World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə60/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

 123 
mərkəzləĢdirilmiĢ  sənaye  sahələri  ehtiyatlı  xərcləmə  siyasətlərini  dəstəkləmiĢdir;  bu  maraqlar  sabitlik  üçün  vacib 
qüvvələr olmuĢlar; onlar əlaqədar sektorlara zərər vuracaq real məzənnənin kəskin bahalaĢmasının qarĢısını almağa 
kömək etmiĢdir. Eyni Ģəkildə, Botsvanada, rayonların rəhbərləri və mal-qara sahibləri qeyri-ticari sektorlarda güclü 
elektorat təĢkil etmiĢlər.  
 
*
Bu bölmə əsas ―Confronting the Oil Cruse‖, Alan Gelb və Sina Grasmann. Mimeo, World Bank 2008. pp. 17-18. 
əsaslanır.  
+
Bax  həmçinin  Zainal  Aznam  Yusof  və  Deepak  Bhattasali  (2008)  Malayziyanın  siyasi  quruculuğu  və  rəhbərlik 
arasındakı əlaqələr haqqında.
 
 
3.41.
 
Azərbaycan  Büdcə  Sistemi  haqqında  Qanunun  icrasını  gücləndirməli  və  proqram 
əsasında  büdcə  tərtibatının  ilkin  variantını  hazırlamalıdır.  Proqram  əsasında  büdcənin 
tərtibinə  gəldikdə,  Azərbaycan  ilk  öncə  sahə  nazirliklərinin  (büdcə  təĢkilatlarının)  və  mərkəzi 
nazirliyin potensialını gücləndirməlidir. Bununla yanaĢı, Azərbaycan yeni Dövlət Proqramlarının 
qəbul  olunmasına  tələb  olaraq  fiskal  təsirin  qiymətləndirilməsi  prosedurunun  tətbiq  olunmasını 
baĢlaya  bilər.  Eyni  zamanda,  sahə  nazirlikləri  və  mərkəzi  qurumlar  üçün  proqram  əsasında 
büdcənin  tərtibinə  dair  (ortamüddətli  icraya  baxıĢın  formalaĢdırılması  ilə)  treninqlərin 
keçirilməsi  də vacibdir. Treninq  proqramları büdcə menecerləri üçün treninqlərin keçirilməsini, 
həyata  keçirilən  siyasətlər  üçün  vəsaitlərin  ayrılması  məqsədilə  proqram  əsasında  büdcənin 
tərtibini, xərclər üzrə prioritetlərin müəyyən olunmasını və effektivlik üzrə məlumatların təqdim 
olunmasını  əhatə  etməlidir.  Bu  məsələlər  qəbul  olunmuĢ  dövlət  proqramları  ilə  illik  büdcə 
arasında əlaqənin yaradılmasını nəzərdə tutur. Bura müvafiq ĠT sisteminin qurulması, investisiya 
layihələri  üçün  yeni  kod  sisteminin  yaradılması  və  həyata  keçirilən  siyasətlərin 
qiymətləndirilməsi  üçün  müfəssəl  metodologiyanın  hazırlanması  daxildir.  Bu  yaxınlarda 
Azərbaycan  üçün  hazırlanmıĢ  PEFA  hesabatında  (2008-ci  ilin  fevral  ayı)  önəm  verilməli 
islahatlar istiqamətləri təqdim olunub.  
3.42.
 
Dövlət  investisiya  layihələri  üçün  artıq  çoxdan  gecikən  qiymətləndirmə  sisteminin 
tətbiqi  də  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  müəyyən  zamandır  ki,  dövlət  investisiya 
layihələri üzrə qiymətləndirmə sisteminin tətbiq olunmasına hazırlaĢır. Hazırkı sistem tikinti və 
tələbin  qiymətləndirilməsində  keçmiĢ  Sovet  normalarına  əsaslanır.  Hal-hazırda,  qərarlar  müasir 
layihə qiymətləndirmə metodlarına deyil, maliyyə təhlilinin yüngül formasına əsaslanır. Əslində 
Azərbaycanın  yeni  sistemi  müasir qiymətləndirmə  metodlarına əsaslanmalıdır  və eyni zamanda 
dövlət idarəetmə aparatının mövcud, lakin tədricən geniĢlənən imkanlarına uyğunlaĢdırılmalıdır. 
Bununla  belə,  treninqlərdə  müasir  yanaĢmalardan,  qiymətləndirmə  təhlilində  isə  özəl  sektorun 
imkanlarından  istifadə  etmək  olar.  Yeni  sistemin  üstün  cəhədi  ondan  ibarətdir  ki,  o 
qiymətləndirmə  prosesinin  ilkin  mərhələsində  dövlət  və  özəl  sektorları  qane  edən  qərarların 
əsasında ümumi ―inkiĢaf problemi‖ üçün optimal həll yolu tapır. Bu o deməkdir ki, əgər yatırılan 
investisiyadan  əsasən  fərdi  Ģəxslər  faydalanacaqsa  və  onun  digər  sektorlara  mənfi  təsiri 
yoxdursa, bu investisiyanın dövlətin əvəzinə özəl sektor həyata keçirsə daha məqsədəuyğun olar. 
2008-ci  ilə  qədər  bir  sıra  investisiya  layihələrinin  qəbul  olunduğunu  və  2009-cu  ildə  artıq 
baĢlanmıĢ  layihələrin  maliyyələĢdirilməsini  nəzərə  alaraq  Hökumət  üçün  aĢağıdakıların  həyata 
keçirilməsi  zəruridir:  a)  2006-2009-cu  illərin  layihələrinin  monitorinqinin  gücləndirilməsi;  b) 
2010-2013-cü illərin layihələr zərfinin müasir metodologiyaya uyğun olaraq qiymətləndirilməsi. 
Daha  sonra,  2008  CPAR-ın  tövsiyələrinə  əsasən,  2009-cu  il  Azərbaycanın  satınalma  prosesini 


 124 
təkmilləĢdirmək  üçün  istifadə  edilə  bilər.  Strateji  əhəmiyyət  və  dövlət/özəl  sektoru  üçün  rolu, 
layihələrin iĢlənməsi və icranın keyfiyyəti baxımından 2006-2009-cu illərin investisiya layihələri 
zərfinin  nəzərdən  keçirilməsi  2009-2013-cü  illərin  investisiya  proqramları  üçün  faydalı  olardı. 
Bu məsələlərin bir qismi növbəti fəsildə müzakirə olunur. 
3.43.
 
Azərbaycan satınalmaların gücləndirilməsinə xüsusi diqqət yetirməlidir. 2008-ci 
il  üzrə  Ölkədə  Satınalmaların  Qiymətləndirilməsi  Hesabatında  (ÖSQH  -  CPAR)  satınalmalar 
üzrə gücləndirilə bilən bir neçə sahə göstərilmıĢdır. Bunların ən vacibləri dövlət satınalmaları, o 
cümlədən qaydalar üçün hüquqi  çərçivənin  yeniləĢdirilməsi,  əhatə  dairəsi və  icra məsələlərində 
boĢluqların  aradan  qaldırılması,  inzibati  mülahizəni  məhdudlaĢdırmaq  məqsədilə  qoruyucu 
vasitələrin  tətbiqi  və  standart  sənədlərin  hazılranmasıdır.    Azərbaycan  həm  də  hüquqi  Ģəxslərin 
institusional  idarəetmə  və  potensialını  da  gücləndirə  bilər.    Buraya  Dövlət  Satınalmalar 
Agentliyinin  (DSA)  rolunun  aydınlaĢdırılması,  ən  azı  onun  mövcud  qanunvericiliklə 
uyğunlaĢdırılması,  potensialın  yaradılması  və  dövlət  satınalmalarının  ölkənin  ümumi  dövlət 
sektoru  üzrə  idarəçilik  sisteminə  inteqrasiyası  daxildir.    CPAR  hesabatında  həmçinin  bazar 
təcrübəsi və nəzarət məsələlərində də əhəmiyyətli irəliləyiĢlərin edilməsi tövsiyə edilir.  
 
3.44.
 
Mövcud 
proqramların 
daha 
yaxĢı 
monitorinqi 
büdcə 
idarəçiliyinin 
təkmilləĢdirilməsi  üçün  ikinci  əsas  tövhə  olardı.  Büdcəyə  daha  çox  strateji  məzmunun  daxil 
edilməsi həyata keçirilən siyasətlərin və xərclərin monitorinqi üçün baza yarada bilər. Məqsədlər 
aydınlaĢdırılıb və kəmiyyətləĢdirildikdən sonra proqramların icrasının qiymətləndirilməsi daxili 
və  xarici  audit  vasitəsilə  həyata  keçirilə  bilər  və  alınan  nəticələr  növbəti  büdcənin  tərtibində 
nəzərə  alınmaq  üçün  Milli  Məclisə  təqdim  oluna  bilər.  Bu  cavabdehlik  və  qiymətləndirmə 
nəticələrinin açıqlamasını nəzərdə tutur ki, onlar Milli Məclis üzvləri tərəfindən müzakirə oluna 
bilsin.  Ümumilikdə,  icmal  büdcənin  rəqəmləri  (təfərruatlı)  ictimaiyyət  üçün  acıq  olmalıdır. 
Nəticələrin  qiymətləndirilməsi  2005-2008-ci  illər  üzrə  DĠP-in  icrasının  icmalı  və  DĠP-in 
qiymətləndirilməsilə  baĢlaya  bilər.  Bu  infrastruktur  ehtiyaclarının  qiymətləndirilməsi  və 
prioritetləĢdirilməsi  baxımından  DĠP-in  səmərəli  alət  kimi  potensialından  tam  Ģəkildə  istifadə 
etməyə imkan yaradacaq.  
3.45.
 
Hökumətin  büdcə  prosesi  və  makroiqtisadi  idarəçiliyin  təkmilləĢdirilməsinə 
yönəldilmiĢ səylərlə yanaĢı potensialın gücləndirilməsinə də diqqət yetirmək vacibdir. Hal-
hazırda həyata keçirilən siyasətin qiymətləndirilməsi və proqram əsasında büdcənin tərtibi sadə 
olmalıdır ki, müvafiq dövlət iĢçilərinin həddən artıq çox iĢlə yüklənməsinə yol verilməsin. Daha 
mürəkkəb və dəqiq üsullar tədricən tətbiq oluna bilər. Bu, iĢçilərin bacarıqlarının artırılması üçün 
vacibdir  və  büdcənin  tərtib  olunmasının  təkmilləĢdirilməsi  sahəsində  ilk  addım  ola  bilər.  Eyni 
zamanda,  bu,  yeni  institusional  quruluĢun  mümkün  qədər  effektiv  istifadə  olunması  üçün  də 
vacibdir (xüsusilə, büdcə prosesi üzrə təlimatın dərc olunması və Ġqtisadi ġuranın fəaliyyəti).  
3.46
 
    Ġdarəçiliyi  daha  da  gücləndirmək  məqsədilə  qərar  qəbul  edən  Ģəxslərə  və 
ictimaiyyətə  iqtisadiyyatla  bağlı  daha  çox  məlumatların  verilməsi  zəruridir.  Ölkədə 
iqtisadiyyatın  vəziyyəti  və  maliyyə  xərclərinin  icrası  ilə  bağlı  ictimaiyyətə  çoxlu  məlumatlar 
verilir.    Bununla  belə,  hökumətin  informasiya  strategiyasını  gücləndirmək  olar.    Bunu  qərar 
qəbul edən Ģəxslər, kənar analitiklər və ictimaiyyət üçün müəyyən vacib  məlumatların vaxtında 
çatdırılması vasitəsilə etmək olar.  Bu informasiyaya aĢağıdakılarla bağlı ətraflı məlumatlar daxil 
olmalıdır:  icmal  büdcə  (rüblük,  GFS  formatında,  inzibati  və  funksional  təsnifatda),  real  əmək 
haqları  (aylıq,  sektoral  bölgüdə),  real  idxal  və  ixrac  (aylıq,  təfərrüatlı),  qeyri-neft  özəl 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə