  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

                                                     

 

  



                                                                            

                                                    

101 

- Axı, mən sizə dedim ki, mən həmin sinyoritanı başqa bir 



qıza  oxşatmışam.  -  deyə  Migel  qolunu  onun  əlindən 

çıxardaraq  hiddətlə  dilləndi.  -  Sinyor,  heç  bir  fərziyyə  irəli 

yürütmək lazım deyil. Onsuz da mən sinyoritaya qarşı kobud 

hərəkət etməmişəm ki, heç nədən məni hədələyəsiniz. 

-  Fakt  odur  ki,  mənim  nişanlımın  qarşısını  kəsmişdiniz.  - 

deyə zabit inadkarlıqla dilləndi. - Belə bir nəlayiq hərəkətlər 

heç kimə başucalığı gətirmir. Belə şeylərin üstündə... 

- Xose, ola bilsin, o, həqiqətən də yanılıb. - deyə sinyorita 

həyəcandan  özünü  saxlaya  bilməyib  yalvarıcı  səslə  zabitin 

qarşısını kəsdi. - Gəl buradan çıxıb gedək. 

Qız nişanlısının əlindən tutub buradan uzaqlaşmaq istədi. 

Lakin zabit qızın əlini sıxaraq hüznlə dedi: 

- Mən, yaxınlıqda olmasaydım, Allah bilir, burada nə baş 

verə bilərdi. 

-  Mən  axı,  sizə  bildirdim  ki,  bu  anlaşılmazlıqdır  -  deyə 

Migel  özünə  bəraət  qazanmaq  üçün  ədəb-ərkanla  dilləndi.  - 

Mən  heç  bir  hərəkətimlə  sinyoritanın  xətrinə  dəyməmişəm. 

Əgər,  nəlayiq  hərəkət  etmişəmsə,  yenə  də  üzr  istəməyə 

hazıram. 

Sonra  Migel  zabiti  daha  da  inandırmaq  üçün  boynundakı 

medalyonun  qapağını  açıb  oradakı  şəkili  onların  hər  ikisinə 

göstərdi. Təəccübdən zabitin gözləri kəlləsinə çıxdı və onun 




                                                     

 

  



                                                                            

                                                    

102 

söz deməyə dili tutmadı. Qız da təəccübdən yerindəcə donub 



qaldı və nəzərini şəkildən ayırmaq istəmədi. 

-  İnsan-insana  necə  də  oxşayarmış.  -  deyə  zabit  şəkilə 

baxa-baxa öz-özünə dilləndi. 

Migel  dərhal  medalyonun  qapağını  bağlayıb  ciddi  halda 

onların ikisinə də dedi: 

-  Belə  çıxır  ki,  mən  bu  şəkil  ilə  öz  günahlarımı  yudum? 

Şəkil  olmasa  idi,  bizim  aramızda  münaqişə  yaranacaqdı? 

Məsləhətim odur ki, bütün işlərdə səbirli olasınız. 

Zabit  həqiqətən  də  əlavə  söz  deməyə  tapmırdı.  Migel 

üzünü döndərib onlardan ayrıldı. 

Cavan zadəgan onlardan ayrılsa da, qızın çöhrəsi  hələ də 

onun gözünün qarşısında canlanırdı. Sanki o, qərib torpaqda 

Florida  ilə  rastlaşmışdı.  Onun  ürəyi  ayrılıqdan  iztirab  ağrısı 

çəkməyə  başladı.  Bir  anlıq  olsun  belə,  Migel  öz  sevgilisini 

görüb bir az ünsiyyətdə olmaq istəyirdi. Sevgilisinin dərdini-

qəmini  və  çəkdiyi  iztirabını  bilmək  istəyirdi.  Floridanın 

Seviliyada  günlərini  necə  keçirməsi,  onu  həddindən  artıq 

maraqlandırırdı. Naməlum sinyorita ilə rastlaşandan sonra o, 

bir anlığa İspaniyaya getmək arzusunda. Həm İspaniya, həm 

də  sevgilisi  üçün  Migelin  burnunun  ucu  göynəyirdi.  “-  Ah, 

Florida, sən haradasan? Görəsən, sən də mənim kimi ayrılıq 

dərdi keçirirsən?” - deyə o, öz-özünə dönə-dönə bu kəlmələri 




                                                     

 

  



                                                                            

                                                    

103 

işlətməyə  başladı.  Onun  halı  birdən-birə  dəyişdi.  O,  sanki 



havalandı. 

-  Bu  nə  dərddir,  mən  düşdüm?  -  deyə  Migel  əlləri  ilə 

başını sıxaraq kövrək halda dilləndi və birbaşa atasının evinə 

yollandı. 

O,  istəyirdi  ki,  yaxın  adamları  ilə  ünsiyyətə  qoşulmaqla 

fikrini  birtəhər  dağıtsın.  Yoxsa,  dərddən  onun  bağrı 

çartlayardı. Həmin iztirabı və ağrını yaddan çıxartmaq üçün 

Migel  evə  çatanda  təlim-məşqlərə  başladı.  Osvaldo  ilə 

Sebastyan  artıq  evin  arxasında  ox  atmaqla  məşğul  idilər. 

Migel  də  kamanını  əlinə  alıb  ox  atmağa  başladı.  Fikirli 

olduğundan  o,  bu  sahədə  müvəffəqiyyət  qazana  bilmirdi. 

Halbuki  Migel  bu  sahədə,  dalm  dostlarından  ustalıqla 

fərqlənirdi.  Cəngavərlər  o  dəqiqə  başa  düşdülər  ki,  onun 

başına  nə  isə  qeyri-adi  bir  hadisə  gəlib.  Onlar  nə  qədər 

çalışsalar  da  dostlarının  dərdini  öyrənə  bilmədilər.  Migel 

bunu  onunla  izah  etdi  ki,  səhər  tezdən  müəmmalı  səbəblər-

dən o, baş ağrısına tutulub. Migel gördü ki, o, hədəfi ox ilə 

vura bilmir, müvəqqəti olaraq bu məşğələni dayandırdı. 

Migel  dostlarından  yenicə  ayrılmışdı  ki,  qapının  ağzında 

qardaşı Pedro ilə rastlaşdı. Kalyao şəhərindən gələn gələcək 

şturman  yenicə  bu  həyətə  ayaq  basmışdı.  Hər  iki  qardaş 

görüşəndən  sonra  qohumları  ilə  görüşməyə  evə  getdilər. 




                                                     

 

  



                                                                            

                                                    

104 

Seviliya  oğlunun  gəlişini  görüb  sevincindən  coşdu.  O, 



Pedronun gəlişinə çox şad idi. 

Onlar  hamısı  qoca  səyyahla,  coğrafiyaşünasın  olduqları 

istirahət  zalına  getdilər.  Pedronun  dediyinə  görə  o,  iki 

günlüyə  Limaya  gəlib.  O,  həmişə  bura  gələndə  anası  ilə 

doyunca söhbət edəndən sonra admiral de Neyragilə gedirdi. 

Gələcək  şturmanın  fikrincə,  admiral  ilə  müəyyən  səyahətlər 

barəsində müzakirələr aparmaq hər şeydən maraqlı idi.  

Elə qoca səyyahın özündə də səyahətlərə dair çox maraqlı 

məlumatlar  vardı.  Bundan  əlavə  bu  evə  Bartolomeu  Salvat-

yero kimi tanınmış coğrafiyaşünas təşrif buyurmuşdu. 

-  Pedro,  hal-hazırda  sən  şturman  məktəbində  nə  ilə 

məşğulsan?  -  deyə  onun  həyatı  ilə  dərindən  maraqlanan 

Migel  qardaşına  diqqətli  nəzər  salaraq  müəmmalı  tərzdə 

dilləndi. 

-  Tapşırılan  işlər  həddindən  artıq  çoxdur.-  deyə  Pedro 

tərəddüd  etmədən  sadə  halda  dilləndi.  -  Ən  əsası  odur  ki, 

Cənubi  Amerikanın  bütün  qərb  sahilini  əhatə  edən  isti  və 

soyuq cərəyanların, güclü küləklərin, qabarma və çəkilmələ-

rin  tədqiqi  ilə  məşğul  oluruq.  Təcrübəli,  bacarıqlı  və  mahir 

dənizçi  yetişdirmək  üçün,  tez-tez  bizi  küləkli  havada  açıq 

okeana  çıxarırlar.  Biz  pis  havada  ustalığımızı  nümayiş 

etdirməliyik. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə