Modelləşdi
rmə
2
67
bu metodun əhəmiyyəti böyükdür. Həyat və sağlamlıq üçün təhlükəli proseslərdə isə
hesablama eksperimenti yeganə mümkün həll variantı kimi istifadə edilir; məsələn,
istilik nüvə sintezi, kosmik fəzanın öyrənilməsi, kimya sənayesinin müxtəlif sahə-
lərində istehsal proseslərinin layihələndirilməsində kompüter modelləşdirilməsinin
rolu əvəzedilməzdir.
Kompüterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması prosesini
bir neçə mərhələyə bölmək olar:
1. Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin
təsviri infor-
masiya modeli qurulur. Belə model aparılan araşdırmanın (modelləşdirmənin)
məqsədi baxımından obyektin önəmli olan xassələrini seçdirir, əhəmiyyətsiz
xassələri isə nəzərə almır.
2. İkinci mərhələdə
formallaşdırılmış model qurulur, yəni təsviri informasiya
modeli hər hansı formal dildə yazılır. Formallaşdırılmış modeldə düsturların,
tənliklərin, bərabərsizliklərin və başqa riyazi ifadələrin köməyi ilə obyektlərin
parametrləri arasında formal münasibətlər təsvir olunur. Ancaq axtarılan kə-
miyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə müm-
kün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan
verən təq-
ribi üsullardan istifadə olunur.
3. Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli
kompüter modelinə
çevrilir. Kompüter modellərini, adətən, proqramçılar hazırlayır, istifadəçilər isə
həmin modellərin köməyi ilə eksperimentlər aparırlar.
4. Dördüncü mərhələ
kompüter eksperimentinin aparılmasından ibarətdir. Əgər
kompüter modeli hər hansı proqramlaşdırma dilində hazırlanmış proqramdan
ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır. Əgər kompüter
modeli elektron cədvəl kimi tətbiqi proqramlarda tədqiq olunursa, bu zaman
verilənlərin ceşidlənməsini və ya axtarışını aparmaq, diaqram və ya qrafik
qurmaq və digər əməliyyatlar da aparmaq olar.
5. Beşinci mərhələdə
alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmil-
ləşdirilir. Əgər informasiya modelinin təhlili zamanı alınmış nəticələr gerçək
obyektin dəqiq olçülən uyğun parametrlərindən fərqlənirsə, deməli, modelin
qurulmasının əvvəlki mərhələlərində yanlışlığa, yaxud qeyri-dəqiqliyə yol
verilib. Bu halda həmin yanlışlıqlar və ya qeyri-dəqiqliklər axtarılıb tapılmalı və
düzəldilməlidir.
Kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri
1.
• Təsviri informasiya modelinin qurulması
2.
• Formallaşdırılmış modelin qurulması
3.
• Kompüter modelinin qurulması
4.
• Kompüter eksperimentinin aparılması
5.
• Alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi
68
n ü m u n ə
Kvadrat tənliyin köklərinin tapılması modelini hazırlayaq.
1. Təsviri informasiya modeli:
Kvadrat tənliyin ümumi forması
ax
2
+
bx +
c = 0 şəklindədir. Onu həll etmək üçün
a,
b,
c əmsallarının qiymətləri verilməlidir.
2. Formallaşdırılmış modeli düsturlar toplusu kimi və ya alqoritm formasında göstərmək
olar. Verilmiş məsələnin sözlə alqoritmi belə olacaq:
1.
a,
b,
c dəyişənlərinin qiymətləri daxil olunur.
2. Diskriminant
4 düsturu ilə hesablanır.
3. Əgər
D > 0 olarsa, tənliyin iki kökü var:
,
√
.
4. Əgər
D = 0 olarsa, tənliyin bir kökü var:
– .
5. Əgər
D < 0 olarsa, tənliyin həqiqi kökü yoxdur.
3. Bu məsələ üçün kompüter modeli Python proqramlaşdırma mühitində yazılmış
proqram
ola bilər:
print(
"Kvadrat tənliyin əmsallarını daxil edin: "
)
a =
float
(
input
(
"a = "
))
b =
float
(
input
(
"b = "
))
c =
float
(
input
(
"c = "
))
discr = b
**
2 - 4
*
a
*
c
print(
"Diskriminant D = ",
discr)
if discr
>
0:
import
math
x1 = (-b +
math
.sqrt(discr)) / (2
*
a)
x2 = (-b -
math
.sqrt(discr)) / (2
*
a)
print(
"x1 = ",
x1)
print(
"x2 = ",
x2)
elif discr == 0:
x = -b / (2
*
a)
print(
"x = ",
x)
else:
print(
"Tənliyin kökü yoxdur"
)
Burada math riyazi funksiyaları hesablamaq üçün (bizim nümunədə √ kökaltı funk-
siyanı) moduldur, elif yazılışı isə else if yazılışının qısa formasıdır.
4. Kompüter eksperimenti aparmaq üçün yazılmış proqramı icra etmək lazımdır. İlkin
verilənləri dəyişdirməklə modelin adekvatlığını və düzgün işləməsini yoxlamaq olar.