World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

82 
 
B.
 
 
S
EKTORLAR ÜZRƏ INKIġAF VƏ MANEƏLƏR
 
2.8.
 
Bu  bölmə  Azərbaycanın  iqtisadi  sektorlarının  cari  inkiĢafını  və  üzləĢdiyi  problemləri 
nəzərdən keçirir. Sektorların  strukturu və  bazarların təsviri  hesabatın bu bölməsində  əks  olunsa 
da, hesabatda deyilir ki, biznes mühitin yaxĢılaĢdırılması üçün verilən tövsiyələr vacibdir (Fəsil 
5), lakin Azərbaycanın qeyri-neft iqtisadi bazasının möhkəmləndirilməsinin təmin olunması üçün 
kifayət deyil. Hökumət həmçinin sektorlar üzrə müstəqil islahatları nəzərdən keçirməlidir.  
2.9.
 
Azərbaycanın  kənd  təsərrüfatı  sektoru 
son  illərdə  mülayim  artım  nümayiĢ  etdirir.  
1995-ci  ildə  keçid  dövrünün  baĢlanmasından 
etibarən  Azərbaycanın  kənd  təsərrüfatı  sektoru 
illik  orta  hesabla  5  faiz  artmaqdadır  ki,  bu  da 
2009-cu  ilə  qədər  istehsalın  iki  dəfə  artdığı 
deməkdir. 
Hal-hazırda, 
ölkənin 
bir 
çox 
bölgələrində 
kənd 
təsərrüfatının 
dinamik 
kommersiyalaĢmasının  sürətlənməsi  müĢahidə 
olunur.  Ġlkin  istehsalda  fermer  təsərrüfatlarının 
kommersiyalaĢması 
irihəcmli 
icarəçilərin 
yaradılması  üçün  zəruri  olan  torpaqların 
birləĢdirilməsini  (icarə  və  satıĢ  yolu  ilə) 
stimullaĢdırmıĢdır  ki,  bu  da  sektorda  daha  yaxĢı 
ixtisaslaĢma  və  maĢın  və  avadanlığa  investisya 
yatırmaq  imkanlarını  geniĢləndirmiĢdir.  Aqro-
qida 
sənayesi 
və 
istehsal  üçün  lazımı 
komponentləri 
rastlaĢdıran 
müəssisələrində 
müasirləĢmə  və  investisiyalar  həvəsləndirilir.  Bu 
iki  yolla  həyata  keçirilir:  kommersiya  bankları 
tərəfindən 
kənd 
təsərrüfatına 
kreditlərin 
geniĢləndirilməsi  və  büdcə  vəsaitləri  hesabına 
təsis  olunmuĢ  və  kommersiya  bankları  tərəfindən 
vəsaitləri idarə olunan (vəsaitlərin paylanması baxımından) inkiĢaf fondlarının yaradılması  yolu 
ilə.  Məhsul  çeĢidinə  gəldikdə  isə,  bir  sıra  bitki  məhsullarının  (çay,  tütün,  günəbaxan,  pambıq) 
istehsalı zəifləsə də, bir çox digər məhsulların istehsalı artmıĢdır: dənli bitkilərin istehsalı 1995-
ci ildən etibarən iki, kartof istehsalı beĢ, tərəvəz istehsalı iki və meyvə-giləmeyvə istehsalı isə iki 
dəfə  artmıĢdır.  Eyni  zamanda,  heyvandalıq  sektoru  da  inkiĢaf  etmiĢdir;  heyvandarlıqdan  alınan 
müxtəlif  qida  məhsulları  1996-2007-ci  illər  arasındakı  dövrdə  orta  hesabla  illik  4-6  faiz 
artmıĢdır. 
Kənd təsərrüfatı: potensial hələ tükənməyib  
2.10.
 
2001-2007-ci  illər  ərzində  investisiyaların  çox  aĢağı  səviyyədə  olmasına  və  əmək 
qüvvəsinin kənd təsərrüfatından yuxarı  maaĢlı  tikinti  iĢlərinə keçidinə  baxmayaraq, kənd 
təsürrüfatında  inkiĢaf müĢahidə  olunmuĢdur. 2001–2007-ci illər ərzində əmək qüvvəsi kənd 
təsərrüfatından  əsasən  boru  kəmərlərinin  tikintisi,  yaĢayıĢ  evlərinin  inĢa  olunması  və  dövlət 
infrastrukturunun  qurulması  kimi  çox  aktiv  tikinti  sektorlarına  keçmiĢdir.  Kənd  təsərrüfatı 
sektorunda  iĢləyənlərin  sayı  2001-2007-ci  illər  ərzində  5  faiz  artsa  da,  kənd  təsərrüfatının 
məĢğulluqda  payı  2001-ci  ilin  41  faizindən  2007-ci  ildə  38.8  faizə  enmiĢdir  (Fəsil  1).  Kənd 
təsərrüfatı sektoru üzrə  məĢğulluğun azalması  və  investisiyaların aĢağı  olduğunu  nəzərə  alaraq, 
Cədvəl 2.1: Kənd Təsərrüfatı: Cari inkiĢaf 
göstəriciləri 
 
2005 
2006 
2007 
Sektor üzrə istehsal artımı dərəcəsi  
Kənd təsərrüfatı 
7.5 
0.9 
4.0 
Dənli bitkilər 
-1.5 
-2.2 
-3.6 
Pamblq 
44.9 
-33.8 
-23.1 
Meyvə (üzüm daxil) 
47.1 
7.2 
3.2 
Tərəvəz 
4.7 
5.2 
3.4 
Ət 
3.3 
4.1 
7.5 
Süd 
3.1 
3.8 
3.2 
Yumurta 
5.4 
-13.0 
14.5 
 
Fermerlər üçün mənfəətlilik (franko-ferma, hər 
100 kq-a düĢən AZN) 
Dənli bitkilər 
4.1 
3.2 
5.5 
Meyvə və 
giləmeyvələr 
16.4 
11.7 
16.2 
Üzüm 
23.7 
16.9 
16.2 
Tərəvəzlər 
1.0 
5.4 
9.8 
Kartof 
0.5 
16.0 
22.3 
Mənbə: Azərbaycan Statistika Komitəsi.  
Qeyd: Ġstehsal xərclərinə əmək, gübrələnmə, enerji və 
digər sərfiyyatlar daxildir.  


83 
 
bu  sektorun  2001-2007-ci  illər  ərzində  inkiĢafını  ümumi  məhsuldarlığın  artımı  ilə  izah  etmək 
olar  (Fəsil  1).  Azərbaycanın  REM-in  mülayim  bahalaĢmasını  və  biznes  mühitində  və  kənd 
təsərrüfatı  sektorunda  institusional  islahatların  geri  qalmasını  (aĢağıda  müzakirə  olunur)  nəzərə 
alaraq,  demək  olar  ki,  kənd  təsərrüfatı  sektoru  potensialından  əhəmiyyətli  dərəcədə  aĢağı 
səviyyədə fəaliyyət göstərir.
50
  
2.11.  Ġnstitusional  problemlər  və  zəif  siyasi  seçimlər  kənd  təsərrüfatı  fəaliyyətinə  mane 
olur.  Azərbaycanın  kənd  təsərrüfatı  aĢağıdakı  problemlərlə  üzləĢir:  hüquqi  və  tənzimləyici 
sistemdə  zəifliklər  (keyfiyyət  standartları,  müqavilə  mübahisələrinin  həlli,  inhisarçılıq); 
investisiya  qoyuluĢları  ilə  bağlı  inzibati  maneələr  (əsasən  yüksək  vergi  dərəcələri  və 
inhisarçılıqla  bağlı);  infrastrukturun  zəifliyi  (irriqasiya,  köməkçi  yolların  mövcudluğu);  və 
kreditin azlığı. Eyni zamanda, siyasətin formalaĢdırılması bəzən əks nəticə verir (yeni toxumların 
istifadəsinə  qarĢı  yönəlmiĢ  tənzimləmələr);  qüsurların  aradan  qaldırılması  üçün  qeyri-səmərəli 
üsullardan  istifadə  olunur  (taxıl  subsidiyaları,  xüsusi  vergi  rejimlərinin  tətbiq  olunması  –  kənd 
təsərrüfatı  məhsullarından  mənfəət  və  əlavə  dəyər  vergilərinin  tutulmaması  və  sair);  həyata 
keçirilən  siyasət  yetərincə  proaktiv  olmur  -  Azərbaycanda  kənd  təsərrüfatı  bitkilərinin  və 
heyvanların  damazlıq  potensialı  aĢağıdır.  Bundan  əlavə,  torpaq  islahatı  Azərbaycanda  baĢa 
çatdırılmayıb.  Ġrimiqyaslı  özəlləĢdirmə  proqramından  sonra  (2000-ci  ildə  sona  çatan)  torpaq 
sahələri  kiçik  olaraq  qalmaqdadır  və  AMA-nın  digər  ölkələrində  həyata  keçirilən  və  bunula 
iqtisadi  artıma  təkan  verən  torpaqların  konsolidasiyası  Azərbaycanda  hələ  ki  baĢ  tutmayıb. 
Nəhayət,  korrupsiya  kənd  təsərrüfatı  sektoruna  birbaĢa  giriĢin  qarĢısının  alınmasında  və  yaxud 
təchizat zəncirində (idxal, toptansatıĢ bazarları və sair) imkanların məhdudlaĢdırılmasında vacib 
rol oynamıĢdır.
51
  
2.12.
 
Çətinliklər  sektorun  məhsullarına  fərqli  Ģəkildə  təsir  edir.  Yuxarıda  qeyd  olunan 
problemlər müxtəlif məhsullara müxtəlif formada təsir edir. Məsələn, nar Ģirəsi Ģübhəsiz ki, ixrac 
potensialına malikdir, lakin onun istehsalı üçün müasir press, filtrasiya avadanlığı, konservantlar, 
nəqliyyat sektoruna investisiyaların qoyulması, qidanın təhlükəsizliyi və keyfiyyət standartlarına 
cavab  verilməsi  tələb  olunur.  Bununla  belə,  mövcud  istehsal  imkanları  az  sayda  istehsalçının 
əlində cəmləĢib (beĢ əsas istehsalçının) və bu istehsalçılar yeni Ģirkətlərin bazara daxil olmasına 
imkan vermirlər. Xiyar istehsalı sahəsində istehsalçı ilə bazar arasında qiymət baxımından aĢağı-
orta  transmissiya  mexanizmi  mövcuddur.  Eyni  zamanda,  xiyarın  tez  korlanan  məhsul  olması 
faktı  sərhəd  keçid  məntəqələrində  korrupsiya  imkanları  üçün  Ģərait  yaradır.  Kartof  istehsalı 
qiymət  baxımından  güclü  transmissiya  mexanizminə  malikdir,  lakin  onun  tranzit  imkanları 
zəifdir  ki,  bu  da  kartofun  anbarlarda  korlanmasına  gətirib  çıxarır.  Bununla  yanaĢı,  digər  MDB 
ölkələrindən  fərqli  olaraq  Azərbaycanın  fermer  təsərrüfatları  o  dərəcədə  mütəĢəkkil  deyillər  ki, 
maĢın və anbarlara birlikdə investisiya yatırsınlar.   
2.13.
 
Kənd  təsərrüfatı  sektorunun  spesifik  problemləri  daha  geniĢ  olan  biznes  mühitilə 
bağlı  problemlərlə  birlikdə  alıcıların  təmərküzləĢməsinə  (sayının  azalmasına)  gətirib 
çıxarır  ki,  bu  da fermerlərə  olunan  təklifləri  məhdudlaĢdırır.  Diaqram 2.3 və Diaqram 2.4 
2006-cı  ilə  qədər  Azərbaycanın  kənd  təsərrüfatı  məhsulları  üzrə  istehsalçı  qiymətləri  ilə 
pərakəndə  qiymətləri  arasında  böyük  fərqin  olduğunu  göstərir.  2000-ci  ildən  baĢlayaraq 
istehsalçı  qiymətlərinin  artımı  pərakəndə  qiymətlərin  iki  dəfə  artması  ilə  nəticələnmiĢdir. 
                                                 
50
 Ġxrac  potensialına  malik  alt-sektorlar  nar,  kartof,  pomidor,  erkən  tərəvəz,  erkən  meyvə,  istixana  tərəvəzi  və 
meyvəsi  və  qozdur.    Ġdxalın  əvəzlənməsi  potensilına  malik  alt-sektorlar  buğda,  alma,  kartof,  Ģirə,  konsentrat  və 
istixana pomidorlarıdır.
   
51
 Əsas  Kənd  Təsərrüfatı  və  Aqro-qida  Sektorları  üzrə  Ġstinad  Sənədi  (2008);  Azərbaycan  Kənd  Təsərrüfatı 
Marketinq Tədqiqatı (Dünya Bankı 2005). 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə