161
- Bəs, mən sənə demədim ki, on-on beş nəfərlik hindu
dəstəsi bizim üçün heç bir təhlükə yaratmır. - deyə kapitan
başını təqdiredici tərzdə tərpədə-tərpədə giley-güzarla
dilləndi. - hələ onların bəxti gətirdi ki, bu döyüşdə cəmi
səkkiz nəfər itirdilər. Sinyor Bartolomeu, burada olmasa idi,
biz onların hamısını qılıncdan keçirdərədik.
- Bu həqiqətən də belədir. - deyə bələdçi təqdiredici tərzdə
dilləndi. - sizin gücünüzün və bacarığınızın nəyə qadir
olduğunu mən öz gözlərimlə gördüm. Xüsusilə sinyor
Migelin döyüş üsulu və təcrübəsi məndə fərəh hissi oyatdı.
O, əsl cəngavər kimi döyüşürdü. Belə bir döyüşdə dörd nəfər
adamı məhv etmək hər döyüşçüyə nəsib olmur.
- Migel mənim ekspedisiyanın tərkibində ən bacarıqlı və
təcrübəli döyüşçülərindən biri sayılır. - deyə kapitan qürur
hissi ilə dilləndi. - Belə döyüşçülər mənim ekspedisiyamın
tərkibində çoxdur. Sən hələ Sebastyanla Osvaldonun döyüş
qabiliyyəti ilə tanış deyilsən. Onlar kral ordusunun
cəngavərləridilər.
- Cənab kapitan, əgər indiki İspaniyanın belə bacarıqlı
döyüşçüləri varsa, deməli bizim krallığımız İngiltərədən öz
qisasını ala biləcək. - deyə bələdçi başını dik tutaraq fərəh
hissi ilə dilləndi. - Bu döyüşdə mən də düşmənin birini
cəhənnəmə vasil etdim, ancaq sinyor Migelin köməkliyi ilə.
162
Belə çıxır sinyor Migel dörd yox, beş hindunu qılıncdan
keçirib? Bu həqiqətən də belədir.
- Xuan, sən olmasaydın, mən həmin dörd hindunun
öhdəsindən gələ bilməzdim. - deyə Migel başını aşağı
salaraq təvazökarcasına dilləndi.
- Sizin kimi döyüşçüyə mən birinci dəfədir ki, rast
gəlirəm. - deyə bələdçi Migelə olan fərəh hissini gizlətmədi,
sonra isə üzünü kapitana tərəf tutaraq səbirsizliklə sözünə
davam etdi. - Sinyor kapitan, əgər sizin ekspedisiyanı (əli ilə
Migeli göstərərək) belə döyüşçülər təmsil edirsə, onda bu
dəfə araukanları məğlub etmək mümkün olacaq. İmkan olsa
idi, mən də həmin şansdan istifadə edərdim. Sizə bildirmək
istəyirəm ki, mən araukan torpağında da bələdçilik etmişəm.
- Nə deyirəm ki, sənin kimi köhnə konkistadorların
təcrübəsindən istifadə etmək lazımdır. - deyə kapitan əlini
bələdçinin çiyninə qoyaraq ciddi halda dilləndi. - Biz
ekspedisiyanın tərkibinə ən təcrübəli və bacarıqlı döyüşçülər
qəbul edirik. Həqiqətən də biz müharibənin ikinci mərhələ-
sində araukanların fəaliyyətinə birdəfəlik son qoymaq fikrin-
dəyik. Birinci dəfə gəmilər okean keçidi zamanı bir-birindən
aralı düşməsə idi, Araukan ölkəsində konksitadorların faciəli
ölümü ilə rastlaşmazdıq. Nə etmək olar, Allah necə
buyurursa, elə də olmalıdır.
163
Cənab kapitan, xatırlatmaq istəyirəm ki, vaxtı ilə Ernan
Kortesin və Fransisko Pisarronun ekspedisiyalarında sizin
kimi (Xuan əli ilə hamını göstərir) qorxmaz, mərd, cəsarətli,
təcrübəli və bacarıqlı əsgərlər vardı. Məhz buna görə də
nəhəng və qüdrətli Astek və İnk imperiyaları fəth edildi.
Mən əminəm ki, belə bir heyətlə siz Araukaniyanı fəth
edəcəksiniz. Bu onların son nəfəsi olacaq.
- Biz bura şəxsən bir amala görə gəlmişik. - deyə kapitan
bütün qamətini düzəldərək qürurla dilləndi. - Bu müharibə-
dən sonra biz İngilislərlə də haqq-hesab çəkməliyik. İngiltərə
təbiətin köməyi ilə bizim donanmanı La-Manşda məğlub
etməklə elə bilməsin ki, ispan əsgərini dizləri üstə çökdürüb.
İspan əsgəri hələ öz sözünü deyəcək. Bütün Avropa ispan
əsgərinin adını eşidən kimi lərzəyə gəlməlidir.
XV fəsil. Kitoda konkistadorların görüşü
Hinduların kapitangilin üzərinə etdikləri hücum onların
özləri üçün faciə ilə nəticələndi. Həmin döyüşdə ispanlar
özlərinə malik olduqları gücü düşmənə nümayiş etdirdilər.
164
Ondan sonra aborigenlər bir daha ispanların üzərinə hücum
etməyə cürət etmədilər. Hətta yolçular meşə yolundan
istifadə etsələr belə, hindular təcavüzdən əl çəkdilər.
Kitoya gedən yolları beş barmağı kimi tanıyan bələdçi
yolçuları sağ-salamat Kitu Audiensiyasının paytaxtına çatdır-
dı. Yolçular bu keçiddən tam razı olduqlarını bildirdilər.
Kitonun altmışa yaxın yaşı olsa da, şəhər heç də böyük
deyildi. Qısa müddət ərzində şəhərin bu hissəsindən, o biri
hissəsinə gedib çıxmaq olardı. Hazırda Limadan gələnləri
yalnız bir şey maraqlandırırdı; o da ki, polkovnik
Odovaldonun başçılıq etdiyi ekspedisiya şəhərin hansı
hissəsində cəmləşib? Elə şəhərə daxil olan kimi onlara
bildirdilər ki, həmin ekspedisiya Kitonun şərqində yerləşən
hərbi qarnizondan bir qədər aralıda düşərgə qurub. Elə
Odovaldonun da qərargahı həmin düşərgədə yerləşir.
Polkovnik Odovaldo Limadan gələn həmyerlilərini böyük
bir tamtəraqla qarşıladı. Hamının sevincinin həddi-hüdudu
yox idi. Migel ilə atasının da görüşü ağlasığmaz dərəcədə
şirin keçdi. Necə olsa da, onlar uzun müddət bir birilərinin
üzlərini görmürdülər. Ailələrində çoxları elə bilirdilər ki,
dünyanın ayrı-ayrı hissələrində yaşayan ata ilə bala bir-
biriləri ilə bir daha görüşməyəcəklər. İş ondadır ki, Migel
1588-ci ildə La-Manşda “Məğlubedilməz armada”nın tərki-
bində Qravelin döyüşdən sonra düşmənə əsir düşmüşdür.
Dostları ilə paylaş: |