Araslı yazılı ədəbiyyatla folklorun əlaqəsinə 
dair  tədqiqat  və  nəşr  işlərində  mövzuya  məhz  bu 
prizmadan  yanaşmışdır.  Yuxarıda  da  qeyd  etdiyimiz 
kimi, onun 1960-
cı ildə “Aşıq yaradıcılığı” kitabını çap 
etdirməsi,  “Şah  İsmayıl”,  “Əsli  və  Kərəm”,  “Aşıq 
Qərib”,  “Şəhriyar”  və  “Koroğlu”  kimi  dastanları 
hərtərəfli tədqiq etməsi, “Kitabi – Dədə Qorqud”u 1939, 
1962, 1977-
ci illərdə təkrar-təkrar nəşr etdirməsi, ona ön 
söz  yazması  və  redaktoru  olması  və  bu  istiqamətdə 
gördüyü di
gər  ölçüyəgəlməz  xidmətləri  alimin  xalqın 
etnik təfəkkürünün formalaşdırılmasında, xalq ədəbiyyatı 
kimi zəngin ədəbi-bədii irsin xalqımıza yenidən qazandı-
rılmasında oynadığı mühüm rola bariz nümunədir. 
Həmid  Araslı  Molla  Pənah  Vaqif  və  Molla  Vəli 
Vida
di  yaradıcılığına  da  eyni  prizmadan  yanaşır.  Alim 
Vaqifin  yüksək  zövq,  incə  hisslər,  dərin  və  nikbin 
duyğular  şairi  olduğunu  yazır,  onun  şeirlərində  şifahi 
xalq ədəbiyyatından, aşıq şeirindən gələn ən yaxşı xüsu-
siy
yətlərin  klassik  şeirin  nəcib  ənənələri  ilə  birləşdiyini 
qeyd  edir:  “Şair  klassik    şeirin  əsas  motivi  olan  sevgi 
lirikasına  belə  təzə  bir  məna,  təzə  bir  rövnəq  verir. 
Həyatdan,  şifahi  aşıq  şeirindən  gələn  şən  və  şux  bir 
nikbinlik, yüksək dünyəvilik bu lirikanın əsas səciyyəvi 
cəhətlərini  təşkil  edir.  Onun  əksər  şeirləri  –  qoşmaları, 
qəzəlləri,  müstəzadları,  müxəmməs  və  müəşşərləri, 
əsasən bir nöqtədə birləşir: hamısı məhəbbətdən, hamısı 
gözəldən  bəhs  edir.  Həm  də  bu  şeirlərdə  konkret  bir 
gözəllik,  dünyəvi  bir  sevgi  tərənnüm  edilir.  Həyat  aşiqi 
o
lan  şair  sanki  canlı  boyalar,  real  detallarla  qarabağlı 
qızın portretini çəkir: 
Boyu mina gərək, sinəsi mərmər


 
99 
Bəyaz ala gül əndamlı sərasər, 
Əlində al həna, zümründə ənbər, 
Qaşında, gözündə sürmə gərəkdir (157, 7).  
Şairin  söz  fırçası  ilə  çəkdiyi  bu  rəsmlər  öz  milli 
təravəti, yüksək orijinallığı ilə seçilir. Tədqiqatçı göstərir 
ki, Vaqif gözəlləri səliqəli, mədəni, vəfalı, sadiq görmək 
istəyir, hətta  qadın əsarətinin nişanəsi olan çadraya qarşı 
da öz etirazını gizlətmir: 
Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə
Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya?” 
(50, 559).  
Alim  yazır  ki,  “başqa  bir  qoşmada  Vaqif  daha  da 
irəli gedərək hətta elat qadınlarının büründüyü yaşmağa 
da qarşı çıxır: 
  
“Əvvəl gözəllərdə gərəkdir çağlıq, 
  
Ondan sonra ola sadəlik, ağlıq, 
   
Nə ağzında yaşmaq, nə üzdə yaylıq, - 
   
Çirkinlik üzünü bürüyəndədir” (50, 560). 
Vaqifin  əsasən  qoşma  ustası  olduğunu  deyən 
Həmid  Araslı  bildirir  ki,  o,  qəzəl,  müxəmməs,  müəşşər 
və müstəzadlar da yazmış, qədim şeirin bütün şəkillərin-
də  əsərlər  yaratmışdır.  Vaqifin  bu  şeirlərində  onun 
qoşmalarında  gördüyümüz  ruh  və  xüsusiyyətlər  vardır: 
“Lakin belə  şeirlərində şair daha çox məhəbbətin ümumi 
fəlsəfi  mahiyyətindən  bəhs  edir,  öz  hiss  və  fikirlərini 
ümumiləşdirməyə səy edir. Onun “Olmaya”, “İgidlərdə”, 
“Düşər”, “Bax” rədifli qəzəlləri bu qəbildəndir” (157, 7). 
Vaqifin  bir  sıra  təcnislər  də  yazdığını  vurğulayan 
alim, bununla belə, onun təcnislərinin çoxunun qulaq və 
göz  cinaslarından  yarandığını,  bugünkü  əlifba  ilə 
yazılanda  onların  bəzən  öz  cinaslığını  itirdiyini  qeyd 
etmişdir. 
H.  Araslı  göstərir  ki,  Vaqifin  bir  sıra 
müxəmməsləri  (kürk,  tüfəng,  çuxa  haqqında  və  s.) 


 
100 
müəyyən  münasibətlə  əlaqədar  olaraq  yazılan  və  öz 
sadəliyi  ilə  klassik  şeirin  müxəmməs  formasından 
fərqlənən  əsərlərdir:  “Şairin  yaradıcılığında  xüsusi  yer 
tutan  “Görmədim”  rədifli  müxəmməs  istisna  edilərsə, 
bunların  da  çoxu  gözəllik  aşiqi  nikbin  bir  şairin  eşq 
təranələridir”  (157, 7). 
Biz  də  alimin  bu  fikri  ilə  razıyıq  ki,  həmin 
müxəmməslər  içərisində  Vaqifin  1784-cü  ildə  Tiflis 
şəhərində  yazdığı  şeirlər  xüsusilə  maraqlıdır.  Tiflisdə 
qonaq  olduğu  zaman  Gürcüstan  hökmdarı  İraklinin 
oğluna  təqdim  etdiyi  müxəmməsində  şair  feodal 
hakimini  mədh  etmək  deyil,  öz  yaradıcılıq  prinsipinə 
uyğun  olaraq  məharətli  bir  sənətkar  qələmi  ilə  Tiflis 
gözəllərinin  və  qonşu  Gürcüstan  təbiətinin  təsvirini 
vermişdir.  Bu  müxəmməsdə  şair  Tiflis  şəhərinin 
tamaşasından  aldığı  ləzzəti  ifadə  edir.  Tiflisi  dünyanın 
cənnəti  adlandırır  və  bu  yerin  gözəllərini  mədh  və  tərif 
edir: 
 
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, 
 
Yığılıbdır ona cəmiyyəti huri, pərinin, 
  
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin
  
Filməsəl şəklü şəmayildə, bəli, hər birinin 
  Mahi – 
təbanə bərabər sərü simaları var” (50, 561-
562). 
Həmid Araslı göstərir ki, “əruz vəzninin tələblərinə 
görə  şairin  dili  qəzəl  və  müxəmməslərində  onun 
qoşmalarından bir qədər fərqlənir. O, bəzən ərəb və fars 
ifadə  tərkibləri  işlətməli  olur.  Lakin  Vaqif  dilinin 
aydınlığı  onun  bu  tipli  şeirlərində  belə  dərhal  nəzərə 
çarpır və klassik şeirdəki qəzəl və müxəmməslərdən həm 
məzmun, həm də formaca ayrılır (50, 563).  
Alim  Vaqifin  gözəlləmələrində  misilsiz  bir 
sənətkar olduğunu xüsusilə qeyd edərək onun son dərəcə 
yüksək bir zövqə malik olduğundan təbiət gözəlliyinin ən 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə