World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə61/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

 125 
investisiyalar  (rüblük,  təfərrüatlı).  Belə  müntəzəm  və  təfərrüatlı  məlumatların  mövcudluğu 
hökumətin və özəl sektorun iqtisadiyyata nəzarət etmək gücünü artırardı..   
3.47
 
  ....və  ölkənin  infrastrukturunun  keyfiyyəti  ilə  bağlı  “Ġllik  Hesabat  Kartı” 
hazırlamaq  olar.  Hökumət  ölkədə  infrastrukturu  yaxĢılaĢdırmaq  məqsədilə  əhəmiyyətli 
dərəcədə  investisiya  yatırır.    Cari  investisiya  layihələri  təcili  investisiya  ehtiyaclarına  cavabdır. 
Eyni  zamanda,  hökumət  tamamlanmıĢ  layihələri  effektli  Ģəkildə  reklam  etməklə  onlardan 
faydalana bilər.  Hökumət infrastrukturun keyfiyyəti ilə bağlı ―Ġllik hesabat kartı‖ hazırlaya bilər.  
Bu hesabatda təkcə investisiyaların məhsulları (yenidən salınmıĢ  yolların neçə kilometr olması) 
deyil, həm də nəticələri (Ġrandan Gürcüstan və ya Rusiya sərhədinə orta hesabla tranzit nə qədər 
vaxt tələb edir) nəzərə alına bilər.  Hesabatda, həmçinin, infrastrukturla bağlı irəliləyiĢlər izlənə 
bilər ki, bu irəliləyiĢdən də xarici investisiyaları cəlb etmək məqsədilə istifadə etmək olar.   


 126 
FƏSĠL 4. 
 
KOMMUNAL XĠDMƏTLƏRĠ SEKTORUNA ĠNVESTĠSĠYALARIN ÖZƏL SEKTORUN 
EHTĠYACLARINA UYĞUNLAġDIRILMASI 
 
Bundan  əvvəlki  fəsildə  qeyd  edildiyi  kimi,  Azərbaycan  hökuməti  infrastruktur  xidmətlərinin 
yaxĢılaĢdırılmasını  özünün  inkiĢaf  strategiyasının  mərkəzi  elementlərindən  biri  hesab  edir. 
Müstəqillik əldə olunandan sonra Azərbaycana Sovet dövründən kifayət qədər geniĢ infrastruktur 
Ģəbəkəsi miras qalmıĢdı, lakin 1990-cı illərdə iqtisadiyyatın bərbad vəziyyəti və neft bumundan 
öncə vəsait çatıĢmazlığı onun ciddi pisləĢməsi ilə nəticələnib. Eyni zamanda, pis vəziyyətdə olan 
Ģəbəkə inkiĢaf etməkdə olan iqtisadiyyatın ehtiyaclarını lazımi səviyyədə ödəyə bilməyib, və bu, 
ölkənin  tranzit  imkanlarından  faydalanmasının,  kənd  təsərrüfatı  məhsullarının  bazarlara 
çatdırılmasının,  aqro-emal  və  digər  yüngül  sənaye  sahələrinin  inkiĢafının  qarĢısını  alan  və 
iqtisadiyyatın xidmət sektorlarının inkiĢafına əngəl törədən amillərdən biri olub. 
Hökumətin  infrastruktur  sektoruna  investisiya  yatırmaq  qərarı  elektrik  enerji  təchizatı, 
telekommunikasiya,  avtomobil  yolları,  dəmir  yolları  və  su  təchizatına  dövlət  investisiyalarının 
qoyulmasını  və,  həmçinin  dövlət  infrastrukturu  xidmətlərinin  institusional  baxımdan 
təkmilləĢdirilməsini sürətləndirib. Azərbaycanda həmin xidmətlərin əhatə dairəsi və onları əldə 
etmək  imkanları  əhəmiyyətli  dərəcədə  geniĢləndirilmiĢdir.  Lakin  infrastruktur  xidmətlərinin 
səmərəliliyi və keyfiyyəti lazımi səviyyədə deyil və bu hökumətin prioritetinə çevrilməlidir, çünki 
sahibkarlığın  rəqabət  qabiliyyətinin  artırılması  üçün  hər  iki  aspektin  əhəmiyyətli  dərəcədə 
təkmilləĢdirilməsi  tələb  olunur.  Bu:  (i)  hökumət  tərəfindən  lazımi  qaydada  həyata  keçirilən  
maliyyə  davamlılığı  üzrə  gündəliyin  icrasının  baĢa  çatdırılmasını,  və  (ii)  özəl  sektorun 
infrastrukturda  iĢtirakının  geniĢləndirilməsini  tələb  edəcək.    Birinci  istiqamət  investisiya 
ehtiyaclarını, xammal qiymətlərini və cari xərcləri nəzərə almaqla maliyyə dayanıqlığının təmin 
edilməsini  və  etibarlı  orta  müddətli  planlaĢdırmanı  tələb  edir.  Ġkinci  məqam  isə  özəl  sektorun 
uzun müddətli planda rolunun nəzərdən keçirilməsini və lazımi tənzimləyici çərçivəni və qiymət 
siyasətini  təmin  etmək  üçün  hər  kommunal  xidmət  sahəsinin  bazar  strukturu  ilə  bağlı  strateji 
qərarlara  əsaslanan  ətraflı  və  davamlı  həll  yollarının  müayyənləĢdirilməsini    tələb  edir.  Bu  cür 
iĢtirakın  xarakteri  və  növləri  infrastruktur  sektorundan  asılı  olaraq  fərqlənir  və    seçimlər  digər 
ölkələrin  uğurlu  təcrübələri,  və,  eyni  zamanda,  Azərbaycanın  yerli  Ģəraiti  (bazarın  həcmi, 
strukturu və tənzimləmə potensialı) əsasında edilməlidir. Strategiya ilə bağlı qərarlar təcili qəbul 
olunmalıdır, çünki neft qiymətlərinin aĢağı düĢdüyü Ģəraitdə Hökumətin infrastruktur layihələrini 
yüksək templə maliyyələĢdirmək imkanı olmayacaq.    
A.
 
G
IRIġ
 
4.1.
 
Ġnfrastruktur  iqtisadi  artımı  və  yoxsulluğun  azaldılmasını  Ģərtləndirən  və 
stimullaĢdıran  ən  önəmli  amillərdən  biridir.  Hesab olunur ki,  infrastruktur bir qayda olaraq 
müəssisələrin  sahibləri  və  rəhbərlərinə  istehsal,  rabitə  və  nəqliyyat  məsrəflərini  azaltmağa, 
məhsuldarlığı  və  xarici  rəqabət  qabiliyyətini  gücləndirməyə  kömək  etməlidir.  Bir  sıra 
tədqiqatların  nəticələri  infrastruktur  və  iqtisadı  artım  arasında  möhkəm  əlaqənin  olmasını 
göstərir.
86
 Davamlı inkiĢafın dəstəklənməsi üçün infrastrukturun  yalnız kəmiyyət  aspekti (çıxıĢ) 
                                                 
86
 Bax: Dünya Bankı 1994, Canning 1998, və  Canning və Pedroni 1999.
  


 127 
deyil,  həmçinin  keyfiyyəti  (etibarlılıq)  əhəmiyyət  kəsb  edir.
87
 Bunu  nəzərə  alaraq  hökumət 
infrastrukturun təkmilləĢdirilməsini özünün baĢlıca məqsədlərindən biri elan etmiĢdir.     
4.2.
 
Lakin  infrastruktur  xidmətlərinin  keyfiyyətinin  yüksək  səviyyədə  saxlanılması, 
xüsusilə  keçid  dövrünü  yaĢayan  ölkələr  üçün  hələ  də  çətinlik  törətməkdə  davam  edir.  Bir 
çox  infrastruktur  xidmətləri  maliyyə  nöqteyi-nəzərdən  dayanaqlı  deyil,  çünki  bir  çox  hallarda 
normal  gücü  aĢmaqla  layihələndirilir  və  25-30  illik  xidmət  dövrünün  bitməsindən  sonra  da 
istismar olunur. Keçid iqtisadiyyatlarının üzləĢdiyi çıxılmaz vəziyyətlərdən biri ondan ibarətdir 
ki, tariflərin aĢağı səviyyədə saxlanılması infrastruktur xidmətlərinin operatorlarına (həm dövlət, 
həm də özəl) maliyyə vəsaitinin çatıĢmazlığı səbəbindən infrastruktura müntəzəm texniki baxıĢı 
təmin  etmək  imkanını  vermir.  Nəticədə  bəzi  keçid  ölkələrində  göstərilən  xidmətlərin  aĢağı 
keyfiyyəti  –  misal  üçün  enerji  və  ya  su  təchizatında  tez-tez  baĢ  verən  fasilələr  –  tarifləri 
qaldırmağa  imkan  vermir.  Həmçinin,  subsidiyalar  hesabına  maliyyələĢdirilən  tariflər 
istehlakçıların  israfçı  davranıĢına  Ģərait  yaradır.  Sonuncu  məqam  operatorlar  tərəfindən 
xidmətlərin  keyfiyyətinin  təmin  edilməsini  daha  da  çətinləĢdirir  və  çatıĢmazlığı    daha  da 
gücləndirir.    
4.3.
 
Azərbaycanda  infrastruktur  sahəsində  irəliləyiĢ  sektordan  asılı  olaraq  fərqlənir. 
Enerji təchizatı xidmətlərinin səviyyəsi son illərdə əhəmiyyətli dərəcədə  yaxĢılaĢıb (əvvəllər bu 
Ģirkətlər  tərəfindən  ən  mühüm  maneələrdən  biri  kimi  qeyd  edilirdi).  Ölkə  elektrik  təchizatı 
sahəsində  sabit  gərginliyin  təmin  edilməsi  ilə  fasiləsiz  (24  saat)  xidmət  təchizatına  və  ölkə 
ərazisinin  böyük  hissəsində  elektrik  haqlarının  müĢtərilər  tərəfindən  əsasən  ödənilməsinə  nail 
olub.  Hökumət  istehsal  güclərini  artırmaq  üçün  enerji  təchizatı  sektoruna  irihəcmli  investisiya 
yatırıb;  o,  həmçinin  magistral  yollara  çoxlu  vəsait  xərcləmiĢdir.  Su  təchizatı  və  dəmir  yolları 
sektorlarına  investisiyaların  tempi  son  vaxtlarda  bir  qədər  sürətlənsə  də,  nisbətən  aĢağı  templə 
həyata  keçirilir.  Qeyd  etmək  vacibdir  ki,  risklərin  qiymətləndirilməsi  və  davamlılıq 
mexanizmləri  daxil  olmaqla  infrastruktur  layihələrinin  hazırlanması  və  həyata  keçirilməsinə 
kifayət qədər uzun vaxt tələb olunur.  
4.4.
 
Ġslahatları sürətlə həyata keçirməsə də, qeyd etmək lazımdır ki, Azərbaycan 2007-ci 
ilin  yanvar  ayında  ictimai  infrastruktur  xidmətləri  ilə  bağlı  bütün  tariflərə  dəyiĢikliklər 
edərək  əksər  kommunal  xidmətlər  sektorlarını  məsrəfləri  ödəyən  (rentabellik)  səviyyəyə 
qaldırıb  (ətraflı  məlumat  aĢağıda  verilir).  Tariflərə  edilmiĢ  dəyiĢikliklər,  və,  eyni  zamanda 
sayğaclaĢdırma,  billinq  (xidmətlərin  haqqının  ödənilməsi  üçün  qəbzlərin  təqdim  olunması)  və 
yığım  sahəsində  irəliləyiĢ  2008-ci  ilin  icmal  büdcəsindən  enerji  subsidiyalarının  çıxarılması 
üçün  yetərli  olub.  Lakin  tariflərə  edilmiĢ  dəyiĢikliklər qaz üçün 47,2 AZN /  1000 m3  və  enerji 
istehsalı  üçün  bir  ton  neft  üzrə  100  AZN  təĢkil  edən  ölkədaxili  topdansatıĢ  qiymətlərinə 
əsaslanmıĢdır. Su təchizatı sektoru, həmçinin, enerji təchizatından  əhəmiyyətli dərəcədə asılıdır. 
Azərbaycanın daxili enerji təchizatı qiymətləri cari beynəlxalq qiymətlərdən çox aĢağıdır. Misal 
üçün, ―Azərenerji‖ ASC-nin 2006-cı ildə yanacaq xərcləri  haqqında məlumatlarına əsaslanaraq, 
alternativ  məsrəflərin  və  ya  cəmi  dolayı  iqtisadi  subsidiyanın  2,4  milyard  ABġ  dolları  və  ya 
ÜDM-in  10%  səviyyəsində  olması  qiymətləndirilib  (Cədvəl  4.1).  Həmin  hesablamaya 
beynəlxalq qiymətlərə qəflətən keçidin mənfi sosial və iqtisadi nəticələri daxil deyil.      
 
 
                                                 
87
 Calderón və  Servén 2004. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə