00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə28/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

 
86 
 
 
 
Əlbəttə,  bir  neçə  ayrı-ayrı  kartoteka  düzəltmək  olardı:  məsələn,  avtomobilləri 
birində nömrələrinə, başqasında rənglərinə, üçüncüsündə isə ayrı bir əlamətə görə ni-
zamlamaq olardı. Ancaq eyni məlumatların bir neçə cədvəldə təkrarlanması işin həcmini 
əhəmiyyətli dərəcədə artırır, çünki hər bir avtomobil haqqında bir neçə kart doldurmaq 
lazım gəlir. Bundan başqa, real informasiya sistemlərində çoxsaylı müxtəlif verilənlər 
saxlanılır.  Belə  sistemlərdə  axtarışın  hansı  əlamətə  (yaxud 
əlamətlərə)  görə  aparılacağını  qabaqcadan demək  mümkün 
olmur.  Bu  cür  məsələlərin  həlli,  yəni  lazım  olan  informa-
siyanın  məqbul  zamanda  tapılması  yalnız  kompüterlərin 
meydana çıxmasından sonra mümkün olmuşdur. 
 
 
 
Kompüterlərdə informasiyanı nizamlı saxlamaq və axtarmaq üçün verilənlər ba-
zası adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur. Məlumatların kom-
püterdə verilənlər bazası şəklində saxlanılması həmin məlumatların çevik olaraq ta-
pılmasını, çap olunmasını, istifadəsini asanlaşdırır. 
Verilənlər bazası (ingiliscə: database) informasiyanın, yaxud verilənlərin nizamlı 
yığınıdır. Verilənlər bazasında verilənlər və onların təsviri bir yerdə saxlanılır.  
Hesablama texnikasının inkişafının ilk çağlarında emal edilən verilənlər proqramın bir his-
səsi  idi:  onlar  bilavasitə  proqram  kodundan  sonra,  "verilənlər  seqmenti"  adlandırılan 
hissədə yerləşdirilirdi. Növbəti addım verilənlərin ayrıca fayllarda saxlanması oldu. Bu 
yanaşmaların hər ikisinin çox ciddi çatışmazlığı vardı: proqram verilənlərdən asılı idi. Belə 
ki,  verilənlərin  strukturu  haqqında  informasiya  proqram  koduna  daxil  idi  və  verilənlər 
strukturunda hər hansı dəyişiklik üçün proqramın özündə dəyişiklik etmək lazım gəlirdi. 
Bu təkamülün məntiqi nəticəsi verilənlərin təsvirinin proqram kodundan kənara – ve-
rilənlər massivinə çıxarılması oldu. Bu da verilənlərin proqramdan "müstəqilliyini" 
təmin etməyə imkan verdi.   
 
 
Tari
x

 
Verilənlər bazası 

 
Cədvəl 

 
Yazı 

 
Sahə 

 
Sahənin adı
 

AR
 

zl
ə
r
proqram kodu 
verilənlər seqmenti 
proqram kodu 
verilənlər 
proqram kodu 
verilənlərin təsviri 
verilənlər 
3-cü yanaşma 
2-ci yanaşma 
 
1-ci yanaşma 


 
 
 
 
Verilənlər bazas
ı 

87 
 
 
 
Verilənlər bazasının mərkəzi obyekti cədvəldir. Hazırda cədvəl əsasında olan ve-
rilənlər bazaları daha çox yayılıb. Ən sadə verilənlər bazasında da ən azı bir cədvəl, 
gerçək verilənlər bazasında isə, adətən, onlarca cədvəl olur. Cədvəl sətir və sütun-
lardan ibarətdir. Baxdığımız misalda cədvəlin hər bir sətri bir avtomobil haqqında 
informasiyanı özündə saxlayır. Verilənlər bazası sistemlərində, adətən, sətir əvəzinə 
yazı termini işlədilir. Beləliklə, verilənlər bazasının hər bir cədvəli yazılardan iba-
rətdir. Cədvəlin hər bir sütunu avtomobilin bir xarakteristikasını təsvir edir. Verilən-
lər bazasında belə sütunları sahə adlandırırlar. Beləliklə, hər bir yazı sahələrdən təş-
kil olunub. 
 
 
 
Nömrə 
nişanı 
Markası  Rəngi 
Buraxılış ili 
Qeydiyyat ili 
 
Sahibi 
1  10BD123  “BMW” 
Qara 
1999 
2000 
Qarayev A. 
 
Nümunədə verilmiş cədvəldə hər bir yazı 6 sahədən ibarətdir (əslində, avtomobil 
müfəttişliyinin gerçək verilənlər bazasında daha çox sahə olur). Hər bir sahə adıyla 
və verilənlərin tipi ilə xarakterizə olunur. Nümunədəki cədvəldə Nömrə nişanı, 
Markası, Rəngi, Buraxılış ili, Qeydiyyat ili, Sahibi sahə-
lərdir.  Verilənlər  bazasında  sahələrin  müxtəlif  tipləri  ola  bilər:  mətn,  ədəd,  tarix, 
zaman, pul və s. Baxdığımız nümunədə sahələrin adları birinci sətirdə, hər bir sahə-
nin qiymətləri isə uyğun sütunda göstərilib. 
Beləliklə,  verilənlər  bazasının  yaradılmasının  əsas  mərhələsi  yazının  struktu-
runun hazırlanmasıdır.  
 

İslandiyada ölkə üzrə genealoji verilən-
lər  bazası  yaradılıb.  Bu  ölkənin  hər 
vətəndaşı www.islendingabok.is saytın-
da  yerləşən  genealoji  verilənlər  baza-
sına daxil olub XVIII əsrdən bu günə-
dək  öz  qohumları  və  qohumluq  əla-
qələri  barədə məlumat əldə edə bilər. 
Saytın  ən  məşhur  tətbiqi  tanınmış 
şəxsiyyətlərlə  qohumluq  əlaqələrinin 
olub-olmadığını yoxlamaqdır.
 
 
Bu 
m
ar
aql
ıdır
 
Yazı 
Sahənin adı
Sahə 


 
88 
 
 
 
 
 
 
Müəyyən qrupa daxil olan obyektlər haqqında informasiya aşağıdakı şəkildə verilmişdir: 
"001", "Babayev", "Aqşin", "Əli", "15.03.1962", "mühəndis" 
"003", "Tahirzadə", "Nəzrin", "Osman", "24.05.1974", "rəssam" 
"006", "Cəmilli", "Tural", "Məmməd", "03.12.1990", "proqramçı" 
Məlumatların hansı qrupa aid ola biləcəyini müəyyənləşdirin və qrupa ad verin. Dırnaqda 
verilmiş hər bir sahəni adlandırın və məlumatları cədvəl şəklində göstərin.
 
d ı r a q
 
Özünüzü yoxlayın 
1. 
Verilənlər bazası nədir? 
2. 
Verilənlər bazalarına harada rast gəlmişsiniz? Onlar hansı məqsədlə istifadə olunurdu? 
3. 
Verilənlər bazası hansı obyektlərdən ibarətdir? Bu obyektlərin adlarını boş yerlərə əla-
və edin: 
Verilənlər bazasının əsas obyekti __-dir.  
Verilənlər bazasında __  -in sətri __ , sütunu isə __ adlanır.  
Verilənlər bazasında ən azı __ cədvəl olur. 
 
4. 
“Fəaliyyət” blokunda verilmiş cədvəl nümunəsində neçə sahə və neçə yazı var? Bu 
cədvələ daha hansı sahələrin artırılmasını vacib hesab edirsiniz? 
5*.  
Verilənlər bazasında ilk avtomobil nömrəsinin 01 AA 001, sonuncunun isə 99 ZZ 999 
olduğunu nəzərə alsaq, bazada ümumilikdə nə qədər yazı olacağını hesablayın. Nəzərə 
alın ki, seriyada yalnız ingilis əlifbasının hərflərindən istifadə olunur. 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Fiziki yaddasaxlama qurğusunda həddən artıq yer tutan verilənlər bazasına çox böyük 
verilənlər bazası (ingiliscə: Very Large Database, VLDB) deyilir. Bu termin verilən-
lərin  fiziki  saxlanması  texnologiyaları  və  verilənlərlə  işləyən  proqram  texnologi-
yalarının son nailiyyətləri ilə müəyyən olunan verilənlər bazasının maksimal həcmini 
nəzərdə tutur. "Çox böyük tutum" anlayışının miqdar göstəricisi zamana görə dəyişir. 
Belə  ki,  2005-ci  ildə  dünyada  ən  nəhəng  verilənlər  bazalarının  həcmi  bir  neçə  yüz 
terabaytla ölçülürdü. 2006-cı ildə Google axtarış sisteminin verilənlər bazasının həcmi 
850 terabayt idi. 2010-cu ildə həcmi petabaytdan az olmayan verilənlər bazası
 
"çox 
böyük" hesab edilirdi. Google şirkətinin məlumatına görə, 2014-cü ildə onun server-
lərində saxlanılan verilənlərin həcmi təxminən 10–15 eksabayta bərabər idi.  
Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə genetiklər 100 milyondan 2 milyardadək 
insanın genomları haqqında məlumata malik olacaqlar ki, onları da saxlamaq üçün 2-
dən 40 eksabaytadək tutum tələb olunacaq.
 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə