00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə31/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

 
 
 
 
Verilənlər bazas
ı 

95 
 
Verilənlər  bazasının  idarəolunması  sistemi  (VBİS)  informasiyanın  saxlanıl-
ması,  axtarışı  və  emalı  məqsədilə  verilənlər  bazasının  yaradılması  üçün  proqram 
vasitələrinin toplusudur. 
Verilənlər bazasının idarəolunması sistemi   
  verilənlər bazasının strukturunun yaradılmasını, 
  bazanın verilənlərlə doldurulmasını, 
  bazada olan verilənlərin redaktəsini (dəyişdirilməsini), 
  informasiyanın vizuallaşdırılmasını 
təmin edir. İnformasiyanın vizuallaşdırılması dedikdə verilənlərin seçilməsi, onların 
nizamlanması,  verilmiş  şəkildə  tərtibatı  və  çıxış  qurğusuna  göndərilməsi  nəzərdə 
tutulur. 
 
  
 
Hazırda geniş istifadə edilən VBİS kimi aşağıdakıları göstərmək olar: Microsoft 
Access, MySQL, PostgreSQL, Oracle, Yukon, Open Office Database. Bu sistemlərin 
hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bunlardan geniş istifadəçi təbəqəsi 
arasında  daha  çox  populyar  olanı  Microsoft  Office  paketinə  daxil  olan 
Microsoft  Access  sistemidir.  Adları  göstərilən  digər  sistemlər  isə  çox 
böyük şəbəkə verilənlər bazalarını yaratmaq üçün nəzərdə tutulub. 
Access verilənlər bazasında minlərlə cədvəl ola bilər, hər bir cədvəldə olan 
yazıların sayı isə, ilk növbədə, kompüterinizin sərt diskində olan boş yerdən asılıdır.  
Kompüterdə quraşdırılmış başqa proqramlar kimi, Microsoft Access 2007 proq-
ramını da başlatmağın ən asan yolu Windows sisteminin Start menyusundan istifadə 
etməkdir. MS Access mühitinin interfeysi MS Office paketinə daxil olan başqa proq-
ram mühitlərinin interfeyslərindən fərqlənir.  
"Verilənlər bazası" və "VBİS" anlayışları ötən əsrin 60-cı illərinin ortalarında, elektron 
hesablama  maşınlarının  idarəetmə  sahələrində  aktiv  istifadə  olunmağa  başladığı  za-
manlarda meydana çıxmışdır.  
1978-ci ildə Amerika Milli Kosmik Agentliyinin (NASA) mühən-
disi  Ueyn  Retliff  (1946)  öz  boş  vaxtlarında  futbol  statistikasını 
aparmaq üçün sadə VBİS hazırlamaqla məşğul idi. 
O dövrdə gücü az olan fərdi kompüterlər üçün nəzərdə tutulmuş hə-
min sistem çox primitiv idi, yalnız bir neçə yüz yazını emal edə bi-
lirdi.  
Vulcan (vulkan) adını verdiyi sistemin satışı ona elə bir uğur gə-
tirmədi. Vulcan-ın reklamı proqram biznesi ilə məşğul olan Corc 
Teytin gözünə dəyir və o, Retliffdən həmin sistemin satışının müs-
təsna hüququnu alır.  
Həmin vaxt Vulcan markası başqa firmaya məxsus olduğundan yeni ad düşünmək la-
zım gəlir. Ticarət agentinin təklif etdiyi dBase II adı çox uğurlu olur: bu ad həm san-
ballı səslənirdi, həm də guya proqramın əvvəlki versiyasının olmasına işarə vururdu. 
Tezliklə dBase II proqram məhsulları bazarını tutdu, onun dBase III, dBase III+, dBase 
IV versiyaları yarandı. Çoxlu sayda bənzər sistemlər meydana çıxdı və cədvəllər üçün 
istifadə olunan “dbf” formatı standarta çevrildi. 
Tari
x
 
Ueyn 
Retliff  
(1946)  


 
96 
 
 
 
 
 
  
Yeni verilənlər bazası faylının yaradılması 
 
1.  Microsoft Access 2007 proqramını başladın. 
2.  Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki 
 Office düyməsini çıqqıldadın 
və açılan siyahıdan New bəndini seçin. 
3.  Pəncərənin  sağındakı  Blank  Database  (Verilənlər  bazası  blankı)  bölümündə  File 
Name (Faylın adı) sahəsinə yeni yaradılan verilənlər bazasının adını daxil edin. Əgər 
yeni  faylın  saxlanacağı  yeri  özünüz  müəyyən  etmək  istəyirsinizsə,  faylın  adı  olan 
sahənin  sağındakı  qovluq  simgəsindən  istifadə  edin.  Başqa  MS  Office  proqramla-
rından fərqli olaraq Access yeni yaradılan sənədə qabaqcadan ad verib saxlamağı təklif 
edir. 
4.  Create (Yarat) düyməsini çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi açılacaq.  
5.  Pəncərənin yuxarısındakı düymələri növbə ilə çıqqıldadın və alətlər zolağının görünü-
şündəki dəyişiklikləri izləyin.  
 
6. 
Pəncərəni qapadın.
 
Access  nizamlanmış  verilənləri  saxlamaq  üçün  xüsusi  proqram  məhsuludur. 
Bildiyiniz kimi, bu məqsədlə elektron cədvəl proqramlarından (məsələn: Microsoft 
A D D I M
A D D I M –


 
 
 
 
Verilənlər bazas
ı 

97 
 
Excel) da istifadə etmək olar. Excel proqramında da verilənlər cədvəllərdə saxlanılır. 
Bundan  başqa,  Excel-də  nizamlanmış  verilənlərlə  işləmək  üçün  xüsusi  vasitələr 
mövcuddur  və  bu  proqramda  sadə  verilənlər  bazalarını  yaratmaq  mümkündür. 
Ancaq zahirən oxşar olsalar da, Excel və Access proqramları arasında bir neçə ciddi 
fərq var:  
  Excel cədvəllər arasında relyasiyalı əlaqələri yaratmağa imkan vermir. Access-də 
belə  əlaqələr  vasitəsilə  verilənlərin  lazımsız  təkrarlanmasından  qaçmaq  olur. 
Bundan başqa, müxtəlif cədvəllərdə olan verilənlərdən birgə istifadə etmək olur. 
  Access cədvəllərdə milyonlarla yazı saxlamağa və onları sürətlə emal etməyə 
imkan verir. 
  Access onlarca istifadəçinin verilənlər bazası ilə eyni zamanda işləməsinə imkan 
verir. Bu zaman hər bir istifadəçi başqalarının bazaya etdiyi dəyişiklikləri dərhal 
görə bilir. 
  Access proqramında cari yazının redaktəsi başa çatandan sonra verilənlər av-
tomatik  saxlanılır  (Excel  proqramında  bunun  üçün Save  komandasından  isti-
fadə etmək lazımdır). 
  Access proqramında cədvəllər əvvəlcədən təyin olunmuş struktura malikdir və 
eyni sütunda fərqli tipli verilənlər saxlamaq olmur. 
  Access proqramının cədvəllərində birbaşa hesablamalar aparmaq olmur, bunun 
üçün  sorğulardan  istifadə  edilməlidir  (sorğular  barədə  növbəti  dərslərdə  danı-
şılacaq). 
 
 
Nəşriyyatlar nəşr etdikləri kitabların dünyada yayımını istəyirsə, hər bir kitaba 13 rə-
qəmli beynəlxalq nömrə (ISBN) almalıdır. Bu nömrə hər bir kitab üçün bənzərsizdir və 
bu nömrəyə görə kitabın hansı ölkədə nəşr edildiyini, hansı sahəyə aid olduğunu və başqa 
məlumatları  bilmək  olur.  İnternetdən  ISBN  qısaltmasının  nə  demək  olduğunu  və 
nömrənin strukturunu öyrənin. 
  
1.  ISBN-978-9952-430-06-8  nömrəli  kitab  hansı  ölkədə  nəşr  olunub  və  hansı  sahəyə 
aiddir? 
2. Nə üçün kitabxanalar öz məlumat bazalarında ISBN nömrəsindən başlıca açar kimi 
istifadə etmir?
 
  
Özünüzü yoxlayın 
1. 
VBİS-in vəzifəsi nədən ibarətdir? 
2. 
Verilənlər bazasının idarəolunması sistemlərindən hansı sahələrdə istifadə edirlər? 
3. 
Access proqramında yaradılan bazalar hansı verilənlər modelində olur? 
4. 
Access və Excel proqramlarının hansı oxşar və fərqli cəhətləri var? 
5. 
Müəlliminizdən məktəbinizdə çalışan müəllim və təhsil alan şagirdlər haqqında 
məlumatların hansı elektron bazada saxlanıldığını öyrənin. Bazada hansı cədvəllər var? 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə