  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

                                                     

 

  



                                                                            

                                                    

165 

Daha  sonra  o,  1590-cı  ildə  Araukaniyada  gedən  amansız 



müharibədə  iştirak  etmiş  və  təsadüf  nəticəsində  sağ-salamat 

qalmışdır. Bir sözlə, o, həmin müharibələrdən qayıtmaya da 

bilərdi. Eləcə də kapitan Leonun həyatı Yeni Dünya sahillə-

rində  təhlükə  altında  keçmişdir;  o,  1558-ci  ildə  Xuan 

Ladrilyeronun,  1564-1565-ci  illərdəki  Migel  Lopes  Leqas-

pinin, 1567-1569-cu illərdəki Alvaro Medanya de Neyranın, 

1569-1572-ci  illərdə  Qonsalo  Ximenes  Kesadanın,  1575-

1582-ci  illərdə  Filippin  arxipelaqının  işğalında,  Antonio 

Berrio-i-Orunyanın  1584-1585-ci  illərdəki  birinci  və  1587-

1589-cu illərdəki ekspedisiyasında iştirak etmiş və bütün bu 

təhlükəli missiyalarından sağ-salamat çıxmışdır. Ona görə də 

çoxdan arzulanan bu görüş onların hər ikisinə böyük sevinc 

və  səadət  bağışladı.  Onların  bu  görüşünə  kənardan  seyr 

edənlər,  görüşənlərin  uzun  müddətli  ayrılığından  xəbərdar 

idilər.  Hətta  üzündən  qürurluq  və  vüqarlıq  yağan  Leonun 

gözlərində sevincdən göz yaşları əmələ gəldi. 

Bu münasibətlə polkovnik Odovaldo ziyafət təşkil etməyi 

qərara  aldı.  Çünki  belə  bir  xoş  məramlı  görüşlər  həyatda 

nadir hallarda baş verirdi. 

Balaca imkan tapan bələdçi yolda baş verən hadisəni süfrə 

arxasında əyləşənlərə bütün təfsilatı ilə danışdı. Bu hadisəni 

eşidənlər  hərbçi  olsalar  da,  onların  daxilində  fərəh  hissi 

oyatdı.  Xüsusən  də  Migelin  göstərdiyi  şəxsi  igidlik  hamını 



                                                     

 

  



                                                                            

                                                    

166 

valeh  etdi.  Necə  olsa  da  Migelin  qılınc  döyüşünə  yiyələn-



məkdə  polkovnikin  böyük  rolu  olmuşdur  və  cavan  döyüşçü 

onun şagirdi sayılırdı. Onun həmin döyüşdə göstərdiyi şəxsi 

igidliyə görə polkovnik şagirdinə öz minnətdarlığını bildirdi. 

Həmin  döyüşdə  Migeldən  başqa  iki  cəngavər  və  kapitan 

Xuan  kimi  peşəkar  döyüşçü  vardı,  lakin  qeyri-bərabər 

döyüşdə  yalnız  Migel  müsbət  keyfiyyətləri  ilə  hamıdan  çox 

fərqlənmişdir. 

-  Sinyor  Leon,  siz  öz  oğlunuz  ilə  hər  bir  yerdə  fəxr  edə 

bilərsiniz. - deyə polkovnik Alonso başını təqdiredici tərzdə 

tərpədərək  iftixar  hissi  ilə  dilləndi.  -  Qiyabi  olsa  da,  mən 

onun  Araukaniyada  göstərdiyi  şəxsi  igidliyi  haqqında  çox 

sözlər eşitmişəm. 

Təvazökarlıqdan Migelin sifəti qıpqırmızı alışıb yanmağa 

başladı. Lakin hərdənbir o, polkovnikə altdan-altdan müəm-

malı  nəzər  salırdı.  O,  bilmək  istəyirdi  ki,  görəsən,  onun 

müharibədə  göstərdiyi  qəhrəmanlıqları  kim  polkovnikə 

çatdırmışdı?  Axı,  onlar  heç  bir  saat  deyildi  ki,  polkovnikin 

yanına  gəlmişdilər.  Çox  güman  ki,  bu  haqda  kapitan  Xuan 

qardaşına  müəyyən  məlumatlar  vermişdi.  Çünki  polkovnik 

danışdıqca  onun  qardaşı  təqdiredici  tərzdə  başını  yellədirdi. 

Lakin  buna  baxmayaraq  belə  təriflərə  öyrəşməyən  Migel 

utancaq  halda  başını  aşağı  salaraq  yerində  sıxılıb  qalmışdı. 

Açığı  kapitan  Leon  da  pis  vəziyyətdə  qalmışdı.  O,  heç 



                                                     

 

  



                                                                            

                                                    

167 

təsəvvürünə  belə  gətirməzdi  ki,  elə  ilk  söhbətdə  onun  oğlu 



polkovnik  tərəfindən  təriflənəcək.  Nəhayət  özündə  qətiyyət 

tapan  Migel  özü  söhbətə  qarışmağa  məcbur  oldu.  O,  üzünü 

polkovnikə tutub təvazökarcasına dedi: 

-  Don  Alonso,  həmin  müharibədə  bizim  ekspedisiyanın 

əksəriyyət  əsgərləri  özünün  şəxsi  igidliyi  ilə  fərqləniblər. 

Demək olar ki, onların hamısı tərifə layiqdirlər. 

-  Reallıqla  danışmaq  lazımdır.  -  deyə  polkovnik  üzünə 

ciddi  ifadə  verərək  iradə  ilə  dilləndi.  -  Əgər,  hər  bir  adam 

sənin  kimi  döyüşsə  idi,  onda  müharibəni  bu  ilin  əvvəlində 

başa  çatdırmaq  olardı.  -  Polkovnik  masa  arxasında  əyləşən 

cəngavərlərə ötəri nəzər yetirərək həmin tərzdə sözünə əlavə 

etdi. - Mən bu sözlərimlə başqa döyüşçülərin xətrinə dəymək 

istəmirəm.  Xüsusilə  də,  “Destino”nun,  Anqud  körfəzindəki 

müdafiəsində  iştirak  edən  dəyüşçülərin  qəhrəmanlığını  və 

fədakarlığını qeyd etmək istəyirəm. Mən onların hamısına öz 

minnətdarlığımı  bildirirəm.  Onların  dəyanəti  və  iradəsi 

möhkəm  olmasa  idi,  Morelos  qardaşlarının  başçılıq  etdiyi 

dəstədən  ümumiyyətlə,  heç  kim  Peru  vitse-krallığına  gəlib 

çıxmazdı.  İspaniyaya  qayıdanda  mən  hökmən  həmin 

döyüşçülər  barəsində əlahəzrət II Filippə  məlumat verəcəm. 

Kral qəhrəman döyüşçülərini tanımalıdır. Lakin ilk növbədə 

biz  Araukaniyada  tam  müvəffəqiyyət  əldə  etməliyik.  Yəni, 




                                                     

 

  



                                                                            

                                                    

168 

araukanlar  krallığımızın  qatı  düşmənləri  kimi  dizləri  üstə 



çökdürülməlidirlər. 

-  Don  Alonso,  ekspedisiyamızın  tərkibində  bəzi  başıboş, 

özündən  müştəbeh halda razı olan, sıravi əsgərlərinə laqeyd 

yanaşan  və  düşməni  layiqincə  qiymətləndirməyən  zabitlər 

olmasa idi, biz orada faciə ilə üzləşməzdik. - deyə Sebastyan 

söz  almadan  üzrxahlıqla  dilləndi.  -  Bizim  sıralarımızda 

həqiqətən  də  fədakar,  qəhrəman,  qorxmaz  və  bacarıqlı 

döyüşçülər  çox  idi.  Lakin  onların  hamısı  həmin  zabitlərin 

səhvi  ucbatından  qısa  müddət  ərzində  məğlubiyyətə  düçar 

oldular.  Ümumilikdə  bütün  əsgərlər  yüksək  səviyyədə 

döyüşmüşdülər. 

-  Mən  səni  düzgün  danışan  adam  kimi  tanıyıram.  -  deyə 

polkovnik  başını  narazı  halda  tərpədərək  müəmmalı  tərzdə 

dilləndi.  -  Yalan  sözlərlə  sən  silahdaşlarını  müdafiə  etmək 

istəyirsən?  Əgər,  hamı  yüksək  səviyyədə  döyüşsəydi,  onda 

araukanlar məğlub edilərdi. Biz ilk növbədə döyüşlər zamanı 

verilən  səhvləri  və  nöqsanları  tapıb  aradan  qaldırmalıyıq. 

Çünki  növbəti  ekspedisiya  zamanı  bir  dəfə  də  olsun  artıq 

səhvə yol verilməməlidir. Hər bir şey xırda detallarına qədər 

ölçülüb-biçilməlidir. 

- Don Alonso, hər bir şey hazır olandan sonra biz nə vaxt 

ekspedisiyaya  yollanacayıq?  -  deyə  Migel  maraqlandı.  - 

Necə  olsa  da  yaranın  üstü  tam  sağalmamış  biz  müharibənin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə