World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə53/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

 109 
makroiqtisadi  sabitliyin  qorunmasını  təmin  etmək  məqsədilə  Hökumət  üçün  bu  strategiyanın 
həyata keçirilməsi vacibdir. Daimi Gəlir məbləği, siklik komponenti olan bütün maliyyə axınları 
əsasında  hesablanmalıdır  (dövlət  büdcəsində  istifadə  olunan  bütün  digər  neft  gəlirləri  və  Neft 
Fondunun gəlirləri nəzərə alınmaqla).
79
 Əməli baxımdan, DG ekvivalenti icmal büdcənin qeyri-
neft  kəsiri  ilə  müqayisə  olunan  səviyyədə  olmalıdır.  Texniki  mütəxəssis  olan  oxucular  üçün 
haĢiyədə  3.1-də  DG  hesablanmasının  ümumi  xülasəsi  təqdim  olunur.  Böhran  müddətində  DG 
xərclərin dayanıqlılıq səviyyəsi barədə yaxĢı təlimat verir.  
C.
 
A
ZƏRBAYCANIN DÖVLƏT MALIYYƏSI ÜZRƏ STRATEGIYA
 
Uzunmüddətli məqsəd 
3.16.
 
Uzunmüddətli  maliyyə  strategiyası  orta  ölçülü  hökumət  məqsədinə  nail  olmağa 
xidmət  edə  bilər  və  icmal  büdcəyə  kiçik,  amma  ardıcıl  korreksiyaların  olunmasını  labüd 
edir.  Azərbaycan  hökuməti  müxtəlif  vaxtlarda  dayanıqlı,  bazar-yönümlü,  qeyri-neft 
iqtisadiyyatını qurmaq niyyətini qeyd etsə də, inkiĢaf etdirmək istədiyi hökumətin ölçüsü barədə 
aydın  niyyət  ifadə  etməyib.  Azərbaycanın  müdafiə  və  digər  vacib  xidmətləri  göstərə  bilən  və 
eyni zamanda ölçü baxımından kiçik olan Hökumətin qurulması imkanları var. Təəssüf ki, böyük 
hökumətə  malik  olan  Avropa  ölkələri  bir  qayda  olaraq  Azərbaycanın  bugünədək  əsasən  yan 
keçməyi  bacardığı  iri  pensiya  sistemləri,  dövlət  xidmətləri  və  dövlət  qulluğu  sistemlərinin 
yükünü  daĢımalı  olurlar.  Bu  hesabatda  qeyd  olunur  ki,  Azərbaycan  özünün  sərbəst  bazar 
istiqamətli  iqtisadiyyatını  qurmaq  arzusuna  uyğun  olaraq  2024-cü  ilə  qədər  ümumi  ÜDM-in 
təxminən  35  faizi  və  yaxud  qeyri-neft  ÜDM-in  37  faizi  həcmində  orta  ölçülü  hökumət 
qurmalıdır. BaĢlanğıc nöqtəsi hökumətin neft bumundan əvvəlki ölçüsü ola bilər (xüsusilə 2002-
2004-cü illər arası) – o zaman icmal büdcə ÜDM-in təxminən 27 faizi idi (və  yaxud qeyri-neft 
ÜDM-nin 40 faizi) və iqtisadi sabitlik Azərbaycanın vacib bir xüsusiyyəti kimi bəyan olunurdu. 
Ona  görə  də,  ölkə  neftdən  gələn  maliyyə  gəlirlərinin  əsas  kütləsini  daha  müasir  və  rəqabətə 
davamlı iqtisadiyyatın qurulmasına istifadə edə bilər və neft bumunun sonuna qədər tədricən orta 
ölçülü  və  idarəolunan  dövlət  sektoru  səviyyəsinə  qayıda  bilər.  2016-cı  ildə  Azərbaycanın 
adambaĢına düĢən gəliri 5700 ABġ dolları ola bilər (2007-ci il ABġ dolları ilə, Atlas üsulu), bu 
da  ki,  bugünkü  Malayziya,  Türkiyə  və  yaxud  Cənubi  Afrikanın  səviyyəsinə  yaxındır.  Bu 
ölkələrin  dövlət  xərcləri  müvafiq  olaraq  ÜDM-lərin  29%,  26%  və  27%-i  təĢkil  edir.
80
 Belə  bir 
strategiyanın  qəbul  olunması  Azərbaycandan  icmal  büdcəyə  kiçik  və  tədrici,  amma  ardıcıl 
korreksiya etməyi tələb edəcək. 2008-ci ildə Azərbaycanın icmal büdcəsinin qeyri-neft ÜDM-in 
84 faizinə çatması gözlənilir. Orta ölçülü hökumət məqsədinə nail olmaq ölkənin hazırkı xərclər 
trayektoriyasına qətiyyətli dəyiĢikliyin edilməsini zəruri edir.  
 
 
 
                                                 
79
 Sikliklik  gəlirlərin  dəyiĢkənliyinin  bütün  formalarına  aiddir  (həcm  və  qiymətlərin  dəyiĢkənliyi  də  nəzərə 
alınmaqla). 
80
 AĠƏT-də, 2007-ci ilin ən böyük üç maliyyə gəliri qazananları ortalama ÜDM-nin 51.6 %-i ilə Fransa, Macarıstan 
və Ġsveç olmuĢdur. 


 110 
 
 
3.17.
 
2008-ci ilin büdcə proqnozlarında neft hesabına formalaĢan xərclər təklif olunan 5,9 
milyard ABġ dolları məbləğində olan DG ekvivalentindən bir qədər çoxdur. 2008-ci il üzrə 
Azərbaycanın qeyri-neft kəsirinin cari qiymətlərlə təxminən 7 milyard AZN və yaxud 2007-ci il 
qiymətləri ilə təxminən 5,5 milyard AZN səviyyəsində olması proqnozlaĢdırılır. Bu 2007-ci ilin 
qiymətləri  ilə  5,9  milyard  ABġ  dolları  DG  məbləğinə  əsaslanır  və  2007-ci  il  qiymətləri  ilə  5,1 
milyard AZN-ə bərabərdir.  
3.18.
 
2008-ci ilin büdcə proqnozları əsasında Azərbaycan: (a) cari real xərcləri 2008-ci il 
proqnoz  səviyyəsində  saxlamaqla,  və  (b)  2012-ci  ilədək  real  ifadədə  investisiya  xərclərini 
2007-ci ilin səviyyəsinədək aĢağı salmaqla dayanıqlı orta-ölçülü hökumətə nail olmaq üçün 
5,9 milyard ABġ dolları həcmində təklif olunmuĢ DG səviyyəsindən istifadə edə bilər. Bu 
zaman  mülayim  qeyri-neft  vergi  yükü  və  aĢağı  borc  səviyyəsini  təmin  etmək  mümkün 
olacaq.  Əgər  Azərbaycan  maaĢların,  transferlərin,  subsidiyaların  və  mal/xidmət  xərclərinin 
cəminin  real  ifadədə  2008-ci  il  səviyyəsində  sabit  qalmasına  imkan  versə  və  investisiya 
büdcəsini  yenə  də  real  ifadədə  2007-ci  il  səviyyəsinə  qaytararsa,  Azərbaycan  2024-cü  ilədək 
orta-ölçülü  hökumətə  (qeyri-neft  ÜDM-in  37  faizi)  (HaĢiyə  3.2)  nail  ola  bilər.
81
 Saxlanma 
xərcləri və faiz ödəniĢləri dövlət investisiyaları və dövlət borcunun məbləğinə əsasən dəyiĢir. Bu 
tədbirlər  həyata  keçirilərsə,  hökumət  əhəmiyyətli  dərəcədə  sektorlararası  ayırmalar  etməli  və 
səmərəliliyin artırılmasını təmin etməlidir. Bu uyğunlaĢma bir neçə il ərzində neft gəlirlərinin 5,9 
milyard  ABġ  dolları  həcmində  DG  səviyyəsindən  daha  yüksək  səviyyədə  xərclənməsi  demək 
olsa da, o, yenə də, 2030-a qədər NF-da təqribən 100 milyard ABġ dolları həcmində vəsaitin (və 
yaxud 2007 qiymətləri ilə 72 milyard AZN) toplanmasına imkan verəcək.  
 
 
 
 
 
 
                                                 
81
 2007-ci  ilin  (sabit)  manatı  ilə,  investisiya  xərcləri  (2007-ci  ildə)  2.8  milyard  AZN-ə  bərabər  olmuĢdur.  2008-ci 
ildə onların səviyyəsinin 4.6 milyard AZN-ə çatması gözlənilir.  
DG  yanaĢmasına  uyğun olmaq üçün,  investisiya  xərcləri tədricən 2012 ildə  2,8 milyard  AZN-ə  (2007  manatı ilə) 
doğru geri qayıtmalıdır (2009-da 3,6 milyard AZN, 2010-da 3 milyard AZN, 2011-də 2,9 milyard AZN və 2012-də 
2.8 milyard AZN, sabit 2007 qiymətləri ilə). Ġnvestisiya üzrə təklif olunan meyl 2006-cı ildə ölkə rəhbərliyi ilə ilkin 
müzakirələrə uyğun gəlir və bu zaman qəbul olunmuĢdu ki, vacib investisiya layihələrini həyata keçirmək üçün tələb 
olunan xərclərin artmasından sonra, bu səviyyə aĢağıya doğru korreksiya edilməli olacaq.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə