  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

                                                     

 

  



                                                                            

                                                    

157 

yanaşmağa  qoymurdular.  Hindular  sanki  daş  qayaya  rast 



gəlmişdilər.  Onlar  cüzi  olsun  da,  üstünlüyü  ələ  ala  bilmir-

dilər.  Hindular  say  etibarilə  üstün  olsalar  da,  bir  peşəkar 

zabitin və iki cəngavərin əlində oyuncağa çevrilmişdilər. Bir 

neçə  dəqiqəlik  döyüşdə  onlar  hərəsi  bir  hindunu  qılıncdan 

keçirdi.  Bu  hal  hinduları  vahiməyə  salmaya  bilməzdi.  Artıq 

hər  bir  hindu  döyüş  meydanını  tərk  etmək  haqqında 

fikirləşirdi. 

Təkcə  Migelgildə  vəziyyət  bir  balaca  xoşagələn  deyildi. 

Onların  hər  birinə  iki  hindu  düşmüşdü.  Şəxsən  cavan 

zadəgan  üçün  bu  döyüş  çətin  deyildi,  ancaq  bələdçi  yaşlı 

olduğundan  iki  hinduya  qarşı  müqavimət  göstərmək  üçün 

böyük çətinlik çəkirdi. Migel elə hey çalışırdı ki, rəqiblərini 

məhv  edib  Xuana  özünün  kömək  əlini  uzatsın.  Lakin  bu 

hələlik  mümkün  olmurdu.  Ona  görə  ki,  nizə  ilə  silahlanmış 

hindular  ehtiyatla  döyüşə-döyüşə  rəqib  arasında  böyük 

məsafə saxlayırdılar. Bu üsul Migelin özünü təngə gətirirdi.  

Bu vaxt dağın başında olan hər iki hindu aşağı düşərək, öz 

yoldaşlarına kömək etmək üçün Migelgil tərəfə üz tuturdular. 

Onlara  çatmağa  demək  olar  ki,  çox  qalmamışdır.  Onlar 

çatmamış  Migelgil  döyüşdə  bir  dönüş  yaratmalı  idi.  Yoxsa, 

ispanların vəziyyəti xeyli ağırlaşa bilərdi. Hinduların növbəti 

hücumu  zamanı,  Migel  xüsusi  fənd  işlətmək  üçün,  guya 

ayağı  büdrədiyindən  sağ  dizi  üstə  aşağı  çökür  və  bir  anlığa 



                                                     

 

  



                                                                            

                                                    

158 

başını aşağı saldı. Hər iki nizə başının üstündən keçir. Onda 



Migel  lansetini  yerə  ataraq  əli  ilə  sol  tərəfdəki  hindunun 

nizəsini tutaraq bir göz qırpımında qılıncı ilə sağ tərəfindəki 

hindunun qarnında dərin yara açdı. Eyni zamanda o, tutduğu 

nizəni  özünə  tərəf  çəkərək  qılıncı  ilə  növbəti  qurbanının 

boğazına  çarpaz  zərbə  endirdi.  Əli  ilə  boğazını  tutan  hindu 

səsini çıxartmadan arxası üstə yerə sərildi. Bu dəhşətli səhnə 

o  biri  hinduların  gözü  qabağında  baş  vermişdi  və  bu  səhnə 

onları  sarsıtmaya  bilməzdi.  Onlar  dəhşətdən  çaşbaş  qalaraq 

Xuana  əks-zərbə  endirməyə  imkan  verdilər.  Bu  döyüşdəki 

bütün  üstünlüyü  ələ  alan  Migel  fürsətdən  istifadə  edərək, 

əlindəki  nizəni  yaxınlığındakı  hindunun  üstünə  atdı. 

Təhlükəni  hiss  edən  hindu  cəld  aşağı  əyildi  və  nizə  onun 

başının üstündən keçdi. Belə olan halda bələdçi var qüvvəsi 

ilə  aşağı  əyilən  hindunun  başına  qılınc  zərbəsi  endirdi. 

Hazırda  dörd  hindudan  yalnız  biri  sağ  qalmış  və  ispanların 

əhatəsinə düşmüşdü. Lakin bu vaxt yuxarıdan gələn hindular 

on  metrlik  məsafə  saxlayaraq  ox  ilə  hər  iki  ispanı  nişan 

aldılar.  İspanlar  vəziyyəti  belə  görərək,  cəld  ağacların 

arxasında gizləndilər. Amma oxlardan istifadə olunmadı. 

Migel  ağacın  arxasında  yerə  atdığı  kamanı  əlinə  alıb  onu 

hazırlıqlı vəziyyətə saldı. Tək qalan hindu onlarla birləşərək, 

yavaş-yavaş  hamılıqla  geri  çəkilməyə  başladılar.  Belə  olan 

halda Migel ilə Xuan kapitangil tərəfə yollandılar. 



                                                     

 

  



                                                                            

                                                    

159 

Oradakı  döyüş  həddindən  artıq  darıxdırıcı  keçirdi.  Nizə-



lərlə zərbə endirən hindular öz ehtiyatlarını əldən verməmək 

üçün  məsafə  saxlayır, ispanlar isə coğrafiyaşünasın həyatını 

təhlükə  altına  qoymamaqdan  ötrü  arabadan  aralanmırdılar. 

Migelgilin  gəlişi  bu  döyüşdə  dönüş  yaratmaya  bilməzdi. 

Artıq  ispanlar  say  etibarı  ilə  çoxluq  təşkil  edirdi.  Vəziyyəti 

belə  görən  hindular  cənub  istiqamətində  qaçmağa  üz  tutdu-

lar,  ancaq  onlardan  biri  iki  cəngavər  arasında  qalan  hindu 

şimal  tərəfə  qaçmaq  istədi.  Şimal  yolunu  kəsən  Migel  ilə 

bələdçi  onu  mühasirəyə  almağa  səy  göstərdilər.  Lakin  o, 

istiqamətini  dəyişərək,  çaya  tərəf  üz  tutdu.  Oxdan  sərrast 

istifadə  etməyi  bacaran  Migel  qacanın  dalıycan  ox  atdı. 

Amma  ox  hədəfə  dəymədi,  hindu  çayı  keçərək  dağa  qalx-

mağa başladı. Onun qaçışını görən ispanlar qəh-qəhə çəkərək 

gülməyə  başladılar.  Hindu  elə  qaçırdı  ki,  heç  arxaya  dönüb 

belə baxmadı. 

İspanlar üçün ciddi sayılan bu döyüşdə səkkiz nəfər hindu 

öldürülmüş,  ispanların  isə  birinin  də  olsun,  burnu  qanama-

mışdı. Yenə də Migel öz silahdaşlarından daha çox fərqlən-

mişdir,  o,  təkbaşına  dörd  hindunu  məhv  etmişdir.  Qısa 

müddətli  bir  döyüşdə  belə  bir  nəticəni  göstərmək  hər 

döyüşçüyə nəsib olmurdu. Bu heç də təsadüf sayılmırdı, belə 

bir fərqlənmə Migelin peşəkar və mərd bir döyüşçü olduğunu 

sübuta yetirirdi. Axırda qalan hindunu da məhv etmək olardı, 



                                                     

 

  



                                                                            

                                                    

160 

ancaq  ispanlar  ona  rəhm  etdilər.  O,  Kitoya  gedən  yolçular 



nəyə  qadir  olduqlarını  və  növbəti  dəfə  hücum  etməyin  heç 

bir əhəmiyyəti olmayacağını izah etməli idi. 

Bu  döyüş  ispanların  qələbəsi  ilə  başa  çatsa  da,  bələdçi 

hələ  də  özünə  gələ  bilməmişdi.  O,  qılıncının  ülgücünü  silə-

silə  müəmmalı tərzdə öz həmyerlilərini nəzərdən keçirməyə 

başladı.  Coğrafiyaşünas,  döyüş  zamanı  uşaqların  birinin  də 

xəsarət  almadığını  görüb  bu  mərhəmətə  görə  Allaha  dua 

etməyə başladı.  

Osvaldo  qılıncdan  keçirilən  hinduları  nəzərdən  keçirirdi. 

Migel isə Sebastyan ilə birlikdə bu döyüş haqqında təəssüra-

tını bölüşdürə-bölüşdürə üst-başlarını səliqə-səhmana salırdı. 

Bələdçinin kefini açmaq üçün kapitan dedi: 

-  Nə  olub  sənə?  Deyəsən,  döyüşün  belə  bir  nəticəsini 

gözləmirdin? 

-  Açığını  desəm,  belə  bir  şəkildə  qələbə  qazanacağımıza 

inanmırdım.  -  deyə  bələdçi  inamsızlıqla  dilləndi  və  bir  az 

tərəddüd  edəndən  sonra  həvəslə  sözünə  davam  etdi.  -  Qısa 

bir  müddət  ərzində  qeyri-bərabər  döyüşdə  səkkiz  nəfər 

hindunu qılıncdan keçirmək heç inanılası deyil. Hindular heç 

oxdan əməlli-başlı istifadə də edə bilmədilər. Onların hamısı 

şok vəziyyətində idilər. Belə bir maraqlı döyüşə nadir hallar-

da  rast  gəlmək  olar.  Mən  elə  bildim,  bizim  aramızda  ciddi 

itki baş verəcək. Siz isə hindulara heç bir şans vermədiniz. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə