=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 24
6 km güneydə, dəniz səviyəsindən 510 m yüksəkdə. Əhalisi:
1870’də 18 ailədə 120 nəfər; 1926’da 24 ailədə 102 nəfər;
2002’də 165 ailədə 530 nəfər, 2006'da 122 ailədə 537 nəfər.
Məktəbin tarixi 1932-ci ildəndir. İndi ibtidai məktəb fəaliyət-
dədir.
MOLLA-ƏHMƏDLİ kəndi – Maşaver və Xram çaylarının
qovuşuğunda, rayon mərkəzindən 28 km gündoğar səmtdə,
dəniz səviyəsindən 400 m yüksəklikdə. Əhalisi: 1870’də 5
ailədə 34 nəfər; 1926’da 9 ailədə 54 nəfər; 2002’də 43 ailədə
192 nəfər (87 kişi, 105 qadın), 2006'da 43 ailədə 148 nəfər.
İlk məktəb 1933-cü ildə yaradılıb, indi ibtidai məktəb (2005’də
3 sinifdə 14 şagird) fəaliyətdədir. Məşhurları: profesorlar
Əflatun Orucov, Telman Quluyev vb.
MUSOPRİAN (Babakişilər) kəndi – Rayon mərkəzindən
16 km günbatar səmtdə, dəniz səviyəsindən 760 m yük-
səklikdə. Məxəzlərdə Musapirilər kimi gedib. Babakişilər vəya
Nazaroğlu da deyilir. Əhalisi: 1870’də 5 ailədə 34 nəfər;
1918’də 228 nəfər; 1926’da 32 ailədə 288 nəfər; 2002’də 222
ailədə 724 nəfər, 2006'da 185 ailədə 721 nəfər. İlk məktəb
1931-ci ildə yaradılıb. Təməl məktəb (2005’də 9 sinifdə 74
şagird) fəaliyətdədir. Məşhurları: alimlər "Gürcüstanın türk
mənşəli toponimləri" kitabının müəllifi Xəlil Əliyev, Tapdıq
İmanov, Əhməd Cəfərov, Vüqar Qurbanov, maarifçi Araz
Abbasov vb.
POLADAUR (Çatax) kəndi – Bolnisçayın sol sahilində,
rayon mərkəzindən 16 km güneydə, dəniz səviyəsindən 750
m yüksəklikdə. 1951-ci il 6 sentyabr tarixə qədərki rəsmi adı
Çataxdır. Əhalisi: 2002’də 495 nəfər (63% – 311 nəfər
azərbaycanlı). İbtidai məktəb var.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 25
SAMSEVRİS kəndi – Şəmşiöyü deyilir. Bolnisçayın sağ
sahilində, rayon mərkəzindən 16 km güneydə, dəniz
səviyəsindən 640 m yüksəklikdə. Yaxında tunc dövrünə aid
arxeoloji materiallar, 7-ci əsrə aid memarlıq abidəsi
aşkarlanb. Əhalisi: 2002’də 100 ailədə 361 nəfər, 2006'da 58
ailədə 360 nəfər. Məktəb 1932-ci ildə açılıb, indi ibtidai mək-
təb (4 sinifdə 21 şagird) fəaliyətdədir. Məşhurları: zurnaçı
İsrafil vb.
SARALLAR kəndi – Maşaver çayının sağ sahilində, rayon
mərkəzindən 3 km qərbdə, dəniz səviyəsindən 690 m
yüksəklikdə. Qıpçaq-qarapapaq mənşəli Saral tayfası ilə
bağlıdır. Əhalisi: 1918’də 115 nəfər; 1926’da 20 ailədə 155
nəfər; 2002’də 108 ailədə 501 nəfər (248 kişi, 253 qadın),
2006'da 119 ailədə 503 nəfər. İlk məktəb 1930-cu ildə açılıb,
indi təməl məktəb (2005’də 9 sinifdə 73 şagird) fəaliyətdədir.
Məşhurları: ağsaqqallar Əmiraslan Hüseynoğlu, Şəmistan Hü-
seynov, xeyriyəçi Almədəd Xasıyev, veteran müəllim Əmir
Mursaqulov, aşıq Əmir vb.
SARACLI kəndi – Sağsağançayın sağ sahilində, rayon
mərkəzindən 22 km şərqdə, dəniz səviyəsindən 510 m
yüksəklikdə. Qıpcaq-Qazax Qarapapaqların Saraclı elinin adını
daşıyır. Orta əsrlərdə Osmanlıda tayfalardan biri Saraçlı olub.
Gündoğar səmtdə erkən tunc dövrünə aid arxeoloji məskəndə
saxsıdan qara pardaqlı, əzmə naxışlı, göy cismləri təsvirli
qablar tapılıb. Yaxında 6–8-ci əsrlərə aid salon formalı kilsə
aşkarlanıb. Üst tərəfində Qara Qaya ucalır. İnzibati ərazisi:
2400 hektar. Əhalisi: 1870'də 161 ailədə 1079 nəfər; 1886'da
143 ailədə 1026 nəfər; 1926'da 316 ailədə 1438 nəfər;
2002'də 758 ailədə 2841 nəfər (1391 kişi, 1450 qadın),
2006'da 728 ailədə 2217 nəfər. Dünyəvi məktəb tarixi 1919-
cu ildəndir, indi orta məktəb (2006'da 18 sinifdə 329 şagird)
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 26
var. Süleyman Çobanovun "Mənim əzəl, gözəl Saraçlım"
kitabı bu kəndə həsr olunub. Məşhurları: el ağsaqqalı Paşa
ağa Naibzadə, sərrac Vahid, Cümşüd Bayramov, aşıqlar Sabir,
Teymur, el şairləri Hüseyn, Əhməd, müharibə qəhrəmanları
İsa Hüseynov, Məmməd Səfərov, Məhəmməd Mirzəyev, əmək
qəhrəmanları Gülxanım Mirzəyeva, Omar Orucov, Yaşar
Nazıyev, Məhəmməd Abdullayev, Paşa Hüseynov, məşhur
ustad aşıq Hüseyn Saraclı, akademik Zahid Xəlilov, profesorlar
Abdulla Mehrabov, Yaşar Nazıyev, Əflatun Saraclı, Zülümxan
Musayev, Binəli Musayev, Biləndər Allahverdiyev, Həmdulla
Mehrabov, Yadigar Hüseynov, Gürcüstanın əməkdar hüquq-
şünası Nəsib Hacıyev, ictimaiyətçilər Mahmud Nəbizadə,
Məmməd Nəbizadə, Nəbi Nəbizadə, Fikrət Süleymanoğlu, Sü-
leyman Çobanov, Kərəm Bədəlov, Rəşid Qərənizadə, İlqar
Hacıyev, şairlər Nizami Saraçlı, Tariyel Qəribli, İntizam, Tofiq
Qaraqaya, Dəyanət Osmanlı, Dilsuz Musayev, zurnaçı Əhməd
Bədəlov, pəhləvan Söhrab Bayramov vb.
SƏNƏB kəndi – Xram çayının sağ sahilində, rayon
mərkəzindən 13 km qərbdə. Əhalisi: 1918'də 41 nəfər;
1926'da 8 ailədə 36 nəfər; 2002'də 37 ailədə 157 nəfər,
2006'da 104 ailədə 164 nəfər. İlk məktəb 1937'də yaradılıb,
ibtidai məktəb fəaliyətdədir. Məşhurları: veteran müəllim Ay-
dın Məmmədov, hüquq-mühafizə işçisi Salman Musayev vb.
SİSQALA kəndi – Sayalıoğlu deyilir. Avtomobil yolu
kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə. Türkcə sis
(yarıq, quyu) və qala sözlərindəndir. Əhalisi: 1870'də 9 ailədə
60 nəfər; 1918'də 178 nəfər; 1926'da 30 ailədə 172 nəfər;
2002'də 181 nəfər, 2006'da 134 ailədə 513 nəfər. Məktəbin
tarixi 1930-cu ildən başlanır. Məşhurları: Gürcüstanda yüksək
vəzifələr tutmuş Mehralı Abbasov, veteran müəllim İslam Mu-
sayev, el şairi Çoban Rəşid vb.