  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

                                                     

 

  



                                                                            

                                                    

169 

ikinci  mərhələrsinə  başlamalıyıq.  Hamı  çox  yaxşı  bilir  ki, 



araukanlar  yaranan  boş  vaxtdan,  özləri  üçün  çox  səmərəli 

istifadə edirlər. Onlar.... 

-  Döyüş  əməliyyatlarına  başlamaq  üçün  tələsmək  lazım 

deyil.  -  deyə  polkovnik  sağ  əlini  qaldıraraq  Migeldən  sakit 

olmağı tələb etdi. - Növbəti ekspedisiyasının iştirakçıları yalnız 

nizam-intizama  riayət  edən  bacarıqlı  və  təcrübəli  peşəkar 

döyüşçülərdən  ibarət  olmalıdır.  Hələ  bu  haqda  Rodriges 

Kartahena  ilə  müəyyən  məsləhətləşmələr  aparmaq  lazımdır. 

Növbəti  ekspedisiya  barəsində  mən  onun  fikirlərini  öyrənmə-

liyəm. 


Adamda belə bir təəssürat yarandı ki, guya polkovnik Alonso 

araukanlara qarşı mübarizəni davam etdirmək fikrində deyil. Elə 

bil onun başında başqa fikirlər hökm sürürdü. Onun bu mövzu 

haqqında  söhbətləri  təşəxxüslə  söylənilirdi.  Kapitan  Xuan  çox 

gözəl  başa  düşürdü  ki,  qardaşı  Yeni  Dünya  sahillərinə  onların 

köməyinə  gəlib.  Əldə  olunan  məlumatlara  görə  polkovnik 

Kitoya çatar-çatmaz mifik Eldorado haqqında maraqlı söhbətlər 

eşıdir  və  Araukaniyaya  getməkdən  müvəqqəti  imtina  edir. 

Olmaya o, artıq fikrindən dönüb? Odur ki, kapitan Xuan bütün 

bu söz-söhbətlərə son qoymaq üçün qardaşına: 

-  Alonso,  Limada  gedən  söz-söhbətlərə  görə  sən,  Arau-

kaniyada gedən müharibənin ikinci mərhaləsinə başlamamışdan 

əvvəl,  mifik  Eldoradonun  axtarılmasında  iştirak  etmək 



                                                     

 

  



                                                                            

                                                    

170 

istəyirsən?  Əgər  bu  düzdürsə,  onda  biz  kral  fərmanına 



əhəmiyyət verməmiş oluruq. 

-  Bəli,  heç  kimdən  söz  gizlətmək  olmur.  -  deyə  bezikmiş 

halda  dillənən  polkovnikin  üzündə  təbəssüm  sezildi  qeyri-

müəyyən tərzdə dilləndi və o, bir qədər tərəddüd edəndən sonra 

o,  sözünə  davam  etdi.  -  Xuan,  görürəm  ki,  sən  müharibədən 

əsəbi  halda  qayıtmısan.  Əvvəlki  soyuqqanlığından  heç  bir  şey 

qalmayıbdır.  Mən,  İspaniyanın  kral  ordusunun  yüksək  rütbəli 

zabitiyəm  və  mən  həmişə  kral  uğrunda  döyüşmüş,  onun 

fərmanlarını  və  göstərişlərini  qeyd-  şərtsiz  yerinə  yetirmişəm. 

Əsas  amallarımdan  biri  də  odur  ki,  vətənimin  bütün 

düşmənlərini amansızçasına məhv  edim. O çümlədən də vəhşi 

araukanları. 

-  Axı,  sən  özün  mənə  bildirdin  ki,  kapitan  Leonla 

görüşməmişdən  əvvəl  sən  mifik  Eldoradonun  axtarılmasında 

iştirak etmək istəyirdin. - deyə Xuan baxışlarını düz qardaşının 

gözlərinin içərisinə dikərək narazı halda dilləndi. - Eldoradonu 

axtaranlar  isə  ekspedisiyadan  təxminən  iki-üç  ildən  sonra 

qayıdırlar.  Onda  belə  çıxır  ki,  bizim  düşmənlər  bundan  sonra 

hələ iki-üç il də azad və sərbəst yaşamalıdırlar. 

- Yeni Dünya sahillərində Eldoradonun axtarılması əlahəzrət 

II Filipp üçün ümdə məsələlərdən biri sayılır. Əgər, biz həmin 

ekspedisiyalardan  imtina  etsək  onda  başqa  dövlətlər  Eldora-

donun  axtarılması  ilə  məşğul  olarlar.  Bundan  əlavə  sənin 



                                                     

 

  



                                                                            

                                                    

171 

başçılıq  etdiyin  ekspedisiyanın  Araukaniyada  faciə  ilə 



üzləşdiyindən  mənim  xəbərim  yox  idi.  Yoxsa,  mən  dərhal 

Valdiviyaya  üz  tutardım.  Onsuz  da  mən  üzümüzə  gələn  həftə 

vitse-krallığın  (Peru  nəzərdə  tutulur)  paytaxtına  gedəcəkdim. 

Nədənsə, mənim Eldoradonun varlığına heç inamım qalmayıb. 

Elə bil ümumiyyətlə belə bir torpaq yoxdur. 

- Don Alonso, siz demək istəyirsiniz ki, Eldoradonun varlığı 

boş xülyadır? - deyə təəccübdən Migelin gözləri bərələ qalaraq 

fəhimsizliklə  dilləndi.  -  Axı,  deyilənə  görə  Eldoradonu  öz 

gözləri ilə görənlər olubdur? 

-  Mən  hər  hansı  bir  işə  başlamazdan  əvvəl  həmişə  həmin 

obyekt üzərində böyük tədqiqat işi aparmışam. - deyə polkovnik 

təmkinlə dilləndi. - Kapitan Leon bu işdə mənə böyük köməklik 

göstərmişdir.  Necə  olsa  da,  o,  şəxsən  Eldoradonun  axtarılma-

sında  kapitan  Antonio  Berrio-i-Orunyanın  ekspedisiyalarında 

iştirak  etmişdir.  Bundan  əlavə  mən  Diyeqo  Ordasın,  Alonso 

Ereranın,  Ambroziy  Alfingerin,  Qeorq  Xoermutun,  Nikolay 

Federmanın,  Qonsalo  Ximenes  Kesadanın,  Sebastyan  de 

Moyano  Belalkasarın,  Qonsalo  Pisarronun  və  Filipp  Quttenin 

ekspedisiyalarında  iştirak  etmiş  konkistadorlarla  görüşmüş  və 

onların  danışıqlarından  belə  başa  düşmüşəm  ki,  ümumiyyətlə 

Eldorado adlı bir ölkə yoxdur. Varsa da, buğdanı iri bir ambarda 

ağzına  kimi  dolu  olan  arpanın  içində  axtarmağa  bənzəyir. 

Ancaq  onu  da  demək  istəyirəm  ki,  bizim  qəribə  dünya 



                                                     

 

  



                                                                            

                                                    

172 

gözlənilməz  hadisələrlə  doludur.  Bir  də  görürsən  ki, 



Eldoradonun tapılması haqqında xəbərlər yayılır. Məhz onda 

həmin missiyaya əl atmaq olar. Həmin ölkənin fatehi olmaq 

bir çox sərkərdələrin arzusudur. 

-  Deməli,  tezliklə  biz  araukanlara  qarşı  döyüş  əməliyyat-

larına  başlaya  bilərik?  -  deyə  kapitan  Xuan  səbirsizliklə 

dilləndi. - Eldoradodan əvvəl bizi yalnız Araukaniyanın fəthi 

maraqlandırmalıdır. 

-  İlk  növbədə  biz  həmin  ekspedisiyaya  əməlli-başlı, 

mükəmməl  surətdə  hazırlaşmalıyıq.  -  deyə  polkovnik  masa 

arxasında  əyləşənlərin  hamısını  nəzərdən  keçirə-keçirə 

təqdiredici  tərzdə  dilləndi.  -  Mən  Cənubi  Amerikaya  Arau-

kaniyanı  fəth  etmək  üçün  gəlmişəm.  Əlahəzrət  II  Filipp 

bizim yolumuzu səbirsizliklə gözləyir. Biz İspaniyaya yalnız 

qalib  kimi  qayıtmalıyıq.  Vaxtı  ilə  Belalkasar,  Diyeqo 

Almaqro, Fransisko Pisarro və başqa konkistadorlar buradakı 

torpaqları  fəth  edərək  ispan  silahını,  qüdrətini  və  şan-

şöhrətini  göylərə  ucaltmışdır.  Biz  də  onlar  kimi  fateh  adını 

qazanmalı və kralın etimadını doğrultmalıyıq. 

 

 

 



 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə