00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə38/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

 
118 
 
 
 
 V
ERİLƏNLƏRİN AXTARIŞI VƏ ÇEŞİDLƏNMƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
1.  informatika.edu.az saytının İstifadəçilər səhifəsini açın. Cədvəlin hər sütununun 
başlığının sağ tərəfindəki üçbucaqlara fikir verin.  
2.  Onları bir-bir çıqqıldadın və sütunda verilənlərin necə dəyişildiyini izləyin. 
3.  Cədvəldən istifadə edib iştirakçıların arasında müəllimlərin, tələbələrin, şagirdlərin 
ayrılıqda saylarını müəyyənləşdirin. 
 
– "Tarix" sahəsində hansı dəyişikliklər baş verir? Yazının yanında olan üçbucaq hansı 
funksiyanı yerinə yetirir? 
– Lazım olan iştirakçını necə tapmaq olar? Bunun üçün nə nəzərdə tutulub? 
– Müəllimlərin sayını necə tapdınız? 
 
 Verilənlər bazasının faydalı və gərəkli informasiyanın saxlanılması üçün nəzərdə 
tutulduğunu bilirsiniz. Soruşula bilər: axı adi kartoteka da bu məqsədə xidmət edir, 
əlavə  zəhmət  (xərc)  çəkib  verilənlər  bazası  yaratmağa  nə  lüzum  var?  Belə  bir  sual 
qarşısında  çəkilən  xərclərin,  sərf  edilən  vaxtın  əbəs  yerə  olmadığını  əsaslandırmaq 
üçün verilənlər bazasının idarəolunması sistemi elə üstün özəlliyə malik olmalıdır ki, 
adi kartotekada həmin imkanlar olmasın;  məsələn, 
çox  böyük  miqdarda  informasiyanı  ani  şəkildə 
“gözdən keçirsin” və lazımi məlumatı tapsın.     
Doğrudan  da,  verilənlər  bazasının  əsas  üstün-
lüyü çox böyük həcmdə informasiyanı saxlamaqda 
F Ə A L İ Y Y Ə T  
3.8 

Arama 

Çeşidləmə 

Artma sırası ilə çeşidləmə 

Azalma sırası ilə çeşidləmə 

Süzgəc
 

AR

zl
ə
r

Sinif jurnalında şagirdlərin adları hansı qayda ilə 
düzülür? Niyə? 

Məktəbin bütün şagirdlərinin siyahısı həmin 
qayda ilə tərtib edilsəydi, konkret sinifdə oxuyan 
hansısa şagirdi siyahıdan tapmaq nə qədər asan 
olardı? Çıxış yolu nədədir? 
 


 
 
 
 
Verilənlər bazas
ı 

119 
 
deyil, məhz lazımi məlumatları ani olaraq tapmaqda, 
onları  emal  etməkdədir.  Bu  məqsədlə  Access  proq-
ramında  bir  neçə  komanda  nəzərdə  tutulub:  arama 
(Find), çeşidləmə (Sort), süzmə (Filter). Find, Sort 
və Filter komandalarının köməyi ilə sadə suallara cavab almaq olur. Mürəkkəb sual-
lara cavab almaq üçünsə sorğulardan istifadə edilir. 
Arama aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uyğun gələn 
məlumatları  tapmağa  imkan  verir.  Find  komandası  istər  cədvəl,  istərsə  də  forma 
rejimində işləyir. 
 
 
Verilmiş qiymətə görə yazının tapılması 
1.  "Ölkələr" cədvəlini açın. 
2.  Kursoru axtarış aparacağınız sahəyə (PulVahidi) yerləşdirin. Access proqramı axta-
rışı avtomatik olaraq cari sahə, yəni kursorun olduğu sahə üzrə aparır. 
3.  Alətlər  zolağındakı  Find  düyməsini  çıqqıldadın.  Find  and  Replace  (Arama  və 
əvəzləmə) dialoq pəncərəsi açılacaq. 
 
 
 
4.  Tapmaq istədiyiniz informasiyanı (məsələn: avro) Find With (... görə tap) sahəsinə 
yazın. 
5.  Find Next (Növbətini tap) düyməsini çıqqıldadın. İnformasiyanın axtarışına başla-
nılacaq. Şərti ödəyən yazı tapılarsa, kursor həmin yazıya keçəcək və tapılmış mətn 
seçdirilmiş olacaq. Uyğun yazı tapılmazsa, bu haqda bildiriş ekrana çıxacaq. 
6.  Əgər tapılan yazı axtardığınız deyilsə, Find Next düyməsini yenidən çıqqıldadın və 
sizi maraqlandıran yazı tapılanadək bu prosesi davam etdirin. 
 
Adətən, verilənlər bazasında on minlərlə, yüz minlərlə yazı olur. Çox zaman on-
ları  nizamlamağa,  yəni  müəyyən  ardıcıllıqla  düzməyə  ehtiyac  yaranır.  Verilənlər 
bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanmasına çeşidləmə deyilir. Çe-
şidləmə verilənlərə tez və səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə möv-
cuddur: artma sırası ilə çeşidləmə  azalma sırası ilə çeşidləmə. Ədədi sahələr 
üçün artma, yaxud azalma qiymətə görə, mətn sahələri üçünsə əlifbaya görə sıra-
lamadır.  Cədvəldə  verilənlərin  çeşidlənməsi  hər  hansı  sahəyə  görə  aparılır.  MS 
Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar. 
A D D I M   1
A D D I M –  


 
120 
 
 
 
Əgər  sahədə  təkrarlanan  qiymətlər  varsa,  çeşidləmə  zamanı  yazılar  eyni  qiy-
mətlərin olduğu qruplara bölünür; məsələn, Cins sahəsinə görə çeşidləmə aparılarsa, 
onda bütün yazılar iki böyük qrupa – kişilər və qadınlar qrupuna ayrılacaq. Belə növ 
çeşidləməyə yazıların qruplaşdırılması deyilir.  
Access proqramında verilənlərin çeşidlənməsi texnologiyası çox sadədir: çeşid-
ləmək lazım olan sahə çıqqıldadılır və Sort komandası seçilir.  
 
 
Cədvəldə verilənlərin çeşidlənməsi 
 
1.  "Ölkələr" cədvəlini açın. 
2.  İstənilən  sətirdə  ÖlkəninAdı  sahəsini  çıqqıldadın.  Alətlər  zolağındakı 
  Sort 
Ascending (Artma sırası ilə çeşidlə) düyməsini çıqqıldadın. Cədvəldə olan yazılar 
ölkələrin adına görə əlifba sırası ilə düzüləcək. 
3. 
  Clear  All  Sorts  (Bütün  çeşidləmələri  sil)  komandasını  seçin.  Yazılar  ilkin 
olaraq yerləşdikləri ardıcıllıqla düzüləcək. 
4.  İstənilən sətirdə ÖlkəninSahəsi sahəsini çıqqıldadın. Alətlər zolağındakı 
 Sort 
Descending  (Azalma  sırası  ilə  çeşidlə)  düyməsini  çıqqıldadın.  Cədvəldə  olan 
yazılar ölkələrin sahələrinə görə azalma sırası ilə düzüləcək. 
5.  İstənilən  sətirdə  PulVahidi  sahəsini  çıqqıldadın.  Alətlər  zolağındakı 
  Sort 
Ascending  düyməsini  çıqqıldadın.  İndi  cədvəldəki  yazılar  ölkələrin  pul  vahid-
lərinə görə əlifba sırası ilə düzüləcək. 
6.  Cədvəli qapadın.  
 
Artma sırası ilə çeşidləmə zamanı verilənlər aşağıdakı qaydada düzülür: 
  ədədlər – ən kiçik mənfi ədəddən ən böyük müsbət ədədə doğru; 
  mətn – əlifba sırası ilə (ədədlər, işarələr, hərflər); 
  tarix və zaman – xronoloji ardıcıllıqla.   
 
Diqqət! 
MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar. Hər bir yeni 
çeşidləmə əvvəlkinin nəticəsini ləğv edir.
 
Bəzən yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazım gəlir. Buna 
o zaman ehtiyac yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur; məsələn, respublika 
üzrə "Şagirdlər" cədvəlində hər hansı məktəbdən olan bir şagirdi tapmaq üçün öncə 
şagirdləri məktəblər üzrə qruplaşdırmaq və sonra hər bir qrupu əlifba üzrə sıralamaq 
gərəkdir. Bu halda süzgəc, yaxud sorğu alətindən istifadə edilməlidir. 
 
 
 
Diqqət! 
Çeşidləmə  nəticəsində  cədvəldəki  informasiyalar  məntiqi  olaraq  yenidən  təşkil 
edilsə də, yenə bütün cədvəllə işlənilir. Ancaq bizə yalnız müəyyən şərti ödəyən 
yazılar lazımdırsa, köməyə süzgəc komandası çatır. 
 
 
A D D I M   2
A D D I M –


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə