  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

                                                     

 

  



                                                                            

                                                    

145 

idi.  Xuan  Flores  də  bu  təhlükənin  olduğunu  kapitan  Xuana 



xəbər  vermişdir.  Yenə  də  o,  buna  heç  bir  əhəmiyyət 

verməmişdir. Onun fikrinçə, ispan əsgərinin hökm sürdüyü bir 

torpaqda, hər hansı bir ispanın həmin torpaqda kimdənsə ehtiyat 

etməsi  ağılasığmazdır.  Düzdür,  Xuan  Flores  izah  etdi  ki,  belə 

təhlükələr  təsadüf  nəticəsində  baş  verir.  Çox  güman  ki,  onlar 

yolda  təhlükə  baş  vermədən  sağ-salamat  gedib  Kitoya  çata 

bilərlər.  

İyulun  3-də  dan  yeri  təzəcə  sökülən  kimi  yolçular  hindu 

kəndini  şimal  istiqamətində  tərk  etdilər.  Nəhəng  dağlar 

sinələrini  qabağa  verib  onların  hərəkətinə  əngəllik  yaradırdı. 

Məhz buna görə də Kitoya gedən yol dağların arası ilə burulub 

dalğavari zolaq təşkil edirdi. Yol gah yuxarı qalxır, gah da aşağı 

enirdi.  Buradakı  dağların  ətəyi  sıx  meşəliklərlə  örtülmüşdü. 

Araukaniyada  olduğu  kimi  burada  da  çoxsaylı  araukariya  və 

fitsroya ağacları ilə rastlaşmaq olurdu. Bəzən elə olurdu ki, yaşıl 

ot ilə örtülmüş yol burularaq meşənin içərisinə daxil olurdu. 

Lakin  bələdçi  meşəyə  girməkdən  böyük  ehtiyat  edərək, 

narahat yol ilə meşənin ətrafını dövrə edirdi. Təkçə at ilə olsa 

idi,  bu  yolu  çətinlik  çəkmədən  qət  etmək  olardı.  Ancaq 

onlarda təkər üzərində  hərəkət edən  minik vasitəsi - araba - 

vardı.  Elə  olurdu  araba  çalaya  düşüb  öz  gücü  ilə  çıxa 

bilmirdi. Belə olan halda atlılar öz qollarının gücü ilə arabanı 

çaladan  çıxarırdılar.  İsti  havada  belə  bir  əməyə  xeyli  fiziki 



                                                     

 

  



                                                                            

                                                    

146 

qüvvə sərf olunurdu. Yavaş-yavaş yolçuların üzündə narahat 



ifadələr  hiss  olunmağa  başladı.  Birinci  yol  narahat  idi, 

ikincisi  isə  onların  hərəkətini  xeyli  ləngidirdi.  Belə  getsə, 

onlar  dünənkinə  nisbətən  az  yol  qət  edəcəklər.  Əsəblərini 

saxlaya bilməyən kapitan Xuan qəzəblə bələdçiyə: 

-  Sən  bizi  hara  gətirib  çıxartdın?  Düz  yolu  qoyub,  nəyə 

görə bu yolla getdik? Görmürsən ki, bu yol daş-kəsəklərlə və 

çalalarla  doludur?  Belə  getsə,  biz  heç  bir  həftəyə  gedib 

Kitoya çıxa bilmərik. 

- Cənab kapitan, biz And dağlarının əhatəsindəyik. - deyə 

təmkinliyini  itirməyən  bələdçi  üzrxahlıqla  dilləndi.  -  Bizə 

rahat  yox,  təhlükəsiz  yol  lazımdır.  Necə  olsa  da  mən 

bilavasitə sizin təhlükəsizliyinizə çavabdehəm. Sizə demişəm 

ki, üç gün müddətinə hamınızı Kitoya çatdıraçağam, deməli 

çatdıraçağam. Bu yol çətin olsa da, bizim üçün münasibdir. 

-  Belə  yol  bizim  hamımızı  yorub  əldən  salacaq.  -  deyə 

kapitan təkidlə öz dediyinin üstündə durdu. - Mənə elə gəlir, 

biz rahat yola çıxsaq yaxşı olar. 

-  Cənab  kapitan,  rahat  yol  meşənin  içi  ilə  keçir,  -  deyə 

bələdçi  də  israrla  dilləndi.  -  biz  orada  qaçaq  hindularla 

rastlaşa bilərik. Həmin görüş isə bizə xeyir gətirməyəcək. 

- Hindular elə bu yolda da bizimlə rastlaşa bilərlər. - deyə 

arabanı  hər  dəfə  çaladan  çıxartdığına  görə  təngə  gələn 

Osvaldo  ikrah  hissi  ilə  dilləndi  və  üzünü  birbaşa  bələdçiyə 



                                                     

 

  



                                                                            

                                                    

147 

tərəf tutaraq hiddətlə sözünə davam etdi. - Yaddan çıxartma 



ki, biz İspaniyanın və əlahəzrət II Filippin əsgərləriyik. Yeni 

Dünya sahillərinə istirahət etməyə gəlməmişik. Krallığımızın 

düşmənləri  bu  torpaqda  azad  gəzəcək,  biz  isə  onlardan 

gizlənməliyik? 

Mən  Osvaldo  ilə  tam  şərikəm.  -  deyə  Migel  də  söhbətə 

qarışmalı  oldu.  -  Biz  hindulardan  gizlənəcəyiksə,  onda  bu 

torpağa  nəyə  görə  ayaq  basmışıq?  İspaniyanın  əsgəri  heç 

vaxt yerli hindularla üz-üzə gəlməkdən çəkinməməlidir. 

- Elə bilməyin ki, mən yerli hindulardan qorxuram. - deyə 

bələdçi  üzünə  ciddi  ifadə  verərək  qürurla  dilləndi.  -  Mən 

köhnə  konkistadoram,  bütün  həyatım  demək  olar  ki,  döyüş 

meydanlarında  keçib.  Heç  bir  döyüş  mənim  üçün  yüngül 

keçməyib. Elə indi də mən hindularla qarşılaşmağa hazıram. 

Sadəcə  olaraq,  mən  sizin  təhlükəsizliyinizi  hər  bir  şeydən 

üstün tutmalıyam. Siz Kitoya sağ-salamat çatmalısınız. 

- Mən, guya bura ölməyə gəlmişəm? - deyə kapitan qeyri-

müəyyən tərzdə dillənərək gülməyə başladı. 

- Cənab kapitan, mən elə demək istəmirdim.  - bələdçi bir 

az  tərəddüd  edəndən  sonra  aludəliklə  dilləndi.  -  Sinyor 

Bartolomeunu nəzər almasaq, biz dağların arasında cəmi beş 

nəfərik.  Bu  qədər  sayda  adamın  üzərinə  hindular  böyük  bir 

dəstə ilə hücum edirlər. 




                                                     

 

  



                                                                            

                                                    

148 

-  Sən  demək  istəyirsən  ki,  Ataualpa  ilə  Ruminyauinin 



məhvindən sonra bu ərazidə böyük heyətli olan hindu dəstə-

ləri  var?  -  deyə  Migel  müəmmalı  tərzdə  bələdçiyə  nəzər 

salaraq  maraqla  soruşdu. - Sizin dünən verdiyiniz məlumat-

lardan  belə  qənaətə  gəlmək  olar  ki,  bu  ərazidə  iri  silahlı 

hindu dəstələri yoxdur. 

-  İri  bir  dəstə  deyəndə,  on-on  beş  nəfərlik  bir  dəstə 

nəzərdə tutulur. - deyə bələdçi dilləndi. - Lakin onlar təcrü-

bəli  və  bacarıqlı  döyüşçülərdən  ibarət  olurlar.  Hətta  yaxın 

keçmişdə  elə  dəstələrdən  biri  hindu  kəndlərində  mühafizə 

məntəqəsi  yaradan  əsgərlərin  üzərinə  hücum  da  etmişdilər. 

Onlar qisas alan döyüşçülər sayılırlar. Bir sözlə... 

-  On-on  beş  nəfərlik  hindu  dəstəsi  heç  vaxt  bizim  üçün 

təhlükə  yarada  bilməz.  -  deyə  kapitan  atının  belinə  atılaraq 

bələdçinin sözünü yarımçıq qoydu. - Hindular bu gün həyat-

ları ilə vidalaşmaq istəyirlərsə, qoy bizimlə üz-üzə gəlsinlər. 

İndi  isə  bizi  düz  yola  çıxart.  İstəmirəm  ki,  biz  bu  yolda 

tısbağa kimi irəliləyək. 

Xuan  Flores  gördü  ki,  müqavimət  göstərməyin  heç  bir 

mənası yoxdur, odur ki, kapitanın göstərişini yerinə yetirmək 

üçün itaət etdi. 

Geriyə qayıtmaq gec idi, düz yola çıxmaq isə heç də yaxın 

deyildi. Deməli, çətin olsa da, bu yolu davam etdirmək lazım 

idi.  Onsuz  da,  Kitoya  çatmaq  üçün  onlar  bir  neçə  dəfə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə