116
Formanın redaktə edilməsi
1. Siçanın göstəricisini Qitələr forma faylının üzərinə aparın və sağ düyməni çıqqıldadın.
2. Açılan siyahıdan konstruktor rejimini (Design View) seçin. Qitələr forması həmin
rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı
yaranacaq.
3. Formanın ölçülərini dəyişdirin. Bunun üçün siçanın göstəricisini formanın sağ aşağı
küncünün üzərinə aparın, sol düyməni basıb saxlayın və siçanı aşağıya doğru hərəkət
etdirin. Siçanın düyməsini buraxın. Formanın ölçüsü böyüyəcək.
4. Formanın Form Header (Formanın yuxarı kolontitulu), Detail (Detal) və Form
Footer (Formanın aşağı kolontitulu) bölümlərinin başlıqlarını tapın. Obyektlərin
hamısı Detail bölümündə yerləşib. Başqa bölümlərin ölçüsü isə sıfıra bərabərdir.
Onları görmək üçün siçanın göstəricisini formanın üzərinə aparın, sağ düyməni basıb
saxlayın və açılan menyudan Form Header/Footer bəndini seçin.
Formanın yuxarı və aşağı kolontitulları da görünən olacaq.
5. Formanın obyektlərini –
yarlıqları və
mətn bokslarını tapın.
Cədvəlin hər sahəsi üçün
blankda iki obyekt görəcəksiniz. Bunlar “yarlıq” (Label) və “mətn boksu”dur (Text
Box). “Mətn boksu” obyekti konstruktor pəncərəsində ağ düzbucaqlı kimi göstərilir.
Formaya baxış zamanı mətn boksunda cədvəlin verilənləri əks olunur. “Yarlıq”
obyekti isə şəffaf düzbucaqlı şəklində olur. Yazılara baxarkən yarlıqda olan mətn
dəyişmir. Konstruktor rejimində yarlıqdakı mətni dəyişmək olar. Bu rejimdə mətn
boksundakı mətni isə dəyişmək olmaz, çünki orada sahənin adı göstərilib. Formada
başqa obyektlər (məsələn: siyahılar, düymələr və s.) yerləşə bilər.
6. “Yarlıq” obyektini çıqqıldadın. Bu zaman uyğun “mətn boksu” da qeyd olunacaq.
“Mətn boksu”nu çıqqıldatdıqda isə uyğun “yarlıq” qeyd edilmiş olacaq.
7. QitəninKodu yarlığında sözləri bir-birindən aralayın və şriftini qalın edin.
8. Oxşar əməliyyatı o biri yarlıqlar üzərində də aparın.
"Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri üçün ayrıca formalar yaradın.
Hər
formaya 2–3 yazı əlavə edin. Açar sahələrə diqqət yetirin. Sonra müvafiq cədvəl
fayllarını açın və əlavə edilmiş yazıları tapın.
A D D I M 2
A D D I M –
F Ə A L İ Y Y Ə T
Verilənlər bazas
ı
3
117
Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi onların birbaşa (Datasheet
View rejimində) cədvələ daxil edilməsinə çox bənzəyir. Daxiletmə nöqtəsini sahələr
arasında hərəkət etdirmək üçün eyni klavişlərdən istifadə olunur. Bundan başqa,
formanın aşağısındakı naviqasiya düymələri də eynidir. Yeni yazı artırmaq üçün
cədvəlin sonundakı boş yazıya keçmək, yaxud New (blank) record (Yeni (boş) yazı)
düyməsini çıqqıldatmaq gərəkdir. Mövcud yazını redaktə etmək üçün həmin yazını
ekrana çıxarmaq və dəyişiklikləri formanın sahələrində aparmaq lazımdır.
Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi
1. Ölkələr formasını açın.
2. Formanın aşağısındakı New (blank) Record düyməsini çıqqıldadın. Yeni yazının
daxil edilməsi üçün blank açılacaq.
3. Daxiletmə nöqtəsini
ÖlkəninAdı sahəsinə keçirmək üçün
klavişini basın. Siz
verilənləri daxil etməyə başlayanda Access proqramı açar sahənin (ÖlkəninKodu)
qiymətini təyin edəcək.
4. Klaviaturada Azərbaycan yığın. Formanın yuxarısında solda görünən qələm simgəsi
sizin verilənləri daxil etdiyinizi bildirir.
5. klavişini basıb növbəti sahəyə (DövlətQuruluşu) keçin və respublika yazın.
6. klavişini basıb növbəti sahəyə (PulVahidi) keçin və manat yazın.
7. Qalan sahələrin qiymətlərini aşağıdakı kimi daxil edin:
ÖlkəninSahəsi
86600
QitəninKodu
3
İnternetÜnvanı
.az
8. (yaxud ) klavişini basın. Yeni yazını daxil etmək üçün blank açılacaq.
9. Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı daxil edin.
10. Formanın aşağısında cari yazının nömrəsini göstərən Current Record (Cari yazı)
sahəsində 3 yazın və klavişini basın. Üçüncü yazıda olan verilənlər görünə-
cək.
11. Əgər hər hansı sahə doldurulmayıbsa, yaxud yanlışlıq varsa, həmin sahəni doldurun
(redaktə edin).
12. Formanı qapadın.
13. "Ölkələr" cədvəlini açın. Formadan yeni daxil etdiyiniz yazıların cədvələ əlavə olun-
duğunu görəcəksiniz.
14. İşin sonunda cədvəli, sonra isə Access proqramını qapadın.
Özünüzü yoxlayın
1.
Hansı hallarda verilənlərin daxil edilməsi üçün formalardan istifadə olunur?
2.
Formalar nəyin əsasında hazırlanır?
3.
Hansı hallarda formanı konstruktor rejimində açırlar?
4.
Forma hansı bölümlərdən ibarətdir?
5.
Forma blankının aşağısında yerləşən düymələrin təyinatını izah edin.
A D D I M 3
A D D I M –