  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

                                                     

 

  



                                                                            

                                                    

185 

ərzində  Aralıq  dənizini  piratlardan  təmizlədi  və  bununla  da 



məşhur  admiral  kimi  tanındı.  Lakin  tarixə  daxil  olmaq  üçün 

polkovnik  Odovaldo  da  başqa  bir  şans  da  vardı.  Sözsüz  ki,  o, 

həmin  şansdan  səmərəli  istifadə  edə  bilərdi.  Tarixə  düşmək 

üçün  bir  çox  konkistadorlar  üçün  məğlubedilməz  sayılan 

araukanları  məhv  edib  Araukaniyanı  fəth  etmək  lazım  idi. 

Araukaniyanı  fəth  etmək  II  Filipp  tərəfindən  polkovnik 

Odovaldoya  həvalə  edilmişdir.  Sadəcə  olaraq,  o,  sərkərdəlik 

bacarığından  maksimum  istifadə  edərək,  köhnə  konkista-

dorların  səhvini  bir  daha  təkrarlamayaraq  Araukaniyanı  fəth 

edə bilərdi. Tezliklə polkovnik qardaşı ilə görüşüb Araukaniya-

ya yeni ekspedisiya təşkil etmək fikrində olur. İş elə gətirir ki, 

qardaşı özü onun yanına Kitoya gəlir. Yeni ekspedisiyanın təşkil 

edilməsi də məhz Kitoda həll olunmalı idi. Çünki Eldoradonun 

axtarılması  üçün  bura  çoxsaylı  konkistadorlar  toplaşmışdı. 

Sözsüz  ki,  onların  hamısı  işlə  təmin  olunmurdu.  Polkovnik  də 

bütün  bunların  hamısını  çox  yaxşı  dərk  edirdi.  Araukaniyanın 

fəth edilməsi üçün Kitoda yeni ekspedisiya təşkil etmək olardı. 

Bu işi qısa müddətə yerinə yetirmək lazım idi. 

 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

186 

          XVII fəsil. Kitodakı konkisatdorlar 

 

İspaniyadan  bu  şəhərə  təşrif  buyuran  ekspedisiya  hərbi 



qarnizonun  yanında  düşərgə  saldığına  görə  qısa  müddətə 

polkovnik  Odovaldo  qarnizonun  komandanlığı  ilə  sıx  əlaqə 

yarada  bilir.  Əsasən  də  o,  ekspedisiyanın  ərzaq  təchizatını 

həmin qarnizondan alırdı. Hərbi qarnizonda peşəkar döyüşçülər 

çox  olduğuna  görə  polkovnik  Odovaldo  öz  ekspedisiyasına 

oradan  əsgərlər  qəbul  etmək  istəyirdi.  Müqavilə  ilə  həmin 

döyüşçülər  Araukaniyada  yerli  əhaliyə  qarşı  döyüşüb  qələbə 

əldə etdikdən sonra Kitoya qayıdacaqlar. 

Qarnizonun  komandanı  arakuanların  məğlubedilməzliyi  və 

orada  gedən  amansız  müharibələrdən  xəbərdar  idi,  elə  bu 

səbəblərə  görə  o,  öz  əsgərlərinə  həmin  ağır  missiyada  iştirak 

etməklərinə icazə vermədi. O, bunu onunla izah etdi ki, hindular 

hər  an  qiyam  qaldırıb  şəhərə  hücum  edə  bilərlər.  Onsuz  da 

Ruminyau  bir  dəfə  Kitoya  hücum  edərək  şəhəri  darmadağın 

etmişdir.  Komandanın  dediyinə  görə  belə  bir  təhlükə  yenə  də 

baş  verə  bilər.  Son  aylarda  aparılan  müşahidələr  göstərir  ki, 

şəhərdə  və  şəhərin  ətrafında  yaşayan  hindular  arasında  böyük 

narazılıqlar  yaranıbdır.  Aborigenlərin  sosial  və  iqqisadi 

vəziyyəti həddindən artıq ağır idi. Belə bir narazılıqlar aradan 

qaldırılmasa, hökmən ölkədə üsyan baş verəcək. Gözlənilən 




                                                     

 

  



                                                                            

                                                    

187 

üsyanın qarşısını almaq üçün çox sayda əsgər qüvvəsi lazım 



idi. 

Deməli,  polkovnik  əsgər  toplamaq  üçün  başqa  kanallardan 

istifadə etməli idi. Bundan əlavə fərdi üsulda da ekspedisiyaya 

təcrübəli  və  bacarıqlı  peşəkar  əsgərlər  cəlb  etmək  lazım  idi. 

Bunun üçün Migel, Sebastyan və Osvaldo şəhərə çıxıb cürbəcür 

ictimai  yerlərdə  axtarışla  məşğul  olmalıydılar.  Bu  işdə  onların 

böyük təcrübəsi vardı. 

Bütün işlər qısa müddətə həll olunmalı idi. Çünki konkista-

dorlar Kitoda çox qalmaq fikrində deyildilər. Onlar müharibənin 

ikinci  mərhələsinə  yazın  ilk  günlərində  başlamaq  istəyirdilər. 

Növbəti ekspedisiya heyət etibarilə həddindən artıq güclü təşkil 

edilməli idi. 

Migel  şəhərə  atası  ilə  çıxmalı  oldu.  Lakin  həmişəki  kimi 

yenə də coğrafiyaşünas öz şagirdindən aralı düşmək istəmədi və 

onlarla  birlikdə  şəhərə  çıxdı.  Özünün  dediyi  kimi  o,  Migelin 

yanında  özünü  sərbəst  və  təhlükəsiz  hiss  edirdi.  Həm  də 

coğrafiyaşünas  kimi  Migel  özü  də  sənət  əsərləri  və  şəhərin 

memarlıq üslubları ilə dərindən maraqlanırdı. 

İspan konkistadorları Peruya nisbətən Kito Audiensiyasında 

tez peyda olurlar, hərçənd Kito Limadan bir il tez salınır, onları 

bacı  şəhərlər  adlandırmaq  olar.  Onları  ilk  növbədə  çox  saylı 

kilsələr,  məbədlər,  başqa  dekorativ  incəsənət  və  tikinti 

ustalığının  əsl  şedevrləri  bir-birinə  oxşadır.  Düzdür,  köhnə 



                                                     

 

  



                                                                            

                                                    

188 

Kitoda gözəl tikililər, fasaddarı naxışla bəzədilmiş evlərə də az 



rast gəlmək olar. Bunu izah etmək heç də çətin deyil; Kito vitse-

krallığın  paytaxtı  ilə  yarışa  girə  bilməzdi.  Lakin  Kitonun, 

məğrur  qonşusu  qarşısında  öz  üstünlükləri  vardı;  burada  evlər 

saman  kərpici  olan  -  adobedadan  yox,  burada  çox  olan 

daşlardan tikilirdi. 

Migelgil  birbaşa  Kitonun  ürəyi  sayılan  San-Fransisko 

meydanına  yollandılar.  Bu  adı  ona,  meydanın  bütöv  bir 

hissəsini tutan eyni adlı məbədə və ona bitişik olan kilsəyə görə 

vermişdilər. Həmin məbəd fransiskan ordeninə məxsus idi. San-

Fransisko  məbədini  elə  şəhərin  əsası  qoyulan  kimi  tikməyə 

başlamışdılar  və  bütün  Kito  Audiensiyasında  ən  köhnə  tikili 

sayılır. 

Məlum  olduğu  kimi  ispanlar  katolik  kilsələri,  onlar 

tərəfindən  sökülmüş  ink  saraylarının  və  məbədlərinin  funda-

mentlərində tikməyə banşamışdılar. San-Fransisko məbədini isə 

həmin  yerdə  ucalan  İnkanın  Sarayının  fundamentinin  üstündə 

tikmişdilər. Bu haqda səlnamələr xəbər verir. 

San-Fransiskonun 

kompleksi 

XVI 


əsrin-amerikan 

memarlığının  nümunəsi  sayılır.  Daxili  həyətləri,  muzeyləri, 

fəvvarəli bağlarla dörd kvartalı əhatə edir və 30 min kvadratmetr 

ərazini  tutur.  Məbədin  divarları  qızıl  suya  çəkilmiş  ağaclarla 

dekorasiya  olunmuş,  və  müqəddəslərin  surətləri  ilə  bəzədil-

mişdi. Baş altarın qızılı parıltısı sitayiş edənlərə katolik kilsənin 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə