  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

                                                     

 

  



                                                                            

                                                    

105 

- Bu ki, yaxşıdır! - deyə coğrafiyaşünas fərəhlə dilləndi. - 



Deməli, Yeni Dünya sahillərində dənizçilik məktəbi Avropa 

məktəbləri səviyyəsində inkişaf edir. 

-  Eşitdiyimə  görə,  həmin  məktəbin  çox  gözəl  yetirmələri 

var? - deyə qoca səyyah başını təqdiredici tərzdə tərpədərək 

həvəslə  dilləndi.  -  Açığını  desəm,  bu  otuz  il  müddətində 

Amerika qitəsi bütün sahələr üzrə sürətlə inkişaf edib. Bu cür 

nəticə ilə hər bir ispan övladı fəxr etməlidir. İspaniyanın və 

əzəmətli kralımızın qüdrəti bütün dünyaya yayılıbdır. Xüsu-

sən də bizə həddindən artıq çox peşəkar dənizçilər lazımdır. 

Onlar Sakit okeanın bütün akvatoriyasını tədqiq etməlidirlər. 

Bütün  kəşf  ediləcək  ərazilər  İspaniya  taxt-tacına  birləşdiril-

məlidir. 

-  Elə  bizim  hamımız  Sakit  okeanın  naməlum  sahələrinin 

tədqiqi  ilə  məşqul  olacayıq.  -  deyə  Pedro  babasına  diqqətlə 

qulaq  asandan  sonra  ehtiramla  dilləndi.  -  Dəniz  səyyahı 

Alvaro  Mendanya  mənə  söz  verib  ki,  özünün  növbəti 

ekspedisiyasında  mənə  şturman  vəzifələrinin  birini  verəcək. 

Mən də babam kimi cavan yaşında nəhəng bir ekspedisiyanın 

iştirakçısı  olacam.  Lakin  həmin  müddətə  qədər  öz  peşəmə 

ustalıqla yiyələnməliyəm. Ekspedisiya zamanı mən admiralın 

etimadını  doğrultmalıyam.  Sizə  bildirmək  istəyirəm  ki,  o, 

mənə  bir  dənizçi  kimi  böyük  ümid  bəsləyir.  Guya  ki, 




                                                     

 

  



                                                                            

                                                    

106 

gələcəkdə  mən  dünyanın  məşhur  dəniz  səyyahlarından  biri 



olacam. 

Pedronun  özü  haqda  bu  cür  təsəvvür  yaratması  çoxları 

üçün  gözlənilməz  idi.  Bu  ondan  xəbər  verir  ki,  o,  hardasa 

şöhrətpərəst  və  şərəf  dalıycan  gedən  adamdır.  Ancaq  o, 

sadəcə olaraq, burada admiralın fikrini bəyan etmişdi. Qoca 

səyyah  bütün  bunların  heç  birisinə  əhəmiyyət  verməyərək 

müəmmalı tərzdə dedi: 

- Pedro, sənin əsas arzun və məqsədin varsa,  həmin amal 

uğrunda da mübarizə apar. Dəniz səyyahı olmaq ən çətin və 

mürəkkəb  peşələrdən  biri  sayılır.  Sənə  tövsiyyəm  odur  ki, 

tutduğun  istiqamətlə  də  get.  Amma  çalış  heç  vaxt,  heç 

kimdən  asılı  olma  və  hər  hansısa  bir  ekspedisiyada  ikinci 

şəxs  rolunu  oynama.  Çünki  sən  heç  vaxt  öz  ideyalarını 

həyata keçirə bilməyəcəksən. 

Heç  kim  də  başa  düşməsə,  artıq  Migel  qoca  səyyahın  nə 

dediyini anladı. O, bir neçə ekspedisiyalarda iştirak etmiş və 

heç  vaxt  öz  vəzifəsini  icra  etməmişdi.  Danışığından  belə 

çıxdı  ki,  onun  ciddi  bir  ideyası  var  və  o,  həmin  ideyanı 

həyata keçirə bilməyib. Daha doğrusu, həmin ideyanı həyata 

keçirmək  üçün  onun  imkanı  olmayıb.  Qoca  səyyahın 

gözlərindən  oxumaq  olar  ki,  o,  öz  məqsədinə  nəvələrinin 

köməyi  ilə  nail  olmaq  istəyir.  Pedroya  nisbətən  Migel 

babasının xasiyyətinə yaxşı bələd idi və onun ürəyini yalnız 



                                                     

 

  



                                                                            

                                                    

107 

böyük  nəvəsi  oxuya  bilirdi.  Məhz  buna  görə  da  Migel  özü 



qardaşının  yerinə  cavab  verməyi  qərara  aldı.  O,  üzünü 

babasına tərəf tutub üzrxahlıqla dedi: 

-  Baba,  Pedro  hələ  çox  cavandır  və  vaxt  gələcək  istədiyi 

hər  bir  şeyə  nail  olacaq.  O,  hələ  şturman  məktəbini  başa 

çatdırmalıdır. Ondan sonra praktik təcrübə toplamaq üçün bir 

neçə  ekspedisiyada  iştirak  etməlidir.  Məhz  ondan  sonra 

Pedro  müstəqil  şəkildə  Dünya  okeanının  hər  hansı  bir 

hissəsinə ekspedisiya təşkil edə bilər. Elə vaxt gələr, mən də 

onunla səyahətdə iştirak edərəm. 

-  Migel,  düz  deyir,  tam  təcrübə  toplamaq  üçün  mən  hələ 

bir  neçə  ekspedisiyada  iştirak  etməliyəm.  -  deyə  Pedro 

həvəsə  gələrək  təqdiredici  tərzdə  dilləndi.  -  Nəinki  dəniz 

səyahətlərində,  hətta  tədqiqatlarda  da  iştirak  etməliyəm. 

Məktəbi  başa  vuran  kimi  ilk  növbədə  Alvaro  Mendanyanın 

Sakit  okeana  nəzərdə  tutulan  ekspedisiyada,  sonra  isə 

Antonio Berrio-i-Orunyanın ekspedisiyasında And daqlarının 

şimal-şərq hissəsində qızıl yataqları ilə zəngin olan Eldorado 

ölkəsinin  axtarılmasında  iştirak  edəcəyəm.  Beş-altı  il 

müddətində  mən  intensiv  surətdə  müxtəlif  ekspedisiyaların 

tərkibində  tədqiqat  işləri  ilə  məşqul  olacam.  Bir  sözlə,  mən 

bir neçə tarixi hadisələrdə yaxından iştirak etmək istəyirəm. 

Rodriges  baba,  mən  nəslimizdə  olan  adət-ənənələri  davam 




                                                     

 

  



                                                                            

                                                    

108 

etdirəcəm.  Biz  üç  qardaşıq,  hər  üçümüz  də  sizin  yolunuzu 



davam etdirəcəyik. 

- Pedro, mənim  fikrimcə, sən dəniz səyahətlərində iştirak 

etsən daha  yaxşı olar.  - deyə qoca səyyah  yenə də nəvəsinə 

öyüd-nəsihət  verməyə  başladı.  -  Onsuz  da  sənin  atan 

Eldoradonu axtaran bir neçə ekspedisiyalarda iştirak etmiş və 

hələ  də  öz  istədiyinə  nail  ola  bilməmişdi.  Mənə  elə gəlir ki, 

bu  məsələyə  ciddi  yanaşmalısan.  Vaxt  gələcək  mənim  oğlum 

bu  tədbirdən  əl  çəkəcək.  Çünki  Eldoradonu  axtarıb  tapmaq 

qeyri-mümkün iş sayılır. 

-  Mənə  elə  gəlir  ki,  siz  bu  məsələyə  pessimistcəsinə 

yanaşırsınız  -  deyə  Pedro  özündə  cəsarət  tapıb  qətiyyətlə 

dilləndi  və  üzünü  babasından  ayırmayaraq  bir  balaca  yumşaq 

tərzdə  sözünə  davam  etdi  -  Eldoradonun  axtarılmasında  ən 

təcrübəli  və  bacarıqlı  konkistadorlar  məşğuldur.  Son  zamanlar 

axtarışda  iştirak  edən  bir  neçə  nəhəng  ekspedisiya  həmin 

ərazilərdə fəaliyyət göstərir. Hamı çalışır ki, XVII əsr başlama-

mış  Eldoradonu  tapıb  İspaniyanın  taxt-tacına  birləşdirsinlər. 

Atamın  Eldoradonun  tapılmasına  inamı  olmasa  idi,  o,  çoxdan 

Limaya  qayıdıb  başqa  işlə  məşğul  olardı.  Yaşımın  cavan 

olmasına  baxmayaraq,  mən  deyə  bilərəm  Eldorado  kimin 

tərəfindən  kəşf  ediləcək.  Eldoradonun  tapılmasında  Antonio 

Berrio-i-Orunyanın böyük bir şansı var. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə