  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

                                                     

 

  



                                                                            

                                                    

149 

meşənin  içərilərinə  girib-çıxacaqlar.  Ən  əsası  odur  ki,  bir 



daha onlar öz yollarından çıxmayacaqlar. 

Günorta  vaxtına  az  qalmış  yolçular  yorulduqlarını  hiss 

edərək ayaq saxlamağı qərara aldılar. Fürsətdən istifadə edə-

rək  günorta  yeməyi  qəbul  etmək  üçün  münasib  yer  axtar-

mağa başladılar. Elə oldu hündür daş qayanın ağzında, sağa 

burulan  yolun  üstündə,  sərinlik  yaradan  iki  çökə  ağacının 

altında  onlar  hərəkətlərini  dayandırdılar.  Vaxt  itirmədən 

yeməyə götürdükləri azuqəni süfrənin üstünə düzdülər. Xuan 

Floresin  verdiyi  xəbərə  görə  düz  yola  çıxmaq  üçün  yarım 

liqdən az məsafə qalıb. Ondan sonra yolçuların hərəkəti xeyli 

yüngülləşəcək.  Buna  baxmayaraq,  bələdçi  öz  sayıqlığını 

itirmirdi.  O,  həmişə  ətrafa  diqqətlə  nəzər  yetirir  və  şübhəli 

səs  eşitmək  üçün  qulaqlarını  şəkləyirdi.  Xuan  çox  gözəl 

bilirdi  ki,  hindular  hücum  etmək  istəsələr,  onlara  gizlincə 

yaxınlaşacaqlar. 

Çökə  ağaclarından  iyirmi  metr  aralı  bir  balaca  aşağıda 

ensiz  bir  dağ  çayı  keçirdi.  Həmişə  qərib  yerlərin  təbiətinin 

mənzərəsi  ilə  maraqlanan  Bartolomeu  ətrafı  nəzərdən 

keçirmək üçün gəzmək fikrinə  düşdü. Lakin bələdçi ona bu 

imkanı vermədi. Onda coğrafiyaşünas izah etdi ki, heç olma-

sa  çayın  kənarında  əyləşmək  üçün  ona  bu  imkanı  versinlər. 

Göz qabağında olduğu üçün ona bu imkanı yaradıldı. Onsuz 

da hamı yuyunmaq üçün həmin çayın sahilinə gedəcəkdi. 



                                                     

 

  



                                                                            

                                                    

150 

Biraz keçmişdi ki, Migel ilə söhbət edən bələdçi həmsöh-



bətinin susmağı üçün əli ilə ilə işarə etdi. Sanki o, yaxınlıqda 

nə isə şübhəli bir şey olduğunu. Xuan sağ gözünü bərəldərək 

diqqətlə  qulaq  asa-asa  nəzərini  bir  nöqtəyə  yönəltdi.  Migel 

isə sakit tərzdə ətrafı nəzərdən keçirməyə başladı. 

-  Mənə  elə  gəlir,  hindular  haradasa  yaxınlıqda  bizi  seyr 

edirlər. - deyə Xuan həmin vəziyyətdə qalaraq fikrini Migelə 

bildirdi. - Ayıq olmaq lazımdır. 

Cökə  ağaclarından  iyirmi  beş-otuz  metr  cənub  istiqa-

mətində  tək-tük  balaca  ağaclar  uçalır,  ağacların  düz 

arxasında isə o qədər də hündür olmayan dağ yerləşirdi. Elə 

çayın  o  biri  sahilində  də  eyni  hündürlükdə  dağ  yerləşirdi. 

Şərq istiqamətinə uzanan yol qarşıda sağa burulurdu. 

Bələdçi  cənub  istiqamətinə  üzünü  döndərərək  diqqətlə 

həmin  dağı  nəzərdən  keçirməyə  başladı.  Sonra  sol  böyrün-

dəki ətəyi göstərərək əlini uzatmadan dedi: 

-  Sinyor  Migel,  sol  tərəfdəki  dağın  üstünə  baxın,  orada 

hindular var. Onlar yuxarıdan bizi müşahidə edirlər. 

Migel  şübhə  doğrultmamaq  üçün  astaca  başını  həmin 

tərəfə çevirdi. Həqiqətən də dağın başında iki nəfər ayaq üstə 

dayanıb  ispanları  müşahidə  edirdi.  Onların  əlində  heç  bir 

silah  olmadığı  üçün  dəqiq  ayırd  etmək  olmurdu;  müşahidə 

edənlər  döyüşçülərdi,  yoxsa  mülki  adamlar?  Əgər,  yuxarıda 

adam  varsa,  deməli  aşağıda  da  olmalıdır.  Coğrafiyaşünasın 



                                                     

 

  



                                                                            

                                                    

151 

təhlükəsizliyini  təmin  etmək  üçün  onu  öz  yanlarına  çağır-



dılar.  Bu  haqda  dərhal  kapitana  xəbər  verildi.  Kapitan  isə 

buna  heç  bir  əhəmiyyət  vermədi.  Onun  fikrincə,  narahat 

olmağa  heç  bir  asas  yoxdur.  Çox  güman  ki,  hindular 

kəşfiyyatla  məşğuldurlar.  Kapitanın  belə  bir  soyuqqanlığı 

bələdçidə  təəccüb  hissi  oyatdı.  Bu  cür  ciddi  məsələyə 

səhlənkarcasına yanaşmaq heç bir zabitə yaraşmaz. Lakin bir 

neçə  dəqiqədən  sonra  bələdçi  gəzə-gəzə  ətrafı  seyr  edərək, 

bəd  xəbərlə  kapitanın  yanına  gəldi.  Onun  apardığı  müşahi-

dəyə görə sayı tam dəqiqləşdirilməyən bir neçə hindu şimal 

istiqamətində  ağacların  arasında  pusqu  qurublar.  Əvəzində 

isə kapitan dedi: 

-  Görünür,  hindular  özlərinə  o  dünyada  yer  axtarırlar. 

Əgər  elədirsə,  biz  öz  qılınclarımızdan  istifadə  etməli 

olacağıq. 

-  Onlar  şimala  gedən  yolu  kəsdiriblər.  -  deyə  ehtiyatla 

hərəkət edən bələdçi tələsik halda dilləndi. - Belə olan halda 

onlar  yox,  biz  hücum  etmək  məcburiyyətində  qalırıq.  Beş 

nəfər  ilə  hücum  etmək  qeyri-mümkündür.  Ona  görə  ki, 

düşmənin  neçə  nəfər  olması  bizim  tərəfdən  dəqiqləşdiril-

məyib. Onlar ağacların arxasında gizləniblər. 

-  Onda  biz  nə  etməliyik?  -  deyə  Osvaldo  təəccübdən 

çiyinlərini  çəkərək  müəmmalı  tərzdə  dilləndi.  -  Biz  axı, 

burada qalıb gözləyə bilmərik. Onlar... 



                                                     

 

  



                                                                            

                                                    

152 

- Osvaldo sakitləş. - deyə Sebastyan onun sözünü kəsdi və 



üzünü  kapitana  tərəf  tutub  aludəliklə  sözünə  davam  etdi.  - 

Əgər,  onların  sayını  dəqiqləşdirmək  mümkün  deyilsə,  onda 

biz  istiqamətimizi  dəyişdirməliyik.  Lakin  bunu  da  etmək 

qeyri-mümkündür. 

-  Mən  geri  dönmək  fikrində  deyiləm.  -  deyə  kapitan  alt 

dodağını  çeynəyə-çeynəyə  qətiyyətlə  dilləndi.  -  Xuan 

təxmini olsa da, hinduların sayını müəyyən et. Ondan sonra 

bir tədbir görmək olar. Ya da ki, bacar onlarla danışığa gir. 

Qoy  xoşluqla  yolu  açsınlar.  Yoxsa,  onların  hamısını 

cəhənnəmə vasil edəcəyik. Allah özü şahiddir ki, biz burada 

qan axıtmaq istəmirik. Migel də səninlə getsin. 

Bələdçi  ilə  Migel  ehtiyatla  hindular  pusqu  quran  yerə 

getdilər.  Həmin  yer  dincəldikləri  yerdən  təxminən  yetmiş-

səksən metr aralı idi. Kapitan Xuan düzgün məsləhət verirdi, 

qan  axıtmamaq  üçün  hindularla  danışığa  girmək  lazımdır. 

Ancaq  hələ  bilinmirdi,  həmin  hindular  hansı  tayfadandır. 

Necə olsa da Xuan yalnız keçua və kanyari dillərində danışa 

bilirdi. Lakin buna baxmayaraq, o, hindularla dil tapa bilərdi. 

Demək  olar  ki,  bütün  hindu  tayfaları  keçua  dilinə  yiyələn-

mişdilər.  Bundan  əlavə  son  qırx  ildə  Kitu  audiensiyasında 

yaşayan  hindu  tayfaları  yavaş-yavaş  ispan  dilin  öyrənməyə 

başlayıblar.  Amma  elə  bir  hindular  da  vardı  ki,  heç  vaxt 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə