  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

                                                     

 

  



                                                                            

                                                    

189 

maliyyə qüdrətindən xəbər verirdi. Bu məbəddə nəinki tanınmış 



konkistadorlar, hətta Ataualpanın iki oğulları da basdırılmışdır. 

Bu hərəkət ispanların mərhəmətindən xəbər verirdi. 

Məbədin  daxilində  məqbərədə  olduğu  kimi  sakitlikdir. 

Ancaq onun divarlarından kənarda həmişə camaatla dolu olur. 

San-Fransisko  monastrının  yanından  keçəndə  kapitan  Leon 

yanındakılara  maraqlı  məlumat  verdi.  Burada  Hindu  uşaqları 

üçün  sənətkarlar  və  rəssamlıq  məktəbi  açılmışdır.  Bu  bütün 

Cənubi  Amerikada  ilk  məktəb  sayılırdı.  Monaxlar  orada 

rəssamlıqdan  və  heykəltaraşlıqdan,  dülgərlik  işlərindən, 

dərzilikdən,  toxuculuqdan,  daşyonmadan  və  başqa  sənətlərdən 

dərs  verirdilər.  Artıq  1552-ci  ildə  bu  məktəb  genişlənmiş  və 

San-Andres  kollecinə  çevrilmişdir.  Belə  bir  xeyirxah  işi  hansı 

kolonistlər edə bilərdi? 

Əl işlərində böyük vergilər verən hindu uşaqları bu sənətlərə 

çox asanlıqla yiyələnirdilər. Onlardan, tikintidə və müstəmləkə-

çilər  tərəfindən  tikilən  katolik  məbədlərinin  bəzədilməsində 

böyük rol oynayan mahir ustalar çıxmışdır. 

Limada  olduğu  kimi  Kitoda  da  baxmalı  yerlər  çox  idi. 

Lakin  bunun  üçün  Migelgildə  vaxt  məhdud  idi.  Onlar  öz 

işlərini  yerinə  yetirmək  üçün  ağ  rəngə  boyanmış  şəhərə 

çıxmışdılar.  Burada  kid  rolunu  oynayan  kapitan  Leon  yaxşı 

bilirdi  onları  hara  aparsın.  Çox  getmədən  onlar  Santa-Klara 

monastrının  qabağındakı  iri  yeməkxanaya  gəldilər.  Yemək-



                                                     

 

  



                                                                            

                                                    

190 

xananın  həm  içi,  həm  də  çölü  müştərilərlə  dolu  idi.  Burada 



idalqolardan  başqa  əhalinin  bütün  təbəqəsi  ilə  üzləşmək 

olardı.  

İçəridəki  istini  nəzərə  alaraq  Migelgil  həyətdəki  masanın 

arxasında özlərinə boş yer tapdılar. Cavan zadəganın atasını 

burada  çox  adam  tanıyırdı.  Onlar  təzim  edərək  Leonla 

salamlaşırdılar.  Buradakı  konkistadorların  ona  qarşı  olan 

nəzakətli  davranışı  həm  Migeldə,  həm  də  coğrafiyaşünasda 

ruh  yüksəkliyini  qaldırdı.  Cuşa  gələn  Bartolomeu  ətrafa 

nəzər sala-sala müəmmalı tərzdə kapitana dedi: 

-  Sinyor  Leon,  bu  qədər  adamı  işsiz  görəndə,  belə  başa 

düşmək  olar  ki,  Peru  vitse-krallığında  vəziyyət  heç  də 

ürəkaçan  deyil.  Deməli,  Yeni  Dünya  sahillərində  işlə  təmin 

olunmaq müşkül məsaləyə çevrilibdir. 

- Yox, mən elə deməzdim.  - deyə kapitan qeyri-müəyyən 

tərzdə dillənərək, coğrafiyaşünasla razılaşmadığını bildirdi. - 

Burada  elə  adamlar  var  ki,  həyatları  ancaq  müharibə  ilə 

bağlıdır və onlar başqa işlə məşğul ola bilmirlər. Elələri var 

ki,  yalnız  Eldoradonu  axtaran  ekspedisiyalarda  fəaliyyət 

göstərmək  istəyirlər.  Sözsüz  ki,  elələri  nə  tikintidə,  nə  də 

tarla sahələrində işləməyəcəklər. Bəziləri də şəhərdəki müha-

fizə dəstələrində qulluq etməyə üstünlük verirlər. Amma onu 

da qeyd etməliyəm ki, bura yığlışanların doxsan faizi nizam-

intizama riayət etmək istəməyən adamlardır. 



                                                     

 

  



                                                                            

                                                    

191 

Onların  hamısı  da  kobud  hərəkətlərinə  görə  bu  regionda 



fəaliyyət  göstərən  ekspedisiyalardan  xaric  olunublar.  Bir 

neçə döyüşçü  mənimlə  birlikdə Antonio Berrio-i-Orunyanın 

eksnedisiyalarında iştirak ediblər. 

-  Ata,  elədirsə,  bizim  özümüzə  də  onlar  kimi  özbaşına 

hərəkət edən əsgərlər lazım deyil. - deyə atasının bu izahatın-

dan  vəcdə  gələn  Migel  narazılıqla  dilləndi.  -  Onlar  qasa 

müddət  ərzində  ekspedisiyada  hökm  sürən  dəmir  nizam-

intizamı  pozarlar.  Bu  isə  böyük  bir  iğtişaşa  gətirib  çıxarar. 

Polkovnik  Alonso  elə  əsgərləri  ekspedisiyaya  qəbul  etməz. 

Deyəsən, sən onun xasiyyətinə yaxşı bələd deyilsən? 

-  Sinyor  Leon,  biz  elə  araukanlara  qarşı  müharibənin 

birinci mərhələsini ekspedisiyada nizam-intizamın olmadığı-

na  görə  uduzduq.  -  deyə  coğrafiyaşünas  lazımi  faktı  söylə-

mək  üçün  söhbətə  qarışdı.  -  Ekspedisiyada  nizam-intizam 

olmasa, biz müharibənin ikinci mərhələsini də uduza bilərik. 

Elə əsgərlərdən uzaq olsaq, yaxşı olar. 

- Mən guya istəyirəm ki, ekspedisiyamızda nizam-intizam 

olmasın? - deyə kapitan onları sakitləşdirərək qeyri-müəyyən 

tərzdə  dilləndi.  -  Bizə  hal-hazırda  təcrübəli,  bacarıqlı,  qorx-

maz, mərd və cəsarətli əsgərlər lazımdır. Həm də on-on beş 

nəfər əsgərlə ekspedisiyada hökm sürən dəmir nizam-intiza-

mı pozmaq olmaz. 




                                                     

 

  



                                                                            

                                                    

192 

-  Axı,  onlar  başqalarına  pis  təsir  göstərə  bilərlər.  -  deyə 



Migel yenə də atası ilə razılaşmadığını bildirdi. 

- Birincisi, polkovnik Alonso öz hökmünü onlara göstərsə

onların  da  ekspedisiya  rəisinin  göstərişlərinə  əməl 

etməklərindən başqa bir yolu qalmayacaq. - deyə kapitan əli 

ilə  oğlunun  çiyninə  vura-vura  aludəliklə  dilləndi.  -  İkincisi, 

onlar ekspedisiyaya daxil ediləndə hərəsi başqa-başqa dəstə-

lərə təhkim olunaçaq. Belə olan halda onlar da başqaları kimi 

nizam-intizama məcburi şəkildə riayət etməli olacaqlar. 

- Sinyor Leon, onu bilin ki, ərköyün adam qısa müddətdə 

əhliləşdirilmir.  -  deyə  coğrafiyaşünas  alnındakı  təri  silə-silə 

yenə də kapitan ilə razılaşmadığını bildirdi. - Onlar ayrı-ayrı 

dəsqələrdə  olsalar  da,  yenə  də  bir  ekspedisiyanın  tərkibində 

fəaliyyət göstərəcəklər. 

- Ata, məndən çox sən ekspedisiyalarda iştirak etmisən və 

belə işlərdə sənin böyük təcrübən var. - deyə Migel atası ilə 

söz  güləşdirmək  istəmədiyini  bildirdi.  -  Sinyor  Bartolomeu, 

demişkən elə adamlar heç vaxt düzəlmir. Mən səni çox yaxşı 

başa düşürəm, vəziyyətdən çıxmaq üçün biz elə əsgərlərdən 

on-on  beş  nəfərini  götürməliyik.  Belə  olan  halda  həmin 

əsgərlər fəaliyyətdə olan bütün silahlardan sərbəst və ustalıq-

la istifadə etməlidirlər. Elə bir peşəkar döyüşçü isə çox çətin 

ki, onların arasında olsun. Nədənsə, mənim onlardan gözüm 

su içmir. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə