00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə30/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

 
92 
 
 
 
Verilənlər modelinin nisbətən yeni – obyekt-yönlü növünün ilk standartı 1993-
cü ildə qəbul olunub. Bu növ verilənlər modelinin relyasiyalı modeldən əsas fərqi 
yeni verilənlər tipinin yaradılması və istifadəsi imkanıdır.
 
Yenidən  relyasiyalı  verilənlər  modelinə  qayıdaq.  Bu  modelin  əsas  üstünlük-
lərindən biri ondakı verilənlərin hamısının eyni cür cədvəllərdə saxlanılmasıdır. Ha-
zırda  praktik  istifadə  olunan  müxtəlif  miqyaslı  verilənlər  bazalarının  hamısında 
relyasiyalı  modeldən  istifadə  edilir.  Ona  görə  də  bundan  sonra  verilənlər  bazası 
dedikdə söhbətin relyasiyalı modelə əsaslanan verilənlər bazasından getdiyi nəzərdə 
tutulacaq. 
 
"Azərbaycan  rəssamları"  verilənlər  bazası  üçün  relyasiyalı  model  tərtib  edək. 
Bunun üçün bir-biri ilə əlaqəli iki cədvəl hazırlayaq: "Rəssamlar" və "Əsərlər". Ay-
dındır ki, "Rəssamlar" cədvəlində "Əsərlər" cədvəlindən daha az yazı olacaq. Hər 
cədvəlin bir neçə yazısını göstərək. 
 
Cədvəl: "Rəssamlar" 
Rəssamın kodu 
Rəssamın adı və soyadı 
Doğum tarixi 

Səttar Bəhlulzadə 
1909 

Toğrul Nərimanbəyov 
1930 

Tahir Salahov 
1928 
... 
... 
... 
 
Cədvəl: "Əsərlər" 
Əsərin kodu 
Əsərin adı 
Rəssamın kodu 

"Babək üsyanı" 


"Fətəli xan" 


"Azərbaycan nağılı" 


"Şərq nağılı" 


"Çinar" 


"Göyçayda payız" 


"Abşeronda səhər" 


"Koroğlu" 


"Qız qalası" 

 
Relyasiyalı  cədvəlin  bir  xanasında  parametrin  birdən  artıq  qiyməti  göstərilə 
bilməz; məsələn, cədvəlin belə göstərilməsi yanlışdır: 
 
Rəssam 
Əsərin adı 
Tahir Salahov 
"Abşeronda səhər" 
"Koroğlu" 
"Qız qalası" 
 
Sütunun bütün elementləri eyni tipə (ədədi, simvol və s.) və formata malik ol-
malıdır. Hər sütunun (sahənin) unikal adı olmalıdır, yəni cədvəldə eyniadlı iki sahə 
ola  bilməz.  Fərqli  cədvəllərdə  eyniadlı  sahənin  olması  da  məqsədəuyğun  deyil. 
Cədvəldə eyni sətirlər (yazılar) olmamalıdır.  


 
 
 
 
Verilənlər bazas
ı 

93 
 
İkinci cədvəldən bir rəssamın bir neçə əsər müəllifi olduğunu görmək olar, ancaq 
hər bir əsərin yalnız bir müəllifi var. Belə halda deyirlər ki, bu cədvəllər relyasiyalı 
(əlaqəli) verilənlər bazasını təşkil edir və "birin-çoxa" (1 − 
)  münasibətilə bağlıdır. 
Göründüyü kimi, ikinci cədvəldə rəssamların adlarını qeyd etməyə ehtiyac qalmır. 
Sadəcə, onların "Rəssamlar" cədvəlində olan rəssamın kodunu göstərmək kifayətdir.  
Praktik olaraq hər bir cədvəlin başlıca açarı olmalıdır. Başlıca açar (primary key) 
hər  hansı  cədvəldə  xüsusi  sahədir  və  cədvəldəki  yazılar  avtomatik  olaraq  başlıca 
açara görə sıralanır; məsələn, birinci cədvəldə açar kimi Rəssamın kodu sahəsi, ikinci 
cədvəldə isə Əsərin kodu sahəsi qəbul olunur. Açar sahə  # işarəsi ilə qeyd olunub. 
Nümunədə  göstərilmiş  verilənlər  bazasının  relyasiyalı  modelini  sxematik  belə 
göstərmək olar: 
 
 
 
 
Ali məktəb məzunları haqqında aşağıdakı struktura uyğun “Məzunlar” cədvəli yaradılır. 
Göstərilən sahələrdən hansı açar kimi götürülə bilər? Cədvəldə zəruri olan hansı sahələr 
çatışmır?  
 
Diplomun seriya 
nömrəsi 
Soyadı 
Adı 
Atasının adı 
Bitirdiyi ali 
məktəb 
HC 015361 
Məmmədli  Günay 
Orxan 
BDU 
ВM 345612 
Səmədov 
Vüsal 
Zamiq 
BDU 
AC 190392 
Quluzadə 
Günay 
Kamal 
AzTU 
... 
... 
... 
... 
... 
 
D ı r a q 
Özünüzü yoxlayın 
1. 
Verilənlər modeli nədir? 
2. 
Relyasiyalı model ağac və qraf modellərindən nə ilə fərqlənir? 
3. 
Hər bir mobil telefonun yaddaşında telefon sahibinin dost və tanışlarının telefon 
nömrələri vardır. Bu məlumatlar toplusunu relyasiyalı model hesab etmək olarmı? 
Cavabı izah edin. 
4. 
Cədvəldə açar sahə digər sahələrdən nə ilə fərqlənir? 
5. 
Aşağıdaki verilənlərdən hansı açar sahə ola bilər?  
Soyadı, adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, evin nömrəsi, avtomobilin qeydiyyat 
nömrəsi, yaşadığı şəhər, işin  yerinə yetirilmə tarixi 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Rəssamlar 
 
# Rəssamın kodu 
   Rəssam 
   Doğum tarixi
Əsərlər 
 
# Əsərin kodu 
   Əsərin adı 
   Rəssamın kodu 
1



 
94 
 
 
 
 V
ERİLƏNLƏR BAZASININ İDARƏOLUNMASI SİSTEMİ 
 
Kitabxana və arxivlərdə bu gün də kartote-
kalardan istifadə olunur. Kartoteka müxtəlif 
informasiya və məlumatların yazıldığı kiçik 
vərəqlər – kartlar toplusudur. Adətən, 
kartları nizamlı şəkildə saxlamaq üçün xü-
susi yeşiklərdən istifadə olunur. 
 
 
Məlumatların kartotekada 
saxlanılmasının hansı üstün və mənfi 
cəhətləri var?  
 
Kitabxanalarda bu kartlardan necə 
istifadə olunur? 
 
 
Kitabxanalardakı ənənəvi kartotekanın strukturu aşağıdakı şəkildə təsvir olunub. Bu struk-
turu adi cədvəl formasına çevirin və onun xanalarına dərslikləriniz haqqında informasiyanı 
daxil  edin.  "Sahənin  adı",  "sahənin  qiyməti",  "yazı"  və  "cədvəlin  adı"  anlayışlarını 
bəlirtmə cizgiləri ilə göstərin.  
 
 
     
 
– Kartların yerləşdirildiyi yeşik verilənlər bazasının hansı anlayışına uyğundur?  
– Hansı sahə başlıca açar ola bilər?
 
 
 
Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini 
təmin  etmək  üçün  axtarış  prosesini  avtomatlaşdırmaq 
lazımdır. Müasir kompüter texnologiyaları cürbəcür infor-
masiyaların saxlanılması və emalını elektron şəkildə təşkil etməyə imkan verir. Kom-
püterdə verilənlər bazasını bir neçə üsulla yaratmaq olar:  
1.  Basic,  Pascal,  C++  və  başqa  proqramlaşdırma  dillərinin  köməyi  ilə;  bu  
üsuldan təcrübəli proqramçılar istifadə edirlər.  
2.  Verilənlər bazasının idarəolunması sistemi adlandırılan xüsusi proqram mü-
hitində; belə sistemlərlə işləmək üçün kompüterlə iş bacarıqlarına malik ol-
maq və verilənlər bazasının işlənib hazırlanmasının əsaslarını bilmək lazım-
dır.      
Fayl 
Bir yazı
Məmmədli A.
Başlıq:
Müəllif:
Naşir:
ISBN:
Veb-proqramlaşdırmanın 
əsasları 
Məmmədli Anar
“Gənclik” nəşriyyatı
978-9952-430-06-8
Sahələr 
F Ə A L İ Y Y Ə T  
3.3 

VBİS 

Vizuallaşdırma
 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə