=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 15
hündürlükdə. Əhalisi: 1918’də 109 nəfər; 1926’da 20 ailədə
109 nəfər; 2002’də 95 ailədə 359 nəfər (172 kişi, 187 qadın),
2006'da 96 ailədə 350 nəfər. İlk məktəb 1932-ci ildə yaradılıb.
Təməl məktəb (2006’da 9 sinifdə 66 şagird) fəaliyətdədir.
Məşhurları: ağsaqqallar Mədəd İbrahimov, Nəbi Qarallı, müəl-
limlər Cəlal Osmanov, Həmid Şabanov, hüquq-mühafizə işçi-
ləri Tofiq Şahbazov, Rasim Şahbazov, ictimaiyətçilər Nəbi
Şahbazov, Əjdər Məmmədov, alimlər Ənvər Şabanov, İbad
Əhmədov, Əlövsət Osmanlı vb.
ƏSMƏLƏR kəndi – Maşaver çayının sol sahilində,
avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km
gündoğarda, dəniz səviyəsindən 450 m hündürlükdə. Əhalisi:
1870’də 6 ailədə 40 nəfər; 1918’də 66 nəfər; 1926’da 8 ailədə
43 nəfər; 2002’də 91 ailədə 286 nəfər, 2006'da 91 ailədə 268
nəfər. İbtidai məktəb (2005’də 4 sinifdə 9 şagird)
fəaliyətdədir. Məşhurları: alimlər Şakir Xəlilov, Kamal
Gülməmmədov vb.
FAXRALI kəndi – Talaver çayının sahilində, rayon
mərkəzindən 19 km gündoğarda, dəniz səviyəsindən 560 m
hündürlükdə. Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə,
qəbirüstü yazılar, 17-ci əsrin yadigarı məscid diqqəti çəkir.
Əhalisi: 1870’də 170 ailədə 1139 nəfər; 1926’da 470 ailədə
2321 nəfər; 2002’də, 1447 ailədə 6891 nəfər (3255 kişi, 3636
qadın), 2006'da 1568 ailədə 6784 nəfər. Dünyəvi məktəb
1919-cu ildə yaradılıb. Orta məktəb (2005’də 26 sinifdə 563
şagird), iki Təməl məktəb (2005’də müvafiq olaraq 17 sinifdə
267 şagird və 10 sinifdə 143 şagird) fəaliyətdədirlər. Borçalıda
saz-söz, din, təhsil ocaqlarından biridir; şairə Fatma Alı qızı,
şair Polad, şair İveylər Allahverdi, şair Güllər Pəri, şair Güllər
İsmayıl, şair Kərbəlayı Molla Alı, şair Misgin Nəbi, Şeyx
Qurban, Şeyx Səlim, Şeyx İsgəndər, Şeyx Binəli, təhsil xa-
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 16
dimləri Koxalı Axund Hacı Qazi Ələsgər, Mirzə Rza Əlizadə,
Həbib Əlizadə, Mirzə Seyfulla, Pənah Mahmudov, el
ağsaqqalları
Təhməzqulu
Dünyamalıoğlu,
İman
Təhməzquluoğlu, Oruc ağa, Hacı Məmmədəli, Hacı Həsən,
Hacı Molla Oruc, Hacı Həmid Kərimov, Musa Haqverdioğlu,
Şərif Budaqov, Mehralı Həsənov, Aslan Əliyev, Məşədi
Gülməmməd, el igidləri Qara Namaz, Qaçaq Rustam, Çər-
çioğlu Hümbət, Dəli Eyub, el şairləri Şaban, Kəbleyi Qara,
Hüseyn, Səkinə Alməmmədli, Kərbəlayı İbrahim, İsmayıl
Güllər, yaradıcı aşıq Sarvan Bayram, ifaçı aşıqlar Dünnü
(Dünyamalı), Mürsəl, şairlər Əli Səngərli, Məmmədəli Əlləzov,
Səməndər Məmmədov, Azərbaycan Milli Məclisinin üzvü olmuş
profesör Şamil Qurbanov, alimlər Oruc Piriyev, Şəmistan
Mikayılov, Namaz Bədəlov, Əli Hüseynov, Hüseynqulu
Məmmədov, Tahir Pənahov, İbrahim Əlizadə, Şamil Orucov,
Polad Poladov, Vaqif Nəbiyev, Əflatun Həsənov, Qurban Qa-
sımov, Əli Əlizadə, əmək veteranları Eyvaz Məmmədov,
Həsən Qurbanov, Uğurlu Hüseynov, jurnalistlər Hacı Həsənov,
Məmməd Məmmədov, Dünyamalı Bayramov, Əflatun Amaşov,
şair-publisist Rəşid Faxralı, folklorçu Elxan Məmmədli,
polkovnik Bahəddin Həsənov, hüquqşünas vitse-polkovnik
İsaxan Aşırov, incəsənət işçiləri Həsən Həsənov, Ələddin
Həsənov, uşu-sanda üzrə dünya çempionu Canpolad
Budaqov, ictimaiyətçilər Arif Əliyev, Aydın Qurbanov, Abbas
Abbasov, veteran müəllimlər Cümşüd Gülməmmədov, Səyyad
Allahverdiyev, həkim Səməd Məmmədov vb. Misgin Nəbinin,
Şair Şabanın şerlər topluları, Faxralı şairlərinin əsərlərindən
ibarət ‘Faxralı Tək Ağır Elim Var Mənim’ toplusu, Hüseynqulu
Məmmədlinin ‘Görüm Faxralının Biri Olsun Beş...’, Rəşid
Faxralının ‘Oğuz Eli Faxralı’ kitabları qiymətlidir.
GÜLƏVER kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 17 km qərbdə, dəniz səviyəsindən 810 m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 17
hündürlükdə. Bulqarların qıpçaq tirəsi kollarla, alban tayfası
kellərlə, qıpçaq-qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını
düşünmək mümkündür. İki qismə bölünür: Yuxarı Güləver
[Cipor] və Aşağı Güləver [Gədi–Qeta]. Əhalisi: 1870’də Yuxarı
Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47
nəfər; 1918’də Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə
218 nəfər; 1926’da Yuxarı Güləverdə 39 ailədə 231 nəfər,
Aşağı Güləverdə 28 ailədə 153 nəfər; 2002’də Yuxarı
Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə
698 nəfər, 2006'da Yuxarı'da 117 ailədə 500 nəfər, Aşağı'da
150 ailədə 781 nəfər. Kənddə (Yuxarı Güləverdə) ilk məktəb
1930-cu ildə yaradılıb. İndi Yuxarı Güləverdə Təməl məktəb,
Aşağı Güləverdə orta məktəb var. Məşhurları: təsərrüfatçı Mü-
seyib Mirzəyev, maarifçilər Mustafa İsayev, Fərəməz
Mehdiyev, Ziyadxan Namazov, Fərəməz Cəlilov, profesorlar
Əliyar Namazov, Kərim Məmmədov, alim, Gürcüstanda
Azərbaycan şivələrinin tədqiqçisi Teymur Qarayev, hüquq-
mühafizə işçisi Mərfət Musayev vb.
HASANXOCALI kəndi – Maşaver çayının sol sahilində,
Marneuli–Bolnisi şose yolunun kənarında, rayon mərkəzindən
13 km gündoğar səmtdə, dəniz səviyəsindən 430 m
hündürlükdə. Əhalisi: 1803-cü ildə 22 ailədə 76 nəfər;
1870’də 21 ailədə 141 nəfər; 1918’də 180 nəfər; 2002’də 264
ailədə 846 nəfər (437 kişi, 409 qadın), 2006'da 258 ailədə
794 nəfər. Dünyəvi təhsil ocağı 1921-ci ildən fəaliyətdədir.
İndi Təməl məktəb var. Məşhurları: maarifçilər Yusif Əfəndi
Allahyarzadə, Ramiz Məmmədəlizadə, Məhərrəm İsmayılov,
şair Bəhram Mehdi vb.
İMİRHƏSƏN kəndi – Maşaver çayının sağ sahilində,
rayon mərkəzindən 13 km gündoğarda, Tbilisi–Qazret
dəmiryolunun
kənarında,
dəniz
səviyəsindən
470
m
Dostları ilə paylaş: |