Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

 
123 
ayrı misallarla isbat etmişdir. Məsələn, 101-ci səhifə, 31-
ci sətirdə “Dəli Dondar” əvəzinə “Dəli Dundar”, “bədöv, 
bədöy”  əvəzinə  “bidəvi”,  “sudan  çıxmış  ayğır”,  234-cü 
səhifədə  “qanara”  (qoyunu  asmaq  üçün  istifadə  olunan 
çəngəl) əvəzinə “heyvanların kəsildiyi yer”, “sallaqxana, 
çox  heyvan  kəsilib  üzülən  yer,  dağların  ən  yüksək  və 
qayalıq  yerləri,  böyük  daş  yığını,  dağ  kənarlarındakı 
qayalıq  ərazi”  kimi  verilir. 198-ci  səhifədə  “dolaşmaq” 
sözü  “dövr  etmək,  cövlan  etmək,  əngəl  olmaq”  kimi, 
“dili  çürümək”  ifadəsi  “qonuşmamaq,  söyləməz  hala 
gəlmək”  kimi,  305-ci  səhifədə  “yarımaq”  sözü 
“aydınlamaq,  işımaq,  işıldamaq,  parıldamaq”  kimi  izah 
olunur. Alim eyni zama
nda  “şillə”  termininin  “şapla” 
kimi oxunmasına da etiraz edir və Azərbaycan türkcəsin-
də  günümüzdə  də  işlənən  həmin  terminin  izahını  verir: 
“Siz  şillə  sözünün  də  “şapla”  olduğunu  iddia  edirsiniz. 
Halbuki  əsərin  Drezden  nüsxəsinin  130-cu  səhifəsində 
“Mərə  noldunuz  deyü  bir  şillə  birinə,  bir  şillə  birinə 
urdu”  – 
yazılmışdır.  Burada  şillə  sözü  ərəb  əlifbası  ilə 
aydın şəkildə yazılıb. Siz nə üçün bunu “şapla” oxuyur-
su
nuz?..  “Şillə”,  “sillə”  müasir  Azərbaycan  dilində 
“tokat”  mənasında  bu  gün  də  işlənməkdədir  (31,  192-
195).  
Həmid  Araslının  “bədöy”  sözü  ilə  bağlı  verdiyi 
şərh sözün tam və hərtərəfli əsaslandırılması baxımından 
çox diqqətçəkicidir. Alim bu kəlmənin Azərbaycan xalq 
danışıq dilində “bədöy at” söz birləşməsində işləndiyinə, 
yəni atçılıqla bağlı bir təyin olduğuna, bəzi hallarda isə 
isim  kimi  çıxış  etməsinə  diqqət  çəkərək  onun 
dastanlarımızda  da  işləndiyini  bildirir  və  fikrini  sübut 
etmək  üçün  “Koroğlu”  dastanından  aşağıdakı  misraları 
nümunə göstərir: 
         
“Qoyun, bədöylər kişnəsin, 
         
Misri qılınclar işləsin” (31, 194). 


 
124 
Alim  daha  sonra  “Azərbaycan  dilinin  izahlı 
lüğəti”ndə  bədöv  //  bədöy  sözünü  “sağlam,  qaçağan  və 
köhlən at” kimi izah edir və Aşıq Alıdan belə bir  misal 
gətirir: 
  
“Mən Aşıq Alı dayı, 
    
Söz deyər Alı dayı, 
    Könl
ü bədöv istəyən
             
Vaxtında alı dayı” (31, 194). 
Həmid  Araslı  fikrini  davam  etdirərək  1962-ci  ildə 
Aşqabadda 
nəşr 
olunmuş 
“Türkmən 
dilinin 
sözlüyü”ndən,  eləcə  də  1959-cu  və  1965-ci  illərdə 
Moskvada nəşr olunmuş “Özbək-rus lüğəti” və “Qırğız-
rus 
lüğəti”ndən  misallar  çəkir  və  haqlı  olduğunu  ortaya 
qoyur (31, 195). 
Yuxarıda göstərdiyimiz bu nümunələr alimin təkcə 
“Dədə Qorqud” dastanının yox, digər dastanlarımızın, ilk 
növbədə  “Koroğlu”  dastanının,  eləcə  də  ayrı-ayrı 
aşıqlarımızın  əsərlərinin  mətnlərinə,  onların  leksik 
tərkibinə nə qədər kamil şəkildə bələd olduğunu göstərir. 
Ana  dilimizdə  bu  gün  də  işlək  olan  “səksənmək” 
felinə  də  aydınlıq  gətirən  Həmid  Araslı  türkiyəli 
həmkarının  “günü”  sözündən  bəhs  edərkən,  onu 
“qısqanclıq” kimi mənalandırmasına qarşı çıxır və yazır 
ki, dastanda belə kəlmə yoxdur: “Yəqin ki, “İt kimi gəv-
gəv  edən”  (yaxud  qu-qu  edən)  ifadəsini  “İt  kimi  günü 
edən” oxuyursunuz. Ona görə də əbəs yerə zəhmət çəkib 
“günü” sözünün mənasını axtarırsınız” (31, 193). 
Həmid  Araslının  “Açıq  məktubda”  etirazla 
qarşıladığı  termin  və  fikirləri  aşağıdakı  kimi  sıralamaq 
olar: 
1.“Çaxmaq”  (çaxmaq  daşı)  kəlməsinin  “alov”, 
“atəş” kimi mənalandırılması (31, 193); 
2.  “Arğıc”  (İtirdiyini  axtaran  adam  –  Kaşğarlı 
Mahmud) sözünün “karvan” kimi izah edilməsi


 
125 
3 .“Kür” sözünün “gör” kimi oxunması; 
4. 
Orxan  Şaiq  Gökyayın  “önmaq”,  “durur”, 
"kənəz”  kimi  terminlərlə  bağlı  ona  ünvanlanmış  olduğu 
bəzi iradlar; 
5. 
“Gözəlləmək”  sözünü  “atəşdə  bişirmək”  kimi 
mənalandırılması (31, 194-195);  
6. “Din”  –  
“dinləmək” (Novruz bayramında qulaq 
falına çıxmaq) ifadəsinin “Birini kötüləmək (pisləmək)”, 
“Kiminsə  dalınca  danışmaq”  (qeybət  etmək)  anlamında 
işləndiyinin iddia edilməsi; 
7. 
Şərəfini  qorumaq,  ad-sanını  mühafizə  etmək 
anlamında  işlədilən  “adını  saxlamaq”  ifadəsinin  “adını 
gizlətmək” kimi şərh edilməsi; 
8. 
“Derim    (deyirəm)  qanını  (intiqamını)  alalım” 
ifadəsindəki “derim” felinin “dirim” kimi oxunmasına və 
bunun  məntiqi  davamı  kimi  ifadənin  yanlış  izah 
edilməsi; 
9. 
Azərbaycan  türkcəsində  bu  gün  də  məhsuldar 
ədat  olan  “axı”  sözünün  “əxi”  (ərəbcə  “qardaş”)  kimi 
oxunaraq,  burada  söhbətin  əxilik  təriqəti  ilə  bağlı 
olduğunun söylənilməsi; 
10.  “Qoyma göz” (göz qoymaq) frazeoloji söz 
birləşməsinin  “quyma  göz”,  “bozlamaq”  felinin 
“buzlamaq” kimi oxunması; 
11. 
“Yarımaq” (oğlundan-qızından yarımaq) felinin 
“yaruq”  (şüa)  sözü  ilə  bağlanaraq  onun  “aydınlanmaq”, 
“işıldamaq”,  “parlamaq”  kimi  anladılması  və  s.  (31, 
196). 
Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  bu  kimi 
misalların  sayı  olduqca  çoxdur.  Burada  yazılanlar 
Mustafa Kamal Ata
türkün  dil  inqilabının  Türkiyə 
türkcəsinə gətirdiyi fəsadları, eləcə də bu dilin göy Türk 
dilindən  nə  qədər  uzaqlaşdığını,  bundan  fərqli  olaraq 
Azərbaycan  türkçəsinin  öz  ilkin  təravət  və  saflığını 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə