  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

                                                     

 

  



                                                                            

                                                    

173 

         

XVI fəsil. İnk imperiyasının ispanlar  

      tərəfindən fəth edilməsinin qısa tarixi 

 

1513-cü  ilin  sentyabrın  25-də  Vasko  Nunyes  de  Balboa 



Panamanın  qərb  sahilinə  çıxmaqla,  ilk  dəfə  olaraq  Sakit 

okeanın  sahilsiz  sularını  gördü.  Artıq  yerli  hindu 

kasiklərindən (rəhbər) öyrənmişdi ki, bərxəzdən cənub tərəfə 

qızıl ilə bol olan torpaqlar yerləşir. Elə o vaxtı da onda belə 

fikir yaranır ki, əfsanəvi ölkə sayılan - Qızıl Biru”-nu (Peru) 

tapana  qədər  Sakit  okeanın  sahili  ilə  cənuba  doğru  getsin. 

Birinci  ekspedisiyanı  elə  özü  təşkil  etdi.  Onun  nəzarəti 

altında titanik zəhmət tələb edən nəhəng bir iş görülmüşdur, 

bütün  hissələrə  ayrılmış  ekspedisiyanın  gəmiləri  bərxəzin 

üstü ilə Atlantik okeanından Sakit okeanına  daşınir. Bu  işin 

öhdəsindən gəlmək neç də asan olmur. 

Lakin  Balboa  uçün  nahəng  planını  həyata  keçirmək 

müəssər  olmur.  “Qızıl  Biru”nun  işğalını  arzulayan  Panama-

nın qubernatoru Pefo Arias Avila, Sakit okeanı ilk dəfə kəşf 

edən  adamı  əmrə  tabe  olmamaqda  və  bir  çox  cinayət 

hadisələrində  təqsirləndirərək,  onun  üzərində  məhkəmə 

qurub  edam  elətdirir.  Son  illər  qatil-qubernator  cənuba  bir 

neçə  ekspedisiya  göndərir  və  onların  hamısı  uğursuzluqla 

üzləşirlər. 

1522-ci ildə təcrübəli dənizçi Paskual de Andaqoya indiki 




                                                     

 

  



                                                                            

                                                    

174 

Kolumbiyanın  qərb  sanili  ilə  San-Xuan  çayının  mənsəbinə 



kimi üzərək Buenaventura körfəzini kəşf edir və ondan sonra 

Panamaya  qayıdır.  Ağır  xəstə  olan  Andaqoyanın  özü 

ekspedisiyanın  nəticəsindən  məyus  olur.  Lakin  buna 

baxmayaraq, o, həmin sahilin ilk keçicisi sayılır, ona görə ki 

Sakit okean sahilinin (Cənubi Amerikada) ispanlar tərəfindən 

mənimsəməsinə,  məhz  onun  səyahətindən  sonra  başlayırlar. 

Lakin  yeni  kəşf  edilmiş  torpaqlar  ispanların  ümiddlərini 

doğrultmadı,  onlar  arzuladıqları  qızılı  tapa  bilmədilər. 

Panamada  məskunlaşmış  ispanlar  tezliklə  “Qızıl  Biru”nu 

yaddan  çıxartmalıdırlar.  Balboanın  planını  yada  salanda  isə 

məsğərəyə qoyurdular. 

Yalnız  bir  adam  “Qızıl  Biru”nun  həqiqətdə  olduğuna 

ürəklə  inanırdı.  O  da  ki,  Balboanın  silahdaşı  Fransisko 

Pisarro idi. 

“Cənubda  yerləşən  ölkənin”  varlığına  fanatik  inamı  olan 

F.Pisarroa,  başqa  bir  avantüristi  Diyeqo  de  Almaqronu  ona 

yaxınlaşdırdı,  bir  qədər  gec  isə  Panamanın  vikariyası 

Ernando  de  Lukeni  (bir  çox  tarixçilər  hesab  edirlər  ki,  Luke 

bu  işlərə  varlı  ispan  zadəganı  olan  Qaspar  de  Espinosa 

tərəfindən bilərəkdən qoşulmuşdur). Nəzərdə cənuba tutulan 

ekspedisiyanın  hazırlanması  xəbəri  Panamaya  yayılanda, 

hamı  onları  məsğərəyə  qoymağa  başladılar,  əsasən  də 

Lukeni. 



                                                     

 

  



                                                                            

                                                    

175 

Ancaq  buna  baxmayaraq  ekspedisiya  təşkil  edildi  və 



1524-cü ilin noyabrında tərkibində 114 nəfər əsgər, bir neçə 

at  və  xeyli  miqdarda  ərzaq  ehtiyatı  olan  briqantina  sahildən 

çox uzaqlaşmayaraq cənuba doğru üz tutdu. Dəstəyə Pisarro 

başçılıq  edirdi,  Almaqro  isə  əlavə  qüvvə  toplamaq  üçün 

Panamada qalır. 

Çox  tezliklə  ekspedisiya  Andaqoyanın  ekspedisiyasının 

qarşılaşdığı  çətinliklərlə  üzləşdi:  əks  küləklər,  aramsız 

tufanlar, zəhlətökən manfolu yosunları ilə dolu olan sahillər-

də  məcburi  dayanacaq,  düşmən  fikirli  hindularla  toqtuşma. 

Pisarro  cənuba  doğru  çox  lənk  irəliləyirdi.  Əvvəlcə  o, 

“Xinxamu ölkəsini”, bir qədər aşağıda “qəhvəyi rənkli adam-

ların  ölkəsini”  (hər  ikisi  Kolumbiyanın  sahilində  yerləşir) 

kəşf  edir.  Hindularla  toqtuşma  zamanı  dəstə  böyük  itkilər 

verirdi, bir çoxları aldıqları yaradan və naməlum xəstəlikdan 

əzab-əziyyət çəkir, Pisarro özü bir neçə dəfə onlarla birlikdə 

yaralanır.  Ərzaq  tükənən  zaman  o,  məcburi  Panamaya 

qayıdır. 

”Qızıl  Biru”nun  kəşfi  və  işğal  edilməsi  məqsədi  ilə 

Pisarro,  Almaqro  və  Luke  1526-cı  ilin  martın  10-da  yeni 

danışıq  imzalayır  və  bir  neçə  həftədən  sonra  cənuba  ikinci 

ekspedisiyaya yola düşür. Bu ekspedisiya birinciyə nisbətən 

yaxşı təşkil edilir. 




                                                     

 

  



                                                                            

                                                    

176 

Bu dəfə ekspedisiya çətinlik çəkmədən San-Xuan çayının 



mənsəbinə  gəlib  çatır.  Orada  ispanlar  hindu  yaşayış 

məntəqəsinə hücum edir və qızıldan, gümüşdən düzəldilmiş 

xeyli  qiymətli  əşyalar  ələ  keçirirlər.  Almaqro  geriyə 

Panamaya qayıdır. O, özü ilə çoxlu qiymətli əşyalar götürdü 

ki,  bu  missiyaya  görə  şübhəsi  olan  adamların  fikrində 

dəyişiklik yaratsın və özü üçün yeni əsgərlər toplasın. Pisarro 

isə  yeni  qüvvə  gələnə  qədər,  əsas  qüvvə  ilə  sahildə  qalır. 

Artıq  vaxt  itirməsin  deyə,  o,  ekspedisiyasının  losmanı 

Bartolomeu  Ruisi  briqantinada  tədqiqat  işləri  aparmaq  üçün 

cənuba doğru göndərir. Bu bir növ kəşfiyyat sayılırdı. 

Bu səyahət zamanı “Kitu krallığı” (Ekvador) kəşf edildi. 

Təcrübəli  dənizçi  Bartolomeu  Ruis  tələsmədən  sahilə 

diqqətlə  baxa-baxa  irəliləyirdi,  o,  elə  hey  təsəvvür  edir  ki, 

nər dəqiqə nağıllar ölkəsi olan “Qızıl Biru” peyda olacaq və 

buna görə də iri məbləğdə mükafat alacaqdır. 

Günlərin bir günü səhər tezdən dənizçilər gözəl bir körfəz 

görürlər. Ruis əmr edir ki, körfəzə daxil olub lövbər atsınlar. 

Daha  demə  körfəz  iri  bir  çayın  mənsəbi  imiş.  Sahildə 

yaşayan hindular gəmiyə maraqla tamaşa edirdilər. 

Aborigenlər sahilə çıxan ispanlara öz qonaqpərvərliklərini 

göstərirlər.  Lakin  ispanları  hinduların  qonaqpərvərliyi  yox, 

onların  üstündə  olan  zümrüdlərlə  bəzədilmiş  qızıl  əşyalar 

maraqlandırırdı. Onlar belə bir fikrə gəldilər ki, kəşf etdikləri 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə