  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

                                                     

 

  



                                                                            

                                                    

125 

Çox  keçmədən  onlar  axşam  yeməyini  yeyə-yeyə  yemək-



xananın  sahibindən  Kitoya  gedən  bələdçilərin  birini  yanına 

göndərməyi xahiş etdilər. Bir neçə dəqiqə ərzində Migelgilə 

birdən-birə  dörd  nəfər  bələdçi  yaxınlaşdı.  Migel  əvvəlcə 

onları  dinləməyi  qərara  aldı.  Keçmişdə  onların  hamısı 

konkistador  olmuş  və  materikin  müxtəlif  yerlərinə  təşkil 

edilmiş  ekspedisiyalarda  iştirak  etmişdilər.  Dörd  bələdçidən 

yalnız birinin keçmişi Migelgilin marağına səbəb oldu. O, da 

ki,  vaxtilə  araukanlara  qarşı  döyüş  əməliyyatlarında  iştirak 

etmiş əlli üç yaşlı bələdçi-konkistador Xuan Flores de Osval-

do  idi.  Ortaboylu,  ortabədənli,  daz  başlı,  uzunsifət,  tünd 

baxışlı, üzünü qalın tük basmış, cəld hərəkətli bələdçi məlum 

oldu  ki,  on  yeddi  yaşından  ta  ki,  otuz  yaşına  kimi  Arau-

kaniyada gedən müharibələrdə iştirak etmiş və bir neçə dəfə 

ağır  yaralanmışdır.  Sonradan  mifik  Eldoradonu  axtaran 

1569-1572-ci  illərdə  Qonsalo  Ximenes  Kesadanın,  1584-

1585-ci illərdə Antonio Berrio-i-Orunyanın ekspedisiyaların-

da  iştirak  etmişdir.  Nəzərdə  tutulan  missiyaların  boş  xülya 

olduğunu  başa  düşən  Xuan  həmin  ekspedisiyalardan  əl  çək-

miş  və  qocalığını  təmin  etmək  üçün  Peru  vitse-krallığının 

daxili şəhərlərinə bələdçi işləməyə başladı. Artıq beş il idi ki, 

o,  bu  torpaqda  təpik  döyə-döyə  bələdçilik  edirdi.  Özünün 

dediyinə  görə  araukan,  keçua  və  kanyari  dillərində  sərbəst 

danışa  bilirdi.  Onun  söhbətlərinə  qulaq  asanda  hiss  etmək 



                                                     

 

  



                                                                            

                                                    

126 

olar ki, Xuan dərrakəli  bir adamdır.  O, bu  yerlərdə yaşayan 



hindu  tayfalarının  tarixi  ilə  dərindən  maraqlanır,  onların 

mədəniyyətlərini  və  adət-ənənələrini  öyrənirdi.  Sanki  belə 

bir adam coğrafiyaşünas üçün göydən düşmüşdür. Bir anlığa 

Kito yaddan çıxdı. Hər bir şey ilə dərindən maraqlanan alim 

yerli hindular barəsində bələdçini sorğu-suala tutdu. Xuan da 

öz  növbəsində  alimə  maraqlı  məlumatlar  verməyə  başladı. 

Migel  öz  işinin  öhdəsindən  gəldiyinə  görə  bələdçi  ilə 

vidalaşıb gəmiyə yollandı. Ağır olsa da, Bartolomeu keçmiş 

konkistadordan güc-bəla ilə ayrıldı. 

Ertəsi  günü  dan  yeri  təzə  sökülmüş  yolçular  Xuan 

Floresin  arxası  ilə  Quayakili  tərk  etdilər.  Yolda  demək  olar 

ki, bir nəfər də olsun adam yox idi. 

Coğrafiyaşünas  Bartolomeu  Limada  olarkən  vaxtını  boş 

yerə  sərf  etmirdi.  O,  bu  torpaqlarda  kök  salmış  İnk  imperi-

yası  haqqında  çoxlu  tarixi  faktlarla  zəngin  olan  maraqlı 

məlumatlar  toplamış  və  bu  ərazidə  yaşamış  hindu  tayfalar 

barəsində həddindən artıq möhkəm maraqlanmışdır. Limada 

yaşayan  coğrafiyaşünaslar  və  tarixçilər  alimə  bu  sahədə 

köməkliklər göstərmişdilər. Bartolomeu qısa müddət ərzində 

bir  çox  qapılar  döyməklə  öz  sahəsində  titanik  zəhmət 

çəkmişdir.  

Hal-hazırda  onlar  Quayakil  şəhərindən  uzaqlaşırdılar.  Bu 

şəhər  isə  keçmişdə  “Kitu  krallığı”  sayılan  ərazidə  salınmış-



                                                     

 

  



                                                                            

                                                    

127 

dır. Bu krallıq haqqında onda lazımi qədər dəlil, faktlar olsa 



da,  alim  elə  başa  düşür  ki,  bu  onun  üçün  kifayət  deyil.  Bu 

haqda kimdə məlumat varsa, o, dərhal həmin adamı səbirsiz-

liklə sorğu-suala tuturdu. 

Bələdçi Xuan Flores başqa konkistadorlara nisbətən həmi-

şə  gəzdiyi  və  işlədiyi  torpaqda  yaşayan  aborigenlərin 

tarixini,  adət-ənənələrini  öyrənir  və  həmişə  də  maraqlanan 

adamlara dürüst və maraqlı izahatlar verməyi xoşlayırdı. İndi 

də coğrafiyaşünas keçmiş konkistadorun yanında oturub  hər 

vəchlə  onda  olan  maraqlı  məlumatları  özü  üçün  toplayırdı. 

Lakin  at  belində  gedən  Migel  də,  onların  həddindən  artıq 

maraqlı olan söhbətlərini dinləmək istəyirdi. Arabada oturan 

kapitan  Xuan  mərd  və  qorxmaz  konkistadorun  keçmiş 

məğlubiyyətindən  xəbərdar  idi.  Ekspedisiya  rəisi  cəld  öz 

yerini  Migel  ilə  dəyişdi.  Bir  sözlə,  Migel  səfər  zamanı 

darıxmaya  bilərdi.  O,  öz  anlayışını  genişləndirmək  üçün 

diqətlə  onların  söhbətlərinə  qulaq  asmalı  idi.  Hərdənbir  özü 

də söhbətə müdaxilə edə bilərdi. 

Coğrafiyaşünas  Bartolomeunun  apardığı  tədqiqatlara 

əsasən, bu torpaqda (indiki Ekvadorun ərazisi) yaşayan bütün 

kasiklərin  başında  Şirilər  durmuşdu  -  “Şiri  krallığının” 

rəhbərləri. Bu bir neçə hindu tayfalarının nəsillərinin birləş-

məsi nəticəsində baş vermişdi. Əfsanədə deyilir ki, on birinci 

Şirinin ölümündən sonra kara tayfasının kişi xətti peyda olur. 



                                                     

 

  



                                                                            

                                                    

128 

Bundan sonra karalar qonşuları purua hindu tayfası ilə ittifaq 



bağlayır  və  bu  ittifaqa  əsasən  iki  hindu  tayfasının  varisləri 

arasında  nigah  qurulur:  bununla  da  hər  iki  tayfa  arasında 

birdəfəlik  sülh  müqaviləsi  möhkəmlənir.  Beləliklə,  inklərin 

gəlişindən  bir  qədər  əvvəl  “Şiri  krallığının”  yerində  “Kitu 

krallığı”  əmələ  gəlir.  Bu  bir  növ  ərazisinə  görə  böyük  olan 

bir  konfederasiya  idi.  Onun  tərkibinə  özünü  idarəetməyə 

malik  olan  heç  də  böyük  olmayan  hindu  tayfaları  daxil 

olmuşdur. 

Yaxşı  təşkil  olunmuş  ink  ordularının  təzyiqləri  altında 

“Kitu krallığı” tez dağıldı. Deyildiyi kimi karalıların başında 

dörd  əsr  fəaliyyət  göstərən  Şiri  nəsli  durmuşdu.  Onların 

ərazisi  Riobambanın  yaxınlığındakı  Puruas  dağlarından 

Kolumbiyanın Pasto dağlarına kimi uzanırdı. 

1445-ci  ildə  inklər,  iri  torpaqları  zəbt  etmək  üçün  öz 

imperiyalarının  şimal  sərhədindən  yuxarıya  doğru  hücuma 

keçdilər.  1478-ci  ildə,  özünün  müvəffəqiyyətli  yürüşləri  ilə 

məşhur  olan  İnka  Tupak  Yupanki  Tauantinsuyu  taxttacına 

yiyələnəndən  sonra  karalıların  torpağına  müharibə  gəlir  və 

həmin  müharibə  16  il  davam  edir.  Tupak  Yupankini  yeni 

İnka-Uayna Kapak əvəz edəndən sonra müharibə başa çatır. 

Şiri nəslindən olan axırıncı “kral” işğalçılara cəsarətlə müqa-

vimət göstərmiş, lakin əsir düşərək öldürülmüşdür. Onun qızı 

şahzadə  Pakcanı  Uayna  Kapak  alır  və  bu  nigahdan  İnklərin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə