00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

 
108 
 
 
 
sahəyə (ÖlkəninKodu, yaxud QitəninKodu) “əllə” yazmaq lazım gələcək. Bu isə o 
qədər də əlverişli deyil, çünki bu zaman səhv etmək ehtimalı var. 
Hər hansı yazını cədvəldən uzaqlaşdırmaq üçün öncə həmin yazı seçdirilməlidir. 
Yazını seçdirməkdən ötrü hər bir sətrin sol küncündəki yazı seçicisini çıqqıldadın. 
Birdəfəyə bir neçə yazını seçdirməkdən ötrü  klavişindən istifadə edin, yəni 
seçdirmək istədiyiniz növbəti yazının yazı seçicisini çıqqıldatmazdan öncə  
klavişini basıb saxlayın. 
 
 
 
Yazı(lar) seçdirildikdən sonra verilənləri silmək (uzaqlaşdırmaq) üçün  
klavişini  basın,  yaxud  sağ  çıqqıltı  vasitəsilə  açılan  menyudan  Delete  Record 
bəndini seçin. Access seçilmiş yazıların uzaqlaşdırılacağı haqqında xəbərdarlıq edə-
cək. 
 
Diqqət! 
Yadda saxlayın ki, uzaqlaşdırdığınız yazıları Undo komandası vasitəsilə 
geri qaytara bilməzsiniz!  
 
 
"Yazıçılar" və "Bədii əsərlər" cədvəllərindən ibarət verilənlər bazası yaradın. Bu cəd-
vəlləri bir-biri ilə əlaqələndirmək üçün YazıçınınKodu sahəsindən istifadə edin. Birinci 
cədvələ yazıçılar, ikinciyə isə həmin yazıçıların bədii əsərləri haqqında məlumat daxil 
edin. 
 
 
Özünüzü yoxlayın 
1. 
Verilənlər bazasında iki cədvəl arasında hansı növ əlaqələr ola bilər?  
2. 
Cədvəllərarası əlaqələr necə qurulur? 
3. 
Aparıcı və asılı cədvəllər olarsa, verilənləri necə daxil etmək olar? 
4. 
Yazını cədvəldən uzaqlaşdırmaq üçün hansı addımlar atılmalıdır? 
5. 
İki cədvəli bir-biri ilə əlaqələndirmək üçün hansı sahələrdən istifadə etmək olar? Bu 
əlaqənin tipi nə olacaq? Cavabınızı izah edin.  
 
 
 
 
 
 
F Ə A L İ Y Y Ə T  


 
 
 
 
Verilənlər bazas
ı 

109 
 
 S
ORĞULAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1.  Verilənlər bazası proqramını başladın. 
2.  "Kadr heyəti" adlı yeni verilənlər bazası yaradın. 
3.  Əsas  cədvəlin  strukturuna  bu  sahələri  daxil  edin:  soyadı,  adı,  atasının  adı,  cinsi, 
təvəllüdü, vəzifəsi. 
4.  Cədvələ Əhməd adlı (o cümlədən Əliyev soyadlı) bir neçə yazı daxil edin.   
5.  Dəyişiklikləri yadda saxlayın. 
 
 
Yaşı  30-dan  az  olan  işçiləri  müəyyənləşdirmək  üçün  cədvəlin  hansı  sahəsindən 
istifadə etmək lazımdır? 
 
Qazaxda doğulmuş Əhmədləri bu bazadan tapmaq üçün cədvəlin strukturuna hansı 
sahəni əlavə edərdiniz? 
  
Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan (in-
giliscə:  query)  istifadə  olunur.  Sorğularla  işləmək  rahatdır,  sürətlidir  və  onlar 
təhlükəsizlik baxımından etibarlıdır.    
Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə sax-
lanılan informasiyanın bir hissəsini – yalnız ona lazım olan hissəsini seçib götürür. 
Sorğu nəticəsində ilkin verilənlər bazasının əsasında yekunlaşdırıcı cədvəl yaradı-
lır. Bu cədvəldə yalnız sorğuya uyğun verilənlər toplanır. 
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu 
qaydaların  toplusuna  sorğu  dili  (ingiliscə: 
query language) deyilir. Ayrı-ayrı sistemlərin 
sorğu dili fərqli ola bilər, ancaq onların əsasın-
da, adətən, eyni ümumi prinsiplər dayanır. Bir 
neçə misala baxaq.  
 
F Ə A L İ Y Y Ə T  
3.6 

Sorğu 

Sorğu dili 

Yekunlaşdırıcı cədvəl 

Sadə sorğu 

Mürəkkəb sorğu
 

AR

zl
ə
r
Məşhur  “Əhməd  haradadır?”  filmində 
belə bir epizod var. Kənddən oğlanla-
rının  dalınca  gələn  valideynləri  onu 
tapmağa çalışırlar. Ancaq axtarışı apa-
ran müdir köməkçisi onlara bu işdə heç 
cür kömək edə bilmir. 
 
... Əhməd Əliyev nömrə 
üç. Hə-ə... Bu Əhməd 
azı iki yüz faiz planı  
       doldurur. 
 
– O, yəqin, 
bizim oğlu-
muzdur. 
 

Sizcə, nə üçün Əhmədin ata-anası onu gec 
tapdılar?  

Əhməd haqqında hansı məlumatları Zülümov 
qabaqcadan dəqiqləşdirsəydi, sonda pis 
vəziyyətə düşməzdi?    
 


 
110 
 
 
 
 
n ü m u n ə   1  
Əgər bizə bütün göy rəngli avtomobilləri tapmaq lazımdırsa, onda kompüterə belə bir sorğu 
verilməlidir: 
rəngi = “göy”
 
Sahibinin soyadı Məmmədov olan avtomaşını axtarmaq üçün sorğu belə olacaq: 
sahibi = “Məmmədov”
 
 
 
Sorğuda hesab əməllərindən də istifadə etmək olar.  
 
 
n ü m u n ə   2  
Aşağıdakı sorğu buraxılış ilindən 3 il və daha artıq müddət keçmiş avtomobilləri tapmağa imkan 
verir: 
qeydiyyat_ili – buraxılış_ili > 3 
 
 
Bu baxılan sorğularda axtarış aparılan sahələrin qiymətləri qabaqcadan  bilinir. 
Ancaq çox zaman qiymətlər tam məlum olmur. Bu halda sorğunu örnəklər (şablon-
lar) vasitəsilə vermək əlverişli olur. Şablonlarda sahənin qiyməti dəqiq deyil, ulduz 
(*)  və sual işarəsinin (?) köməyi ilə verilir. Sual işarəsi sahənin qiymətinin uyğun 
yerində  istənilən  simvolun  ola  biləcəyini  göstərir.  Ulduz  işarəsi  də  sahənin  qiy-
mətinin uyğun yerində istənilən simvolun ola biləcəyini göstərir, ancaq bu halda bir 
*” işarəsinin yerində istənilən sayda simvol ola bilər. 
 
 
n ü m u n ə   3  
Tutaq ki, sahiblərinin soyadı “C” hərfi ilə başlayan avtomobilləri tapmaq tələb olunur. Bu 
halda sorğu  
sahibi = “C*”
 
şəklində  olacaq.  Əgər  bizi  sahibinin  soyadı  “Cəlilli”,  yaxud  “Cəmilli”  olan  avtomobillər 
maraqlandırırsa, sorğunu belə vermək olar: 
sahibi = “Cə?illi”
 
Nömrəsində 3 rəqəmi olan maşınları tapan sorğu aşağıdakı şəkildə olacaq: 
nömrə_nişanı = “*3*” 
 
 
İndiyədək  qurduğumuz  sorğuların  hamısında  yalnız  bir  sahə  iştirak  edirdi.  Belə 
sorğulara sadə sorğular deyilir. Çox zaman axtarışı bir neçə sahə üzrə aparmaq lazım 
gəlir; məsələn, tutaq ki, bizə bütün qara “Mercedes”lərin siyahısı lazımdır. Doğrudur, 
markası = “Mercedes”
 sorğusu bütün “Mercedes”ləri tapmağa imkan verəcək, ancaq 
onların içərisində hər cür rəngliləri olacaq. Eynilə, 
rəngi = “qara”
 sorğusu bütün qara 
rəngli avtomobilləri seçib ayıracaq, yəni seçilmiş maşınların içərisində hər markadan 
avtomobil  ola  biləcək.  Belə  məsələləri  həll  etmək  üçün  mürəkkəb  sorğulardan 
istifadə olunur. İki sadə sorğunun birləşməsindən ibarət olan   
markası = “Mercedes” and rəngi = “qara”
 
sorğusu məhz bizə lazım olan siyahını verəcək.  


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə