  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

                                                     

 

  



                                                                            

                                                    

141 

qızlarını”,  bizimkilər  haqqında  öz  əsgərlərinin  apardıqları 



söhbətə diqqət yetirdiklərinə görə uçuruma atdırır. 

Bu  ərazidə  yaşayan  bütün  hindular  işğalçı-inkləri  görən 

gözləri  yox  idi.  Ataualpanın  əsir  alınmasından  sonra  bu 

əhval-ruhiyyə  daha  da  gücləndi  və  onların  qəzəbli  hissləri 

Ruminyauiyə  qarşı  yönəldildi.  Fəth  edilmiş  hindular  onun 

simasında yeni Baş İnkanı görürdülər. Bundan apavə  həmin 

tayfalar onu, görən gözləri yox idi ona görə ki, o, itaət etmə-

yən  tayfalara  qarşı  amansız  repressiyalar  tətbiq  etmişdi. 

Məhz  buna  görə  də  Belalkasar  Tomebambeyə  yaxınlaşan 

kimi  kanyarilər,  kitululara  və  onların  başçısı  olan  Rumin-

yauiyə  qarşı  mübarizə  aparmaq  üçün,  bizimkilərə  öz  yardı-

mını və dostluğunu təklif edirlər. Belə bir ittifaq həqiqətən də 

bağlanır. 

-  Belə  bir  paradoks  var;  dar  vəziyyətə  düşən  amansız 

rəhbərə heç kim kömək əlini uzatmaz. - deyə coğrafiyaşünas 

bu cümləni vurğuladı. 

- Ancaq onu da qeyd etmək lazımdır ki, nə burada, nə də 

Perunun özündə Ataulpanın ruhuna xüsusi hörmət bəslənilir. 

-  deyə  Xuan  qarşıdakı  dağlara  donmuş  bir  nəzər  salaraq 

həqarətlə  dilləndi.  -  Sonradan  da  olsa,  buradakı  tayfalar 

onları qeyri-bərabər mübarizəyə qaldıran, ağır işgəncələrdən 

belə çəkinməyən Ruminyauinin ruhunu həmişə hörmətlə yad 

edirlər. Cənubdakılar (Peru nəzərdə tutulur) üçün, bizimkilər 



                                                     

 

  



                                                                            

                                                    

142 

artıq  Peruya  ayaq  basan  zaman  Ataualpa  tərəfindən  edam 



edilən,  axırıncı  qanuni  İnka  sayılan  Uaskarın  adı  əziz 

saxlanılır.  Ruminyauiyə  və  başqa  mərd  hindu  rəhbərlərinə 

nisbətən,  öz  həyatını  xilas  etməyə  çalışan  Ataualpa  separa-

tist, qorxaq və vətənini sevməyən bir adam kimi tanınır. Bu 

faktor ilə bir çox insanlar da həmrəydilər. 

-  Buna  baxmayaraq,  Ruminyaui  çox  müqavimət  göstərə 

bilmədi. - deyə Migel öz əqidəsini açıqlamalı oldu.  - Bizim 

əsgərlərin qarşısında heç bir ordu tab gətirə bilmədi. 

- Mən sizinlə tamamilə razıyam. - deyə bələdçi təqdiredici 

tərzdə  dilləndi,  sonra  isə  öz  izahatını  sona  çatdırmaq  üçün 

təmkinlə  sözünə  davam  etdi.  -  Kitu  hinduları  say  etibarı  ilə 

böyük üstünlük təşkil etsələr də bizimkilərə qarşı müqavimət 

aparmaq həddindən artıq çətin idi. Məsələn, payta tayfasının 

torpağında  Çiakitintanın  başçılıq  etdiyi  dəstələr,  bizimkiləri 

atın belində görəndə  qaçmağa üz tutublar.  Beləliklə, burada 

Meksikanın  fəth  edilmə  tarixi  hadisəsi  təkrarlandı-süvarilər 

hindularda  təşviş  və  vahimə  yaradırdı.  Hətta  süvarini  ox  ilə 

vuranda  da,  qorxu  xofu  hinduların  canından  çıxmırdı,  onlar 

elə bilirdilər ki, düşmən “iki hissəyə bölünə bilər”. 

- Bütün bunları dinləmək və bilmək çox maraqlıdır. - deyə 

coğrafiyaşünas  üzünü  bələdçiyə  tərəf  tutaraq  həvəslə 

dilləndi. - Lakin burada kök salan konkistadorların hamısını 

bir şey maraqlandırır, o da ki, “Ataualpanın qızılları”. Hamı 



                                                     

 

  



                                                                            

                                                    

143 

elə  bilir  ki,  həmin  qızılları  Ruminyaui  əlçatmaz  bir  yerdə 



gizlədib. 

- ”Ataualpanın qızıllarını” vaxtı ilə Pisarro qardaşları, Diyeqo 

Almaqro,  Belalkasar  və  başqa  tanınmış  konkistadorlar 

mükəmməl surətdə axtarıblar, lakin Heç bir müsbət nəticə əldə 

edilməyib. - deyə Xuan diqqətlə coğrafiyaşünasa nəzər salaraq 

ehtiramla dilləndi. - Şəxsən mənim də özümdə elə bir şübhə var 

ki,  həmin  xəzinəni  məhz  Ruminyaui  özü  gizlədib.  Əgər,  bu 

elədirsə,  ortaya  ciddi  bir  sual  çıxır:  Ruminyaui  xəzinəni 

gizlədibsə,  onda  bəs,  nə  üçün  onu  belə  tezliklə  edam  edirlər? 

Xəzinənin yerini öyrənməmiş, onu edam etmək düzgün deyildi. 

Deyilənə görə Ruminyaui həddindən artıq dəhşətli və amansız 

işgəncələrə  məruz  qalıb,  amma  ondan  heç  bir  sirri  öyrənmək 

mümkün  olmur.  İşgəncə  vaxtı  o,  deyir  ki,  xəzinənin  yerini 

bilmir, əgər bilsə idi onsuz da yerini heç kimə bildirməzdi. Belə 

nəticə  əldə  edilmişdi  ki,  xəzinə  məhz  Ruminyauinin  əlinə 

keçmişdi,  o,  isə  öz  növbəsində  xəzinənin  gizlədilməsini 

əlaltılarına  həvalə  etmişdir.  Ruminyauinin  edamından  sonra 

onun bütün silahdaşları təqib olunmağa başladı. Lakin yenə də 

heç  bir  nəticə  əldə  edilmədi.  Buna  baxmayaraq,  axtarışlar 

davam  etdirilir.  Peru  vitse-krallığının  demək  olar  ki,  hər  bir 

yerini  mütəşəkkil  surətdə  axtarırlar.  Mənim  fikrimcə, 

Ruminyaui  “Ataualpanın  qızıllarını”  məhz  Pilyaroda  gizlədib, 

axtarışı da elə məhz orada davam etdirmək lazımdır. 



                                                     

 

  



                                                                            

                                                    

144 

- Bəlkə, “Ataualpanın qızılları” əvvəlcədən olmayıb? - deyə 



Migel  heç  kimin  ağlına  gəlmədiyi  fikri  gözlənilmədən  ortaya 

atdı. - Bəlkə, bu boş xülyadır? 

Migelin  bu  sözləri  hər  iki  tədqiqatçını  susduraraq  onları 

düşündürməyə  məcbur  etdi.  Yolçular  arasında  sükut  hissi 

yarandı. 

 

 



 

                 XIII fəsil. “Kitu krallığı” 

 

Hava  tam  qaralana  qədər  yolçular  Quayakildən  15  liq  (90 



km)  aralanaraq  balaça  bir  hindu  kəndində  gecələməyi  qərara 

aldılar. Bu kənddə on nəfərə yaxın ispan əsgəri vardı və onlar bu 

ərazidəki  asayişi  qorumaq  üçün  mühafizə  məntəqəsi 

yaratmışdılar. Quayakildən Kitoya gedən yolda bir neçə belə bir 

məntəqə  vardı.  Əsasən  həmin  məntəqələrdəki  mühafizəçilər 

Kitoya  gedən  yolun  təhlükəsizliyini  təmin  edirdi.  Lakin  onlar 

Quayakildən  gələn  yolçulara  izah  etdilər  ki,  bundan  sonra 

həmin  yol  ilə  azsaylı  adamla  hərəkət  etmək  xeyli  təhlükəli 

sayılır.  Ona  görə  ki,  bu  yol  hündür  dağların  ətəyi  və  arası  ilə 

uzanıb  gedirdi.  Dağlarda  və  sıx  meşələrdə  gizlənən  hindular 

çətinlik  çəkmədən  beş-altı  nəfərlik  qrupa  hücum  edə  bilərlər. 

Yolu davam etdirmək üçün onlar iri dəstənin gəlişini gözləməli 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə