  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

                                                     

 

  



                                                                            

                                                    

153 

ispanlara baş əymir və paralel olaraq həmin dili də öyrənmək 



istəmirdi. 

 

 



 

 

 



   XIV fəsil. Yerli hinduların Kitoya gedənlərin    

                    üzərinə hücumu 

 

Onlar  yavaş-yavaş  gəlib  yolun  sağ  tərəfində  bitən 



həmişəyaşıl  araukariya  ağacının  arxasında  ayaq  saxladılar. 

Hindular  dayandığı  yerdən  iyirmi  beş-otuz  metr  aralı  idilər. 

Xuan  bir  metr  qabağa  çıxıb  keçua  dilində  hinduları  səslədi. 

Migel  isə  əlinə  kamanı  alıb  hazırlıqlı  vəziyyətdə  dayandı. 

Xuan  onlarla  danışıq  apara-apara  Migel  hinduların  sayını 

müəyyənləşdirməli idi.  

Xuan keçua dilində bir neçə kəlmə söz işlətsə də, hindular 

ona heç bir reaksiya vermədilər. Görünür, onlar keçua dilin-

də heç bir şey anlamırdılar. Onda Xuan onları ispan dilində 

səslədi.  Bu  dəfə  hindulardan  biri  ağacın  arxasında  göründü. 

Əynində  panço  olan  hündürboylu  hindu  nizəsini  sinəsinin 

qarşısında tutaraq, sərt üsulda ispanların burada nə etdiklərini 




                                                     

 

  



                                                                            

                                                    

154 

soruşdu.  Bütün  səlahiyyət  (danışıq  aparmaq)  bələdçiyə 



verildikdən o, qürurla dedi: 

-  Biz  bu  torpağa  qonaq  gəlmişik.  Qonağın  qabağını  isə 

kəsmək  ən  azı  kobudluq  sayılır.  Biz  hamımız  İspaniyanın 

əsgərləriyik, lakin qan axıtmaq fikrində deyilik. 

-  Görünür,  siz  qorxunun  nə  olduğunu  bilmirsiniz.  -  deyə 

həmin  hindu  dili  topuq  vura-vura,  kobud  ləhcə  ilə  ispan 

dilində  dilləndi.  -  Özünüzü  elə  aparırsınız  ki,  sanki  bu 

torpaqların çoxdankı varislərisiniz. 

- Bir daha təkrar edirəm, biz bu ölkəyə qonaq gəlmişik.  - 

deyə  Xuan  başını  dik  tutaraq  qürurla  dilləndi.  -  Biz  burada 

münaqişə yaratmaq iqqidarında deyilik. Yaxşılıqla yolu açın, 

yoxsa  burada  nahaqdan  qan  axıdılacaq.  O  ki,  qaldı  bu 

torpağın varisi olmaq; bu torpaqda yaşayan hinduları inklərin 

əsarəti  altından  azad  etmək  və  burada  yeni  sivilizasiyanı 

yaratmaq  üçün  tale  özü  bizi  bura  göndərib.  Bizim  missiya-

mız yalnız ondan ibarətdir ki, bu ölkəni hərtərəfli dirçəldək. 

Biz burada olmasaq, siz hindular bir-birinizi qırmaqla məhvə 

düçar olarsınız. 

-  Bizim  torpağa  qonaq  gəlmişsinizsə,  onda  silahlarınızı 

burda  qoyub  yolunuzu  davam  etdirməlisiniz.  Əks  təqdirdə 

sizin hamınız bizim tərəfdən məhv ediləcəksiniz. 

- Dünyada elə bir qüvvə  yoxdur ki, ispan əsgərini zor ilə 

qorxuzsun.  -  deyə  Xuan  qılıncının  efesindən  tutaraq  ikrah 



                                                     

 

  



                                                                            

                                                    

155 

hissi ilə dilləndi. - Mən hamının yerinə deyə bilərəm ki, heç 



kim  silahını  burada  qoyub  yolunu  davam  etdirməyəcək. 

İspan əsgərinin öz silahı ilə vidalaşması namusu ilə vidalaş-

maq deməkdir. 

Xuan  hindu  ilə  danışıq  aparan  zaman  Migel  hinduları 

təxmini  olsa  da,  saya  bildi.  İki  nəfər  hindu  hələ  də  dağın 

başında  idi,  ağacların  arasında  isə  doqquz-on  nəfər  adam 

vardı. Onların ümumi sayı on üç nəfərdən çox deyildi. Lakin 

bununla kifayətlənmək lazım deyildi. Hindular hücum etmək 

üçün başqa yerdə də mövqe tuta bilərdilər. Buradakı vəziyyət 

gərgin xarakter alırdı. Hindular üstünlüklərini görərək ispan-

lara  öz  şərtlərini  qəbul  etdirmək  istəyirdilər.  Çünki  belə  bir 

fürsət  heç  vaxt  onların  əlinə  düşmürdü.  Onların  şərti  qəbul 

edilsə və ya edilməsə də, burada hər iki qüvvə arsında silahlı 

toqtuşma labüd idi. Onsuz da Xuan ilə hindu arasında gedən 

söhbət  kəskin  xarakter  alırdı.  Xuan  axırıncı  dəfə  sözünü 

demək üçün: 

-Yolu  açmaq  istəmirsiniz,  açmayın.  Onda  biz  sizin 

meyidlərinizin üstündən keçməli olacayıq. 

Xuan  onu  xəbərdar  edən  kimi  üzünü  döndərib  danışıq 

yerini tərk etməyə tələsdi. Elə bu vaxt həmin hindu sağ əlini 

qaldıraraq  ağacların  arxasında  gizlənən  hindulara  öz  dilində 

nə  isə  dedi.  Həmin  an  ağacların  arxasından  iki  hindu 

əllərində kaman çıxaraq ox ilə Xuanı vurmaq istədi. Migelin 



                                                     

 

  



                                                                            

                                                    

156 

xəbərdarediçi  qışqırığı  bələdçini  yerə  uzanmağa  vadar  etdi. 



Hinduların  oxu  boşa  çıxan  kimi  Migel  öz  oxu  ilə  onlardan 

birini yerə sərdi. Elə bu dəmdə hindular ağacarın arxasından 

sıçrayaraq hücuma keçdilər. Xuanın ayağa qalxmasına imkan 

yaratmaq üçün Migel sol əlinə lanset, sağ əlinə isə qılıncını 

alıb əks hücuma keçdi. Onların arasında döyüş başladı. 

Bir  göz  qırpımında  həm  Migel,  həm  də  Xuan  hindular 

tərəfindən  əhatəyə  alındı.  Qılıncdan  məharətlə  istifadə  edən 

Migel  xüsusi  fənd  işlədərək  düşmənin  birini  qılıncı  ilə 

zərərsizləşdirdi.  İspanların  sayını  dəqiq  bilən  hindular  iki 

hissəyə bölünərək kapitangilə də hücum etdilər. 

Migelgilin  əhatəsində  dörd  hindu  qaldı.  Onların  hamısı 

nizə ilə silahlanmışdılar. Xuan düz söyləmişdir, qaçaqçılıqla 

məşğul olanlar mərd və təcrübəli döyüşçülər idi. Lakin döyüş 

üslubuna görə onlar araukanlardan xeyli geri qalırdılar. Xuan 

elə  bilirdi  ki,  döyüşün  ilk  dəqiqələrində  hindular  üstünlüyü 

ələ alacaqlar. Amma Migelin döyüş taktikasına baxanda yüz 

faiz əmin oldu ki, hindular məğlubiyyətə düçar olacaqlar.  

Kapitangilin  üzərinə  yeddi  hindu  hücum  edərək,  ispan-

ların üzərinə bir-birinin ardınca sarsıdıcı zərbələr endirməyə 

başladılar.  Coğrafiyaşünas  Bartolomeu  arabaya  əyləşib 

ətrafında  baş  verən  döyüşə  həm  maraqla,  həm  də  təşvişlə 

baxırdı.  Kapitangil  döyüşə-döyüşə  paralel  olaraq  arabanı 

mühafizə  edir  və  bir  nəfər  də  olsun,  hindunu  arabaya 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə