  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

                                                     

 

  



                                                                            

                                                    

177 

torpaq  qızıl  və  zümrüdlərlə  zəngindir,  məhz  buna  görə  də 



həmin çaya Esmeraldas-Zümrüdlü adını verirlər. 

Cənuba doğru irəliləyişini davam etdirən Bartolomeu Ruis 

təxminən  gəlib  indiki  Manta  limanı  yerləşən  yerə  çıxır. 

Bütün sahil zolağını dəqiqliklə izləyən ispan səyyahı  həmin 

sahilin  xəritəsini  tərtib  edir.  O,  ispanlardan  birinci  adam  idi 

ki,  ilk  dəfə  Sakit  okeanın  sahil  zolağında  ekvator  xəqtini 

keçir  və  birinci  dəfə  məhz  o,  uzaq  Çimboraso  vulkanının 

qarlı papağını görür. 

Sanki  tale  özü  həmin  cəsur  dənizçini  mükafatlandırırdı. 

Bir dəfə dənizçilər iti sürətlə gedən bir qayığı ələ keçirirlər. 

Əsir düşmüş hindular əllərinin hərəkətləri ilə izah edirlər ki, 

onlar  həddindən  artıq  varlı  olan  Böyük  İnq  ölkəsindən  gəlir 

və qayıqdakı gözəl parçaları və qızıl qab-qacaqları Esmeral-

das  hindularının  istehsal  etdikləri  əşyalar  ilə  dəyişməyi 

nəzərdə tutublar. 

Bartolomeu  Ruis  əşyaları  ələ  keçirib  və  belə  bir  vacib 

məlumat  əldə  edəndən  sonra  geriyə,  San-Xuana  üzür.  O, 

demək  olar  ki,  öz  missiyasını  müvəffəqiyyətlə  yerinə 

yetirmiş olurdu. 

Bu  zaman  Pisarronun  dəstəsində  ruh  düşgünlüyü  baş 

vermiş  və  əsgərlər  demək  olar  ki,  nəzarətdən  çıxırdılar. 

Ruisin qayıdışı onların hamısını ruhlandırır. Tezliklə Almaq-




                                                     

 

  



                                                                            

                                                    

178 

ro  yeni  bir  qüvvə  ilə  Panamadan  qayıdır.  Yeni  impuls  alan 



ekspedisiya davam etdirildi. 

İspanlar  bir  başa  Zümrüd  çayına  tərəf  yollandılar.  Sahilə 

çıxan konkistadorlar iri hindu yaşayış məskəni olan Atakamesə 

hücum  edib  orada  qızıl  əşyaları  və  çoxlu  ərzaq  ehtiyatı  ələ 

keçirirlər. 

Almaqro yenə də kömək üçün Panamaya yollanır. Pisarro isə 

təhlükəsizlik baxımından, Qalyo adlı bir adada düşərgə saldırır. 

Məhz  bu  zaman,  ink  imperiyasının  işğalı  tarixində  dramatik 

hadisə baş verir. 

Panamanın yeni qubernatoru Rios “Qızıl Biru”nun boş xülya 

olduğunu  hesab  edərək  Almaqroya  yeni  könüllülərin 

yığılmasına  icazə  vermir.  O,  Qalyo  adasına  Ruisi  göndərərək 

tapşırır  ki,  Pisarronu  Panamaya  gətirsin.  Ekspedisiyanın  çox 

hissəsi  (onların  arasında  xəstələrlə,  yaralılar  çoxluq  təşkil 

edirdi) Panamaya qayıtmağı üstün tuturlar. 

Pisarro və on iki nəfər ən mərd döyüşçü Panamaya qayıtmaq-

dan tamamilə imtina edirlər. Onlar özlərinin təhlükəsizliyini tam 

təmin  etmək  üçün  insan  yaşamayan  Qorqona  adasına  keçir  və 

orada balıq, molyusk və vəhşi bitkilərin bəhrələri ilə qidalana-

qidalana yeddi ay gözləyirlər. 

Panamada  yaşayan  ispanların  təzyiqi  altında,  öz 

həmvətənləri  darda  qalmasın  deyə,  qubernator  Rios  bir  daha 

Pisarronun  ardınca  böyük  olmayan  gəmi  göndərir.  Pisarro 



                                                     

 

  



                                                                            

                                                    

179 

həmin  gəmidən  öz  avantüralarında  istifadə  etməsin  deyə, 



heyətin  tərkibində  bir  nəfər  olsun  belə  əsgər  yox  idi.  Lakin 

Riosun qorxduğu şey baş verir; onlar matrosları inandıraraq öz 

tərəflərinə  çəkirlər.  Pisarro  həmin  gəmi  ilə  cənuba  doğru  yola 

düşür və Quayakil körfəzində Santa-Klara adasını, sonradan isə 

Tumbes buxtasını kəşf edir. 

Yeni  ölkə  ilə  tanışlıq  inklərin  gözəl  bir  məbəddə  günəşə 

sitayişi  ilə  başlandı.  Ətraf  torpaqlar  mənimsənilmiş  və  yaxşı 

becərilmişdi.  Buradakı  qızıl  və  gümüş  əşyalar,  xüsusən  də  ev 

əşyalarının  və  dolçaların  qiymətli  metallardan  düzəldilməsi 

ispanları məst edir. 

Sonradan  ekspedisiya  daha  da  cənuba  enir  və  Payta 

buxtasına çatır. Pisarro belə bir qənaətə gəlir ki, sahil zolağında 

yaşayış  məskənləri  seyrək  olsa  da,  onların  hamısında  çoxlu 

miqdarda qızıl və gümüş əşyalar var. 

Pisarro  lap  dəqiq  başa  düşəndə  ki,  bu  ölkə  həddindən  artıq 

varlı ölkədir, özü ilə qızıl dolçalar, bir neçə lama və gələcəkdə 

tərcüməçi  funksiyasını  yerinə  yetirən  iki  hindu  götürərək 

Panamaya yola düşür. 

Onun ikinci ekspedisiyası təxminən üç il davam etmişdir. 

Cənuba  yeni  ekspedisiyanın  təşkil  edilməsinə  qadağan 

qoymuş  qubernator  Riosun  göstərişi  qüvvədə  qaldığı  üçün 

Pisarro 1528-ci ilin sonunda V Karlın yanına Madridə yollanır. 

O, Tauantinsuyu imperiyasının işğal  edilməsi üçün monarxdan 



                                                     

 

  



                                                                            

                                                    

180 

icazə istəyir. Pisarro həmin ölkəni elə qələmə verir ki, V Karl, 



gələcəkdə  Yeni  Kastiliya  adlanacaq  adı  çəkilən  imperiyanın 

işğal  edilməsinə  öz  razılığını  bildirir.  Pisarro  həmin  torpağın 

hakimi sayılırdı. 

İnk imperiyasının gələcək fatehinə zadəganlıq, min ekü pul, 

qubernator  vəzifəsi  və  Perunun  hakimi  titulu  verilir.  Pisarro 

kompanyonu Luke üçün yepiskop vəzifəsi və hinduların hamisi 

titulu, Almaqroya isə zadəganlıq, 500 dukat mükafat və Tumbes 

buxtasında  salınacaq  qalanın  komandanlığını  alır.  1529-cu  ilin 

iyulun  26-da  V  Karl  ilə  F.Pisarro  əldə  etdikləri  razılığa  öz 

imzalarını  atırlar.  Özü  üçün  çox  imtiyazlar  alan  Pisarro, 

kompanyonu Almaqro üçün az xeyir əldə edir və beləliklə onun 

qəlbinə  dəyir.  Gələcəkdə  bu  hal  onların  arasında  güclü  iğtişaş 

yaradacaq və onların məhvinə gətirib çıxardacaq. 

1531-ci ilin əvvəlində üç yaxşı yükdənmiş gəmi 180 əsgər və 

36  süvari  ilə  Pisarronun  başçılığı  altında  Panamadan  cənuba 

doğru yollanır. Bu ekspedisiyada onun İspaniyadan gəlmiş dörd 

qardaşı da iştirak edirdi. 

Pisarro artıq konkistadorlara məlum olan Esmeraldas çayının 

mənsəbindən  yerə  enib  oradan  cənuba  doğru  piyada  getməyə 

başladı.  Bu  dəfə  müqavimətsiz  təslim  olan  Atakames  yaşayış 

məntəqəsi və başqa hindu məskənləri talan edilir. Koakedə yerli 

kasik Passao ispanlar tərəfindən zorla  aparılan  17  nəfər  qızın 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə