World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə55/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

 113 
alınmalıdır ki, Azərbaycan qeyri-neft iqtisadiyyatını davamlılıq əsasında qurmalıdır 
ki,  bu  da  həm  özəl,  həm  də  dövlət  müəssisələrinə  tətbiq  olunmalıdır  (bu 
müəssisələrin  bir  qismi  neft  sektorundadır,  lakin  onlar  dünya  bazar  qiymətləri 
əsasında fəaliyyət göstərə bilmirlər). Uzun müddət baxımından daxili və beynəlxalq 
qiymətlər  arasında  olan  fərqi  tədricən  aradan  qaldırmaq  vacibdir.  Əks  təqdirdə 
daxili  neft  və  qaz  qiymətlərinin  aĢağı  olması  səbəbindən  ―itirilən‖  vəsaitlər  baĢğa, 
daha  səmərəli  istiqamətlərdə  istifadə  oluna  bilmir.  Həll  olunması  tələb  olunan 
strateji  məsələlərin  ikinci  qrupu  səhiyyə  və  təhsil  sistemlərində  ali  savadın 
səviyyəsilə  bağlıdır.  Azərbaycan  üçün  səhiyyə  və  təhsildə  ali  savadın  dövlətin 
əlində  saxlanılmasına  ehtiyac  duyulmur.  Azərbaycan  zaman  baxımından  əlveriĢli 
məqamdadır, çünki  hər iki  sektor üçün uzunmüddətli  baxıĢ  formalaĢdırılmaqdadır. 
Bununla bağlı, məsrəf və maliyyələĢdirmə planlarının  dövlət müzakirələrinin erkən 
mərhələsində (strateji səviyyədə) hazırlanması xüsusilə böyük əhəmiyyət kəsb edir. 
Eyni  zamanda,  xidmətlərin  dövlət  tərəfindən  göstərilməsilə  dövlət  tərəfindən 
maliyyələĢdirilməsi  arasında  olan  fərqin  ictimaiyyətin  diqqətinə  çatdırılması  da 
vacibdir:  məsələn  səhiyyə  və  təhsil  sistemlərində  ali  savad  özəl  sektor  tərəfindən, 
lakin  bunun  maliyyələĢdirilməsi  lazımı  hallarda  dövlət  tərəfindən  həyata  keçirilə 
bilər.  Yenə  də,  dövlət  tərəfindən  maliyyə  yükünün  həddindən  artıq  çox 
götürülməsinin 
planlaĢdırılması  hökumətin  ölçüsünü  tədricən  azaltmaq 
strategiyasına zidd olacaq.  
(b)
 
Bəzi  ortamüddətli  maliyyə  məsələləri.  Hökumət üçün dövlətə  və  potensial  olaraq 
Neft  Fondunun  aktivlərinə  dolayı  tələblərin  mövcudluğunu  qəbul  etmək  vacibdir 
(məsələn gələcək pensiya öhdəlikləri, dövlət müəssisələrinin borcu (bu hal-hazırda 
olunur)  və  yaxud  maliyyə  sisteminin  riskləri  (Qazaxıstana  həsr  olunmuĢ 
müzakirəyə  bax,  fəsil  6)).  Ġcmal  büdcənin  bütün  digər  gəlirlərinə  tələbi  nəzərə 
alaraq  büdcə  xərclərinin  proqnozlarına  qarĢı  müvafiq  proviziyaların  yaradılması 
zəruridir.  Eyni  zamanda,  Hökumət  üçün  bəzi  irimiqyaslı  iqtisadi  və  sosial 
proqramların səmərəliliyinin nəzərdən keçirilməsi də vacibdir (enerji subsidiyaları, 
minimum  əməkhaqları  və  pensiyalar).  Hökumət  ünvanlı  sosial  yardım  sxeminin 
tədricən  təkmilləĢməsini  nəzərə  alaraq  bu  proqramların  zəruliliyini  nəzərdən 
keçirməlidir.  Bununla  yanaĢı,  büdcə  zərfinin  cari  və  kapital  xərclər  arasında 
bölgüsünə  də  xüsusi  diqqət  yetirmək  lazımdır,  çünki  Azərbaycan  büdcəni 
proqramlar  səviyyəsində  tərtib  etmir  (hər  proqram  üzrə  cari  və  kapital  xərclərin 
bölgüsü  nəzərə  alınmaqla).  2007-ci  ilin  təcrübəsi  görsətdi  ki,  2.8  milyard  AZN 
həcmində  investisiya  proqramının  icrasında  problemlər  yaĢanmıĢdır.  Bunu  Dünya 
Bankı  və  digər  inkiĢaf  tərəfdaĢlarının  layihələrinin  həyata  keçirilməsi  zamanı 
yaranmıĢ  problemlər  də  təsdiq  edir.  Bizim  fikrimizcə,  Hökumət  tədricən  2007-ci 
ilin investisiya proqramının səviyyəsinə qayıtmağa çalıĢmalıdır.  
(c)
 
Daha  qısamüddətli makroiqtisadi idarəetmə məsələləri.  Əgər böhrandan əvvəlki 
dövrdə  hökumət  DG  məbləğinin  tam  Ģəkildə  xərcləməsinin  iqtisadiyyat  üçün  ifrat 
dərəcədə  qızmaq  riskinin  olub-olmadığını  qiymətləndirirdisə,  böhran  zamanı 
hökumət  DG-nin  tam  Ģəkildə  xərclənməsinin  ümumi  tələbin  qorunub  saxlanılması 
üçün kifayət  olub-olmadığı  barədə qərar verməlidir.  Bunu, eyni  Ģəkildə,  pul-kredit 
və  məzənnə  siyasətinə  də  Ģamil  etmək  olar.  Böhrandan  əvvəlki  dövrdə  büdcənin 
qeyri-neft  kəsirinin  maliyyələĢdirilməsindən  qaynaqlanan  (ABġ  dolları  hesabına) 
valyuta  məzənnəsinin  bahalaĢmasının  necə  idarə  olunması  məsələsi  gündəmdə 


 114 
dururdu.  Böhran  zamanı  məzənnənin  bahalaĢmasına  olan  təzyiqlər  çox  güman  ki  
azalacaq və bunun nəticəsində milli valyuta ucuzlaĢa bilər.  
Ortamüddətli məqsədlər 
3.23.
 
Qeyri-neft  özəl  investisiyaların  cəlb  olunmasının  gücləndirilməsi  zərurəti  …  Əgər 
ortamüddətli  fiskal  strategiya  iqtisadi  artıma  töhfə  vermirsə  onun  mənası  yoxdur.  Yuxarıda 
aparılan  müzakirələrdə  həll  olunmalı  vacib  fiskal  məsələlər  müəyyən  olunur  və  elə  bir  fiskal 
siyasət  (hədəf)  təklif  olunur  ki,  onun  nəticəsində  2024-cü  il  üçün  Azərbaycanda  ortaölçülü 
Hökumət  fəaliyyət  göstərsin.  Əgər  Azərbaycan  təklif  olunandan  daha  iriölçülü  Hökumətin 
seçilməsinə üstünlük verirsə son makroiqtisadi vəziyyət aĢağıdakıların həyata keçirilməsini təklif 
edir (Fəsil 1, 2 və 5) (a) daxili absorbsiyaya təzyiqin azaldılması üçün xərclərin artım tempinin 
aĢağı  salınması  və  (b)  qeyri-neft  iqtisadiyyatın  vergi  yükünün  azaldılması.  Ən  təcili  siyasət 
məqsədləri  qeyri-neft  özəl  investisiyaların  qeyri-neft  ÜDM-də  payının  artırılması  və  inflyasiya 
səviyyəsinin azaldılması olmalıdır. Üçüncü prioritet qeyri-neft ixracın artımı olmalıdır.  
3.24.
 
...vergilərin azaldılması vasitəsilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunduğu kimi, 
daha  aĢağı  vergilərin  tətbiq  olunması  ticari  sektorun  (real  məzənnənin  bahalaĢması  nəticəsində 
yaranmıĢ)  yükünün  azaldılmasına  imkan  verəcək.  Diaqram  2.6  və  2.7-də  nəzərdə  tutulan 
ssenaridə  təklif  olunur  ki,  dövlət  özəl  sektorun  qeyri-neft  vergi  yükünün  azaldılması  vasitəsilə 
büdcə  xərclərini  aĢağı  salsın.  Ssenaridə  nəzərdə  tutulur  ki,  qeyri-neft  gəlirlərinin  qeyri-neft 
ÜDM-də payı 2008-ci ilin 33 faizindən 2009-cu ildə 31.5 faizə, 2010-cu ildə isə 30 faizə qədər 
azalacaq.  Azərbaycan  bu vergi  yükünü birbaĢa vergi  dərəcələrinin tədricən azaldılması  yolu  ilə 
yüngülləĢdirə  bilər  (Fəsil  4-də  aparılan  müzakirəyə  bax).  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 
pensiyalara  hal-hazırda  çoxlu  pul  xərcləməsə  də  (1.2  milyon  pensiyaçıya  ÜDM-in  cəmi  3  faizi 
xərclənir),  hazırkı  sosial  sığorta  və  pensiya  sistemi  çərçivəsində  olan  öhdəliklər  təcili  Ģəkildə 
nəzərdən  keçirilməlidir.  Belə  ki,  cari  25  faizlik  məcburi  dövlət  sosial  sığorta  dərəcəsi  nisbətən 
yuxarıdır  və  bu  investisiyaların  cəlb  olunmasına  və  formal  (rəsmi)  sektorda  məĢğulluğun 
artırılmasına mənfi təsir göstərə bilər.   
D.
 
B
ÜDCƏ XƏRCLƏRININ ARTIMLARI VƏ GƏLƏCƏK XƏRCLƏRLƏ BAĞLI SIXINTILAR 
(2005-2008)
 
 
3.25.
 
2008-ci  ilin  büdcəsində  proqnozlaĢdırılan  qeyri-neft  kəsirinin  bu  hesabatın 
proqnozlarına  görə  dayanıqlı  DG  göstəricisini  keçməsinə  baxmayaraq    2007-ci  ilə  qədər 
Azərbaycanın  büdcə  xərclərinin  artımı  DG  yanaĢmasına  təxminən  uyğun  olmuĢdur 
(böhrandan əvvəlki dövrdə). 2007-ci ildə Azərbaycanın DG əsasında müəyyən olunmuĢ xərclər 
səviyyəsi 7.7 mlrd. ABġ dolları təĢkil edirdisə, ölkənin ilkin qeyri-neft kəsiri 3.6 mlrd. AZN-nə 
çatmıĢdır (və yaxud 4.2 mlrd. ABġ dolları, Cədvəl 3.1). 2008-ci ilin büdcə proqnozlarına uyğun 
olaraq,  2008-ci  ildə  qeyri-neft  kəsiri  cari  qiymətlərlə  7  mlrd  AZN  səviyyəsində,  2007-ci  ilin 
qiymətlərilə  isə  DG-dən  təxminən  0.5  milyard  AZN  məbləğində  yuxarı  olması 
proqnozlaĢdırılırdı (3.17 bəndində müzakirə olunduğu kimi).  
 
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə