127
istiqamətdə xüsusi araşdırmalar aparılmasını zəruri
edir...” (190, 4; 89, 3).
Yuxarıda bəzi söz və ifadələrdən danışarkən,
Həmid Araslının atçılıqla bağlı “bədöy” və “çəki” kimi
ifadələrin üzərində xüsusi dayandığını göstərdik.
Maraqlıdır ki, dastanda at və at məzmunlu sözlər çoxdur
və onlar “fonetik tərkibcə belədir: at (Hayqırdı at saldı),
ayğır (- boz ayğır aldılar), qulun (Yigidin gözi bir dəniz
qulını boz ayğırı tutdı), yund (...yundları öglərinə
bıraqdılar), tay (Sarı gönlər görübən, taylar basan). Bu
münasibətlə professor Ə.Tanrıverdi yazır: “Bu sözlərin
qədim türk abidələrinin dili ilə müqayisəsi də maraqlıdır.
Belə ki, Orxon-Yenisey abidələrində ayğır sözünə rast
gəlinmir, at sözü “Kitab”dakı kimidir, qulun (qulın) -
kulun, yund isə - yond şəklindədir: Təglük kulun irkək
yonda əmig tiləyür – Kor qulun erkək atdan əmmək
diləyir. Həmin sözlər M. Kaşğarinin “Divan”ında, demək
olar ki, “Kitab”dakı kimidir: at, ayğır, kulun, tay, yund.
“Kitab”ın dili üçün səciyyəvi olan “yund” sözü
müasir
Azərbaycan dilində işlənmir, digər sözlər isə (at, ayğır,
qulun) “Kitab”dakı fonetik tərkibini eynilə saxlamışdır.
Yeri gəlmişkən, at sözü müasir türk dillərinin
əksəriyyətində ilkin fonetik tərkibini eynilə mühafizə
edir. Xələc (xalac) dilində isə “hat” şəklində işləndiyi
qeyd olunur. Araşdırmalarda “ayğır” sözünün müasir
türk
dillərində
işlənmə
səviyyəsi
də
müəyyənləşdirilmişdir: “Ayğır” sözünə müasir türk
dillərində ayğır, azır, xayır, ashır, ayar, atır formalarında
təsadüf olunur və Azərbaycan dilindəki mənada başa
düşülür” (95, 213; 153, 19).
Tanınmış etnoqraf alim Teymur Bünyadov yazır:
“Atın təzə doğulanına dayça, altı aylığına daylaq, üç illik
erkəyinə üryə, dişisinə qulan, dördyaşlısına at, madyan,
döllük ata ayğır deyilir. Ayağı ala at alapaça və ya səkil