114
dururdu. Böhran zamanı məzənnənin bahalaĢmasına olan təzyiqlər çox güman ki
azalacaq və bunun nəticəsində milli valyuta ucuzlaĢa bilər.
Ortamüddətli məqsədlər
3.23.
Qeyri-neft özəl investisiyaların cəlb olunmasının gücləndirilməsi zərurəti … Əgər
ortamüddətli fiskal strategiya iqtisadi artıma töhfə vermirsə onun mənası yoxdur. Yuxarıda
aparılan müzakirələrdə həll olunmalı vacib fiskal məsələlər müəyyən olunur və elə bir fiskal
siyasət (hədəf) təklif olunur ki, onun nəticəsində 2024-cü il üçün Azərbaycanda ortaölçülü
Hökumət fəaliyyət göstərsin. Əgər Azərbaycan təklif olunandan daha iriölçülü Hökumətin
seçilməsinə üstünlük verirsə son makroiqtisadi vəziyyət aĢağıdakıların həyata keçirilməsini təklif
edir (Fəsil 1, 2 və 5) (a) daxili absorbsiyaya təzyiqin azaldılması üçün xərclərin artım tempinin
aĢağı salınması və (b) qeyri-neft iqtisadiyyatın vergi yükünün azaldılması. Ən təcili siyasət
məqsədləri qeyri-neft özəl investisiyaların qeyri-neft ÜDM-də payının artırılması və inflyasiya
səviyyəsinin azaldılması olmalıdır. Üçüncü prioritet qeyri-neft ixracın artımı olmalıdır.
3.24.
...vergilərin azaldılması vasitəsilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunduğu kimi,
daha aĢağı vergilərin tətbiq olunması ticari sektorun (real məzənnənin bahalaĢması nəticəsində
yaranmıĢ) yükünün azaldılmasına imkan verəcək. Diaqram 2.6 və 2.7-də nəzərdə tutulan
ssenaridə təklif olunur ki, dövlət özəl sektorun qeyri-neft vergi yükünün azaldılması vasitəsilə
büdcə xərclərini aĢağı salsın. Ssenaridə nəzərdə tutulur ki, qeyri-neft gəlirlərinin qeyri-neft
ÜDM-də payı 2008-ci ilin 33 faizindən 2009-cu ildə 31.5 faizə, 2010-cu ildə isə 30 faizə qədər
azalacaq. Azərbaycan bu vergi yükünü birbaĢa vergi dərəcələrinin tədricən azaldılması yolu ilə
yüngülləĢdirə bilər (Fəsil 4-də aparılan müzakirəyə bax). Qeyd etmək lazımdır ki, Azərbaycan
pensiyalara hal-hazırda çoxlu pul xərcləməsə də (1.2 milyon pensiyaçıya ÜDM-in cəmi 3 faizi
xərclənir), hazırkı sosial sığorta və pensiya sistemi çərçivəsində olan öhdəliklər təcili Ģəkildə
nəzərdən keçirilməlidir. Belə ki, cari 25 faizlik məcburi dövlət sosial sığorta dərəcəsi nisbətən
yuxarıdır və bu investisiyaların cəlb olunmasına və formal (rəsmi) sektorda məĢğulluğun
artırılmasına mənfi təsir göstərə bilər.
D.
B
ÜDCƏ XƏRCLƏRININ ARTIMLARI VƏ GƏLƏCƏK XƏRCLƏRLƏ BAĞLI SIXINTILAR
(2005-2008)
3.25.
2008-ci ilin büdcəsində proqnozlaĢdırılan qeyri-neft kəsirinin bu hesabatın
proqnozlarına görə dayanıqlı DG göstəricisini keçməsinə baxmayaraq 2007-ci ilə qədər
Azərbaycanın büdcə xərclərinin artımı DG yanaĢmasına təxminən uyğun olmuĢdur
(böhrandan əvvəlki dövrdə). 2007-ci ildə Azərbaycanın DG əsasında müəyyən olunmuĢ
xərclər
səviyyəsi 7.7 mlrd. ABġ dolları təĢkil edirdisə, ölkənin ilkin qeyri-neft kəsiri 3.6 mlrd. AZN-nə
çatmıĢdır (və yaxud 4.2 mlrd. ABġ dolları, Cədvəl 3.1). 2008-ci ilin büdcə proqnozlarına uyğun
olaraq, 2008-ci ildə qeyri-neft kəsiri cari qiymətlərlə 7 mlrd AZN səviyyəsində, 2007-ci ilin
qiymətlərilə isə DG-dən təxminən 0.5 milyard AZN məbləğində yuxarı olması
proqnozlaĢdırılırdı (3.17 bəndində müzakirə olunduğu kimi).