  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

                                                     

 

  



                                                                            

                                                    

121 

həm  Migel,  həm  də  kapitan  Xuan  Kitoya  getməkdə  eyni 



məqsəd  güdürdülər.  Coğrafiyaşünas  Bartolomey  kapitan 

Xuan  vacib  bir  məsələdən  ötrü  Kitoya  yollanmasını  eşidən-

də,  elə  həmin  an  o,  rəisdən  xahiş  edir  ki,  həmin  ərazilər 

haqqında anlayışını və biliyini genişləndirmək üçün, onu da 

özü  ilə  həmin  şəhərə  aparsın.  O,  həmin  ərazilərdə,  imkan 

dairəsində tədqiqatlar aparmaq istəyirdi. Kapitan Xuan yolda 

özünə  artıq  yük  etməsin  deyə,  alimin  bu  təklifini  qətiyyətlə 

rədd edir. Lakin bu məsələyə qoca səyyah qarışandan sonra 

o, coğrafiyaşünası özü ilə uzaq səfərə aparmağa məcbur olur. 

İndi qalırdı bir məsələni də həll etmək. Kitoya hansı yol ilə 

getmək; birbaşa quru yol ilə, yoxsa yarı okean, yarı quru yol 

ilə? Quru yol ilə getməyin heç bir perspektivi yox idi. Gedən 

adam  həddindən  artıq  bərk  yorulur,  bundan  əlavə  Kitoya 

catmaq üçün xeyli vaxt tələb olunur. 

Kapitan  Xuan  artıq  vaxt  itirməsin  deyə,  Kalyaodan  gəmi 

ilə  Quayakil  limanına  getməyi  qərara  aldı.  Quayakildən  isə 

Kitoya kimi yol getmək heç də çox vaxt tələb etmirdi. Lakin 

Limadan Kitoya qədər yol uzun olduğundan səfərə xeyli pul 

xərclənməli  idi.  Kapitana  isə  ekspedisiyanı  saxlamaq  üçün 

hələ xeyli miqdarda pul lazım idi. 

Öz  uzaqgörənliyi  ilə  həmişə  hamıdan  fərqlənən  qoca 

səyyah  belə  bir  təklif  verdi  ki,  kapitan  Quayakil  limanına 

kapitan  Filipp  Odovaldonun  başçılıq  etdiyi  “Vanquardia“ 



                                                     

 

  



                                                                            

                                                    

122 

gəmisində yollansın. Ümumiyyətlə, “Vanquardia“nın Quaya-



kil  limanında  lövbər  salması  vacib  idi.  Ona  görə  ki,  işdir, 

polkovnik  Alonso  öz  dəstəsi  ilə  Kitoda  olsa,  onları  hər 

hansısa  bir  yol  ilə  Limaya  gətirməlidir.  Bu  işdə  “Vanquar-

dia“ böyük rol oynaya bilərdi. 

 

 

 



 

 

 



         

XI fəsil. Quayakildən uzaqlaşan yolçular 

 

Kapitan Filipp “Vanquardia”nı, 1535-ci ildə Sebastyan de 



Belalkasar  tərəfindən  əsası  qoyulmuş  Quayakil  limanına, 

iyul ayının 1-də çatdırdı. Axşamçağı olduğuna görə yolçular 

gecəni  elə  gəmidə  qalmağı  məsləhət  bildilər.  Lakin  elə 

həmin  gün  onlar  Kitoya  getmək  üçün  bir  araba  və  üç  at 

tapdılar. Migel dostları  ilə at belində, kapitan isə coğrafiya-

şünas  ilə  arabada  yol  getməli  idilər.  Ancaq  buna  baxma-

yaraq,  Kitoya  gedənlər  bir  peşəkar  döyüşçü  kimi  yolun 

təhlükəsizliyi  barəsində  xeyli  məlumatlar  toplamalı  idilər. 

Quayakil  ilə  Kito  arasındakı  yol  yerli  hinduların  yaşadığı 

ərazidən keçirdi. Onsuz da burada izah etdilər ki, beş nəfərin 




                                                     

 

  



                                                                            

                                                    

123 

Kitoya  yollanması  həddindən  artıq  böyük  risk  tələb  edir. 



Hindular  belə  olan  halda  onların  üzərinə  hücum  da  çəkə 

bilərlər. Lakin bu səfərdə Xuan, Migel, Sebastyan və Osval-

do kimi adlı-sanlı peşəkar döyüşçülər iştirak edir və onların 

hər  biri  on  nəfər  hinduya  ciddi  müqavimət  göstərə  bilərlər. 

Quayakil  ilə  Kito  arasındakı  məsafə  həddindən  artıq  uzun 

olduğundan yolçulara bələdçi lazım idi. Peru vitse-krallığının 

hər hansı bir  yaşayış  məntəqəsinə getmək üçün burada, bir-

iki  hindu  tayfalarının  dilində  sərbəst  danışan  peşəkar 

bələdçilər  tapmaq  mümkün  idi.  Bələdçi  tapmaq  işi  Migelə 

tapşırıldı.  O,  da  bu  işi  yerinə  yetirmək  üçün  şəhərə  çıxdı. 

Gözlənildiyi  kimi,  hər  bir  torpağa  ayaq  basmağa  çalışan  və 

həmin torpağın hər bir daş-kəsəyi ilə maraqlanan coğrafiya-

şünas  da  öz  şagirdi  ilə  Quayakili  seyr  etməyə  çıxdı.  Onlar 

birbaşa  Santa-Ana  yüksəkliyinə  yollandılar.  Necə  olsa  da 

Quayakilin bu işıqlı dünyada peyda olunmasında Santa Ana 

yüksəkliyi  əsas  rol  oynamışdır.  Şəhərin  əsası  elə  məhz 

burada qoyulmuşdur. 

Bilindiyi  kimi,  şəhərin  əsasını  1535-ci  ildə  Sebastyan  de 

Belalkasar qoymuşdur. Lakin çox keçməmiş şəhər yerli-dibli 

hindu  qiyamçıları  tərəfindən  yandırılaraq,  yerlə-yeksan 

edilmişdir. 1537-ci ildə Quayakil yenidən Fransisko de Orel-

yana tərəfindən salınır. Şəhərin demək olar ki, özəyini Plan-

çado və San-Karlos fortları təşkil edirdi. İlk növbədə şəhərin 



                                                     

 

  



                                                                            

                                                    

124 

müdafiəsi  möhkəmləndirilir.  Çünki  Quayakilə  hər  iki  tərəf-



dən təhlükə yaranırdı - qurudan hindular, okeandan isə dəniz 

quldurları.  Buna  baxmayaraq,  son  illər  bu  torpağa  heç  bir 

təcavüz  edilməmişdir.  Şəhər  özü  okeandan  iyirmi  kilometr 

aralı  salınmış  və  Quayas  çayının  sağ  tərəfində  yerləşirdi. 

Quayas  çayının  özü  Babaoyo  və  Daule  çaylarının  birləşdiyi 

yerdən əmələ gəlir və uzunluğu 5 liq (30 km) idi. Bir sözlə, 

Fransisko  Orelyana  Quayakil  üçün  coğrafi  mövqeyinə  görə 

çox  əlverişli  bir  yer  seçmişdir.  Şəhərin  ən  sıx  yeri  Las-

Penyas kvartalı idi. Burada əhalinin əsas təbəqəsi yaşayırdı. 

Çaya tərəf döndərilmiş evlərin qabaqları sanki qala divarları-

na oxşayırdı. 

Migel  ilə  coğrafiyaşünas  Quayakilin  dar  və  əyri  küçələri 

ilə  gəzə-gəzə  böyük  olmayan  şəhəri  seyr  edirdilər.  Hava 

qaralmaq  üzrə  olduğundan,  burada  onlar  üçün  lazım  olan 

adamı tapmaq xeyli müşkül iş sayılırdı. 

Onlar yolda bir neçə adamdan sorğu-sual edib öyrəndilər 

ki,  Kitoya  bələdçini  yalnız  Las-Penyas  kvartalında  yerləşən 

“Eldorado”  adlı  yeməkxanada  tapmaq  olar.  “Eldorado”da 

həm işsiz qalan dənizçilər, sıravi konkistadorlar, sənətkarlar, 

bələdçilər,  tərcüməçilər,  həm  də  ki,  cangüdənlər  tapmaq 

mümkün idi. Migelgil vaxt itirmədən özlərini həmin yemək-

xanaya çatdırdılar. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə