76
iqtisadi, institusional və inzibati maneələrdən irəli gələn nəqliyyat və əməliyyat məsrəflərinin
azaldılmasını da nəzərdə tutur.
G.
Q
LOBAL BÖHRANIN TÖRƏTDIYI PROBLEMLƏRIN HƏLLI
1.51.
Azərbaycan ambisioz iqtisadi inkiĢaf planını həyata keçirərkən qlobal iqtisadiyyat
böhranla üzləĢdi. AMA (Avropa və Mərkəzi Asiya) ölkələrinin böhran nəticəsində böyük
problemlərlə qarĢılaĢması fonunda Azərbaycan geniĢ iqtisadi Ģokdan qaça bilmiĢdir
(amma, böhran müəyyən dərəcədə ölkəyə təsir etmiĢdir). Görünür ki, AMA və Latın
Amerikası ölkələri yüksək gəlirli ölkələrdən sonra böhrandan ən çox əziyyət çəkən ölkələr
olacaq. Belə ki, bunlar yeganə regiondurlar ki, harada 2009-cu il üçün ÜDM-in artım tempi
2006-2007-ci illərin orta artım tempinin yarısından az səviyyədə gözlənilir. AMA regionu
ölkələrinin ABġ-ın maliyyə böhranı ilə birbaĢa əlaqəsi yoxdur, lakin bu ölkələr çox güman ki,
dolayı vasitələr yolu ilə böhranın fəsadları ilə üzləĢəcək. Eyni zamanda gözlənilir ki, Avro
zonasında məcmu tələbin zəifləməsi AMA ölkələrinin ixracını azaldacaq. Baltikyanı ölkələrdə
artım artıq dayanıb. MDB ölkələrində artım isə azalmaqdadır ki, bu da qismən neft qiymətlərinin
aĢağı düĢməsi və Rusiya iqtisadiyyatında yaĢanan bank böhranının fəsadlarıdır.
Qiymətləndirmələr göstərir ki, hal-hazırda Azərbaycan iqtisadiyyatı orta AMA ölkələri ilə
müqayisədə daha yaxĢı mövqedədir: (a) ölkə regional baxımdan az inteqrasiya olmuĢ, keçən
illərdə əldə olunan iqtisadi nəticələr əsasən neft gəlirləri ilə bağlı olmuĢdur (əvvəlki müzakirələrə
bax), bank sektorunun xaricdən borclanması nisbətən aĢağı, xarici borclanma isə beynəlxalq
ehtiyatlarla tam Ģəkildə ödənilə bilər. Eyni zamanda, məcmu tələbin qeyri-neft ixracından
asılılığı aĢağıdır. (b) 2009-2010-cı illərdə neft hasilatının artması gözlənilir və sonra hasilatın
tədricən azalması proqnozlaĢdırılır. Neft hasilatının artırılması gözləntilərilə bağlı (hətta neft
qiymətləri aĢağı olsa da) iqtisadiyyata böyük maliyyə axınlarının gəlməsi proqnozlaĢdırılır. Buna
baxmayaraq və böhran Ģəraitini nəzərə alaraq iqtisadi artımın gündəlik izlənməsinə, qeyri-neft
sektorunun vəziyyətinin, neft hasilatı planlarının və qiymətlərin monitorinqinin həyata
keçirilməsinə ehtiyac duyulur.
1.52.
Böhran dövründə Azərbaycan daxili tələbin dayanıqlı olduğunu təmin etməlidir.
Böhrandan öncə Azərbaycan məcmu tələbi geniĢləndirmək və qeyri-neft ixracına təkan vermək
üçün dövlət sektoruna arxalanmaqda davam edə bilərdi. Böhranı nəzərə alaraq, Azərbaycan
inkiĢaf strategiyası barədə yenidən düĢünməlidir. YanaĢmalardan biri, əvvəllər olduğu kimi,
məcmu tələbin dəstəklənməsi üçün dövlət xərclərini istifadə etməkdir. Lakin, bu fəsil və 3-cü
fəsildə qeyd olunduğu kimi, Azərbaycanın dövlət xərcləri artıq kifayət qədər böyükdür. Cari
vəziyyətdə xərclərin azalması (qeyri-neft ÜDM-ə nisbətən) təmin olunmalıdır (lakin, xərclərin
azalma tempi düĢünülməlidir). Əgər böhran nəticəsində iqtisadiyyat zəifləyərsə xərclərin
azaldılması tempi qısa-müddət baxımından kəskin olmamalıdır. Azərbaycan üçün münasib olan
digər yanaĢma isə qeyri-neft özəl investisiyalara dəstək verən islahatların sürətləndirilməsidir.
Azərbaycanda özəl sektor kifayət qədər böyük inzibati maneələr Ģəraitində fəaliyyət görsədir
(fəsil 5-də iqtisadiyyat üçün böyük məsrəflər törədən lisenziyalaĢma, vergi və gömrük
inzibatçılığı məsələləri müzakirə olunur). Fəsil 5-in tövsiyələrinə əsasən Azərbaycan 2009-cu
ildə qeyd olunan maneələrin azaldılmasına diqqətini yönəldə bilərdi.
1.53.
Daxili tələbi dəstəkləmək və maliyyə sabitliyinin təmin olunması məqsədilə
Azərbaycan maliyyə sektorunun hərtərəfli nəzarətini gücləndirə bilər ki, böhran
nəticəsində özəl sektorun kreditlərə çıxıĢı əhəmiyyətli dərəcədə azalmasın. Qlobal böhran
nəticəsində yaranmıĢ maliyyə qıtlığı Azərbaycana çox güman ki, təsir edəcək. Qısamüddətli
xarici borcdan gələn birbaĢa təsirlər aĢağıdakılar ola bilər: qısamüddətli borcun