  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

                                                     

 

  



                                                                            

                                                    

117 

başlanması  demək  idi.  Hamı  Araukaniyaya  getmək  gününü 



səbirsizliklə  gözləyirdi.  Lakin  bunun  üçün  ilk  növbədə 

ekspedisiya iştirakçılarının sayını artırmaq lazım idi. Düzdür, 

kapitan  Murilyo  bu  sahədə  artıq  bəzi  irəliləyişlər  əldə 

etmişdi. O, bilavasitə ekspedisiyanın sıralarına yeni könüllü-

lərin  cəlb  edilməsilə  məşğul  idi.  Könüllülərin  fiziki 

hazırlığına,  yüksək  döyüş  qabiliyyətinə  malik  olmasına 

böyük əhəmiyyət verilirdi. Lakin elə adamları ekspedisiyaya 

cəlb  etmək  çox  mürəkkəb  bir  iş  idi.  Çünki  bir  çoxları 

ümumiyyətlə,  Araukaniya  barəsində  heç  bir  şey  eşitməmiş-

dilər.  Razı  olmaq  istəməyənlər  isə  Araukaniyaya  nisbətən 

Eldoradonu  və  ya  Eldorado  tipli  ölkəni  seçirdilər.  Düzdür, 

elələri  də  vardı  ki,  böyük  imtiyazlar  daxilində  öz  şərtlərini 

qəbul etdirərək, ekspedisiyanın tərkibinə daxil olurdu. Lakin 

həmin  adamlar  ilk  növbədə  sınaq  imtahanlarından  müvəffə-

qiyyətlə  çıxmalı  idilər.  Bundan  əlavə  həmin  döyüşçülər  ya 

mahir  atıcı,  ya  da  döyüş  əməliyyatlarında  yüksək  qəhrə-

manlıq göstərmiş süvari olmalıydılar. 

Bir  sözlə,  yeni  ekspedisiyanın  sayını  artırmaq  həddindən 

artıq çətin idi. 

Bu  işlə  əlaqədar  Peru  vitse-krallığında  yüksək  vəzifədə 

işləyənlərin  əksəriyyəti  ekspedisiyanın  rəhbərliyinə  öz 

köməkliyini göstərirdi. Sözsüz ki, hamı araukanların məğlub 

olmasına  və  Araukaniyanın  fəth  edilməsinə  böyük  maraq 



                                                     

 

  



                                                                            

                                                    

118 

göstərirdi.  Çünki  söhbət  İspaniyanın  qüdrətindən,  şərəf  və 



ləyaqətindən  gedirdi.  İspan  əsgəri  və  silahı,  araukanların 

inadlı müqavimətinə birdəfəlik son qoymalı idi. 

Pedro  Limanı  tərk  edən  günü  kapitan  Xuan  Kalyaodan 

qayıtdı. Ekspedisiyanın bütün zabitləri (əlbəttə Limada olan-

lardan  söhbət  gedir)  rəisin  gəlişini  xəbər  alan  kimi  qoca 

səyyahın  əyləşdiyi  qonaq  zalına  toplaşdılar.  Kapitanın 

üzündəki ifadədən o dəqiqə müəyyən etmək olurdı ki, o, bu 

səfərindən heç də razı deyil. Kim bilir, bəlkə Xuan Kalyaoda 

öz  istədiyinə  nail  ola  bilməyib?  İlkin  sorğu-sualdan  sonra  o 

dedi: 


-  Kalyaoda  mən  şəhərin  bir  çox  nüfuzlu  şəxsləri  ilə 

görüşdüm  və  demək  olar  ki,  özüm  üçün  tam  məlumat  əldə 

edə  bilmədim.  Daha  doğrusu,  heç  kimdə  bu  haqda  dəqiq 

məlumat yoxdur. 

-  Deməli,  polkovnik  Alonsonun  gəlişi  yanlış  imiş.  -  deyə 

kapitan Murilyo səbirsizliklə dilləndi. 

-  Xeyr,  mən  elə  demədim  -  deyə  Xuan  öz  etirazını 

qətiyyətlə bildirdi və üzünü kapitan Murilyoya tərəf tutub öz 

sözünün  mahiyyətini  açıqlamaq  üçün  aludəliklə  sözünə 

davam etdi. - Bir çox mötəbər və vəzifəli adamlarla ünsiyyət-

də  olduğuma  baxmayaraq,  yalnız  bir  nəfər,  o  da  ki,  Kalyao 

limanının rəisi mənə ürəkaçan məlumat verdi. Onun dediyinə 

görə,  Kitoda  cəmləşən  qüvvə  İspaniyanın  Kataloniya 



                                                     

 

  



                                                                            

                                                    

119 

hersoqluğundan gəlib.  Həmin qüvvənin başında Kataloniya-



nın ən tanınmış zabitlərindən biri durur. 

-  Əlbəttə  ki,  həmin  zabitin  rütbəsi  polkovnikdir.  -  deyə 

leytenant Vasko rişxəndlə dilləndi. 

- Elədir ki, var.  - deyə  Xuan təqdiredici tərzdə dilləndi.  - 

Ancaq  sizə  bildirməliyəm  ki,  həmin  qüvvə  məhz  Eldorado-

nun  axtarılmasında  iştirak  etmək  üçün  Kitoda  cəmləşib. 

Deməli, həmin polkovnik mənim qardaşım ola bilməz. 

-  Ruhdan  düşmək  lazım  deyil.  -  deyə  qoca  səyyah  bu 

sarsıdıcı  xəbərə  heç  bir  əhəmiyyət  vermədən  soyuqqanlıqla 

dilləndi.  -  Kataloniyanı  tərk  edən  zaman  yaxın  gələcəkdə 

Amerika  sahillərinə  yola  düşmək  üçün  bizdən  başqa  bir 

qüvvə yox idi. Bir il müddətinə isə yalnız polkovnik Alonso 

böyük  bir  qüvvə  ilə  Kataloniyanı  tərk  etməli  idi.  Deməli, 

güman  etmək  olar  ki,  Kitodakı  qüvvə  məhz  polkovnik 

Alonsonun başcılıq etdiyi qüvvədir. 

Şübhə  yox  ki,  Kito  şəhərində  cəmləşən  yeni  qüvvə 

polkovnik  Alonso  Odovaldonun  başçılıq  etdiyi  ekspedisiya 

idi.  Lakin  həmin  ekspedisiya  Kito  şəhərinə  necə  gedib 

çıxmışdır? Polkovnik Alonso öz dəstəsi ilə Yeni Əndəlüsün 

(indiki  Kolumbiyanın  sahil  zolağı)  şimal  sahilində  yerləşən 

Kartahena,  Barrankilya,  Santa-Marta  və  yaxud  Marakaybo 

limanına  gəlmiş  və  oradan  piyada  yol  ilə  Boqotaya  getmiş, 

Boqotadan  isə  Kitoya  yollanmışdır.  Bütün  bunları  aydınlaş-



                                                     

 

  



                                                                            

                                                    

120 

dırmaq  üçün  hökmən  Limadan  Kitoya  nümayəndə  göndər-



mək lazım idi.  

Bu dəfə də  Kapitan Xuan Kitoya  yollanmağı qərara aldı. 

Arbalyotçular dəstəsinin komandiri Alonso Murilyo müvəq-

qəti olaraq, Limada yerləşən ekspedisiyanın rəisi təyin edilir. 

Ekspedisiyanı başlı-başına buraxmaq olmazdı. Lima ilə Kito 

şəhərləri bir-birilərindən həddindən artıq aralı yerləşirdi. Ola 

bilər  ki,  kapitan  Xuanın  Limaya  qayıdışı  bir  ay  uzanar.  Bir 

ayın  içərisində  isə  çox  hadisələr  baş  verə  bilərdi.  Ancaq 

kapitan  Xuan  bu  uzaq  səfərə  tək  çıxa  bilməzdi.  Məhz  buna 

görə  də  ilk  növbədə  Migel,  Sebastyan  və  Osvaldo  ekspedi-

siya  rəisini  bu  uzaq  səfərdə  müşaiyət  etməyi  qərara  aldılar. 

Necə  ki,  kapitan  Xuana,  eləcə  də  Migelə  Kitoya  getmək 

hava-su  kimi  lazım  idi.  İş  orasındadır  ki,  Migelin  atası 

kapitan Leon hal-hazırda Kito şəhərində olmalı idi. Ona görə 

ki,  onun  atası  Antonio  Berrio-i-Orunyanın  ekspedisiyasında 

iştirak etmək üçün Kitoya yollanmışdır. Kapitan Leon bu ilin 

fevral  ayından  Kitoya  yollanmış  və  dəqiq  bilinmirdi  o,  bu 

ilin sonuna qədər Antonio Berrio-i-Orunyanın, mifik Eldora-

donun  axtarılması  üçün  nəzərdə  tuqulan  ekspedsiyasında 

iştirak edəcək, ya yox?  

Migelin  fikrincə,  onun  atası  çox  güman  ki,  Kitoda  ola 

bilərdi.  Çünki  o,  artıq  ekspedisiyanın  tərkibində  yola  düşsə 

idi,  hökmən  həyat  yoldaşına  məktub  göndərərdi.  Deməli, 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə