=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 18
hündürlükdə. Kəndin adı əzəl məxəzlərdə Mirasan-Durğaya
anılır. Bu toponimin oğuzların Eymur/Əymir tayfasının, yaxud
qıpçaqların tərkibində olmuş, noqaylarda indi də yaşayan İmir
tayfasının adı ilə ilgili olduğu gümanlanır. Əhalisi: 1870’də 50
ailədə 315 nəfər; 1926’da 104 nəfər; 2002’də 437 ailədə 1717
nəfər (835 kişi, 882 qadın), 2006'da 395 ailədə 1720 nəfər.
Dünyəvi məktəbin tarixi 1921-ci ildəndir. Orta məktəb
(2005’də 18 sinifdə 267 şagird) fəaliyətdədir. Məşhurları:
əmək qəhrəmanları Qoca Fətullayev, Tamam Bayramova,
Abbas İsmayılov, profesorlar Mahmud Allahverdiyev, İsfən-
diyar İsmayılov, veteran müəllim Fəzləddin Quliyev, aşıq Sədi
Mərdanov vb. Nəsimi Ənvərin ‘Borçalıda yurd yeri –
İmirhəsən’ adlı kitabı, eləcə də yerli şairlərin şeirlərindən
ibarət ‘Türk ocağı – sazlı, sözlü İmirhəsənim’ toplusu üzdədir.
İNCƏOĞLU kəndi – Bolnisçayın sol sahilində, rayon
mərkəzindən 12 km cənub-şərqdə, dəniz səviyəsindən 615 m
hündürlükdə. Oğuz-səlcuq-türkman soylu İncəoğlu tayfasının
vəya Qıpçaların Əncə tayfasının adındandır. Əhalisi: 1918’də
77 nəfər; 1926’da 23 ailədə 117 nəfər; 2002’də 161 ailədə
618 nəfər, 2006'da 147 ailədə 620 nəfər. İlk məktəb 1927-ci
ildə yaradılıb. Təməl məktəb (2005’də 9 sinifdə 71 şagird)
var. Məşhurları: profesorlar Tengizxan Musayev, İlham
Musayev, ictimaiyətçi Cəlal Yaqubov vb.
KAZRET QƏSƏBƏSİNDƏ. – Maşaver vadisində, rayon
mərkəzindən 18 km günbatarda, dəniz səviyəsindən 680 m
hündürlükdə.
Xəzər
etnonimindən
törədiyi
düşünülür.
Yaxınlıqda Xəzərli dərəsi var. Qəsəbə yaxınında erkən tunc və
antik dövrlərə, 6–7-ci əsrlərə, 16–17-ci əsrlərə aid arxeoloji
materiallar üzə çıxarılıb. Mis saflaşdırma müəssisəsi məş-
hurdur. Əhalisi: başqa millətlərlə yanaşı, 2006'da 21 ailədə
100 nəfər azərbaycanlı. Qəsəbədə gürcü-rus-azərbaycan orta
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 19
məktəbinin Azərbaycan şöbəsi (98 azərbaycanlı şagird) var.
Məşhurlarından: şair İbrahimxəlil vb.
KƏPƏNƏKÇİ (Kvemo-Bolnisi) kəndi – Adı Kəpənəkçi,
yaxud
Bolus-Kəpənəkçi
olub,
indi
Kvemo-Bolnisidir.
Bolnisçayın sahilində, rayon mərkəzindən 6 km güneydə,
dəniz səviyəsindən 600 m hündürlükdə. Bu toponimin Bolus
hissəsinin qədim oğuz, pəçənəq (bacanaq) ellərindən Bolus
tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənəq
tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı fikri ağlabatandır.
Yaxında yol kənarında 5–6-cı əsrlərə aid memarlıq abidəsi
var. Ərazisi: 1.013 hektar. Əhalisi: 1870’də 169 ailədə 1403
nəfər; 1918’də 1917 nəfər; 1926’da 408 ailədə 2257 nəfər;
2002-ci ilin statistik nəticəsinə görə, 2122 ailədə 6766 nəfər
(3387 kişi, 3379 qadın), 2006'da 1849 ailədə 7.700 nəfər. İlk
məktəb 1917-ci ildə yaradılıb. Orta məktəb (2005’də 20 si-
nifdə 455 şagird), təməl məktəb (2005’də 15 sinifdə 312
şagird) və Talıblı ibtidai məktəbi (2005’də 4 sinifdə 23 şagird),
Qəşməhlə ibtidai məktəbi (2005’də 4 sinifdə 20 şagird) fəali-
yətdədirlər. Məşhurları: 1912-ci ildə Tiflisdə çıxmış ‘Bəsdi,
oyan!’ kitabının müəllifi, 1915-ci ildə Tulada çıxmış sənədli
memuar-povestin qəhrəmanı, 1918’də Qars İslam Şurasının
sədri olmuş Emin ağa Hacallı, el şairləri Alxas ağa Hacallı,
Rəşid Hacallı, ağsaqqallar Allahverdi Göyüşoğlu, İsa Mahmu-
dov, Məhəmməd Bayramov, veteran müəllimlər Rəşid
Yaqubov, Hidayət Göyüşov, alimlər Lətif Güləhmədov, Vidadi
Acalov, Arif Acalov, şair Abbas Abdulla, Azərbaycan Milli
Məclisinin üzvləri olmuş Xalq Şairi Zəlimxan Yaqub, İsmayıl
Ömərov, Gürcüstan Parlamentinin üzvü olmuş Ramiz Bəkirov,
dövlət məmuru Məhəbbət Qarabağlı, ictimaiyətçilər İmran
Sərdarov, Rəşid Bədəlov, Zakir Məmmədov, Çingiz Yaqubov,
incəsənət işçisi Elxan Ocaqov, həkim Ziya Bayramov,
xeyriyyəçilər Xıdır Məhəmməd oğlu, Rəşid Bədəlov, Nurəddin
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 20
Mirzəliyev
vb.
Bakıda
‘Kəpənəkçi’
xeyriyyə
fondu
fəaliyyətdədir.
KİPİRCİK (Sarımmədli) kəndi – Tapan dağı ətəyində,
rayon mərkəzindən 24 km aralıda, dəniz səviyəsindən 900 m
yüksəkdə. Əhalisi: 1870’də 14 nəfər; 1918’də 98 nəfər;
1926’da 102 nəfər; 2002’də 30 ailədə 140 nəfər, 2006'da 41
ailədə 130 nəfər. Məktəb 1931-ci ildəndir.
KOLAYİR (Kolagir) kəndi – Borçalı çökəyində, Xram
çayının sol sahilində, dəniz səviyəsindən 470 m yüksəklikdə,
rayon mərkəzindən 17 km gündoğar səmtdə, Marneuli–Bolnisi
avtomobil yolunun 7 kilometrliyindədir. Toponim qədim türk
mənşəli Kola etnoniminin, yaxud da qıpcaq-qarapapaqlara
bağlı Kula (mənbədə Kulobiç – Kul oba içi) tayfasının adı ilə
türk dillərindəki «giren» – min alaçıqdan ibarət düşərgə
sözünün qarışması ilə düzəlib (orta əsrlərdə Anadolu
yarımadasında yaşamış Türkmən tayfasının bir qolu Ko-
lagir/Kolagirən adlanıb və bu qolun da Xocalı, Abdallı, Əyublu,
Darğalı, Dur Həsənli tirələri
də olub). Kəndin adına 1696-
cı ilin fərmanlarında rast gə-
lirik. Kənddə Kolagir qalası
qorunub saxlanır. Tarixi mə-
xəzlərə görə, əvvəlcə burada
Ağqala olub, 18-ci əsrin axır-
larında gürcü valisi İkinci
İraklinin xanımı Darəcan (Da-
riya) onun yerində indiki
qalanı inşa etdirib. Kəndin adına el arasında daha çox Kolayır
deyilir. Dğrdkünc biçimə malikdir. Divarın hündürlüyü 6 m.-
dir. İki girişi var. Əhalisi: 1803-cü ildə 12 ailədə 38 nəfər;
1870’də 28 ailədə 187 nəfər; 1886-cı ildə 25 ailədə 257 nəfər;
Kolagir qalası
Dostları ilə paylaş: |