118
V
ERİLƏNLƏRİN AXTARIŞI VƏ ÇEŞİDLƏNMƏSİ
1. informatika.edu.az saytının İstifadəçilər səhifəsini açın. Cədvəlin hər sütununun
başlığının sağ tərəfindəki üçbucaqlara fikir verin.
2. Onları bir-bir çıqqıldadın və sütunda verilənlərin necə dəyişildiyini izləyin.
3. Cədvəldən istifadə edib iştirakçıların arasında müəllimlərin, tələbələrin, şagirdlərin
ayrılıqda saylarını müəyyənləşdirin.
– "Tarix" sahəsində hansı dəyişikliklər baş verir? Yazının yanında olan üçbucaq hansı
funksiyanı yerinə yetirir?
– Lazım olan iştirakçını necə tapmaq olar? Bunun üçün nə nəzərdə tutulub?
– Müəllimlərin sayını necə tapdınız?
Verilənlər bazasının faydalı və gərəkli informasiyanın saxlanılması üçün nəzərdə
tutulduğunu bilirsiniz. Soruşula bilər: axı adi kartoteka da bu məqsədə xidmət edir,
əlavə zəhmət (xərc) çəkib verilənlər bazası yaratmağa nə lüzum var? Belə bir sual
qarşısında çəkilən xərclərin, sərf edilən vaxtın əbəs yerə olmadığını əsaslandırmaq
üçün verilənlər bazasının idarəolunması sistemi elə üstün özəlliyə malik olmalıdır ki,
adi kartotekada həmin imkanlar olmasın; məsələn,
çox böyük miqdarda informasiyanı ani şəkildə
“gözdən keçirsin” və lazımi məlumatı tapsın.
Doğrudan da, verilənlər bazasının əsas üstün-
lüyü çox böyük həcmdə informasiyanı saxlamaqda
F Ə A L İ Y Y Ə T
3.8
Arama
Çeşidləmə
Artma sırası ilə çeşidləmə
Azalma sırası ilə çeşidləmə
Süzgəc
AÇ
AR
sö
zl
ə
r
Sinif jurnalında şagirdlərin adları hansı qayda ilə
düzülür? Niyə?
Məktəbin bütün şagirdlərinin siyahısı həmin
qayda ilə tərtib edilsəydi, konkret sinifdə oxuyan
hansısa şagirdi siyahıdan tapmaq nə qədər asan
olardı? Çıxış yolu nədədir?
Verilənlər bazas
ı
3
119
deyil, məhz lazımi məlumatları ani olaraq tapmaqda,
onları emal etməkdədir. Bu məqsədlə Access proq-
ramında bir neçə komanda nəzərdə tutulub: arama
(Find), çeşidləmə (Sort), süzmə (Filter). Find, Sort
və Filter komandalarının köməyi ilə sadə suallara cavab almaq olur. Mürəkkəb sual-
lara cavab almaq üçünsə sorğulardan istifadə edilir.
Arama aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uyğun gələn
məlumatları tapmağa imkan verir. Find komandası istər cədvəl, istərsə də forma
rejimində işləyir.
Verilmiş qiymətə görə yazının tapılması
1. "Ölkələr" cədvəlini açın.
2. Kursoru axtarış aparacağınız sahəyə ( PulVahidi) yerləşdirin. Access proqramı axta-
rışı avtomatik olaraq cari sahə, yəni kursorun olduğu sahə üzrə aparır.
3. Alətlər zolağındakı Find düyməsini çıqqıldadın. Find and Replace (Arama və
əvəzləmə) dialoq pəncərəsi açılacaq.
4. Tapmaq istədiyiniz informasiyanı (məsələn: avro) Find With (... görə tap) sahəsinə
yazın.
5. Find Next (Növbətini tap) düyməsini çıqqıldadın. İnformasiyanın axtarışına başla-
nılacaq. Şərti ödəyən yazı tapılarsa, kursor həmin yazıya keçəcək və tapılmış mətn
seçdirilmiş olacaq. Uyğun yazı tapılmazsa, bu haqda bildiriş ekrana çıxacaq.
6. Əgər tapılan yazı axtardığınız deyilsə, Find Next düyməsini yenidən çıqqıldadın və
sizi maraqlandıran yazı tapılanadək bu prosesi davam etdirin.
Adətən, verilənlər bazasında on minlərlə, yüz minlərlə yazı olur. Çox zaman on-
ları nizamlamağa, yəni müəyyən ardıcıllıqla düzməyə ehtiyac yaranır. Verilənlər
bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanmasına çeşidləmə deyilir. Çe-
şidləmə verilənlərə tez və səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə möv-
cuddur: artma sırası ilə çeşidləmə və azalma sırası ilə çeşidləmə. Ədədi sahələr
üçün artma, yaxud azalma qiymətə görə, mətn sahələri üçünsə əlifbaya görə sıra-
lamadır. Cədvəldə verilənlərin çeşidlənməsi hər hansı sahəyə görə aparılır. MS
Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar.
A D D I M 1
A D D I M –
120
Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşidləmə zamanı yazılar eyni qiy-
mətlərin olduğu qruplara bölünür; məsələn, Cins sahəsinə görə çeşidləmə aparılarsa,
onda bütün yazılar iki böyük qrupa – kişilər və qadınlar qrupuna ayrılacaq. Belə növ
çeşidləməyə yazıların qruplaşdırılması deyilir.
Access proqramında verilənlərin çeşidlənməsi texnologiyası çox sadədir: çeşid-
ləmək lazım olan sahə çıqqıldadılır və Sort komandası seçilir.
Cədvəldə verilənlərin çeşidlənməsi
1. "Ölkələr" cədvəlini açın.
2. İstənilən sətirdə ÖlkəninAdı sahəsini çıqqıldadın. Alətlər zolağındakı
Sort
Ascending (Artma sırası ilə çeşidlə) düyməsini çıqqıldadın. Cədvəldə olan yazılar
ölkələrin adına görə əlifba sırası ilə düzüləcək.
3.
Clear All Sorts (Bütün çeşidləmələri sil) komandasını seçin. Yazılar ilkin
olaraq yerləşdikləri ardıcıllıqla düzüləcək.
4. İstənilən sətirdə ÖlkəninSahəsi sahəsini çıqqıldadın. Alətlər zolağındakı
Sort
Descending (Azalma sırası ilə çeşidlə) düyməsini çıqqıldadın. Cədvəldə olan
yazılar ölkələrin sahələrinə görə azalma sırası ilə düzüləcək.
5. İstənilən sətirdə PulVahidi sahəsini çıqqıldadın. Alətlər zolağındakı
Sort
Ascending düyməsini çıqqıldadın. İndi cədvəldəki yazılar ölkələrin pul vahid-
lərinə görə əlifba sırası ilə düzüləcək.
6. Cədvəli qapadın.
Artma sırası ilə çeşidləmə zamanı verilənlər aşağıdakı qaydada düzülür:
ədədlər – ən kiçik mənfi ədəddən ən böyük müsbət ədədə doğru;
mətn – əlifba sırası ilə (ədədlər, işarələr, hərflər);
tarix və zaman – xronoloji ardıcıllıqla.
Diqqət!
MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar. Hər bir yeni
çeşidləmə əvvəlkinin nəticəsini ləğv edir.
Bəzən yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazım gəlir. Buna
o zaman ehtiyac yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur; məsələn, respublika
üzrə "Şagirdlər" cədvəlində hər hansı məktəbdən olan bir şagirdi tapmaq üçün öncə
şagirdləri məktəblər üzrə qruplaşdırmaq və sonra hər bir qrupu əlifba üzrə sıralamaq
gərəkdir. Bu halda süzgəc, yaxud sorğu alətindən istifadə edilməlidir.
Diqqət!
Çeşidləmə nəticəsində cədvəldəki informasiyalar məntiqi olaraq yenidən təşkil
edilsə də, yenə bütün cədvəllə işlənilir. Ancaq bizə yalnız müəyyən şərti ödəyən
yazılar lazımdırsa, köməyə süzgəc komandası çatır.
A D D I M 2
A D D I M –
Dostları ilə paylaş: |