  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

                                                     

 

  



                                                                            

                                                    

137 

şəhərində  Almaqro  ilə  Alvarado  arasında  kompromiss  razı-



laşma əldə edilir; Alvarado eks-pedisiyanın təşkil edilməsinə 

görə  bir  qədər  müavinat  alaraq  “Kitu  krallığını”  tərk  edir, 

onun gəmilərinin bir hissəsi və bütün atları Pisarroya keçir. 

Üç gündən sonra Diyeqo Almaqro növbəti tarixi sənədə - 

yeni şəhərin tikilməsinin aktına imza atır. Yeni salınan şəhər 

(Fransisko 

Pisarronun  şərəfinə)  San-Fransisko-de-Kito 

adlanmağa başladı. Beləliklə, şəhərin ikinci dəfə əsası qoyu-

lur, ancaq bu da axırıncı dəfə deyil. 

Almaqro  Peruya  qayıdır,  Belalkasar  isə  Ruminyauiyə 

qarşı müharibəni davam etdirir. 

1534-cü  il  dekabr  ayının  6-da  Belalkasar  ikinci  dəfə, 

Ruminyaui tərfindən yerlə yeksan edilmiş “Kitu krallığvşın” 

paytaxtına  ayaq  basır.  Bu  dəfə  o,  həmin  xarabalvpların 

üzərində  San-Fransisko-de-Kito  şəhərinin  əsasını  qoyur. 

1534-cü il dekabrın 6-sı Kito üçüncü və axırıncı dəfə anadan 

olur  (həmin  tarix  ekvadorlular  üçün  Kitonun  əsl  anadan 

olduğu gün sayılır). 

Bu  ərazidə  yaşayan  bütün  hindular  fəth  ediləndən  sonra 

Belalkasar  şimala  yollanır.  Onun  daxilində  iki  arzu  hökm 

sürürdü: Çibça hindu tayfasından eşitdiyi əfsanəvi Eldorado 

ölkəsini  axtarıb  tapmaq  və  fəaliyyət  göstərdiyi  ərazidə 

müstəqil qubernatorluq almaq. Onun canfəşanlıqla göstərdiyi 

fəaliyyət,  ispan  taxt-tacı  qarşısında  müsbət  qiymətləndirildi; 




                                                     

 

  



                                                                            

                                                    

138 

Belalkasara  Popayana  (indiki  Kolumbiyanın  ərazisi) 



qubernatorluğu  verilir  və  o,  15  il  orada  yaşayır.  İspaniyaya 

gedən  zaman  o,  1551-ci  ildə  Kartahena-de-İndias  şəhərində 

kasıbçılıq içində ölür; onun 60-a yaxın yaşı vardı. Bir kasıb 

arvad azacıq qazanca görə Belalkasarın dəfni ilə məşğul olur. 

Yalnız iki və ya üç köhnə yoldaşı “Kitu krallığının” fatehin 

dəfnində iştirak edir. 

Bütün  bu  tarixi  faktlarla  həm  coğrafiyaşünas,  həm  də 

Xuan  Flores  tanış  idi.  Sadəcə  olaraq,  onlar  yavaş-yavaş  söz 

müqabilində  bütün  bu  faktları  Migelə  sadalayırdılar.  Sözsüz 

ki,  Migel  “Kitu  krallığında”  baş  verən  hadisələri  maraqla 

dinləyirdi.  Lakin  alim  ilə  bələdçinin  arasında  Ruminyaui 

haqqında bəzi anlaşılmamazlıqlar yarandı. Bələdçinin fikrin-

cə,  Ruminyaui  Hinduların  yaddaşında  vətənpərvər  bir  fədai 

kimi, alimin fikrincə isə o, rəzil və qaniçən bir sərkərdə kimi 

qalmışdı. Ancaq onun adını çəkmək bütün hindulara qadağan 

edilmişdir.  Hələ  bu  harasıdır?  Coğrafiyaşünas  açıq  bəyan 

etdi ki, Ruminyaui bütün mübarizə dövründə ispanlara qarşı 

ciddi  mübarizə  apara  bilməmişdir.  “Kitu  krallığında”  isə 

yerli hindular onu işğalçı kimi tanıyırdılar. Bələdçi təəssüflə 

hər  bir  şeyi  inkar  edirdi.  Çünki  o,  Ruminyauinin  taleyi 

haqqında,  alimdən  daha  çox  dəqiq  məlumatlarla  təchiz 

olunmuşdur. hər iki tədqiqatçı arasında böyük bir fərq vardı. 

Biri  Limada,  o  birisi  isə  Quayakil  və  Kitoda  tədqiqat  işi 



                                                     

 

  



                                                                            

                                                    

139 

aparmışdır.  Sözsüz  ki,  onların  arasında  fikir  ayrılığı  olmalı 



idi. Lakin bəzi məsələlərdə onlar həmfikir idi. 

Ruminyauinin  taleyi  bir  çox  adamların  marağına  səbəb 

olmuşdu.  O,  Ati  nəslindən  olan  Tiquaxalo  və  Pilyaro 

kasiklərindən  əmələ  gəlmişdir.  İspanların  “Kitu  krallığına” 

gəlişi zamanı o, Pilyaronun kasiki idi. Bəzi tarixçilər bildirir-

lər  ki,  İnka  Uayna  Kapakın  və  Ati  nəslindən  olan  arvadın 

oğlu  Ruminyaui  Ataualpanın  qardaşı  sayılırdı.  O,  ana  xətti 

ilə  “Kitu  krallığının”  ən  qədim,  möhtəşəm  və  döyüşkən 

nəslinə mənsub idi. 

Ataualpanın  Kuskoya  olan  yürüşündə  iştirak  edən 

Ruminyaui,  bütün  döyüşlərdən  qalib  kimi  çıxmışdı.  Daha 

çox o, ispanlara qarşı mübarizədə məhşurlaşmışdı. 

Lakin  buna  baxmayaraq  coğrafiyaşünasda  Ruminyauiyə 

qarşı  fikir  tamamilə  başqa  cür  idi.  Belə  olan  halda  bələdçi 

təkzib verməli oldu. O, aludəliklə dedi: 

-  Ruminyaui  ağılı  və  şəxsi  igidliyi  ilə  fərqlənirdi.  Bizim-

kilərə  qarşı  müqavimətə  hazırlaşanda  o,  öz  döyüşçülərinə 

arkebuzların gurultusundan və atlardan qorxmamağı öyrədir-

di.  Tiokaxas  vadisində  həlledici  döyüş  baş  verəndə  onlar 

qorxmadan bizimkiləri atın belindən dartıb yerə salırdılar. 

-  Lakin  buna  baxmayaraq  Ruminyaui  döyüşü  uduzdu.  - 

deyə Migel özünü saxlaya bilməyib qürur hissi ilə dilləndi. - 




                                                     

 

  



                                                                            

                                                    

140 

O,  Kitoya  qayıdanda  məbəddərdən  allahların  şəkillərini, 



fiqurlarını, qızıl və qiymətli əşyaları götürüb dağlara çəkildi. 

-  Onda  müharibə  ayrı-ayrılıqda  baş  verən  kiçicik  döyüş-

lərlə  davam  etdirilməyə  başladı.  -  coğrafiyaşünas  da  əlavə 

etməyi  özünə  borc  bildi.  -  Belalkasarın  dəstəsi  yorulmadan 

onu təqib edirdi və son nəticədə Ruminyauini  Şərqi Kordil-

yerin  keçilməz  yerində,  vətəni  sayılan  Pilyaro  yaxınlığında 

əsir alır. Onu Kitoya gətirib ağır işgəncələrə saldılar. “Atau-

alpa  qızılının”  sirrini  öyrənə  bilmədən  1535-ci  ilin  yanvar 

səhərində onu asırlar. Onun ölümü bir çox hindu tayfalarında 

soyuqluqla  qarşılanmışdı.  Heyifslənənlərin  sayı  həddindən 

arqıq  çox  az  olmuşdur.  Çünki  Ruminyaui  öz  hindularına 

qarşı çox möhkəm zülm etdirmişdi. 

- Düzdür, o, nə düşmənlərinə qarşı, nə də mənəvi cəhətdən 

zəif  olan  həmyerlilərinə  qarşı  rəhmdil  idi.  -  deyə  bələdçi 

təqdiredici  tərzdə  başını  tərpədərək  aludəliklə  dilləndi.  - 

Ruminyaui nəinki ispanlara itaət edən hinduları, hətta onlara 

qarşı  balaca  maraqı  olanları  da  cəzalandırırdı.  Məsələn, 

biləndə  ki,  Ataualpanın  əmisi  oğlanlarından  biri  Kiliskaça, 

ispanlara  qarşı  mübarizə  aparmaqdansa,  İnkanın  azad  edil-

məsi  üçün  onlarla  gizlincə  əlaqəyə  girib  öz  köməkliyini 

göstərir,  Ruminyaui  onu  edam  etdirir,  sonra  isə  onun 

dərisindən  hərbi  təbil  düzəltdirir.  Onun  əmri  ilə,  “Günəşin 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə