00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə25/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

 
74 
 
 
Bildiyiniz kimi, kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda cürbəcür proq-
ramlar olsa da, yalnız üç növ kompüter qrafikasını fərqləndirirlər: rastr qrafikası
vektor qrafikası və fraktal qrafika. Onlar bir-birindən monitorun ekranında, yaxud 
kağızda əks olunan görüntülərin formalaşma prinsiplərinə görə fərqlənir. 
Kompüter  qrafikasını  başqa  cür  də  təsnif  etmək  olar:  ikiölçülü  qrafika  (2D-
qrafika) və üçölçülü qrafika (3D-qrafika). 
Bu gün kompüter qrafikasından bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri 
ilə qısaca tanış olaq. 
Elmi  qrafika.  Bu,  kompüter  qrafikasının  tətbiq 
olunduğu  ilk  sahədir.  Burada  başlıca  məqsəd  elmi 
tədqiqat  obyektlərini  vizuallaşdırmaq  (əyani  göstər-
mək),  hesablamaların  nəticələrini  əyani  göstərməklə 
hesablama eksperimentləri aparmaq olmuşdur. 
 Müasir  riyazi  proqram  paketlərinin  əksəriyyəti 
(məsələn:  Maple,  MatLab,  MathCAD)  müəyyən  he-
sablamalar əsasında qrafiklər, səthlər və üçölçülü ci-
simlər qurmaq imkanına malikdir.  
İşgüzar qrafika. Kompüter qrafikasının bu sahəsi 
müxtəlif  müəssisələrin  işində  tez-tez  istifadə  olunan 
illüstrasiyaların  yaradılması  üçün  nəzərdə  tutulub. 
Plan  göstəricilərinin,  hesabat  sənədləşmələrinin,  sta-
tistik  məlumatların  hazırlanmasında  işgüzar  qrafika-
dan istifadə olunur. Çox zaman bunlar qrafiklər, dairə-
vi və zolaqlı diaqramlar olur.  
Konstruktor qrafikasıKompüter qrafikasının bu 
növü  avtomatlaşdırılmış  layihələndirmə  (computer-
aided design, CAD) sistemlərinin başlıca elementidir 
və mühəndis-konstruktorlar tərəfindən istifadə edilir. 
CAD sistemlərində qrafikadan layihələndirilən qurğu-
ların texniki sxemlərinin hazırlanmasında istifadə olu-
nur.  Hesablamalarla  əlaqəli  qrafika  əyani  formada 
optimal konstruksiyanın, detalların ən münasib tərti-
batının  axtarışını  aparmağa,  konstruksiyadakı  dəyi-
şikliklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. 
Konstruktor  qrafikası  vasitəsilə  istər  ikiölçülü  (pro-
yeksiyalar,  kəsiklər),  istərsə  də  üçölçülü  fəza  görün-
tüləri almaq mümkündür.  
Obrazların tanınmasıQrafik informasiyanın ta-
nınması və təsnif olunması məsələsinin həlli süni in-
tellektin  yaradılmasında  əsas  problemlərdən  biridir. 
Bu gün kompüterlər vasitəsilə obrazların tanınmasına 
çox yerdə rast gəlmək olar: axtarışda olan cinayətkarın 
tanınması  sistemləri;  aero  və  kosmik  fotoşəkillərin 
analizi; çeşidləmə sistemləri və s. Mətnlərin skanerdən 
Elmi qrafika 
İşgüzar qrafika
Konstruktor qrafikası
Obrazların tanınması 


 
 
 
 
Modelləşdi
rmə
 

75 
keçirilməsi və onların “şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların 
tanınmasına ən gözəl örnək ola bilər.         
Təsviri incəsənətBu sahəyə qrafik reklamları, 
kompüter videofilmlərini, fotoqrafiyaların emalını, 
rəsmlərin,  multiplikasiyanın  yaradılmasını  aid  et-
mək  olar.  Kompüter  qrafikasının  bu  sahəsində 
Adobe  Photoshop  (rastr  görüntülərin  emalı), 
CorelDRAW (vektor qrafikasının yaradılması), 3ds 
max  (üçölçülü  modelləşdirmə)  kimi  proqramlar 
daha populyardır.  
Virtual  reallıq.  Texniki  vasitələrin  köməyi  ilə 
yaradılan  və  ətraf  aləmi  imitasiya  edən  sistemlər 
hələ ötən əsrdə mövcud idi. Hazırda virtual reallıq 
sistemlərindən  müxtəlif  trenajorlarda  (avtomobil, 
təyyarə  və kosmik  trenajorlarda,  mürəkkəb  qurğu-
larla  işləməyi  öyrənmək  üçün  trenajorlarda,  döyüş 
trenajorlarında),  mürəkkəb  situasiyalı  kompüter 
oyunlarında,  eləcə  də  mürəkkəb,  tez  dəyişilən  şə-
raitdə  qərar  qəbuletmənin  strategiya  və  taktikasını 
mənimsəmək  üçün  nəzərdə  tutulmuş  öyrədici  sis-
temlərdə istifadə olunur.  
 
 
www.youtube.com portalından (məsələn: https://www.youtube.com/watch?v=MZW7m_Oa_YY    
ünvanından) 3D-printerlər haqqında məlumat əldə edin. Obyektlərin kompüterdə hazırlanmış 
modelləri ilə bu printerlərin hansı əlaqəsi var?
 
 
Özünüzü yoxlayın
 
1. 
Kompüter qrafikası nə deməkdir? 
2. 
Kompüter qrafikasının hansı növləri var? 
3. 
Kompüter qrafikasının əsas tətbiq sahələrini sadalayın. 
4. 
Nəyə görə kosmosda çəkilmiş şəkillərin emalında kompüterdən istifadə olunur? 
5. 
Dərsdə  qeyd  olunandan  başqa,  daha  hansı  sahələrdə  kompüter  qrafikasından  istifadə 
olunduğuna dair misallar göstərin. 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Təsviri incəsənət 
Virtual reallıq 


 
76 
 
 
 Ü
ÇÖLÇÜLÜ KOMPÜTER MODELLƏRİNİN HAZIRLANMASI
 
 
Çox zaman binaları tikməzdən əvvəl onların 
modelləri qurulur. Həmin modelləri  müxtəlif 
kompüter proqramlarında hazırlayırlar.  
3D qrafik redaktorlarında verilmiş obyektin 
həm xarici, həm də daxili quruluşunu təsvir 
etmək  mümkündür.  
SketchUp sizə tanış olan proqramlardan biridir. 
Bu proqram vasitəsilə maraqlı modellər 
yaratmaq olar.  
 
  Təqdim olunmuş modellər sizə 
tanışdırmı?  
  Təsvirlər hansı binaları xatırladır? 
 
 
        
SketchUp proqramında ev, məktəb, yaxud hər hansı bir tikilinin modelini qur-
maq üçün öncə bir neçə sadə həndəsi fiqurun necə qurulduğunu öyrənək. 
 
SketchUp proqramında konusun çəkilməsi 
1. SketchUp proqramını başladın.  
2. Geniş  alətlər  panelini  pəncərədə  əks  etdirmək  üçün  View  menyusundan  Toolbars 
bəndini  seçin.  Açılan  pəncərədə  Large  Tool  Set  bəndini  qeyd  edin  və  Close  düy-
məsini çıqqıldadın. 
 
 
 
A D D I M   1
A D D I M –
2.8 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə