  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

                                                     

 

  



                                                                            

                                                    

133 

krallığı” işğal edilməmişdən konkistadorlar arasında rəqabət 



obyektinə çevrilmişdir. 

1534-cü ilin əvvəlində Belalkasar 120 piyada əsgər və 80 

atlının  başında  duraraq,  San-Migeli  tərk  edir  və  şimal-şərqə 

tərəf yola düşür. Döyüşkən tayfalarla çox olan bir ərazini, bu 

qüvvə  ilə  zəbt  etmək  çox  müşkül  bir  iş  idi.  Lakin  onun 

gözünün qabağında “Kaxamarka təcrübəsi” vardı. 

Pisarro  Kaxamarkaya  yola  düşən  zaman,  onun  hərəkət-

lərini hindu rəhbərlərindən biri diqtətlə izləyirdi. Ataualpanın 

girovdan azad olunmağı üçün verdiyi xərcdən və “saqqallıla-

rın” “Kuskodakı uzunqulaqlarla” bağladığı müqavilədən xə-

bər tutandan sonra həmin rəhbər başa düşdü ki, “saqqallılar-

dan” xeyir gözləmək olmaz, hindular azadlıqlarını saxlamaq 

üçün  özləri  işğalçılara  müqavimət  göstərməlidir.  O,  beş-altı 

min nəfərdən ibarət olan öz qoşununu yığaraq doğma ölkəsi 

olan Kituya çəkildi. Həmin hindu rəhbəri Ruminyaui idi. 

Ruminyaui  Kituya  qayıdan  kimi  bütün  əhalini  işğalçılara 

qarşı  mübarizəyə  çağırdı.  Çağırışa  hay  verməyən  hindu 

tayfalarına dəhşətli cəza tədbirləri tətbiq edilirdi. 

İspanlara  qarşı  mübarizə  aparmaq  üçün  Ruminyauiyə 

başqa  hindu  rəhbərləri  kömək  etdilər.  -  Kiskis,  Kalikuçima, 

Kolyasuyo. Lakin Kiskisi satqın hindu-inka öldürür, Kaliku-

çimunu isə ispanlar əsir alaraq diri-diri tonqalda yandırırlar. 




                                                     

 

  



                                                                            

                                                    

134 

Bir  neçə  hindu  tayfaları  inklərin  zülmündən  yaxa  qurtar-



maq üçün ispanların tərəfinə keçirlər. Onlar ispanlarla hərbi 

ittifaq bağlayırlar. Belə ittifaq Belalkasar üçün hava-su kimi 

lazım  idi.  Kanyarilər  ispanlara  qarğıdalı  və  qurudulmuş  ət- 

“çarki”-verirlər,  hansı  yol  ilə  gedəcəklərinin  sxemini  çəkib 

onlara bələdçi verirlər. Tayfanın kasiki Belalkasarı həvəslən-

dirmək  üçün  ona  xəbər  verir  ki,  “Ataualpanın  qızılı”  məhz 

Kitoda  yerləşir  və  onun  sədaqətinə  şübhə  etməsin  deyə, 

ispanların ixtiyarına 11 min nəfərlik qoşun verir. 

Lakin  buna  baxmayaraq  Belalkasar  Riobamba  vadisinə 

yalnız altı aydan sonra  gəlib çatır. Yerli relyefin mürəkkəb-

liyi özünü biruzə verirdi. 

Həmin  vaxta  qədər  Ruminyaui  də  on  iki  min  nəfərlik 

böyük  bir  qoşun  toplayır.  İspanların  geri  qayıtmasının 

qarşısını  almaq  üçün  o,  yollarda  pusqu  qurdurur,  körpüləri 

dağıdır, iri bir dərələr qazdırıb həmin dərələrə uçuşiş taxtalar 

sancdırır. Nəhayət Tiokaxis vadisində bir günə qədər davam 

edən halledici döyüş baş verir. Hindular cəsarətlə döyüşürlər, 

hətta  ispanların  sırasında  bir  qədər  sarsıntı  da  baş  verir. 

Ancaq  xilasedici  qaranlıq  çökür.  Gecə  vaxtı  Ruminyauinin 

düşmənlərindən  biri  (hindu),  hinduların  hücuma  keçəcək-

lərini  Belalkasara  xəbər  verir.  Dəstəni  zərbənin  altından 

çıxartmağa mümkün olur. 




                                                     

 

  



                                                                            

                                                    

135 

Lakin bu vaxtı gözlənilməz bir hadisə baş verir  – Tunqu-



raua  vulkanı  püskürməyə  başlayır.  Hindular  “yuxarıdakının 

işarəsini” başa düşərək, ümumi ölümdən yaxa qurtarmaqdan 

ötrü  döyüş  meydanından  kim  hara  gəldi  qaçır.  Beləliklə, 

1534-cü  ilin  iyul  ayında  coğrafiya  tarixə  “köməkliyini” 

göstərdi. 

Ruminyaui  məcburiyyət  qarşısında  qalaraq  geri  çəkilir. 

Yolda  o,  kəndləri,  körpüləri  yandıraraq,  özündən  sonra  ölü 

səhra qoyurdu. Ruminyaui Kitu ilə də belə rəftar etdi. Hindu-

lar  oranı  tərk  edəndən  bir  neçə  gün  sonra  ispanlara  yalnız 

tüstülənən  xarabalıqlar  çatdı.  Bu  uğursuzluqdan  qəzəblənən 

ispanlar  şimala  -  Kinçe,  Kayambi,  Karanki  Hindu  yaşayış 

məntəqələrinə  can  atdılar.  Onlar  “Ataualpanın  qızılını” 

tapmaq üçün evlərdə, məbədlərdə, qəbirstanlıqlarda eşələndi-

lər, lakin heç bir nəticə əldə edilmədi. 

Bu  məşğuliyyət  ilə  Belalkasarı  Diyeqo  de  Almaqro 

tərəfindən göndərilən çapar tutdu və ona Riobambaya qayıt-

maq  əmrini  təqdim  etdi.  San-Migeli  özbaşına  tərk  etdiyinə 

görə  o,  izahat  verməli  idi.  Belalkasar  bu  əmrə  tabe  oldu. 

İzahatının  nəticəsi  gözlənilməz  idi:  Almaqro  nəinki  öz 

qohumunun (Belalkasar onun oğlunun xaç atası idi) izahatını 

dinlədi,  hətta  özü  də  “Ataualpanın  qızılını”  axtarmaq  üçün 

fəaliyyətə başladı. 




                                                     

 

  



                                                                            

                                                    

136 

1534-cü  ilin  avqustun  15-də  Sikalpa  vadisində  Kolta 



gölünün  yaxınlığında  iki  konkistador  yeni  şəhərin  əsasını 

qoyurlar və onu Santyaqo-de-Kito adlandırırlar. Beş gündən 

sonra  öz  döyüşkənliyi  ilə  məşhur  olan  Pedro  de  Alvarado 

onlarla üz-üzə gəlir. 

Alvarado  öz  yürüşünü  bir  başa  Karakes  buxtasından  düz 

ölkənin  daxilinə  başlamışdır.  Belalkasara  nisbətən  onda  bu 

ölkəyə  dair  nə  məlumatlar,  nə  də  ki,  bələdçilər  vardı,  onun 

yolu  hindu  meyidləri  ilə  əhatə  edilmişdir.  Sağ  qalanlar  isə 

onların gəlişini görən kimi yaşayış yerlərini tərk edirdilər. 

Ambato  şəhərinə  gəlib  çatanda  Alvarado  dəstəsindən  85 

ispan  əsgərini  və  minə  yaxın  hindu  itirmişdir.  Sağ  qalanlar 

isə zəifləmiş və əldən düşmüşdülər. 

Burda  onun  ekspedisiyası  əsas  zərbə  altına  düşdü:  Belal-

kasarın  başçılıq  etdiyi  Pisarronun  əsgərləri  artıq  “Kitu 

krallığının”  ərazisini  ələ  keçirmişdilər.  Onlar  bütün  hindu 

kəndlərində  axtarış  edərək  Alvaradonun  əsgərlərinə  qızılın 

xırda  dənələri  olsun  belə  saxlamamışdır.  Başqa  səbəblərə 

görə  konkistadorlar  arasında  çaxnaşma  baş  verə  bilərdi. 

Lakin bir çox tədqiqatçıların fikrincə onların arasında özünü-

saxlama instinkti baş verir: bir tərəf zəifləmiş, o biri tərəf isə 

düşmən mövqesində duran Hindular ilə əhatə olunmuşdur, nə 

bu  tərəf,  nə  də  ki,  o  biri  tərəf  bir-biriləri  ilə  döyüşmək 

istəmirdilər.  1534-cü  ilin  avqustun  25-də  Santyaqo-de-Kito 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə